Məhkəmə qərarları › İş №2(006)-257/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-257/2022

06.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-257/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səməd Cəfərov Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh4 Qara oğlunun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh11 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mütəşəkkil dəstə yaradaraq cinayət əməlləri törətmiş cavabdehlər Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, X10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh8 tərəfindən dəymiş 647780 (altı yüz qırx yeddi min yeddi yüz səksən) AZN məbləğində maddi ziyanın, eləcədə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində işgüzar nüfuzlarına dəymiş 1.000.000 AZN ziyanın, cəmi 1.647.780 manat məbləğinin cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehlərin əməllərində cinayətin əlamətləri olduğundan barələrində xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 01.04.2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxlsərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 0103-P9-37514 saylı Şəhadətnamə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən almış olduğu müvafiq lisenziya əsasında Respublika daxilində və o cümlədən Bakı şəhərində müxtəlif növ dərman preparatlarının topdan və pərakəndə satışını təşkil etmişdir. Daha sonra, 08.08.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X9 Qeydiyyatı İdarəsi tərəfindən 0103-P9-37514 qeydiyyat nömrəsi ilə, 1 aprel 2003-cü il tarixdə qeydiyyata alınmış "xxxx" MMC-nin Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən cəmiyyətin təsisçiləri "xxxx" şirkəti, X5 və Cavabdeh3 və Nizamnamə kapitalındakı mayalar "xxxx" şirkəti 50% , X8 25 % və Cavabdeh3 25 % olmuşdur. X2 25 % və Cavabdeh3 25 % nizamnamə paylarının dəyəri Cavabdeh3 bibisi oğlanları Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 tərəfindən ödənilmişdir. "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh3 olsa da, MMC-yə faktiki rəhbərliyi Cavabdeh1 və qardaşları Azad və Asif etmişlər. Belə ki, "xxxx" MMC-nin faktiki idarəçiliyi Cavabdeh1 olmuş, cəmiyyətin maliyyə işlərinə Cavabdeh2 nəzarət etmiş, Cavabdeh10 isə şirkətin işlərini Rusiya Federasiyasından idarə etmişdir. "xxxx" şirkətinin qeyri təsisçilərinin İddiaçı1 və İddiaçı2 və fiziki şəxslər Cavabdeh3, X3 iştirak, ilə "xxxx" MMC təsisçilərinin birgə iclası keçirilmiş və 11.01.2007-ci il tarixdə qəbul edilmiş qərarla "xxxx" MMC-nin 2006-cı fəaliyyəti qənaətbəxş edilmiş, Cavabdeh1 təşəbbüsü ilə "xxxx" MMC-nin təsisçilərindən biri və direktoru Cavabdeh3 cəmiyyətin 2007-ci il və sonrakı dövründə dövlət və -dövlət müəssisələrində, tibb müəssisələrində və eləcə də beynəlxalq miqyasda təmsilçi nümayəndəsi seçilmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru tərəfindən müxtəlif bank əməliyyatları keçirilərək kredit vəsaitləri alınmışdır. "xxxx" MMC-nin maliyyə problemlərinin aşkar edilməsi "xxxx" şirkətinin təsisçiləri, həmiçinin Maliyyə-təsərrüfat fəaliyyət ilə bağlı keçirilmiş təsisçilərin ümumi yığıncağında gündəlik məsələyə qoyularaq baxılmış və bu kimi halların qarşısının alınması üçün təsisçilərin yığıncağında qərarlar çıxarılmışdır. Belə ki, "xxxx" MMC-nin təsisçilərinin növbədənkənar 15.11.2014-cü il tarixli birgə "xxxx" şirkətinin təsisçilərinin və "xxxx" MMC-nin cavabdeh şəxslərin- Cavabdeh1 iştirakı ilə "xxxx" MMC-də 2007-2014-cü illər ərzində yaranmış maliyyə problemləri müzakirə edilmişdir. Qəbul edilmiş qərar üzrə bütün tapşırıqlar yerinə yetirilmiş və məlum olmuşdur ki, "xxxx" MMC-nin cavabdeh şəxsləri Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 "xxxx" şirkətinin təsisçilərinin məlumatı olmadan Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən 38 bankdan, o cümlədən Bank Standard QSC-dən, Azərbaycan Beynəlxalq Bankından və Ata Bankdan rəsmi sənədləri saxtalaşdıraraq külli miqdarda kredit götürərək "xxxx" MMC-nin borclandırmışlar və həmin kreditlər hesabına "xxxx" MMC yaradaraq həmin cəmiyyətin inkişafına xərcləmişlər. Bununla bağlı biz "xxxx" şirkətinin təsisçiləri İddiaçı1, İddiaçı2la "xxxx" MMC-nin cavabdeh şəxsi-rəhbəri Cavabdeh1 arasında zaminliköhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 15 noyabr 2014cıi il birgə iclasın protokolunda açıqlanmış məsələ üzrə yaranmış maliyyə problemlərinin icra olunmasını öz adına və qohumu X4 adına rəsmiləşdirdiyi daşınmaz əmlakları ilə icra edəcəyi barədə öhdəlik götürmüş və sözügedən əmlakların X1 bizə təqdim etmişdir. Bundan əlavə Cavabdeh1 rəsmi öz adına olan, eyni zamanda faktiki mülkiyyətində olan, lakin rəsmiyyətdə Fikrət Həsənovun adına rəsmiləşmiş torpaq sahələrini "xxxx" şirkətinin razılığı olmadan satılmamasını öz öhdəsinə götürmüşdür. Lakin keçən bu müddət ərzində cavabdehlər üzərilərinə götürdükləri yazılı və şifahi öhdəlikləri qərəzli olaraq pozmuş, "xxxx" şirkətinin təsisçilərinin xəbəri olmadan, "xxxx" MMC-nin adına alınmış kredit borclarını ödəməmişlər. Əksinə adlarına olan əmlakları özgəninkiləşdirərək başqa öhdəliklərin icrasına yönəltmişlər və "xxxx" MMC-nin öhdəliklərini icra etməkdən qərəzli olaraq boyun qaçırmışlar. Həmin ödənilməmiş bank öhdəlikləri üzrə "xxxx" şirkəti və şirkətin təsisçiləri heç bir öhdəlik üzərinə götürməmişlər. Bununla da, "xxxx" MMC-nin cavabdeh şəxsləri Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində təsisçilərə İddiaçı1 və İddiaçı2 həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, yuxarıda qeyd olunan saxta kredit öhdəliklərinin tam icra olunmamasına görə hazırda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq araşdırmalar aparılır. Həmin araşdırmalarda “Riyad- Renta” şirkətinin təsisçisi kimi İddiaçı1 ölkədən getmək hüququ məhdudlaşmışdı, eləcə də mülkiyyətlərində olan digər əmlakların üzərinə həbs qoyulmuşdu. "xxxx" MMC-nin faktiki rəhbərləri Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 qardaşları, eləcə də bibisi oğlu Cavabdeh3 işlədikləri müddət ərzində İddiaçı1 imzasını saxtalaşdıraraq əmrlər və etibarnamə hazırlamışlar ki, həmin saxta sənədlər əsasında da Respublikanın müxtəlif banklarından kredit götürərək mənimsəmişlər. Bu barədə məlumatı olan kimi dərhal aidiyyatı məhkəməyə müraciət edərək saxta sənədlərin etibarsız hesab edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək barələrində ciddi tədbirlər görülməsi üçün prokurora məlumat verilməsini xahiş etmişdir. Həmin məhkəmə araşdırmasında məhkəmə ekspertizası rəyləri ilə imzalarımın saxtalaşdırılması öz təsdiqini tapmışdır. İddia ərizəsində cavabdeh qoyulmuş şəxslərin ilk gündən bir yerdə mütəşəkkil dəstə kimi cinayət əməlləri törətmişlər və bu günədək “birgə fəaliyyətlərini” gizlədə bilmişlər. Həmin şəxslərin də çirkin əməlləri nəticəsində bizim işgüzar nüfuza ciddi xələl yetirilmişdir. Belə ki, iddiaçılar "xxxx" şirkətinin təsisçiləri kimi "xxxx" ASC-nin 49,3717 % və BOKT "xxxx" MMC-nin təsisçiləri kimi isə 29,3950% səhmlərinə malikdirlər. "xxxx" ASC -nin səhmlərinin tərkibi aşağıdakı kimidir: "xxxx" ASC-386987 sshm - 100%

1. ”Riyad-Renta” şirkəti - 191062 səhm - 49,3717 %

2. BOKT "xxxx" MMC - 113755 səhm - 29,3950 %

3. Reyestr üzrə digər səhmdarlar - 82170 səhm - 21,2333 % (126 nəfər fiziki şəxs). Cəmi - 386987 səhm - 100 % 2016-cı ilin yanvar ayının beşi ərəfəsində İddiaçı1 və İddiaçı2 məlum olmuşdur ki, təsisçisi olduqları “Riyad Renta” şirkətinə aidiyyatı olan və ondan törəmə müəssisələrdə, cəmiyyətlərdə çoxsaylı özbaşnalıqlar, əmlakı mənimsəmə, talama, oğurluq və qarət faktları və digər neqativ hallar mövcuddur. "xxxx" şirkətinə aid olan müəssisələr aşağıdakılardır:

1. ’’Azərrabitəinşaat’’ASC

2. ”Azinteroil” MMC

3. "xxxx" ASC

4. BOKT "xxxx" MMC

5. “Xəzər-M” firması

6. "xxxx" MMC

7. "xxxx" Klinikası MMC "xxxx" şirkətinin aid olduğu müəssələrin tibb sahəsinin idarə edilməsi ixtisasca həkim olan, Cavabdeh4 həvalə edilmişdir. Lakin araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh4 ona edilmiş etibardan sui-istifadə edərək təsisçisi və qurucusu olduqları cəmiyyətlərin əmlaklarını yaxın qohumları ilə birlikdə müətşəkkil dəstə yaradaraq mənimsəmiş və əldə etdiyi pullar hesabına xarici ölkələrdə saysız-hesabsız əmlak almışdır. Hələ 2008-ci illər ərəfəsində "xxxx" şirkətinin təsisçisi olduğu "xxxx" MMC-də dərman preparatlarının topdan və pərakəndə satışının daha da səmərəli təşkili məqsədi ilə 17 iyun 2008-ci il tarixli 10 illik icarə müqaviləsinə və təhvil-təslim aktına əsasən "xxxx"MMC "xxxx" şirkətinin səhmdarı olduğu, ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-nin inzibati bina və anbarlarında yerlədirilmişdir. 2015-ci ilin 5 may tarixində "xxxx" MMC-nin direktoru və təsisçisi Cavabdeh3 və ondan sonra isə cəmiyyətə faktiki rəhbərlik edən Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankında baş vermiş problemlərə əsasən hüquqmühafizə orqanları tərəfindən istintaq işlərinin aparılması ilə əlaqədar olaraq təcrid edildikdən sonra "xxxx" şirkətinin təsisçisi Cavabdeh4 şəxsi maddi maraqları əsasında əvvəlcədən planlaşdırılmış şəkildə məqsədyönlü tövsiyyəsi və təlimatı İlə guya oranı qorumaq adı altında oğlu, nə "xxxx" ASC-yə, nədə ki, "xxxx" MMC-yə heç bir aidiyyəti olmayan Cavabdeh5 və öz ətrafından yaxın əlaqəsi olan, bibisi oğlu Cavabdeh7 rəhbərlik etdiyi və fəal üzvü olduğu, yaxın qohumları Asif, Rasim, Sərdar, Cavabdeh9 ibarət mütəşəkkil cinayətkar dəstə tərəfindən "xxxx" MMC-nin Sabunçu rayonu Bakıxanov ŞTQ Bünyadov küçəsi 10 saylı ünvanda yerləşən, icarə müqaviləsi ilə "xxxx" ASC tərəfindən istifadəsi "xxxx" MMC-yə verilmiş inzibati bina, tikililər və anbarlar, güya orada yerləşən əmlak və dənnan preparatlarına nəzarət etmək pərdəsi altında oranı zəbt edərək talan etmişlər. Belə ki, Cavabdeh5 və öz ətrafından yaxın əlaqəsi olan, bibisi oğlu Cavabdeh7 rəhbərlik etdiyi və fəal üzvü olduğu, yaxın qohumları Asif, Rasim, Sərdar, Cavabdeh9 ibarət mütəşəkkil cinayətkar dəstə yuxarıda qeyd olunan, “Azərrabitəinşaaf’ASC tərəfindən istifadəçi "xxxx" MMC- yə verilmiş inzibati bina, tikililəri və anbarları zəbt etdiyi gündən başlayaraq "xxxx"ASC-yə məxsus binada yerləşən bütün avadanlıqların eləcə də inventarların, mebellərin, əşyaların və s. talanması ilə məşğul olmuş və qarət, talan edərək oğurladıqlarını birbaşa Cavabdeh7 idarə etdiyi yük nəqliyyat vasitəsilə ərazidən çıxarıb naməlum istiqamətə aparmışdılar. "xxxx" ASC-yə məxsus olan yuxarıda qeyd olunan ünvanda yerləşən bütün avadanlıq və inventarlar 10 aprel 2008-ci il tarixdə tərtib olunmuş inventarların təhvil-təslim aktına əsasən “Riyad-FamrC MMC-nin direktoru və təsisçisi Cavabdeh3 təhvil verilmişdir. Həmçinin, 2016-cı ilin 30 may tarixində təcridxanadan buraxılandan sonra Cavabdeh3 bildirmişdir ki, icarə müqaviləsinə və inventar aktına əsasən ona təhvil verilmiş "xxxx" ASC-yə məxsus avadanlıq və inventarların hamısı, eləcə də "xxxx" MMC-nin balansında olan dərman preparatlarının müəyyən hissəsi nə "xxxx" ASC-yə, nədə ki, "xxxx" MMC-yə heç bir aidiyyatı olmayan Cavabdeh5 və öz ətrafından yaxın əlaqəsi olan, bibisi oğlu Cavabdeh7 rəhbərlik etdiyi və fəal üzvü olduğu, yaxın qohumları Asif, Rasim, Sərdar və Cavabdeh9 ibarət mütəşəkkil cinayətkar dəstə tərəfindən talan edilmiş və bir başa Cavabdeh7 idarə etdiyi yük avtomobilləri ilə ərazidən çıxarıb naməlum istiqamətə aparmışdılar. Baş vermiş hadisələrlə bağlı 18 iyul 2016-cı il tarixdə İddiaçı1 göstərişi əsasında yaradılmış Komissiya tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Bəşir Bünyatov -10 ünvanında dislokasiya olunmuş, "xxxx" ASC-yə məxsus inzibati binaya, ərazidə yerləşən anbarlara, tikililərə və s. baxış keçirildikdə, həqiqətən də orada baş vermiş oğurluq, quldurluq, talama və s. halların baş verməsi öz təsdiqini tapmışdır. Hətta müəyyən edilmişdir ki, "xxxx" ASC-nin inzibati binasından və anbarlarından pəncərələr çıxardılmış, istilik sistemləri sökülmüş, kondisionerlər aparılmaqla qarət olunmuşdur. Cavabdeh7 və onun rəhbərlik etdiyi, yaxın qohumları Asif, Aslan, Rasim, Sərdar, Cavabdeh9 və s. adlı şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstənin törətdiyi özbaşnalıq, quldurluq, oğurluq, talama və s.mütəşəkkil cinayət əməlləri nəticəsində "xxxx" şirkətinə 647780 (altı yüz qırx yeddi min yeddi yüz səksən) AZN dəyərində maddi ziyan dəymişdir. Həmçinin məlum olmuşdur ki, qeyd olunan mütəşəkkil dəstənin üzvləri törətdiyi əməllərinə görə cinayət məsuliyyətinə cəlb ediləcəyindən və tutulacağından ehtiyyat edərək, Respublika hüdudlarını tərk etmişlər. Baş vermiş hadisələrin müəyyən edilməsi məqsədi ilə "xxxx" mmc- yə icarəyə verilmiş əraziyə, orada olan inzibati binaya, binada olan otaqlara, həmçinin anbarlara və s., komissiyon baxışın videoçəkiliş etməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Bəşir Bünyatov-10 ünvanında dislokasiya olunmuş, "xxxx" ASC-yə məxsus əraziyə və inzibati binaya daxil olmaq istədikdə, giriş darvazasının, inzibati binanın, inzibati binanın otaqlarının, aınbarların açarlarını komissiya üzvlərinə məhz elə adı çəkilən Cavabdeh7 şəxsən özü təqdim etmişdir. Bu hal videoçəkilişdə mövcuddur. Eyni zamanda xüsusilə qeyd etmək vacibdir ki, "xxxx" şirkətinin təsisçilərinin nəzarət etdiyi və bilavasitə rəhbərlik etdiyi obyektlərin, müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətləri haqda müntəzəm olaraq ay-ba-ay, ilbəil, maliyyə hesabatları şirkətə təqdim olunmalıdır. Lakin təsisçi Cavabdeh4 öz nəzarətində olan tibb sahələrindən və bilavasitə rəhbərlik etdiyi obyektlərdən illərdə şirkətə fəaliyyət haqda qzının vəfatı ilə əlaqələndirməklə, yoldaşının ruhi xəstəliyini pıçıldayaraq bəhanə gətirməklə və sair bu kimi bəhanələrlə etibardan istifadə edərək hesabat verməkdən yayınmışdır. Araşdırma üçün 14 yanvar 2016-cı il tarixdə “Riyad- Renta” şirkəti təsisçilərinin birgə iclası keçirilmişdir və təsisçi Cavabdeh4 rəhbərlik etdiyi müəssisə və obyektlərin illərlə verilməmiş maliyyə-təsərrüfat fəaliyyəti haqda hesabatları şirkətin rəhbərliyinə təqdim etməsi və eləcə də "xxxx" MMC-nin, "xxxx" ASC-nin yerləşdiyi ünvanda onun oğlu Cavabdeh5 və bilavasitə bacısı oğlu Cavabdeh7 və onun rəhbərlik etdiyi və fəal üzvü olduğu, yaxın qohumları Asif, Rasim, Sərdar, Cavabdeh9 ibarət mütəşəkkil cinayətkar dəstə tərəfindən talanmış avadanlıq və inventarlar haqda hesabat verməsi üçün xəbərdarlıq edilmişdir. Lakin bugünki günə qədər Cavabdeh4 tərəfindən hər hansı bir hesabat verilməmişdir. "xxxx" şirkəti və eləcə də BOKT "xxxx" MMC üçün "xxxx" ASC-nin səhmlərinin alqı-satqısı üçün ödənilən vəsaitin təsisçi Cavabdeh4 aid olan hissəsi onun tərəfindən ödənilməmiş və müxtəlif bəhanələr gətirərək ödənişdən yayınmışdır. Alqı-satqı üçün bütün ödənişlər təsisçilər İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmişdir. Ümumiyyətlə yeni yaradılmış müəssisələrin fəaliyyətinin genişləndirilməsi üçün lazım olan vəsait xərclərinin təsisçi Cavabdeh4 aid olan hissəsi demək olar kİ, nizamnamə kapitalından başqa əksəriyyəti digər təsisçilər İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmişdir. Cavabdeh4 Azərbaycan Respublikasında yaşadığı müddət ərzində özünü Azərbaycan Tibb Universitetinin müəllimi, professoru kimi adları ilə yanaşı guya Əliyevlər Ailəsinin həkimi kimi saxta imiclərdən istifadə edərək bir çox xarici və yerli vətəndaşları aldadaraq onların əmlaklarını mənimsəmişdir. Bundan əlavə, Cavabdeh4 övladı Cavabdeh5 hərbi xidmətdən yaymdarmaq məqsədilə saxta sənədlər əsasında guya təhsilə görə möhlət hüququ almışdır. Lakin aparılmış araşdırma nəticəsində həmin sənədlər saxta olduğundan ləğv edilmişdir. Ona görə də 15.02.2018-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximdəti tərəfindən Cavabdeh5 “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilərək onun dövlət sərhədindən sərbəst hərəkətinə məhdudiyyət qoyulmuşdur. Cavabdeh4 və onun oğlu Cavabdeh5 aşağıda qeyd olunan cinayət əməllərini törətmiş və hazırda barələrində müxtəlif istintaq orqanlarında cinayət təqibi aparılır.

1. "xxxx" şirkətinə rəhbərliyi həyata keçirmiş Cavabdeh4 və onun oğlu Cavabdeh5 "xxxx" MMC-dən 63 727 934 (altmış üç milyon yeddi yüz iyirmi yeddi min doqquz yüz otuz dörd) manat məbləğində pulları mənimsədiklərindən Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 314.1 və 179.3.2-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

2. Cavabdeh5 mən İddiaçı1 imzasını saxtalaşdırdığından Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1ci maddəsi ilə cinayət işi başlanılmış, eyni zamanda mən İddiaçı1 digər şirkətlərdəki müxtəlif təyinatlı sənədlərdə imzalarımı Cavabdeh4 və onun oğlu Cavabdeh5 saxtalaşdırmaları barədə material həmin cinayət işinə birləşdirilmişdir.

3. Cavabdeh4 bir qrup şəxslərlə "xxxx" MMC-də 2012- 2016-cı illər ərzində özbaşnalıqlar edərək xüsusilə külli miqdarda, yəni 10 507 179,53 manat məbləğində dövriyyəni mənimsəyərək dövlət büdcəsinə ödənilməli olan 2 595 547,22 manat vergi borcunu və külli miqdarda məcburi dövlət sosial haqlarını mənimsədiklərindən 11 fevral 2019-cu il tarixdə Bakı şəhər Prokurorluğu tərəfindən "xxxx" MMC-də mənimsəmə, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. Həmin cinayət işi Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmişdir. Hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdir. Lakin sonuncu istintaq orqanından qaçıb gizləndiyindən barəsində axtarış elan olunmuşdur.

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində 12.03.2020-ci il tarixdə "xxxx" MMC-də xüsusi razılıq (lisenziya) tələb olunduğu halda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma nəticəsində külli miqdar təşkil edən 374939,19 manat məbləğində gəlir əldə olunması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi və külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

5. Cavabdeh5 müddətli həqiqi hərbi xidmətə çağırışdan yayındığından Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən adı “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilərək dövlət sərhədindən sərbəst hərəkətinə məhdudiyyət qoyulmuşdur.

6. Cavabdeh5 müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırmasına görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə sənədlər Nəsimi rayon Prokurorluğuna göndərilmişdir.

7. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 20.02.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Cavabdeh5 barəsində axtarış elan edilərək barəsində “lıobs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Göründüyü kimi, Cavabdeh4 və onun oğlu Cavabdeh5 barəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında cinayət təqibinə başlanılmışdır. Lakin sonuncular istintaqdan yayınmaq məqsədilə ölkədən qaçdıqlarından barələrində axtarış elan edilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdehlər bir qrup cinayət dəstə kimi təsisçisi və qurucusu olduğu cəmiyyətlərin əmlaklarını mənimsəmişlər. Cavabdehlər onlara maddi ziyan vurmaqla yanaşı işgüzar nüfuza da xələl gətirmişlər. Belə ki, Cavabdeh4 digər cavabdehlərlə əvvəlcədən birləşərək İddiaçı1 barəsində nalayiq ifadələr yayaraq nüfuza ciddi ziyan vurmuşlar. Hətta məlumatı olmadan imzalarını saxtlaşdıraraq banklardan xüsusilə külli miqdarda kredit götürərək mənimsəmişlər. Xüsusilə də barəsində müxtəlif şəxslərin vasitəsilə Cənab Prezidentə çirkin . məlumatlar çatdırmışlar ki, nəticədə də nüfuzuma ciddi xələl gəlmişdir. Halbuki, bu kimi işlərdən onun məlumatı olmamışdır. Daha sonra iddiaçılar iddia ərizəsinə dəqiqləşdirmə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mütəşəkkil dəstə yaradaraq cinayət əməlləri törətmiş cavabdehlər Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, X10, Cavabdeh4, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh8 tərəfindən dəymiş 647780 (altı yüz qırx yeddi min yeddi yüz səksən) AZN məbləğində maddi ziyanın, eləcədə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində işgüzar nüfuzlarına dəymiş 1.000.000 AZN ziyanın, cəmi 1.647.780 manat məbləğinin cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehlərin əməllərində cinayətin əlamətləri olduğundan barələrində xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsini xahiş etmişdir. Cavabdeh11 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı dayiR˝-Renta˝ şirkətinin təsisçiləri İddiaçı1 və İddiaçı2 cavabdehlər dayiR˝- Farm˝ MMC-nin faktiki rəhbərləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh10, ˝mraFdayiR˝ MMC-nin direktoru Cavabdeh3, digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh11, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və X6 qarşı lup˝ tələbinə dair˝ iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən görünür ki, dayiR˝-Farm˝ MMCnin təsisçiləri 100% paya münasibətdə - 50%˝Riyat-Renta˝ şirkəti, 25% X5 və 25% Cavabdeh3 olmuşdur. Eyni zamandan məlum olur ki, dayiR˝-Farm˝ MMC-nin idarə edilməsinə cavabdeh olan şəxslər –Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2, habelə Cavabdeh3 təsisçilərin xəbəri və razılığı olmadan Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən 38 bankdan, o cümlədən knaB˝ Standart˝ QSC-dən, nacyabrəzA˝ Beynəlxalq Bankı˝ndan və atA˝ Bank˝dan rəsmi sənədləri saxtalaşdıraraq külli miqdarda kredit götürmüş və həmin kreditlər hesabına dayiR˝-Farm˝ MMC-ni borclandırmış, həmin kreditlər hesabına RAKİ˝-SP˝ MMC yaradaraq, sonuncunun inkişafına xərcləmişlər. İddia ərizəsindən həmçinin görünür ki, dayiR˝-Renta˝ şirkəti və dayiR˝-Farm˝ MMC müvafiq qaydada dövlət qeydiyyatına alınaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrdir və dayiR˝-Renta˝ şirkətinin təsisçiləri onlara ehtimal edirlən maddi ziyanın vurulmasını məhz dayiR˝-Farm˝ MMC-nin və onun real sahiblərinin sahibkarlıq fəaliyyətini həyata keçirərkən yol verdikləri qanunsuzluq nəticəsində yarandığını iddia edirlər. Bu hal həm də dayiR˝-Renta˝nın dayiR˝-Farm˝ MMC-nin təsisçilərindən biri olması faktından da irəli gəlir. Cavabdeh4 Qara oğlunun nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı dayiR˝-Renta˝ şirkətinin təsisçiləri İddiaçı1 və İddiaçı2 cavabdehlər dayiR˝-Farm˝ MMC-nin faktiki rəhbərləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh10, ˝mraFdayiR˝ MMC-nin direktoru Cavabdeh3, digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və X7 qarşı lup˝ tələbinə dair˝ iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən görünür ki, dayiR˝-Farm˝ MMCnin təsisçiləri 100% paya münasibətdə - 50%˝Riyat-Renta˝ şirkəti, 25% X5 və 25% Cavabdeh3 olmuşdur. Eyni zamandan məlum olur ki, dayiR˝-Farm˝ MMC-nin idarə edilməsinə cavabdeh olan şəxslər – Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2, habelə Cavabdeh3 təsisçilərin xəbəri və razılığı olmadan Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən 38 bankdan, o cümlədən knaB˝ Standart˝ QSC-dən, nacyabrəzA˝ Beynəlxalq Bankı˝ndan və atA˝ Bank˝dan rəsmi sənədləri saxtalaşdıraraq külli miqdarda kredit götürmüş və həmin kreditlər hesabına dayiR˝-Farm˝ MMC-ni borclandırmış, həmin kreditlər hesabına RAKİ˝-SP˝ MMC yaradaraq, sonuncunun inkişafına xərcləmişlər. İddia ərizəsindən həmçinin görünür ki, dayiR˝-Renta˝ şirkəti və dayiR˝-Farm˝ MMC müvafiq qaydada dövlət qeydiyyatına alınaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrdir və dayiR˝-Renta˝ şirkətinin təsisçiləri onlara ehtimal edirlən maddi ziyanın vurulmasını məhz dayiR˝-Farm˝ MMC-nin və onun real sahiblərinin sahibkarlıq fəaliyyətini həyata keçirərkən yol verdikləri qanunsuzluq nəticəsində yarandığını iddia edirlər. Bu hal həm də dayiR˝-Renta˝nın dayiR˝-Farm˝ MMC-nin təsisçilərindən biri olması faktından da irəli gəlir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, təmin edilməsini, verilmiş ərizələrin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlərin nümayəndəsi və vəkilləri tərəfindən verilmiş ərizələrin təmin edilməsinə ehtiyac olmadığı bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 Qara oğlunun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh11 nümayəndəsi və vəkili Nümayəndə2 ərizələrin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər), mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq, kommersiya məhkəmələri baxır. Qeyd edilən qərara əsasən, mübahisə idarə etmə orqanının iştirakçısı və hüquqi şəxs arasında yarandığından məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Hazırkı iddia iki hissədən ibarət olmaqla birinci halda mübahisənin predmeti "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı olaraq həmin kommersiya qurumunun təsisçiləri tərəfindən həmin qurumun qanuni təmsilçisi və faktiki idarəçiliyi həyata keçirilən şəxslərə qarşı olan tələb təşkil edir. Belə ki, dayiR˝-Farm˝ MMC-nin qanuni təmsilçisi və idarə edilməsinə cavabdeh olan şəxslər – Cavabdeh1, Cavabdeh10 və Cavabdeh2 təsisçilərin xəbəri və razılığı olmadan Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən 38 bankdan, o cümlədən knaB˝ Standart˝ QSC-dən, nacyabrəzA˝ Beynəlxalq Bankı˝ndan və atA˝ Bank˝dan rəsmi sənədləri saxtalaşdıraraq külli miqdarda kredit götürmüş və həmin kreditlər hesabına dayiR˝-Farm˝ MMC-ni borclandırmış, həmin kreditlər hesabına RAKİ˝- SP˝ MMC yaradaraq, sonuncunun inkişafına xərcləmişlər. İddia ərizəsindən həmçinin görünür ki, dayiR˝-Renta˝ şirkəti və dayiR˝-Farm˝ MMC müvafiq qaydada dövlət qeydiyyatına alınaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrdir və dayiR˝- Renta˝ şirkətinin təsisçiləri onlara ehtimal edirlən maddi ziyanın vurulmasını məhz dayiR˝- Farm˝ MMC-nin və onun real sahiblərinin sahibkarlıq fəaliyyətini həyata keçirərkən yol verdikləri qanunsuzluq nəticəsində yarandığını iddia edirlər. Bu hal həm də dayiR˝- Renta˝nın dayiR˝-Farm˝ MMC-nin təsisçilərindən biri olması faktından da irəli gəlir. İddiada qeyd edilən ikinci tələb isə şirkətin təsisçiləri arasında onun fəaliyyətindən irəli gələn mübahisə ilə bağlıdır. Belə ki, iddiaya əsasən "xxxx" şirkətinin aid olduğu müəssələrin tibb sahəsinin idarə edilməsi şirkətin təsisçilərindən ixtisasca həkim olan, Cavabdeh4 həvalə edilmişdir. Lakin iddiada Cavabdeh4 ona edilmiş etibardan sui-istifadə edərək təsisçisi və qurucusu olduqları cəmiyyətlərin əmlaklarını yaxın qohumları ilə birlikdə müətşəkkil dəstə yaradaraq mənimsədiyi və əldə etdiyi pullar hesabına xarici ölkələrdə saysız-hesabsız əmlak aldığı qeyd edilmişdir. Göstərilənlərə əsasən iddiada qeyd edilən hər iki tələb ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qarşı “pul” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar