Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-262/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, Cavabdeh mətbəx mebeli, uşaq ücün yazı masası, 2 ədəd şkaf və əlavə dəst görə 4100 manat və dövlət rüsumuna ödədiyi 62 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 oktyabr 2022-ci il tarixdə ümumi dəyəri 10.050 manat olan bahalı materialdan hazırlanmış mətbəx mebeli,uşaq üçün yazı masası, 2 ədəd şkaf və əlavə dəst sifariş etmişdir.Həmin mətbəx mebeli, uşaq ücün yazı masası, 2 ədəd şkaf və əlavə dəst mebel pulun 5600 manatını ödəsədə qalan 4100 manat pulu ödəməkdən imtina edir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh bahalı materiallardan hazırlanmış mətbəx mebeli, uşaq ücün yazı masası, 2 ədəd şkaf, və əlavə dəsti sifariş vermək istədiyi bildirmişdir. Səhərsi gün xx.xx.2022-ci il tarixdə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən evinə gedərək ölçü işlərini aparmışlar və aralarında cavabdeh Afaq Məmmədovla danışaraq sifariş verdiyi mətbəx mebeli, uşaq ücün yazı masası, 2 ədəd şkaf və əlavə dəstini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən evinə quraşdırdıqdan sonra pulun hamısını ödəyəcəyinə dair onunla razılıga gəlmişdir. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən evində təmir işləri getdiyindən 2022-ci ilin dekabr ayının əvvəllərində mətbəx mebeli, uşaq üçün yazı masası, 2 ədəd şkaf və əlavə dəsti evinə apararaq evində quraşdırmışlar. Beləliklə, Cavabdeh ona ilkin olaraq 2000 manat pul vermiş, bir müddət keçdikdən sonra isə 3300 manat pulu Şərif adlı şəxslə ona göndərmişdir. 2023-cü ilin may ayının 14-də isə 300 manat pulu onun kartına vurmuşdur. 2023-cü ilin may ayından bu günə qədər pul ödəməmişdi. Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırdır. O sonradan başa düşdü ki, cavabdeh onları aldadıb, mətbəx mebeli, uşaq üçün yazı masası, 2 ədəd şkaf və əlavə dəstin pulunu vermək fikri yoxdur, dəfələrlə tələb etsə də cavabdeh pulu ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, cavabdeh mebel pulunun ilk öncə 5300, sonra isə 300 manatını verdiğini, hal-hazırda cavabdehin ona 3350 manat borcunun olduğunu bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh Bahadır qızı izahat verərək cavabdehə 6000 manat pul ödədiyini və digər mebellərə görə 2000 manat verə biləcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində ifadə verən X4 izahatında bildirdi ki, Afaq mebel üçün onunla əlaqə saxlamış, lakin özünün iş çoxluğundan onu Rasimin yanına yönləndirmişdi. Sonradan Rövşən ilə ölçü götürməyə getmişlər. Afaq ilkin olaraq 2000 manat pul vermiş, bir müddət keçdikdən sonra isə 3300 manat pulu onun vasitəsi ilə göndərmiş, 300 manatı isə Rasimin kartına atmışdı. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində ifadə verən X1 Şərif Ağasəf oğlu izahatına uyğun izahat verdi. Məhkəmə işin materiallarını araşdıraraq şahid ifadələrini dinləyərək və onları digər sübutlarla qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş CD-diskdən və aralarında olan yazışmadan, həmçinin əlyazma şəklində iddiaçının təqdim etdiyi sənəddən görünür ki, Cavabdeh 8950 manat dəğərində mebel sifariş vermişdir (mətbəx mebeli-3000 manat, uşaq ücün yazı masası-800 manat, şkaf- 1900 manat, koridor 2000 manat, termo-450 manat, əlavə 800 manat). Həmin CD-diskə əlavə edilmiş audio səs yazılarıdan görünür ki, Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bu Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinin tələblərinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bu Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinin tələblərinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Beləliklə, işin araşdırılan hallarından göründüyü kimi tərəflər arasında podrat müqaviləsi bağlanmış, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin işin araşdırılan hallarından həmçinin şahidlərin məhkəmə iclasında verdiyi ifadələrdən də göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən vəzifələri yerinə yetirmiş, lakin cavabdeh öz vəzifəsini (yəni iddiaçıya sifariş verdiyi və qəbul etdiyi mebellerin əvəzi kimi qalan 3350 manat pul vəsaitini ödədiyini) yerinə yetirdiyi sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı məhkəmə iclasındaki tələbini rəhbər tutaraq, iddia qismən təmin edilməli, Cavabdeh 3350 manat və dövlət rüsumuna ödənilmiş 62 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3350 (üç min üç yüz əlli) manat və dövlət rüsumuna görə ödənilmiş 62 (altmış iki) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-262/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-262/2024
25.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver