Məhkəmə qərarları › İş №2(006)-2631/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2631/2021

20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2631/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Qusar rayon Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Bakı şəhəri 09 saylı Notariat Ofisi, Bakı şəhəri 14 saylı Notariat Ofisi, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat Ofisi, X8 olmaqla Cavabdeh qarşı “əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Qusar rayon Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Bakı şəhəri 09 saylı Notariat Ofisi, Bakı şəhəri 14 saylı Notariat Ofisi, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat Ofisi, X8 olmaqla Cavabdeh qarşı «əqdlərin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı etibarından sui-istifadə edilməklə sonuncunun adından 1)Qusar rayon notariat ofisində X5 təsisçisi olduğu "xxxx" MMC-nin satılmasına, özgəninkiləşdirilməsinə razı olması barəsində 5 fevral 2021-ci il tarixli ərizə, 2)Bakı şəhər 9 saylı notariat ofisində X7 məxsus Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyi, bununla bağlı gələcəkdə heç bir iddia və təlbiminin olmayacağı barəsində 22 avqust 2021-ci il tarixli ərizə, 3)Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 7ində yerləşən 0,29 ha torpaq sahəsinin bağışlanılmasına heç bir etirazı olmadığı haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, 4)3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisində X7 məxsus ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin satılmasına etiraz etmədiyi haqqında 4 oktyabr 2018-ci il tarixli ərizə, 5)Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 7ində yerləşən 138.1 kv metr sahəsi olan mənzilin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, 6)Bakı şəhər 9 saylı notariat ofisində Bakı şəhər Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin satılmasına etiraz etmədiyi barəsində 27 may 2019-cu il tarixli ərizə, 7)Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 4 ünvanında yerləşən mənzilin bağışlanmasına heç bir etirazının olmaması haqqında 12 fevral 2021-ci il tarixli ərizə, 8)Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsinin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 21 yanvar 2021-ci il tarixli ərizə, 9)Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 59.90 kv metr fərdi yaşayış evinin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 4 fevral 2021-ci il tarixli ərizə, 10)Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus Qusar şəhəri Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv metr olan əmlak kompleksi kimi müəssisə və 0.50 ha torpaq sahəsinin bağışlanmasına heç bir etirazı olmaması haqqında 21 yanvar 2021-ci il tarixli ərizə, 11)Bakı şəhər 9 saylı notariat ofisində X7 məxsus Bakı şəhər Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv metr olan qeyri yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyi bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağı barəsində 13 avqust 2018ci il tarixli ərizə, 12)Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 7i ünvanında yerləşən 0.40 ha torpaq sahəsinin bağışlanmasına heç bir etirazın olmaması haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, 13)Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 7i ünvanında yerləşən 115.3 kv metr olan fərdi yaşayış evinin və 0.21 ha torpaq sahəsinin bağışlanmasına razı olmağı barəsində 22 yanvar 2021-ci il tarixli ərizə, 14)Bakı şəhər 9 saylı notariat ofisində birgə nikah dövründə əldə edilmiş ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinin bağışlanmasına etiraz etmədiyi və həmin yaşayış sahəsini tərk etməyi barəsində 19 yanvar 2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə o 29 noyabr 2008-ci ildə rəsmi nikaha girmişlər, birgə nikahdan iki uşaqları doğulmuşdur, lakin son vaxtlar onların bir ailə kimi mövcudluqlarına son qoyulmuş və iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh aralarındakı münasibətlərin pisləşməsindən istifadə edərək iddiaçının ona 10 may 2018-ci ildə verdiyi etibarnamə ilə birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsinin qarşısını almaq üçün onun adından nümayəndəsi kimi müxtəlif notariat ofislərində müxtəlif ərizələr yazaraq onun etibarından sui istifadə etmişdir. Cavabdehin məqsədi iddia ərizəsində adı sadalanan daşınmaz əmlakların bağışlanması və satılmasını həyata keçirərək nikahın pozulması ərəfəsində birgə mülkiyyət kimi hər hansı əmlakın olmadığını göstərməkdən ibarət olmuşdur. İddiaçı bundan xəbər tutduqda 20 fevral 2021-ci il tarixdə cavabdehə vermiş olduğu etibarnaməni ləğv etdirmiş və qeyd olunan razılıq ərizələrin etibarsız hesab edilməsini notariat ofisindən xahiş etmişdir, lakin notarius ona şifahi olaraq bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmə baxışı dövründə iddiaçının nümayəndəsi və vəkili 27.05.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, notariat ofislərindən alınmış rəsmi məlumata əsasən Cavabdeh birgə nikah dövründə əldə olunmuş 1)ünvan 9 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsini 19.01.2021-ci il tarixdə 14 saylı notariat kontorunda (çıxarış 2019-cu il), 2)ünvan 10 ünvanda yerləşən 106 kv.m yaşayış sahəsi 12.02.2021-ci il tarixdə 51 saylı notariat kontorunda (çıxarış 2020-ci il), 3)Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 100 kv.m qeyri-yaşayış sahəsi 21.01.2021-ci il tarixdə 14 saylı notariat kontorunda (çıxarış 2018-ci il),4)Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 19 ünvanında yerləşən 193.6 kv.m qeyriyaşayış sahəsi 21.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda (çıxarış 2017-ci il), 5)ünvan 12i ünvanında yerləşən 0.20 ha torpaq sahəsini 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda (çıxarış 2012-ci il), 6)Qusar şəhəri, Qusar çayın sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan əmlak kompleksi və 0.50 ha torpaq sahəsi 21.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda (çıxarış 2018), 7)ünvan 12i ünvanında yerləşən 115.3 kv.m fərdi yaşayış evini və 0.21 ha torpaq sahəsini 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda (çıxarış 2012-ci il), 8)ünvan 14 ünvanında yerləşən 138.1 kv.m yaşayış sahəsini 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda (çıxarış 2013cü il), 9)ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 59.90 kv.m fərdi yaşayış evinivə 0.06 ha torpaq sahəsini 04.02.2021-ci il tarixdə 51 saylı notariat kontorunda (çıxarış 2020-ci il), 10)ünvan 12i ünvanında yerləşən 0.29 ha torpaq sahəsini 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda (çıxarış 2012-ci il), 11)ünvan 12i ünvanında yerləşən 0.40 ha torpaq sahəsini 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda (çıxarış 2013-cü il) 2021-ci ilin yanvar və fevral aylarında doğma qardaşı X6 bağışlamışdır. Cavabdeh nikahın pozulması ərəfəsində birgə mülkiyyət kimi hər hansı əmlakın olmadığını göstərmək üçün iddiaçının etibarından sui-istifadə edərək 2018-ci ildə adına verilmiş etibarnamə əsasında iddiaçının adından notariat kontorlarında razılıq ərizələri yazaraq qeyd olunan bütün əmlakları 20 gün içində qardaşının adına keçirmişdir. Bundan başqa iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində ilkin iddia ərizəsininin 4-cü bəndində göstərilən 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisində X7 məxsus ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin satılmasına etiraz etmədiyim haqqında 4 oktyabr 2018-ci il tarixli ərizə, 6-cı bəndində göstərilən Bakı şəhər 9 saylı notariat ofisində Bakı şəhər Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin satılmasına etiraz etmədiyim barəsində 27 may 2019-cu il tarixli ərizə, 11-ci bəndində göstərilən Bakı şəhər 9 saylı notariat ofisində X7 məxsus Bakı şəhər Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv metr olan qeyri yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyi bununla bağlı gələcəkdə heç bir iddia və tələbimin olmayacağı barəsində 13 avqust 2018-ci il tarixli ərizələrin nikahın pozulması ərəfəsindən əvvələ təsadüf etdiyi üçün hazırki iddia tələbinin predmetini təşkil etmədiyi göstərərək qeyd olunan ərizələrin iddia tələbindən çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində adı çəkilən 11 adda bağışlama ərizələrinin və ilkin iddia ərizəsində sadalanan razılıq ərizələrinin(4,6 və 11-ci bəndlər istisna olmaqla) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 iddia tələbinin əsassız olduğunu və bu səbəbdən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən hər iki tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-T №029748 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X4 29 noyabr 2008-ci il tarixdə nikaha girmişlər və ər-arvadın soyadı Alxasov və Alxasova kimi qeyd olunmuşdur. “Elektron notariat” X1 Çıxarışlardan və AR-1№ 603185 saylı Etibarnamədən görünür ki, İddiaçı 10.05.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində Cavabdeh adınad ona məxsus bütün əmlak və hüquqlarını həyata keçirilməsinə dair etibarnamə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 13.08.2018-ci il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv.m olan qeyri yaşayış sahəsinin icarə verilməsinə etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 22.08.2020-ci il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küç 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə verilməsinə etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 27.05.2019-cu il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin satılmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 22.01.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 12i ünvanında yerləşən 0,29 ha torpaq sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 22.01.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 12i ünvanında yerləşən 138.1 kv.m olan mənzilin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 22.01.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 12i ünvanında yerləşən 115,3 kv.m olan fərdi yaşayış evinin və 0.21 ha torpaq sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 04.02.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 18 ünvanında yerləşən ümumi sahəsi 59.90 kv.m fərdi yaşayış evinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 12.02.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində Bakı şəhəri, ünvan 19 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 05.02.2021-ci il tarixdə Qusar rayon notariat ofisində Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-nin satılmasına, özgəninkiləşdirilməsinə etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 19.01.2021-ci il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində ünvan 20 ünvanında yerləşən yaşayış sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermis və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi İddiaçı öz üzərinə götürür. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 21.01.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 19 ünvanında yerləşən qeyri yaşayış sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 04.10.2018-ci il tarixdə 03 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ünvan 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 21.01.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində Qusar şəhəri, Qusar çayın sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan əmlak kompleksi kimi müəssisə, 0,50 ha torpaq sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X1 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh 22.01.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 23i ünvanında yerləşən 0.40 ha torpaq sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. 03.04.2021-ci il tarixli 774 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 24 ünvanladığı məktubdan görünür ki, 19.01.2021-ci il tarixli 4Ə/36 reyestr saylı X10 arasında rəsmiləşən bağışlama müqaviləsi və 21.01.2021-ci il tarixli 4Ə/46 reyestr saylı İddiaçı və X8 arasında rəsmiləşən alqı-satqı müqaviləsi üzrə notariat işlərinin təsdiq olunmuş sürəti İddiaçı göndərilmişdir. 21.01.2021-ci il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən 100 kv.m qeyri-yaşayış sahəsi X6 100 000 manat qiymətinə satılmışdır. Qeyd olunan müqaviləni İddiaçı əvəzinə Cavabdeh imzalamışdır. 19.01.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 26 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsini 14 saylı notariat kontorunda Cavabdeh tərəfindən qardaşı X6 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Çıxarışından görünür ki, ünvan 26 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsi 23.04.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. ünvan 27 ünvanladığı 06 aprel 2021-ci il tarixli 127 nömrəli məktubundan görünür ki, X5 adına 13 saylı notariat ofisində miras qalmış əmlaka dair heç bir vərəsəlik şəhadətnaməsi verilməmişdir. ünvan 28 ünvanladığı 06 aprel 2021-ci il tarixli G-766 nömrəli məktubundan görünür ki, Cavabdeh 2021-ci ilin yanvar, fevral, mart ayları ərzində bakı şəhəri 51 saylı notariat ofisində bağladığı müqavilələrə aid sənədlərin sürətləri təqdim olunur. 22.01.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 12i ünvanında yerləşən 0.40 ha torpaq sahəsini 51 saylı notariat kontorunda Cavabdeh tərəfindən qardaşı X6 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Çıxarışından görünür ki, ünvan 12i ünvanında yerləşən 0.40 ha torpaq sahəsi 05.04.2013-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 22.01.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 12i ünvanında yerləşən 0,29 ha torpaq sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X6 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Çıxarışından görünür ki, ünvan 12i ünvanında yerləşən 0.29 ha torpaq sahəsi 05.12.2012-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 04.02.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 15 ünvanında yerləşən 59.90 kv.m fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X6 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Çıxarışından görünür ki, ünvan 15 ünvanında yerləşən 59.90 kv.m fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 28.09.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 22.01.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 30 ünvanında yerləşən ümumi sahəsi 138.1 kv.m olan 3 otaqlı mənzil Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X6 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Seriya RX ******* nömrəli Çıxarışından görünür ki, Qusar şəhəri, Dağıstan küçəsi ev 13 A, mənzil 23 ünvanında yerləşən ümumi sahəsi 138.1 kv.m olan yaşayış sahəsi 05.04.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 21.01.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Qusar şəhəri, Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan əmlak komleksi və 0.5 ha torpaq sahəsi paylı mülkiyyəti üzrə Cavabdeh məxsus ½ hissəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X6 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Seriya RX ******* nömrəli Çıxarışından görünür ki, Qusar şəhəri, Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan əmlak komleksi və 0.50 ha torpaq sahəsi paylı mülkiyyətolaraq ½ hissəsi 13.03.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 12.04.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 19 ünvanında yerləşən ümumi sahəsi 106.90kv.m mənzil Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X6 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Çıxarışından görünür ki, Bakı şəhəri, ünvan 19 ünvanında yerləşən ümumi sahəsi 106.90kv.m mənzil 18.02.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 21.01.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 32 ünvanında yerləşən ümumi sahəsi 193.6 kv.m qeyri-yaşayış sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X6 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Seriya RX ******* nömrəli Çıxarışından görünür ki, ünvan 32 ünvanında yerləşən ümumi sahəsi 193.6 kv.m qeyri-yaşayış sahəsi 17.11.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 22.01.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 12i ünvanında yerləşən ümumi sahəsi 0,2 ha torpaq sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X6 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Seriya RX ******* nömrəli Çıxarışından görünür ki, ünvan 12i ünvanında yerləşən ümumi sahəsi 0,2 ha torpaq sahəsi 05.12.2012ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 22.01.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 12i ünvanında yerləşən ümumi sahəsi 115.3 kv/m olan 4 otaqlı fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X6 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Seriya RX ******* nömrəli Çıxarışından görünür ki, ünvan 12i ünvanında yerləşən ümumi sahəsi 115.3 kv/m olan 4 otaqlı fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsi 05.12.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi verdiyi iddianın təmin tədbiri ərizəsi təmin edilmiş və məhkəmənin 2(006)-2631/2021 saylı 09.03.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsində adı çəkilən 12 adda əmlakın üzərinə həbs qoyulmuşdur. Məhkəmənin iddianın təmin tədbirinə dair qərardadı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4476/2021 saylı 26.04.2021-ci il tarixli və 2(103)-7062/2021 saylı 07.07.2021-ci il qərardadları ilə dəyişdirilmədən saxlanılmışdır. 23.02.2021-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC vasitəsi ilə məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 11 (on bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim olunmuş 04.12.2020-ci il tarixli “Mərədskiy və Partnyorları” Vəkil Bürosunun İddiaçı adına yazılmış orderdən görünür ki, iddiaçı vəkil X3 ilə 577/20 saylı müqavilə bağlayaraq nikahın pozulması üçün müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X10 ilə ailə münasibətləri pisləşdiyindən 04.02.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə nikahın pozulması idddia ərizəsi ilə müraciət etmiş, 19.02.2021-ci il tarixdə məhkəməyə 18.02.2021-ci il tarixli ərizə ilə müraciət edərək məhkəmə prosesinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2280/2021 saylı 22.02.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s. tələbi”nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Bundan sonra İddiaçı sifarişli poçt xidməti vasitəsi ilə izləmə nömrəsi TA000865761 AZ 23.02.2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə yeni iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2945/2021 saylı 24.08.2021-ci il tarixli (hakim Rəşid Səmədov) qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 29.11.2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş 30 oktyabr 2009-cu il təvəllüdlü Alxasov Eldar Namik oğlu və 24 mart 2012-ci il təvəllüdlü X12 anaları İddiaçı yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının 1/3 hissəsi miqdarda aliment tutularaq İddiaçı ödənilməsi qətt edilmişdir. Göründüyü kimi, İddiaçı ailə münasibətlərinin pisləşməsi səbəbindən 2020-ci ilin dekabr ayında vəkil xidmətindən istifadə edərək nikahın pozulması tələbi ilə bağlı məhkəməyə ilkin olaraq 2021-ci ilin fevral ayında müraciət etmiş, sonradan həmin ərizəsini geri götürmüşdür. Bundan başqa iş materiallarına əlavə edilmiş **********816 nömrəli 20 fevral 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Bakı şəhəri 14 saylı notariat ofisində Cavabdeh reyestrda 7E-7679 nömrə ilə qeyd olunmuş etibarnaməni ləğv etmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş **********809 nömrəli 23 fevral 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Bakı şəhəri 09 saylı notariat ofisində Cavabdeh reyestrda 7E-5954 nömrə ilə qeyd olunmuş etibarnaməni ləğv etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı keçmiş əri cavabdeh X5 onun adından müxtəlif notariat ofislərində razılıq ərizələri yazaraq birgə nikah dövründə əldə olunmuş əmlakları özgənikləşdirilməsindən xəbər tutduqdan sonra cavabdehin adına 2018-ci ildə verdiyi etibarnaməni ləğv etmiş və bundan sonra təkrarən məhkəməyə nikahın pozulması iddiası ilə müraciət etmişdir. Bundan başqa iş materiallarına əlavə olunmuş daşınmaz əmlakların çıxarışlarından görünür ki, iddia tələbində adı çəkilən hər bir əmlak iddiaçı ilə cavabdehin nikah bağlandığı tarixdən sonra əldə edilmişdir və gələcəkdə birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş bağışlanma müqavilələrindən görünür ki, Cavabdeh 19 yanvar 2021-ci il tarixdən başlayaraq 12 fevral 2021-ci il tarixədək on növdə əmlakı məhz qardaşı X6 bağışlamış, bir növ də əmlakı (Xətai prospekti 38 ünvanı) isə qardaşı X2. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh iddiaçının əvəzinə yazdığı razılıq ərizələri əsasında qeyd olunan notariat əməliyyatlarını həyata keçirərək nikahın pozulması ərəfəsində birgə nikah dövründə əldə olunmuş əmlakları öz qardaşına bağışlamış və satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar) Həmin qərarda qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında ər-arvad münasibəti olmuş və onların ailə münasibətləri pisləşməsi ərəfəsində cavabdeh birgə nikah dövründə alınmış əmlakları qardaşına bağışlamaqla və satmaqla özgəninkiləşdirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən etibarnamə əsasında mübahisəli əmlakları qısa vaxt müddətində, yəni ailə münasibətlərinin pisləşdiyi dövrdə məhz qardaşı – Alxasov Məmməd Nazim oğluna bağışlaması və satması İddiaçı iradə ifadəsinə zidd hərəkətlər olmaqla, gələcəkdə əmlak bölgüsünün baş verməməsinə yönəlmiş davranış kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, cavabdeh 2018-ci ildə ona verilmiş etibarnamədən sui-istifadə edərək iddiaçının adından öz xeyrinə razılıq ərizələri yazaraq birgə nikah dövründə əldə olunan əmlakın hamısını 20 gün ərzində qardaşına bağışlamış və iddiaçının mülkiyyətində olan bir növ əmlakı qardaşına satmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin iddia tələbinin rədd olunmasına dair gətirdiyi şifahi dəlillər əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili iddia predmetini təşkil edən daşınmaz əmlakların cavabdehə miras əmlak kimi atasından miras qalması və birgə nikah dövründə əldə olunmaması barədə şifahı dəlillər gətirsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə zamanı tədqiq olunmuş 13 notariat ofisinin məktubundan görünür ki, iddiaçının vəkilinin sorğusuna notarius cavab verərək göstərmişdir ki, Cavabdeh adına hər hansı miras əmlak açılmamışdır. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara əsaslanaraq və işin faktiki hallarını nəzərə alaraq iddia tələbi əsaslı hesab edir. Bundan başqa iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ərizədə ilkin iddia ərizəsində 4-cü bəndində göstərilən 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisində X7 məxsus ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin satılmasına etiraz etmədiyim haqqında 4 oktyabr 2018-ci il tarixli ərizə, 6-cı bəndində göstərilən Bakı şəhər 9 saylı notariat ofisində Bakı şəhər Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin satılmasına etiraz etmədiyim barəsində 27 may 2019-cu il tarixli ərizə, 11-ci bəndində göstərilən Bakı şəhər 9 saylı notariat ofisində X7 məxsus Bakı şəhər Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv metr olan qeyri yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyi və bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağı barəsində 13 avqust 2018-ci il tarixli ərizələrin nikahın pozulması ərəfəsindən əvvələ təsadüf etdiyi üçün hazırki iddia tələbindən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 53-cü maddəsinə əsasən məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı adından Cavabdeh tərəfindən Qusar rayon notariat ofisində X5 təsisçisi olduğu "xxxx" MMC-nin satılmasına, özgəninkiləşdirilməsinə razı olmağı barəsində 5 fevral 2021-ci il tarixli ərizə, Bakı şəhər 9 saylı notariat ofisində X7 məxsus Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyi, bununla bağlı gələcəkdə heç bir iddia və təlbinin olmayacağı barəsində 22 avqust 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 7ində yerləşən 0,29 ha torpaq sahəsinin bağışlanılmasına heç bir etirazı olmadığı haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 7ində yerləşən 138.1 kv metr sahəsi olan mənzilin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 4 ünvanında yerləşən mənzilin bağışlanmasına heç bir etirazının olmaması haqqında 12 fevral 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsinin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 21 yanvar 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 59.90 kv metr fərdi yaşayış evinin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 4 fevral 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus Qusar şəhəri Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv metr olan əmlak kompleksi kimi müəssisə və 0.50 ha torpaq sahəsinin bağışlanmasına heç bir etirazı olmaması haqqında 21 yanvar 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 7i ünvanında yerləşən 0.40 ha torpaq sahəsinin bağışlanmasına heç bir etirazı olmaması haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 7i ünvanında yerləşən 115.3 kv metr olan fərdi yaşayış evinin və 0.21 ha torpaq sahəsinin bağışlanmasına razı olmağı barəsində 22 yanvar 2021-ci il tarixli ərizə, Bakı şəhər 9 saylı notariat ofisində birgə nikah dövründə əldə edilmiş ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinin bağışlanmasına etiraz etmədiyi və həmin yaşayış sahəsini tərk etməyi barəsində 19 yanvar 2021-ci il tarixli ərizə, eyni zamanda həmin ərizələr əsasında daşınmaz əmlaklara dair 19.01.2021-ci il tarixdə 9 saylı notariat kontorunda ünvan 9 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsinin, 12.02.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 33 ünvanda yerləşən 106.90 kv.m yaşayış sahəsinin, 21.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 19 ünvanında yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsinin, 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 12i ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin, 21.01.2021ci il tarixdə 51 saylı notariat kontorunda Qusar şəhəri, Qusar çayın sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan əmlak kompleksi və 0.50 ha torpaq sahəsinin, 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 12i ünvanında yerləşən 115.3 kv.m fərdi yaşayış evini və 0.21 ha torpaq sahəsinin, 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 14 ünvanında yerləşən 138.1 kv.m yaşayış sahəsinin, 04.02.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 59.90 kv.m fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin, 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 12i ünvanında yerləşən 0.29 ha torpaq sahəsinin, 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 12i ünvanında yerləşən 0.40 ha torpaq sahəsinin bağışlanmasına dair bağışlama müqavilələri və 21.01.2021-ci il tarixdə 9 saylı notariat kontorunda Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 100 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı adından Cavabdeh tərəfindən Qusar rayon notariat ofisində X5 təsisçisi olduğu "xxxx" MMC-nin satılmasına, özgəninkiləşdirilməsinə razı olmağı barəsində 05 fevral 2021-ci il tarixli ərizə, Bakı şəhər 9 saylı notariat ofisində X7 məxsus Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyi, bununla bağlı gələcəkdə heç bir iddia və təlbinin olmayacağı barəsində 22 avqust 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 7ində yerləşən 0,29 ha torpaq sahəsinin bağışlanılmasına heç bir etirazı olmadığı haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 7ində yerləşən 138.1 kv metr sahəsi olan mənzilin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 4 ünvanında yerləşən mənzilin bağışlanmasına heç bir etirazının olmaması haqqında 12 fevral 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsinin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 21 yanvar 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 59.90 kv metr fərdi yaşayış evinin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 4 fevral 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus Qusar şəhəri Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv metr olan əmlak kompleksi kimi müəssisə və 0.50 ha torpaq sahəsinin bağışlanmasına heç bir etirazı olmaması haqqında 21 yanvar 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 7i ünvanında yerləşən 0.40 ha torpaq sahəsinin bağışlanmasına heç bir etirazı olmaması haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, Bakı şəhər 51 saylı notariat ofisində X7 məxsus ünvan 7i ünvanında yerləşən 115.3 kv metr olan fərdi yaşayış evinin və 0.21 ha torpaq sahəsinin bağışlanmasına razı olmağı barəsində 22 yanvar 2021-ci il tarixli ərizə, Bakı şəhər 9 saylı notariat ofisində birgə nikah dövründə əldə edilmiş ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinin bağışlanmasına etiraz etmədiyi və həmin yaşayış sahəsini tərk etməyi barəsində 19 yanvar 2021-ci il tarixli ərizə etibarsız hesab edilsin. Cavabdeh ilə X8 arasında bağlanmış 19.01.2021-ci il tarixdə 9 saylı notariat kontorunda ünvan 9 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsinin, 12.02.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 33 ünvanda yerləşən 106.90 kv.m yaşayış sahəsinin, 21.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 19 ünvanında yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsinin, 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 12i ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin, 21.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda Qusar şəhəri, Qusar çayın sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan əmlak kompleksi və 0.50 ha torpaq sahəsinin, 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 12i ünvanında yerləşən 115.3 kv.m fərdi yaşayış evini və 0.21 ha torpaq sahəsinin, 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 14 ünvanında yerləşən 138.1 kv.m yaşayış sahəsinin, 04.02.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 59.90 kv.m fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin, 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 12i ünvanında yerləşən 0.29 ha torpaq sahəsinin, 22.01.2021-ci il tarixdə 51 saylı notariat kontorunda ünvan 12i ünvanında yerləşən 0.40 ha torpaq sahəsinin bağışlanmasına dair bağışlama müqavilələri və 21.01.2021-ci il tarixdə 9 saylı notariat kontorunda Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 100 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar