Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2644/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə cavabdeh ünvan qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 8İ-2983 reyestr nömrəli icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh2 3000 manat məbləğində borcu xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmaq şərti ilə borc müqaviləsi bağlamışdır. İddiaçı tərəfindən qeyd edilən borcun çox hissəsi qaytarılmışdır. Lakin, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən İddiaçı 3025 manat məbləğində pul tutulması barədə xx.xx.2025-ci il tarixli 8İ-2983 reyestr nömrəli icra qeydi verilmişdir. Halbuki, İddiaçı Cavabdeh2 olan borcu 3000 manat deyil, daha az məbləğdə - 590 manat civarındadır. İddiaçı Cavabdeh2 aldığı 3000 manat puldan 2410 manat hissəsini qaytarmış və iddiaçıda bununla bağlı qəbzlər mövcuddur. Ona görə də Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2025-ci il icra qeydi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, notarius tərəfindən borc verən Cavabdeh2 ilə İddiaçı arasında olan borcun məbləği ilə bağlı mübahisənin olub-olmadığı yoxlanılmamış, icra qeydinin verilməsi düzgün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərdə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmçinin, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən İddiaçı hər hansı formada xəbərdarlıq bildirişi göndərilmədən birbaşa Xəzər rayon İcra şöbəsinə xx.xx.2025-ci il tarixli 8İ-2983 reyestr nömrəli icra qeydi göndərilmişdir. Notariusun icra qeydində göstərdiyi məbləğ şişirdilmiş məbləğdir. İddiaçı borc verənə icra qeydində göstərilmiş məbləğdə borcu yoxdur. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Cavabdeh2 və notarius əlbir olaraq kredit borcunun məbləğini şişirtmiş və icra qeydilə İddiaçı yüksək məbləğdə pul tələb edirlər. Bu da qanunsuz və əsassızdır.
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində üçüncü şəxs kimi qeyd etdiyi Cavabdeh2 əsl cavabdehlə, cavabdehin üçüncü şəxslərlə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı nümayəndəsi X3 “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun və Cavabdeh2 cavabdeh kimi mülki işə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edib, bildirdi ki, evlərində Əliyev soyadlı şəxslər yaşasa da, adı “M” hərfi ilə başlayan biri yoxdur. Notariusun hər hansı bildirişi onlara təqdim edilməmişdir.
6. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, notariat qaydasında borc müqaviləsi bağladıqdan sonra iddiaçı tərəfindən borcun cəmi 100 manat hissəsi ödənilmiş, hətta, 200 manat da ona əlavə güzəşt edilmişdir. Nəticədə 2700 manat borcun qalması razılaşdırılmış və iddiaçı ilə oğlu bunu yazılı qaydada təsdiq etmişlər.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 3M-1169 reyestr nömrəli borc müqaviləsindən görünür ki, borc verən Cavabdeh2 borc alan İddiaçı 3000 (üç min) manat məbləğində pul borc vermiş, borc alan İddiaçı isə krediti xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 928 №-li borc müqaviləsi (borc verən Cavabdeh2, borc alan İddiaçı) əsasında Bakı şəhəri 43 saylı notariat ofisinin hesabına 3000 manat pul köçürülmüşdür.
11. Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 8İ-19564 reyestr nömrəli ərizədən görünür ki, tələbkar Cavabdeh2 borclu İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, 3M-1169 reyestr nömrəli borc müqaviləsi üzrə ödənilməli olan 3000 manat borc öhdəliyinin yerinə yetirilməməsi səbəbindən müqavilənin icraya yönəldilməsini xahiş etmişdir.
12. Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3213 nömrəli bildirişdən görünür ki, İddiaçı tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barədə notariusun icra qeydinin aparılacağı barədə xəbərdar edilmişdir.
13. Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən xx.xx.2025-ci il tarixdə aparılmış 8İ-2983 reyestr nömrəli icra qeydindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 3M-1169 reyestr nömrəli borc müqaviləsi üzrə xx.xx.2024-cü il müddət üçün vaxtında ödənilməmiş 3000 manat 00 qəpik və 25 manat dövlət rüsumunun tutulması təklif edilmiş və icra qeydi aparılmışdır.
14. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən Bakı şəhəri 43 saylı notariat ofisinin 8İ-2983 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
15. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borclu İddiaçı icra sənədini 10 gün müddətində könüllü icra etmək üçün vaxt verildiyi və bu müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilməməsi halında icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 50 (əlli) manat məbləğində rüsum ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 3M-1169 reyestr nömrəli borc müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı 3000 (üç min) manat məbləğində pul borc vermiş, borc alan İddiaçı isə krediti xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
18. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə ödənilməli olan 3000 manat borc öhdəliyinin yerinə yetirilməməsi səbəbindən notarius tərəfindən icra qeydinin aparılması barədə ünvan ərizə ilə müraciət etmişdir. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli bildiriş ilə tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc ödənilmədiyi təqdirdə notariusun icra qeydinin aparılacağı ilə bağlı iddiaçı məlumatlandırıldırılmışdır. Bildirişin göndərilməsi barədə xəbərnamədən görünür ki, məktub xx.xx.2024-cü il tarixdə Əliyev M. tərəfindən təhvil alınmışdır. Məhkəmə iclasında iddiaçı onun qeydiyyatda olduğu mənzildə Əliyev soyadlı şəxslərin yaşadığını, lakin adı “M” hərfi ilə başlayan birinin olmadığını, həmçinin xx.xx.2024-cü il tarixli bildirişin ona çatmadığını, ilk dəfə məhkəmə iclasında gördüyünü bildirmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli, 3M-1169 reyestr nömrəli borc müqaviləsinə əsasən vaxtında ödənilməmiş 3000 manat borcun və 25 manat dövlət rüsumunun tutulması barədə 8İ-2983 reyestr nömrəli icra qeydi aparılmışdır.
19. Hazırda iddiaçı Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən aparılmış müvafiq icra qeydinin mübahisəli olduğuna görə ləğv edilməsini, Cavabdeh2 isə iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
20. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, notariat haqqında qanunvericiliyin tələbinə görə icra qeydləri mübahisəsiz borclar barəsində aparılır. Lakin iş materiallarından görünür ki, Cavabdeh2 mübahisəli borc müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilməməsinə görə digər cavabdeh ünvan borc müqaviləsi üzrə icra qeydinin aparılması ilə bağlı müraciət etmişdir. Məhkəmə iş materiallarında olan Cavabdeh2 tərəfindən digər cavabdeh ünvan ünvanlanmış ərizəni və notariat ofisi tərəfindən iddiaçıya göndərilmiş bildirişi icra qeydi ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, mübahisələndirilən icra qeydinin aparılması düzgün olmamışdır.
21. Çünki, məhkəmə araşdırmaları zamanı Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, “iddiaçı xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən ona olan 3000 manat borcundan sadəcə 100 manat pul ödəmişdir. Bundan başqa ödəniş edilməmişdir, iddiaçı 100 manat ödəniş etdikdən sonra iddiaçıya 200 manat cavabdeh tərəfindən güzəşt edilmiş və bundan sonra 2700 manat borcun qaldığı razılaşdırılmışdır. Yəni, cavabdeh iddiaçının ona 2700 manat borcu olduğunu etiraf etmişdir. İddiaçı və oğlu yazılı qaydada imzaları ilə təsdiq etmişlər ki, iddiaçı 2700 manat borcdan hər ay 100 manat ödəyəcəyini öhdəsinə götürür. Ödəyə bilmədiyi təqdirdə oğlu X3 pulu ödəyəcəyini öhdəsinə götürür. Deməli, icra qeydinin aparılmasını istəyən Cavabdeh2 iddiaçının ona 2700 manat borcu olduğunu qəbul etdiyi halda 3000 manat borcun ödənilməsi barədə icra qeydinin aparılmasını xahiş etmişdir. Buna baxmayaraq, notarius borcun məbləği mübahisəli olan müqavilə üzrə icra qeydi aparmışdır. Yəni, iddiaçının 3000 manat borcu olmadığı halda 3000 manat borcun ödənilməsi barədə icra qeydi aparmışdır. Bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci cümləsinin tələbləri pozulmuşdur.
22. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında nəzərdə tutulmuş hüquqi mövqeyə əsasən qeyd edir ki, hazırkı iddia tələbi icra qeydinin ləğv edilməsindən ibarətdir. Yəni, “icra qeydinin ləğv edilməsi” barədə iddia tələbinə baxılarkən, məhkəmə notarius tərəfindən icra qeydinin qanunvericiliyin tələblərinə əməl edilməklə, yoxsa qanunvericiliyin tələblərinə əməl etmədən aparılmasını yoxlayır. Buna görə qeyd edilməsi zəruridir ki, hazırkı iş üzrə məhkəmə borc müqaviləsinin etibarlılığını deyil, icra qeydinin qanuniliyini yoxlayır.
23. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 8İ-2983 reyestr №-li icra qeydi ləğv edilməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2, 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
25. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 8İ-2983 reyestr nömrəli icra qeydi ləğv edilməlidir.
28. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, iddia ərizəsində belə tələbin olub-olmamasından asılı olmayaraq, məhkəmə qətnamədə xərclərin bölüşdürülməsi məsələsinə qiymət verməlidir. İş materiallarından müəyyən olunur ki, cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən icra qeydi digər Cavabdeh2 müraciəti əsasında verilmişdir. Belə ki, icra qeydinin verilməsi üçün Cavabdeh2 müraciəti əsas olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi verərkən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.
Nəticə:
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 8İ-2983 reyestr nömrəli icra qeydi ləğv edilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova