Məhkəmə qərarları › İş №2(006)-2593/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2593/2022

26.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2593/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdehlər "xxxx" ASC-nin nümayəndəsi X5, "UNİBANK” KB ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "UNİBANK” KB ASC-yə, Cavabdeh3 Sahı̇ b oğluna və Məmmədova Şəhrı̇ zad Fəxrəddı̇ n qızına qarşı "3500 (üç min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumu əvəzinin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "UNİBANK” KB ASC-yə, Cavabdeh3 Sahı̇ b oğluna və Məmmədova Şəhrı̇ zad Fəxrəddı̇ n qızına qarşı "3500 (üç min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumu əvəzinin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh4 ilə uzun illərdir ki, ailəvi münasibətləri vardır. 24 oktyabr 2021-ci il tarixdə Cavabdeh4 iddiaçının evinə qonaq gəlmiş və onlarda olan zaman ona kart vasitəsi ilə onlayn qaydada pul göndəriləcəyini və maaş kartının şəklini onun telefonuna atmağını xahiş etmişdir. İddiaçı da ona inanıb 416974*** **** 9757 nömrəli bank kartının şəklini onun telefonuna atmışdır. Bir neçə saat sonra iddiaçının maaş kartına 3500 manat pul gəlmişdir. Həmin axşam iddiaçı "xxxx" ASC-nin “Elit” filialından 3500 manat puldan 3000 manat pul çıxarandan sonra Bankomatda problem yarandığından qalan 500 manat məbləği isə həmin günü çıxara bilməmişdir. Həmin günü çıxarmış olduğu 3000 manat pulu Şəhrizada vermiş və bildirmişdir ki, qalan məbləği səhər işdə olduğundan anası ilə birlikdə kartını da aparıb qalan 500 manatı "KapitalBank” ASC-dən özü çıxartsın. Bir neçə gündən sonra karta əmək haqqı gəldi. Kartdan həmin məbləği çıxardı. Təxminən bir 10 gündən sonra isə karta mənfi - yəni Şəhrizadın guya Kifayət xalası adlı şəxsin “lotereya” adı ilə göndərilən və iddiaçının da ona inanıb götürüb verdiyi 3500 manat borc kimi gəldi. İddiaçı da bunu həm "KapitalBank” ASC-nin əməkdaşları ilə, həm də Şəhrizadla əlaqə saxlayb araşdırdı. Cavabdeh4 bu problemin araşdırılması ilə əlaqədar rayona gəlməsini tələb etmişdir. Cavabdeh4 rayona gəlmiş və onlar birlikdə həmin faktın araşdırılması ilə əlaqədar "xxxx" ASC-nin Ağsu filialında olmuşlar və bunun necə olduğu soruşularkən və çıxarış çıxarılıb araşdırılarkən isə Cavabdeh4 şəxsən Bankın müdiri Fətulla Seyidəliyevə və iddiaçıya bildirdi ki, həmin pulu gizir işləyən dostu əslində 4000 manat olan 3500 manatı iddiaçının kartına, 500 manatını isə bir yaxın adamı olan şəxsə göndərmişdir. Həmin pul həmin şəxs tərəfindən göndərilibsə, Nurlan da həmin pulu götürüb ona veribsə, Nurlanın nə günahı var ki,həmin məbləğ ona borc kimi gəlib. Bankın müdiri isə izah etdi ki, elə isə onda həmin götürdüyü 3500 manat pulu gətirib Nurlanın kartını bağlasın, yoxsa həmin məbləğ İddiaçı tutulacaqdır. Cavabdeh4 isə bankın müdirinə bildirdi ki, heç bir problem yoxdur, səhər həmin götürdüyü pulu gətirib həmin hesabı bağlayacaq. Həmin vaxtdan onunla hər gün əlaqə saxlanılmış, həmin pulu gətirib bağlamasını tələb etdikdə bəhanələr uydurmuşdur. Bütün bunlara baxmayaraq, heç bir əsaslı səbəblər olmadığı bir halda təqsirkar və cavabdeh şəxslər o yanda qalıb, tutulma isə iddiaçının əmək haqqından getmişdir. Bu da iddiaçının başqa gəlir mənbəyi olmayan, özünün bu işdə heç bir günahı, marağı və sairə olmadan “Bir kart”ına olan borcu və təminatını olduqca ağırlaşdırıb. İddiaçı bu barədə Ağsu rayon Polis Şöbəsinə müraciət etmiş və orada araşdırılma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus istifadəsində olan plastik kart vasitəsilə "xxxx" Kommersiya Bankı ASC tərəfindən göndərilməli olan 3500 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən iddiaçının kartına mədaxil olunsa da, banklararası hesablaşmalar zamanı texniki nasazlıq nəticəsində klirinq aparılmadığından qarşı bank tərəfindən həmin vəsait "xxxx" ASC-yə köçürülməmişdir. Lakin iddiaçının həmin köçürülməmiş vəsaiti istifadə etdiyindən hesabının qalığı mənfi olmuşdur. Həmçinin, cavabdeh "xxxx" Kommersiya Bankı” ASC tərəfindən verilən məlumatdan məlum olmuşdur ki, Cavabdeh3 oğlı xx.xx.2021- ci il tarixdə 5243 75** **** 9298 nömrəli bank kartından bir neçə dəfə 500 manat məbləğində pul köçürülmələri edilmiş, lakin əməliyyat uğurlu olmadığından köçürmə baş tutmamışdır. Hal-hazırda həmin 3500 manat pul cavabdeh "xxxx"ASC tərəfindən iddiaçıdan tutulmuşdur. Göründüyü kimi, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsincə iddiaçıdan 3500 manat pul tutulmuşdur. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1ASC-dən, "UNİBANK” Kommersiya Bankı” ASC- dən, X3 və Cavabdeh4 3500 (üç min beş yüz) manat məbləğində pulun və iddia ərizəsi üzrə ödənilmiş 55 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçının istifadəsində olan plastik karta "xxxx" ASC-yə məxsus kart vasitəsilə 3500 manat məbləğində vəsait köçürülmüşdür. Banklararası hesablaşma qaydalarına əsasən, kartdan karta köçürmə əməliyyatı zamanı vəsaiti qəbul edən tərəfin bankı həmin vəsaiti öz müştərisinə təqdim edir, daha sonra qarşı bankın hesabından həmin vəsait qəbul edən tərəfin bankına təqdim olunur. Hazırki iş üzrə qeyd olunan vəsait iddiaçıya bank tərəfindən təqdim olunmuş, lakin "xxxx" ASC tərəfindən qeyd olunan vəsait texniki səhvliklə banka təqdim edilmədiyindən iddiaçının hesabında mənfi qalıq qalmışdır. İddiaçı faktiki olaraq ona köçürülməmiş vəsaitdən istifadə etmiş, nəticədə hesabın kreditləşməsi baş vermişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli HTD/1158 saylı məktubundan da görünür ki, iddiaçının kartına olunmuş köçürmə əməliyyatları uğursuz olduğundan köçürmə baş tutmamışdır. İddiaçının kart hesabından çıxarışından da göründüyü kimi, iddiaçının hesabına qeyd olunan vəsait mədaxil olunmamışdır. Belə olduğu halda, hazırki iddia tələbi üzrə qeyd olunan vəsait Cavabdeh1 ASC-dən tələb olunmamalıdır. İddia ərizəsinin Cavabdeh1 ASC-yə aid olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "UNİBANK” KB ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin “X7” ASC-yə münasibətdə əsassız hesab edilərək, onlara aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 Sahı̇ b oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, 2021-ci ilin oktyabr ayının 24-də Məmmədova Şəhrı̇ zada 500 manat göndərməli idi. Bir neçə dəfə cəhd etməyinə baxmayaraq, onun "UNİBANK” KB ASC tərəfindən verilmiş kartla pul göndərmək istəyi baş tutmadı. Nəhayət, başqa plastik kartına pul köçürdərək, 490 manat Əvəz Rzayev adlı şəxsin kartına pul atdı. Lakin o, iddiaçını tanımır. O, nə qədər cəhd etsə də, İddiaçı kartına pul ata bilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin ona münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 Sahı̇ b oğlu və Məmmədova Şəhrı̇ zad Fəxrəddı̇ n qızı məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı istifadəsində olan 4169 74** **** 9767 nömrəli plastik karta "xxxx" ASC tərəfindən göndərilməli olan 3500 manat məbləğində vəsait Cavabdeh1 ASC tərəfindən müştərinin kartına mədaxil olunsa da, banklararası hesablaşmalar zamanı texniki nasazlıq nəticəsində klirinq aparılmadığından qarşı bank tərəfindən həmin vəsait “Kapital Bank" ASC-yə köçürülməmişdir. Müştəri faktiki olaraq qarşı bank tərəfindən köçürülməmiş vəsaiti istifadə etdiyindən hesabın qalığı mənfi olmuşdur. İş materiallarında olan "UNİBANK” KB ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh1 ASC-də olan İddiaçı Hörmət oğluna məxsus 4169 74** **** 9767 nömrəli bank kartına xx.xx.2021-ci il tarixdə "xxxx" KB ASC-də olan X6 (FİN: 5HLXFVE) məxsus 5243 75** v *** 9298 nömrəli bank kartından bir neçə dəfə 500 (beş yüz) manat məbləğində pul köçürülməsi edilmiş, lakin əməliyyat uğurlu olmadığından köçürmə baş tutmamışdır. Əsaslandırıcı hissə: Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Overdraft (ing. overdraft ) — müştəri-borcalanın hesablaşma hesabında vəsait çatmadıqda və ya olmadıqda onun tərəfindən hesablaşma sənədlərinin ödənilməsi üçün müştərinin hesablaşma hesabının bank tərəfindən kreditləşdirilməsidir. Bu zaman bank müştərinin hesabından vəsaiti tam həcmdə çıxarır, yəni avtomatik olaraq müştəriyə vəsait qalığından artıq məbləğdə kredit verir. Overdraftın 4 növü vardır: -Overdraft standartı (klassik), -Öncədən overdraft — kassa və hesablaşma xidmətlərinin cəlb edilməsi məqsədilə (əsasən etibarlı müştərilərə) verilir. -İnkasso üçün overdraft — hesablaşma hesabının kredit dövriyyəsi yığılmış pul vəsaitlərinin (o cümlədən müştərinin özü tərəfindən hesablaşma hesabına köçürülənlər) ən azı 75%-ni təşkil edən müştəriyə verilir. -Texniki overdraft müştərinin maliyyə vəziyyəti nəzərə alınmadan, borcalanın hesabına verilmiş hesaba zəmanətli qəbzlər (Birjada valyuta satışı/alınması, müddətli depozit qaytarılana qədər və s.) müqabilində verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı istifadəsində olan plastik karta "xxxx" ASC-yə məxsus kart vasitəsilə 3500 manat məbləğində vəsait köçürülmüşdür. Banklararası hesablaşma qaydalarına əsasən, kartdan karta köçürmə əməliyyatı zamanı vəsaiti qəbul edən tərəfin bankı həmin vəsaiti öz müştərisinə təqdim edir, daha sonra qarşı bankın hesabından həmin vəsait qəbul edən tərəfin bankına təqdim olunur. Hazırki iş üzrə qeyd olunan vəsait İddiaçı "xxxx" ASC tərəfindən təqdim olunmuş, lakin "xxxx" ASC tərəfindən qeyd olunan vəsait texniki səhvliklə banka təqdim edilmədiyindən İddiaçı hesabında mənfi qalıq qalmışdır. Göründüyü kimi İddiaçı faktiki olaraq ona köçürülməmiş vəsaitdən istifadə etmiş, nəticədə hesabın kreditləşməsi (overdraft) baş vermişdir. Həmçinin, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli HTD/1158 saylı məktubundan da görünür ki, iddiaçının kartına olunmuş köçürmə əməliyyatları uğursuz olduğundan köçürmə baş tutmamışdır. İddiaçının kart hesabından çıxarışından da göründüyü kimi, iddiaçının hesabına qeyd olunan vəsait mədaxil olunmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kart hesabına faktiki olaraq köçürülməmiş vəsaitdən istifadə edilərək, Məmmədova Şəhrı̇ zad Fəxrəddı̇ n qızına təqdim edilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki halda, iddiaçının pulu məxaric edərək Cavabdeh4 verilməsi halı onun öz izahatından başqa digər sübutlarla öz təsdiqini tapmamışdır. Tələb Cavabdeh3 qarşı ümumiyyətlə əsaslandırılmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "UNİBANK” KB ASC-yə, Cavabdeh3 Sahı̇ b oğluna və Məmmədova Şəhrı̇ zad Fəxrəddı̇ n qızına qarşı "3500 (üç min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumu əvəzinin tutulması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "UNİBANK” KB ASC-yə, Cavabdeh3 Sahı̇ b oğluna və Məmmədova Şəhrı̇ zad Fəxrəddı̇ n qızına qarşı "3500 (üç min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumu əvəzinin tutulması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar