Məhkəmə qərarları › İş №2(006)-257/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-257/2021

16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-257/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin iyul ayında Azadlıq prospekti, 31b ünvanında yerləşən “Access Gallery” mağazasından 85 manat dəyərində Çin istehsalı olan video registrator almışdır. 2-3 gün keçdikdən sonra həmin video registratorun ekranında ağartı şəklində texniki nasazlıq aşkarlanmışdır. Növbəti gün “Access Gallery” mağazasında satıcı işləyən Məmmədli Qəhrəmana yaranmış olan texniki nasazlıq barədə məlumat verdikdən sonra iddiaçı aldığı video registratoru yenisi ilə əvəzlənmişdir. 2-3 gündən sonra həmin video registratorda da eyni texniki problem baş vermişdir. Məmmədli Qəhrəmana analoji problemin yenidən yarandığını bildirdikdə o, müvafiq çətinliyin onun idarə etdiyi avtomobildən qaynaqlandığını (iddiaçının idarə etdiyi “Hyundai” markalı avtomobil ABŞ bazarı üçün istehsal olunub) iddia edərək onun əvəzində digər markalı video registratoru vermişdir. Bir neçə gün sonra 3-cü video registratorda da analoji problem baş vermişdir. Bundan sonra iddiaçı yenidən həmin satıcıya zəng vurub məsələni ona bir daha bildirmişdir. Satıcı isə müvafiq çətinliyin iddiaçının idarə etdiyi avtomobildən qaynaqlandığını bir daha iddia etmişdir. İddiaçı ödənişinin geri qaytarılmasını tələb etdikdə, satıcı bundan qəti şəkildə imtina etmişdir. Yaranmış problemlə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi qaydada müraciət etsə də, məsələnin müsbət şəkildə həlli mümkün olmamışdır. İş üzrə Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ünvanladığı məktubda da, iddiaçının “Access Gallery” mağazasından 85 manata video registrator aldığını etiraf etsə də, həmin mağazanın əməkdaşlarının video registratora keçirdikləri ilkin baxış zamanı istehsal qüsurunu aşkarlamadıqlarını, lakin onun mağazaya yenidən təqdim ediləcəyi halda servisdə yoxlanılıb nəticəsindən asılı olaraq qanunauyğun tədbir görəcəklərini iddia etmişdir. İddiaçı isə yaranmış olan vəziyyətdə onların video registratora obyektiv və qərəzsiz olaraq baxış keçirəcəklərinə inanmir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 31b ünvanında yerləşən “Access Gallery” mağazasında sahibkarlıq fəaliyyəti Azrəbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş idarəsində fərdi sahibkar kimi vergi uçotuna alınmış Cavabdeh ********** nömrəli VÖEN-i ilə həyata keçirilir. İş üzrə cavabdeh şəxs də məhz hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdehdır. Göstərilənlərə əsasən Çin istehsalı olan qüsurlu video registrator üçün ödənilmiş 85 manat məbləğində pul vəsaitini “Access Gallery” mağazasının sahibkarı Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, iddiaçı 85 manata videoregistrator aldıqda ilk əldə etdiyi xarab olduqda dəyişdirmişlər. Daha sonra iddiaçı 2 dəfə videoregistratorun işləmədiyini bildirdikdə onlar müştərini itirməmək üçün yenidən dəyişdirmişlər. İndiyə qədər videoregistratorla bağlı problem olmayıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, “Access Gallery” mağazasının rəhbəri fiziki şəxs Cavabdeh Dövlət xidmətinə ünvanladığı məktubda 85 manata videoregistrator və 15 manata mikro kart aldığını, mal satıldıqdan bir müddət sonra cihazın qüsurlu olduğunu bildirib mağazaya müraciət etdiyini, mala ilkin baxış keçirilən zaman istehsalçı qüsurunun aşkar edilmədiyini, lakin müştəri məmnuniyyətini nəzərə alaraq dəyişdirdiyini, yeni verilən videoregistratorda da qüsur yarandığı barədə məlumat verdiyini, İddiaçı mağazaya dəvət edilsə də 1 ay sonra yaxınlaşdığını, ilkin baxış zamanı istehsal qüsurunun aşkarlanmadığını, lakin malı yenidən mağazaya təqdim edəcəyi təqdirdə servisdə yoxlayıb nəticəsindən asılı olaraq qanunauyğun tədbir görüləcəyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.58-ci bəndinə əsasən çalda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yaranıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər. Bununla əlaqədar bildirirlər ki, qüsurun səbəbinin müəyyən edilməsi üçün cihazın servisdə müayinə edilməsi zəruridir. Fiziki şəxs Cavabdeh mövgeyi ilə razılaşmadığı təqdirdə “İstehlakçılarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26cı maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. Məhkəmə verilmiş iddi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakcılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olması, malların (işlərin, xidmətlərin) təhlükəsizliyi, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və duzgün məlumat əldə etmək, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımı keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi, öz hüquqlarının və qanuni manafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək, ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmək hüquqlarına malikdirlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçı maraqlandıran malın (isin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, saglamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şartləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsındə istehlakçıya zəruri və duzgün məlumat verməlidir. «İstehlakçıların huquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2019-cu ilin iyul ayında iddiaçıya cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,31b ünvanında yerləşən “Access Gallery” mağazasında cavabdeh tərəfindən 85 manat dəyərində Çin istehsalı olan videoregistrator satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıya satıldıqdan sonra videoregistratorda qüsur mövcud olmuş, yaranmış qüsurla bağlı iddiaçı videoregistratorun dəyişdirilməsini cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən videoregistratoru dəyişdirilmişdir. Sonra iddiaçı yenidən cihazın işləmədiyini cavabdehə bildirmiş və cavabdeh müştərini itirməmək üçün yenidən videoregistratoru dəyişmişdir. Lakin bundan sonra da iddiaçı videoregistratorun işləmədiyini cavabdehə bildirmiş və ödənilmiş 85 manat pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh tərəf videoregistratora görə ödənilmiş pulun iddiaçıya qaytarılması imtina etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi 85 manat dəyərində videoregistratorun 3 dəfə dəyişdirməsini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, “İstehlakçılarının hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən alıcı zəmanət müddəti ərzində aldığı malda qüsur aşkar edərsə, həmin malın dəyişdirilməsi, satış qiymətinin aşağı salınması, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, satılmış malda olan qüsur aşkar edildikdən sonra qanunvericilik istehlakçıya yuxarıda sadalanan hüquqlardan hər hansı birindən istifadə etmə imkanı verdiyindən və iddia tələbi həmin mala ödənilmiş pulun geri qaytarılması ilə əlaqədar olduğundan, iddia tələbi təmin edilməli, videoregistratora görə ödənilmiş 85 manat pul məbləğinin geri qaytarılmalı, iddiaçı tərəfindən alınmış videoregistrator isə cavabdehə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnaməni icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə həmçinin hesab edir ki, qətnamə pulun ödənilməsi və videoregistratorun geri qaytarılması hissələrində eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Çin istehsalı olan videoreqistratorun alınmasına görə ödənilmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti “Access Gallery” mağazasının sahibkarı Cavabdeh İddiaçı xeyrinə tutulsun və Çin istehsalı olan videoreqistrator Cavabdeh geri qaytarılsın. Qətnamə pulun ödənilməsi və telefon aparatının geri qaytarılması hissələrində eyni vaxtda icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar