Məhkəmə qərarları › İş №2(006)-2604/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2604/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2604/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota Harrier” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1858 (bir min səkkiz yüz əlli səkkiz) manat, “Mercedes Benz” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 916,50 (doqquz yüz on altı manat, əlli qəpik) manat, “Volkswagen Polo” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 2225,50 (iki min iki yüz iyirmi beş manat, əlli qəpik) manat, X4 ölümünə görə 5000 manat (beş min) və X2 vurulmuş yüngül zərərə görə 750 (yeddi yüz əlli) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 10780,40 (on min yeddi yüz səksən manat, qırx qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə idarə etdiyi X16 məxsus “Opel Vectra” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək soldan ötmə manevri eliyərkən idarəetməni itirərək sağ yanı üstə sürüşüb yolun qarşı əks hərəkət zolağına çıxaraq sağ arxa hissəsi yolun əks istiqamətli hərəkət hissəsinin ikinci zolağında hərəkət edən “Toyota Harrier” markalı ** EL *** dövlət qeydiyyat nişanlı daha sonra “Mercedes Benz” markalı ** RD *** dövlət qeydiyyat nişanlı və “Volkswagen Polo” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq həmin avtomobilərə zərər yetirmişdir. Eyni zamanda hadisədən Cavabdeh idarə etdiyi avtomobildə olan sərnişin X13 vəfat etmiş və “Mercedes Benz” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 yüngül xəsarət almışdır. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh avtomobili sərxoş halda idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh sərxoş halda nəqliyyat vasitəsini idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-664/2018 saylı, xx xxxx 2018-ci il tarixli Hökmündə öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesablanması aktlarına uyğun olaraq, “Toyota Harrier” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə 8220 manat, “Mercedes Benz” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilə 4055 manat və “Volkswagen Polo” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilə 9845 manat ziyan dəymişdir. PAT********** saylı sığorta Müqaviləsinin 052370, 052053 və 052371 saylı sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti “Toyota Harrier” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1858 manat, “Mercedes Benz” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 916,50 manat və “Volkswagen Polo” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 2225,50 manat sığorta ödənişləri həyata keçirmişdir. PAT********** saylı sığorta Müqaviləsinin 052854 və 051960 saylı sığorta aktlarına əsasən, "İddiaçı” Sığorta Şirkəti X4 ölümünə görə 5000 manat və X2 vurulmuş yüngül zərərə görə 750 manat sığorta ödənişlərini həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 10750 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində zərərçəkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkən zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2 maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. Həmin maddədə göstərilir ki, “zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə ya digər qanuni əsasla sahiblik edən fiziki şəxs və ya hüquqi şəxsin üzərinə qoyulur”. Yuxarıda göstərilənləri nəzərə alaraq “Toyota Harrier” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1858 (bir min səkkiz yüz əlli səkkiz) manat, “Mercedes Benz” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 916,50 (doqquz yüz on altı manat, əlli qəpik) manat, “Volkswagen Polo” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 2225,50 (iki min iki yüz iyirmi beş manat, əlli qəpik) manat, X4 ölümünə görə 5000 manat (beş min) və X2 vurulmuş yüngül zərərə görə 750 (yeddi yüz əlli) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 10780,40 (on min yeddi yüz səksən manat, qırx qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İş üzrə mübahisələndirilməyən hallar ondan ibarətdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə idarə etdiyi X16 məxsus “Opel Vectra” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək soldan ötmə manevri eliyərkən idarəetməni itirərək sağ yanı üstə sürüşüb yolun qarşı əks hərəkət zolağına çıxaraq sağ arxa hissəsi yolun əks istiqamətli hərəkət hissəsinin ikinci zolağında hərəkət edən “Toyota Harrier” markalı ** EL *** dövlət qeydiyyat nişanlı, daha sonra “Mercedes Benz” markalı ** RD *** dövlət qeydiyyat nişanlı və “Volkswagen Polo” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq həmin avtomobilərə zərər yetirmişdir. Eyni zamanda hadisə zamanı Cavabdeh idarə etdiyi avtomobildə olan sərnişin X13 vəfat etmiş, “Mercedes Benz” markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 isə yüngül xəsarət almışdır. Cavabdeh hadisəni törədərkən sərxoş vəziyyətdə olmuşdur. Qeyd edilən hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-664/2018 nömrəli hökmündə öz təsdiqini tapmış, həmin hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. MM-nin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. MM-nin 1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. xx.xx.2018-ci il tarixli 052371 saylı sığorta aktından görünür ki, sığortalanmış “Opel Vectra” markalı, 90EK298 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın (sığortalı Qoca Əliyev) “Volkswagen Polo” markalı, 99XK028 qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hesablanmış sığorta ödənişinin məbləği isə 2225,50 manat təşkil edir və həmin məbləğdə sığorta ödənişi İddiaçı Sığorta Şirkəti vasitəsilə X10 ödənilmişdir. xx.xx.2018-ci il tarixli 052370 saylı sığorta aktından görünür ki, sığortalanmış “Opel Vectra” markalı, 90EK298 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın (sığortalı Qoca Əliyev) “Toyota Harrier minik” markalı, 90EL341 qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hesablanmış sığorta ödənişinin məbləği isə 1858 manat təşkil edir və həmin məbləğdə sığorta ödənişi İddiaçı Sığorta Şirkəti vasitəsilə X5 ödənilmişdir. xx.xx.2018-ci il tarixli 052053 saylı sığorta aktından görünür ki, sığortalanmış “Opel Vectra” markalı, 90EK298 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın (sığortalı Qoca Əliyev) “Mercedes Benz minik” markalı, 10RD884 qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hesablanmış sığorta ödənişinin məbləği isə 916,50 manat təşkil edir və həmin məbləğdə sığorta ödənişi İddiaçı Sığorta Şirkəti vasitəsilə X11 ödənilmişdir. xx.xx.2018-ci il tarixli 052854 saylı sığorta aktından görünür ki, sığortalanmış “Opel Vectra” markalı, 90EK298 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın (sığortalı Qoca Əliyev) törətdiyi YNH-si nəticəsində X14 vəfat etmişdir. Sığorta məbləği 5000 manat olduğundan sığorta ödənişi etibarnamə əsasında X6 ödənilmişdir. xx.xx.2018-ci il tarixli 051960 saylı sığorta aktından görünür ki, sığortalanmış “Opel Vectra” markalı, 90EK298 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın (sığortalı Qoca Əliyev) törətdiyi YNH-si nəticəsində X11 yüngül dərəcəli xəsarətlər almışdır. Sığorta məbləği 5000 manat olduğundan X1 vurulan zərərə görə sığorta ödənişinin məbləği 750 manat təşkil edir və həmin məbləğdə sığorta ödənişi ona ödənilmişdir. ƏN-İV № 290831 nömrəli xx.xx.2017-ci il tarixli etibarnamə və xx.xx.2012-ci il tarixli, AC 558701 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında müəyyən edilmişdir ki, “Opel Vectra minik” markalı, 90EK298 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının mülkiyyətçisi X17r. Nəqliyyat vasitəsi idarə edilməsi üçün Cavabdeh verilmişdir. Etibarnamədə qeyd edilmişdir ki, həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz və etibarnamə xx.xx.2018-ci il tarixə qədər etibarlıdır. xx.xx.2011-ci il tarixli etibarnamə və xx.xx.2013-cü il tarixli, AB 955341 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında müəyyən edilmişdir ki, “Toyota Harrier minik” markalı, 90EL341 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının mülkiyyətçisi X7r. Nəqliyyat vasitəsi idarə edilməsi üçün Məcidov eldəniz Almaz oğluna verilmişdir. Etibarnamədə qeyd edilmişdir ki, həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz və etibarnamə xx.xx.20121-ci il tarixə qədər etibarlıdır. xx.xx.2015-ci il tarixli, AC 457028 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında müəyyən edilmişdir ki, “X24 minik” markalı, 99XK028 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının mülkiyyətçisi X12r. 4 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdə kəllə tağının sınığı səbəbindən ölmüşdür. Ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2018-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə Nərimanov rayonu, Heydər Əliyev prospekti 101 ünvanında toqquşma hadisəsi baş vermişdir. Hadisəni törətmiş “Opel Vectra minik” markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh (mülkiyyətçi X21) sərxoş vəziyyətdə olmuşdur. İddiaçı Sığorta Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış 20.07.218-ci il tarixli pretenziyadan görünür ki, zərər 7 gün ərzində ödənilməsə məhkəməyə müraciət ediləcəyi barədə xəbardar edilmişdir. MM-nin 1107.2-ci maddəsinə mülki hüquq pozuntusu törətmiş şəxs spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməklə və ya başqa üsulla özünü hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətə özü gətirdikdə məsuliyyətdən azad edilmir. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sığortaçı sığorta ödənişini həyata keçirdiyindən ödədiyi sığorta ödənişi məbləğində zərər vuran şəxsə - cavabdehə qarşı subroqasiya hüququna malikdir. Cavabdeh, sığorta hadisəsi törədərkən avtomobili qanuni əsaslarla (etibarnamə ilə) idarə etdiyindən və sığorta hadisəsinin törədilməsində təqsirli olduğundan, hazırki iddia təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 238-ci, 241-244-cü, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10750 manat və dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 30,40 manat, cəmi 10780,40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar