Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2656/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “inzibati xəta haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “inzibati xəta haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olduğuna görə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 21837,00 avronun 20 faizi, yəni 4367,4 avro məbləğində cərimə edilməsinə dair inzibati protokolunun ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin mahiyyətindən görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nın müvafiq maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. "xxxx" MMC isə həmin protokolun ləğv edilməsi barədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.2-ci maddəsinin tələbinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, mülki məhkəmə icraatı qaydasında inzibati xətaya dair mübahisələrə baxmaq (inzibati xəta haqqında protokolların ləğv edilməsi və s.) nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmçinin, iddia ərizəsinin məhkəməyə göndərilməsi zamanı imza və iddia ərizəsinə əlavə siyahısında göstərilən digər sənədlər aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya inzibati xəta haqqında protokoldan inzibati və məhkəmə qaydasında (inzibati xətalar üzrə qanunvericiliyə uyğun olaraq) şikayət vermək hüququ izah edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “inzibati xəta haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2656/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2656/2022
21.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver