Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2598/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov Səməd Fəxrəddin oğlu, İddiaçı cavabdehlər "xxxx" ASC, LPO Cavabdeh2 ASC, Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “ləğv prosesində olan Cavabdeh2 ASC-nin 23152**8**439 saylı, 27.*4.2*23-cü il tarixli məktubunun "xxxx" ASC Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəflərindən icra edilməməsi barədə qətnamə çıxarılması və ləğv prosesində olan Cavabdeh2 ASC-nin əməlində cinayət tərkibinin əlamətləri olmasına dair xüsusi qərardad çıxarılaraq prokurorluq orqanlarına göndərilməsi barədə” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" ASC, LPO Cavabdeh2 ASC, Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “ləğv prosesində olan Cavabdeh2 ASC-nin 23152**8**439 saylı, 27.*4.2*23-cü il tarixli məktubunun "xxxx" ASC Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəflərindən icra edilməməsi barədə qətnamə çıxarılması və ləğv prosesində olan Cavabdeh2 ASC-nin əməlində cinayət tərkibinin əlamətləri olmasına dair xüsusi qərardad çıxarılaraq prokurorluq orqanlarına göndərilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - ləğv prosesində olan Cavabdeh2 ASC-nin "xxxx" ASC-yə Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinə ünvanlanmış olduğu 23152**8**439 saylı, 27.*4.2*23-cü il tarixli məktubun "xxxx" ASC Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəflərindən icra edilməməsi barədə qətnamə çıxarılmasını və ləğv prosesində olan Cavabdeh2 ASC-nin əməlində cinayət tərkibinin əlamətləri olmasına dair xüsusi qərardad çıxarılaraq prokurorluq orqanlarına göndərilməsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.*.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 1* aprel 2*15-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin qərarın 14-cü hissəsinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bu Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçı və cavabdeh arasında yaranan münasibətlər inzibati mübahisə kateqoriyasına aid olduğundan, yəni iddiaçı tərəfindən inzibati orqanın üzərinə öhdəlik qoyulması tələb edildiyindən bu tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılması mümkün olmadığından, İddiaçı cavabdehlər "xxxx" ASC, LPO Cavabdeh2 ASC, Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “ləğv prosesində olan Cavabdeh2 ASC-nin 23152**8**439 saylı, 27.*4.2*23-cü il tarixli məktubunun "xxxx" ASC Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəflərindən icra edilməməsi barədə qətnamə çıxarılması və ləğv prosesində olan Cavabdeh2 ASC-nin əməlində cinayət tərkibinin əlamətləri olmasına dair xüsusi qərardad çıxarılaraq prokurorluq orqanlarına göndərilməsi barədə” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2, 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" ASC, LPO Cavabdeh2 ASC, Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “ləğv prosesində olan Cavabdeh2 ASC-nin 23152**8**439 saylı, 27.*4.2*23-cü il tarixli məktubunun "xxxx" ASC Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəflərindən icra edilməməsi barədə qətnamə çıxarılması və ləğv prosesində olan Cavabdeh2 ASC-nin əməlində cinayət tərkibinin əlamətləri olmasına dair xüsusi qərardad çıxarılaraq prokurorluq orqanlarına göndərilməsi barədə” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan 1* (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2598/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2598/2023
17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver