Məhkəmə qərarları › İş №2(006)-2587/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2587/2024

03.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2587/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən iddiaçıya öz hesabı üzrə ödənilməmiş 700 manat pulun, 15 fevral 2024-cü il tarixdən 05 mart 2024-cü il tarixə kimi ödənilməsi gecikdirilmiş 1800 manat pulun və hazırki vaxta kimi ödənilməmiş 700 manat pul və həmin pul üzrə uçot faizi hesabı hesablanaraq ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının pensiya kartına 15 fevral 2024-cü il tarixdə DSMF tərəfindən 2397 manat pensiya köçmüşdür. Fevral ayının 19-da saat 17:34-də Cavabdeh ASC-nin Səngəcal qəsəbəsində olan bankomatdan 2000 manat çıxaran zaman bankomatdan ona cəmi 200 manat pul verilmiş, qalan 1800 manat bankomat xarab olduğundan ehtiyat qutusuna düşmüşdür. Elə həmin gün, yəni 19 fevral saat 18:00-da Cavabdeh ASC-nin 196 qaynar xəttinə zəng edib məlumat verilmişdir. Onlar sorğunu qeydə almış və iddiaçıya BR4220951 nömrəli sorğu kodu vermişlər. Həmin gün yerdə qalan 397 manat Qaradağ rayonu Sahil qəsəbəsindəki Cavabdeh ASC-nin bankomatından çıxartmışlar. Onlar hər gün 196 qaynar xəttə zəng edib onlardan pulunun kart hesablarına köçürülməsini bildirsələr də heç bir nəticəsi olmamışdır. Hər dəfə araşdırma aparıldığını bildirmişlər. Uzun çəkişmədən sonra mart ayının 5-də karta 1100 manat köçürülmüş, amma yerdə qalan 700 manatın inkassator tərəfindən təsdiqlənməyi bildirilmiş və pul köçürülməkdən imtina edilmişdir. Hazırda iddiaçının 700 manat pulu Cavabdeh ASC tərəfindən ödənilməmiş qalmışdır. Göründüyü kimi 15 fevral 2024-cü il tarixdən 05 mart 2024-cü il tarixdə iddiaçının 1800 manat pulunu qaytarmamışlar, pul 20 gün ərzində ödənilməmişdir. Eyni zamanda indiyə kimi 700 manat pulu da ödənilməmişdir. Bu müddət ərzində onun pulu dövriyyədə qalmaqla ona xeyli miqdarda ziyan vurulmuşdur. Həmin ziyan hesablanaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, İddiaçı pensiya kartına 15 fevral 2024-cü il tarixdə DSMF tərəfindən 2397 manat pensiya köçmüşdür. Fevral ayının 19-da saat 17:34-də Cavabdeh ASC-nin Səngəcal qəsəbəsində olan bankomatdan 2000 manat çıxaran zaman bankomatdan ona cəmi 200 manat pul verilmiş, qalan 1800 manat bankomat xarab olduğundan ehtiyat qutusuna düşmüşdür. Elə həmin gün, yəni 19 fevral saat 18:00-da Cavabdeh ASC-nin 196 qaynar xəttinə zəng edib məlumat verilmişdir. Onlar sorğunu qeydə almış və iddiaçıya BR4220951 nömrəli sorğu kodu vermişlər. Həmin gün yerdə qalan 397 manat Qaradağ rayonu Sahil qəsəbəsindəki Cavabdeh ASC-nin bankomatından çıxartmışlar. Onlar hər gün 196 qaynar xəttə zəng edib onlardan pulunun kart hesablarına köçürülməsini bildirsələr də heç bir nəticəsi olmamışdır. Hər dəfə araşdırma aparıldığını bildirmişlər. Uzun çəkişmədən sonra mart ayının 5-də karta 1100 manat köçürülmüş, amma yerdə qalan 700 manatın inkassator tərəfindən təsdiqlənməyi bildirilmiş və pul köçürülməkdən imtina edilmişdir. Hazırda iddiaçının 700 manat pulu Cavabdeh ASC tərəfindən ödənilməmiş qalmışdır. Göründüyü kimi 15 fevral 2024-cü il tarixdən 05 mart 2024-cü il tarixdə iddiaçının 1800 manat pulunu qaytarmamışlar, pul 20 gün ərzində ödənilməmişdir. Eyni zamanda indiyə kimi 700 manat pulu da ödənilməmişdir. Bu müddət ərzində onun pulu dövriyyədə qalmaqla ona xeyli miqdarda ziyan vurulmuşdur. Həmin ziyan hesablanaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 bildirdi ki, həmin gün sənəd var ki, 800 manat pul vəsaiti ATM-nin ehtiyat qutusuna düşmüşdür. Ora gedən inkassator təsdiq etmişdir ki, 800 manatdan əlavə 300 manatda pul vəsaiti olmuşdur. Ümumilikdə ehtiyat qutusunda 1100 manat pul vəsaiti olmuşdur. Həmin 1100 manat pul vəsaiti iddiaçıya məxsus karta əlavə edilmiş və onun tərəfindən kartdan çıxarılmışdır. İddia ərizəsində qeyd edilən 700 manat barəsində isə heç bir məlumat yoxdur. Əlavə olaraq, qeyd edilmişdir ki, fotoşəkillərdən tam aydın görünmür ki, şəxs əlində nə qədər pul tutur. İddia ərizəsini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Cavabdeh ASC-də pul və logistika əməliyyatları şöbəsində kassir-inkassator vəzifəsində çalışan Şahid2 bildirmişdir ki, eyni bir bankomata onun işləmə qabiliyyətindən asılı olaraq hər gün və ya həftədə bir dəfə baxış keçirilə bilər. Bankomatların inkassasiya olunması bankomatdan asılıdır. Bu proses 1-7 gün çəkə bilər. Bankomatdan pul azaldıqca o inkassasiya olunur, yəni pul azaldıqca mütəmadi olaraq pul yüklənir. Əvvəla bankomat açılır, içindəki məbləğlər sayılır, sonradan ATM-də olan çeki çıxarılır. Hər proses kamera nəzarəti altında həyata keçirilir. Həmin çeklə sistemdə olan pul vəsaiti yoxlanılır. Pul əvvəla bağlı kasetlərdə gətirilir. Sonradan pul inkassator tərəfindən sayılır. Pulu götürüb gətirən şəxsin pulu saymağa səlahiyyəti yoxdur. Pul yerləşdirildikdən sonra həm açarla həm də plombla bağlanır. Həmin gün plobmda heç bir zədə aşkar edilməmişdir. Şahid2 əvvəl bankomatı açmış, içindəki məbləği saymış sonra çeki çıxarmışdır. Məbləğ çekdə yazılan məbləğlə uyğun gəlirdi. Məhkəmə iclasında iştirak edən digər Şahid1 bildirmişdir ki, o, Cavabdeh ASC-də şöbə müdiri vəzifəsində işləyir. Müştəri müraciətindən sonra banka, bankın texniki hissələrinə təkrar baxış keçirilmiş,sonrada sayım prosesinə başlanılmışdır. Kassasiya prosesi 22 fevral tarixində baş vermişdir. Bankomatda ayrıca “Retra qutusu” adlanan cib hissəsində boşaldılma zamanı 800 manat aşkar olunmuşdur. 100 manat artıq vəsait aşkar olunmuşdur. Retra qutusundan ümumilikdə 1100 manat aşkar olunmuşdur. Şahid1 bankın texniki prosesindən məlumatlı deyildir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndələrinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh ASC tərəfindən İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 20xx/xx/6865 nömrəli məktubdan görünür ki, 01 mart 2024-cü il tarixli müraciətə baxılmış, 19 mart 2024-cü il tarixdə A0100030 nömrəli bankomat vasitəsilə istifadədə olan 510307******8618 nömrəli plastik kartdan 2000 min manat məbləğində icra edilmiş məxaric əməliyyatı araşdırılmış, əməliyyat zamanı problem yarandığı müəyyən edilmiş və 1100 manat aşkar edilmiş əlavə vəsait 04 mart 2024-cü il tarixdə qeyd olunan 510307******8618 nömrəli plastik karta bərpa edilmişdir. Əlavə olaraq məsələnin mübahisələndirilməsi ilə bağlı aidiyyətı orqana müraciət edə bilmək tövsiyyə edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 510307******8618 plastik kart üzrə balans 2,397.00 manat olmuş, xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-nin Səngəcal qəsəbəsində olan bankomatdan 510307******8618 plastik kart üzrə 2000 manat çıxarılmış, 397,00 manat balans qalmışdır. Həmin tarixdə Qaradağ rayonu Sahil qəsəbəsindəki Cavabdeh ASC-nin bankomatında 510307******8618 plastik kart üzrə 397,00 manat pul çıxarılmışdır. xx.xx.2024-cü il tarixdə 510307******8618 plastik kartına 1000 manat nəğdsiz mədaxil olunmuş, xx.xx.2024-cü il tarixdə Kapital Bank» ASC-nin Səngəcal qəsəbəsində olan bankomatdan 510307******8618 plastik kart üzrə 1100 manat pul çıxarılmışdır. xx.xx.2024-xx.xx.2024-cü il dövr üzrə ümumilikdə 3497 manat məxaric olunmuş, 3497 manat mədaxil olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC tərəfindən tərtib olunmuş 22 fevral 2024-cü il tarixə aid kassa mədaxil orderindən görünür ki, ********* debet üzrə məbləğ 259,965 manat, bankomatdan mədaxil 800 manat olmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC tərəfindən tərtib olunmuş 22 fevral 2024-cü il tarixə aid bankomatdan çıxarılmış nağd pulların sayılması barədə arayışdan görünür ki, xx.xx.2024-xx.xx.2024 tarixli dövr üçün retrakt sistem faktiki 1 ümumi məbləğ 800 manat, balans faktiki 4, ümumi məbləğ 1100 manat olaraq göstərilmişdir. Pulsaymanı həyata keçirən kassir Şahid2 olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin təhqiqatçısı, baş leytenantı Murad Əhmədəliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Nümayəndə müraciətində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə Nümayəndə göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan Nümayəndə müraciəti ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına içərsində pulların sayılmasına dair videogörüntü olan disk və fotoşəkillər əlavə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Beləliklə də, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: -zərərin mövcud olması; -zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus pul vəsaitinin cavabdeh tərəfindən məxaric edilməsinə (bankomatdan məxaric edilməklə iddiaçıya qaytarılmaması) dair iddiaçı tərəf heç bir sübut təqdim etməmişdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, iddiaçı bankomatın xarab olması səbəbindən 1800 manat pulun ehtiyat qutusuna düşdüyünü bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfin 700 manat pulun əsassız olaraq bank tərəfindən iddiaçıya qaytarılmamasına dair tələbi ilə bağlı dedikləri cavabdeh tərəfin izahatlarında və təqdim etdikləri sənədlərin məzmunu ilə təkzib edildiyindən iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual Qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bundan əlavə Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı ona cavabdehlər tərəfindən maddi ziyan vurulması ilə bağlı öz hüquqi mövqeyini (bank hesablarının təhlükəsizliyinin banklar tərəfindən qorunmaması səbəbindən hesabından pulların məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Belə ki, iddiaçı bankomatın xarab olması səbəbindən 1800 manat pulun ehtiyat qutusuna düşdüyünü bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh ASC tərəfindən tərtib olunmuş 22 fevral 2024-cü il tarixə aid xx.xx.2024-xx.xx.2024-cü il dövrünü əks etdirən “bankomatdan çıxarılmış nağd pulların sayılması barədə” arayışdan görünür ki, retrakt sistem faktiki 1 ümumi məbləğ 800 manat, balans faktiki 4, ümumi məbləğ 1100 manat olaraq göstərilmişdir. İddia ərizəsində qeyd edilən 700 manat barəsində isə heç bir məlumat yoxdur. Bu səbəbdən iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30.00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi əsassız olduğundan hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar