Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2672/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Mersedes Benz B 170” markalı, **-SS-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 180 manat məbləğində pul və 20 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Opel Vectra” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə 22.07.2020-ci il tarixdən 22.07.2020-ci il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. Cavabdeh 11.08.2020-ci il tarixdə saat 16:45 radələrində idarə etdiyi “Opel Vectra” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Yasamal rayonu Vidadi küçəsi ilə Zərqər Palan küçəsi ilə olan kəsişmədə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində onun idarə etdiyi avtomobil X2 məxsus “Mersedes Benz B 170” markalı, **-SS-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin avtomobilə maddi ziyan vurulmuşdur. Hadisəni törətdikdən sonra sürücü hadisə yerindən yayınmışdır. Hadisə ilə bağlı Yasamal RPİ-nin DYPŞ-da araşdırma aparılmış və cavabdehin barəsində İXM-nin 327.6-cı maddəsi il\ə 11.08.2020-ci il tarixli İXP3462587 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında 13.08.2020-ci il tarixli, TP3874193 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, cavabdeh 100 manat məbləğində cərimələnmişdir. "xxxx" ASC tərəfindən “Mersedes Benz B 170” markalı, **-SS-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 180 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə pul avtomobilin sahibi ödənilmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraçiət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasın və qətnamə qəbul edilməsin məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş PAZ ********** nömrəli şəhadətnaməsindən görünür ki, “Opel Vectra” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 22.07.2020-ci il tarixdən 22.07.2020-ci il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. İş materiallarında olan Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 11.08.2020ci il tarixli, İXP3462587 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh 11.08.2020-ci il tarixdə saat 16:45 radələrində idarə etdiyi “Opel Vectra” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Yasamal rayonu Vidadi küçəsi ilə Zərqər Palan küçəsi ilə olan kəsişmədə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində onun idarə etdiyi avtomobil X2 məxsus “Mersedes Benz B 170” markalı, **-SS-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin avtomobilə maddi ziyan vurulmuşdur. İş materiallarında olan Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş13.08.2020ci il tarixli, TP3874193 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cavabdeh barəsində İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş, o, 100 manat məbləğində cərimələnmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 11.08.2020-ci il tarixli, İXP3462587 nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi Cavabdeh 11.08.2020-ci il tarixdə saat 16:45 radələrində idarə etdiyi “Opel Vectra” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Yasamal rayonu Vidadi küçəsi ilə Zərqər Palan küçəsi ilə olan kəsişmədə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində onun idarə etdiyi avtomobil X2 məxsus “Mersedes Benz B 170” markalı, **-SS-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin avtomobilə maddi ziyan vurulmuşdur. Bu səbəbdən də istinad olunan hüquq normalarına əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, yəni hazırki halda iddiaçıya subroqasiya hüququ əsasında onun verdiyi sığorta ödənişi məbləğində keçmişdir. İş materiallarından göründüyü kimi, avtomobilə dəymiş zərərin həcmi 180 manat məbləğində müəyyən edilmişdir. «AtaSığorta” ASC sığortalı X1 mövcüd sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq cəmi 180 manat sığorta ödənişi ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərin əvəzi maddi ziyana görə 180 manat məbləğində pul və 20 manat dövlət rüsumu cavabdeh tərəfindən ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Mersedes Benz B 170” markalı, **-SS-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 180 manat məbləğində pul və 20 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2672/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2672/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver