Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2675/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh «Cavabdeh Group» şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh Group» şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ali təhsilli peşəkar tərcüməçidir, «xxxx» MMC-nin direktorudur, şirkəti tərcümə xidmətlərinin göstərilməsi ilə məşğuldur. İşi ilə və istirahət etmək məqsədi ilə tez-tez xarici ölkələrə səfər edir. xx.xx.2020-ci il tarixdə o, «Cavabdeh Group (Q.C.S.C)» şirkətinin Azərbaycan Respublikasındakı Filialından 1487,07 manat pul ödəyərək X22 X14 X5 Limanı vasitəsi ilə X15 Limanına və eyni qaydada geriyə gediş-dönüş üçün bilet almışdır. Biletə əsasən X22 Limanından yola düşmə xx.xx.2020-ci il tarixdə yerli vaxtla saat 12.35, Doha Hamad X5na çatma yerli vaxtla xx.xx.2020-ci il saat 14.30, Doha Hamad X5ndan X16 Hava Limanına yola düşmə yerli vaxtla xx.xx.2020-ci il saat 17.50, Nayrobiyə çatma vaxtı isə 23.35 olmalı idi. Gediş uçuşları ilə bağlı hər şey qaydasında olmuş və onun gedişlə bağlı heç bir şikayəti və tələbi yoxdur. Onun şikayəti geri dönüşlə bağlıdır. Belə ki, biletə əsasən geri dönüş X16 Hava Limanından yerli vaxtla xx.xx.2020-ci il tarixdə saat 10.05-də yola düşmə, Doha Hamad X5na çatma yerli vaxtla xx.xx.2020-ci il saat 16.10-da, Doha Hamad X5nda Heydər X20 yola düşmə yerli vaxtla xx.xx.2020-ci saat 17.25-də, Bakıya çatmaq isə yerli vaxtla xx.xx.2020-ci il saat 21.15-də baş tutmalı idi. xx.xx.2020-ci il tarixdə biletdə göstərilən uçuş vaxtında 2 saat əvvəl X16 Hava Limanına gəlmiş, burada minik kartlarını almaq üçün müraciət etdikdə ona məlum olmuşdur ki, «Cavabdeh Group (Q.C.S.C.)» şirkayəti xx.xx.2020-ci il tarixdə Doha Hamad X5ndan Heydər X20 saat 17.25-də nəzərdə tutulmuş reysi ləğv edərək, onu 22 yanvar saat 07.45-ə keçirmişdir. Bu hal ona bəlli olan kimi, o, X16 Hava Limanından «Cavabdeh Group (Q.C.S.C.)» şirkətinin Azərbaycan Respublikasındakı Filialına zəng etmiş, bileti ona satmış əməkdaş reysin vaxtının dəyişdirilməsi faktını təsdiqləmiş və əlavə etmişdir ki, baş ofisə e-mail yazıb «sizin xx xxxxxx 2020-ci il tarixdə Bakıya dönüşünüzü təmin etməyə çalışacağıq» və ona Nayrobidən (Keniyadan) Dohaya (Qətərə) uçmağa təkid etmişlər. O, Dohaya gəlmiş və verilmiş təlimata uyğun olaraq transfer masasına müraciət etmiş və orada ona demişlər ki, onun bu gün Bakıya qayıtması üçün heç bir variant yoxdur. O, məcbur olub sabahı gözləməli olmuş və onu otellə təmin etməsini xahiş etmişdir. Lakin oradakı əməkdaş ona bildirmişdir ki, onu otellə təmin edə bilməzlər, çünki onlar reysin dəyişməsi barədə onun emailinə məktub yazmışlar, lakin o, oxumamışdır. O, etiraz edərək bildirmişdir ki, turist kimi Afrika ölkəsi olan Keniyanın «Meru» Milli Parkında, «Samburu» Milli Qoruğunda və «Namunyak» X18 ərazisində olmuşdur və bu ərazilərdə onun internetə çıxışı olmamışdır. Lakin, onun mobil noməsi roumingdə açıq olmuş, ona mesaj göndərə və ya zəng edib məlumat verə bilərdilər. Əməkdaş isə bildirmişdir ki, şirkətin siyaəti odur ki, şirkət reysin təxirə salınması barədə e-mail yazır və əgər 24 saat ərzində həmin e-mailə cavab verilmirsə, o zaman müştəri otellə təmin olunmur. O, nə qədər izah etməyə çalışsa da, şirkətin birtərəfli qaydaları düzgün deyil, şirkət bütün mümkün vasitələrlə onu xəbərdar etməyə cəhd göstərməli idi. Ona təqdim olunan biletdə şirkətin belə siyasəti barədə heç nə yazılmayıbdır. Buna baxmayaraq,şirkətin əməkdaşı qəti şəkildə onu otellə təmin etməyəcəyini bildirmişdir. Qarşılaşdığı xoşagəlməz mənzərə onun 10 günlük istirahətini sözün həqiqi mənasında heç etmiş, səfər təəssüratlarını tamamilə məhv edərək, onda əsəb gərginliyi yaratmışdır. O, «Neyrodermit» dəri xəstəliyindən əziyyət çəkir və əsəbləşdikdə bütün bədənində səpiklər yaranır. Qarşıladığı hal onu əsəbləşdirdiyi üçün onun bədənində səpiklər yaranmağavə qaşınma verməyə başlamışdır. O, özü ilə götürdüyü dərmanları və bütün yükü artıq Keniyada yola düşərkən baqaja verilmişdir. O. baqajdan dərmanlarını götürmək üçün müraciət etsə də, ona bildirildi ki, baqaj açıla bilməz və o, onu ancaq Bakıda ala bilər. Beləliklə, o, həm dərmansız və şəxsi əşyalarsız qalmalı olmuşdur. Belə olan halda o, məcbur olub öz hesabına oteldə qalmalı olmuş və buna görə 67,57 ABŞ dolları məbləğində pul ödəyərək «X21»-da gecələmişdir. Səhərisi gün isə Bakıya qayıtmışdır. Bakıya qayıdan kimi dərhal həkimə müraciət etmiş və həkim ona təyinat yazmışdır. Hüquqlarının kobud şəkild pozulması nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Maddi ziyan aşadığakılardan ibarətdir: 67,57 ABŞ dolları məbləğində otel xərci və 60 manat məbləğində müalicə xərci, 521 manat məbləğində vəkilin xidmət haqqı, 31 manat məbləğində dövlət rüsumu və 19,40 manat məbləğində sənədlərin tərcümə xərci, ümumilikdə 631,40 manat və 67,57 ABŞ dolları. Ona dəymiş mənəvi ziyan isə 15.000 manat məbləğində dəyərləndirmişdir. Göstərilənlərə əsasən cavabdeh «Cavabdeh Group (Q.C.S.C.)» şirkətindən maddi ziyana görə 67,57 ABŞ dolları məbləğində otel xərci və 60 manat məbləğində müalicə xərci, 521 manat məbləğində vəkilin xidmət haqqı və 31 manat məbləğində dövlət rüsumu və 19,40 manat məbləğində sənədlərin tərcümə xərci, ümumilikdə 631,40 manat və 67,57 ABŞ dolları, mənəvi ziyana görə isə 15000 manat məbləğində pulu tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddiaya uyğun izahat vermiş və iddia tələbini müdafiə edərək, iddianın tam əsaslı olması səbəbindən onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın tam əsaslı olması səbəbindən onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, iddiaçıya təyyarə biletinin dəyişdirilməsi barədə məlumat verilməmişdir. Cavabdeh tərəfindən yalnız e-mail ünvanına göndərilməsi ilə kifayətlənməsi hüquqlarını müdafiə etdiyi tərəfin hüquqlarının əsaslı şəkildə pozmuşdur. O, həmçinin məhkəməyə bildirmişdir ki, bu səbəbdən iddiaçıya mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək öz izahatında göstərmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə X16 Hava Limanına gəldikdə X19 Limanından X3 reysin vaxtının dəyişdirilməsi barədə məlumat verilmişdir. X9 Hava Limanına gəldikdə isə ona məlumat verilmişdir ki, 21 yanvar saat 17.25-də olan reys 22 yanvar tarixinə saat 07.45-ə keçirilmişdir. Belə olan halda, iddiaçı tranfer masasına yaxınlaşaraq gecəni keçirmək üçün onun otellə təmin edilməsini istəmişdir. iddia tələbini müdafiə edərək, iddianın tam əsaslı olması səbəbindən onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. «Cavabdeh Group (Q.C.S.C.)» Şirkətinin əməkdaşı isə iddiaçıya əsaslandıraraq bildirmişdir ki, reysin təxirə düşməsi barədə iddiaçının elektron poçt ünvanına (e-mail) məktub qabaqcadan göndərilib. Həmin e-maildə reysin təxirə salınması barədə məlumat verilmişdir. Və bununla bağlı şirkətin iddiaçı üçün otelin təqdim edilməsi ilə bağlı hazırlıq işlərin görülməsi məqsədi ilə iddiaçıdan 24 saat ərzində ona göndərilmiş e-mailə cavab yazaraq bu xidmətdən istifadə etmək niyyətini təsdiqləməsi xahiş olunmuşdur. Əks halda, yəni iddiaçı e-mailə cavab verməsə bu iddiaçının otel xidmətindən imtina etməsi kimi hesab olunacaq. İddiaçı qeyd olunan e-mailə heç bir cavab vermədiyindən şirkətin əməkdaşı bunu əsas götürərək onun otellə təmin edilməsindən imtina etmişdir. İddiaçı isə iddiasını onunla əsaslandırır ki, reysin vaxtının dəyişdirilməsi barədə ona lazımi şəkildə xəbərdarlıq edilməmişdir. Şirkətin əməkdaşı iddiaçıya onunla email vasitəsi ilə əlaqə saxlanılması barədə bildirdikdə, iddiaçı qeyd etmişdir ki, o, turist kimi Afrika ölkəsi olan Keniyanın «Meru» Milli Parkında, «Samburu» Milli qoruğunda və «Namunyak» X18 ərazisində olduğu üçün onun internetə çıxışı olmamışdır. Onun mobil nömrəsində rouminq xidməti açıq olmuşdur, ona görə də şirkət ona sms göndərə və ya zəng edə bilərdi. İddiaçının bu yanaşması düzgün deyildir. Belə ki, iddiaçı bilət alarkən kommunikasiya vasitəsi kimi e-mail ünvanını və mobil telefon nömrəsini göstərmişdir. Hər iki əlaqə vasitəsini qeyd edilməsi o demək deyil ki, Şirkət sərnişinlərlə mütləq şəkildə həm e-mail, həm də telefonla əlaqə saxlamalıdır. Şirkət iddiaçı qarşısında belə öhdəlik götürməyibdir. Bu səbəbdən şirkət öz mülahizəsinə əsasən münasib bildiyi vasitə, yəni email ilə iddiaçıya məlumat vermişdir. Bilət tarixçəsinin göstəricilərinin 22-ci qrafasında ingilis dilində (schedule shange notification successfully sent over email) qeyd edilir ki, uçuş vaxtının dəyişdirilməsi barədə bildiriş e-mail vasitəsilə müvəffəqiyyətlə göndərildi. Bu onu təsdiq edir ki, Şirkət onun xidmətindən istifadə edən iddiaçını lazımi qaydada və vaxtında məlumatlandırmışdır. Belə olan halda iddiaçı tərəfindən e-mailin yoxlanılmaması iddiaçının öz məsuliyyətinə daxildir. Şirkət tərəfindən iddiaçının məlumatlandırılması üçün zəruri hərəkətlər edildiyi, otel təklifi olunduğu halda iddiaçı öz hərəkətsizliyi, yəni ona gələn e-mailə müvafiq cavabı verməməklə otellə təmin olunmağına ehtiyac olmadığını bildirmişdir. İddiaçı iddia edir ki, X1rşılaşdığı vəziyyət onun əsəbləşməsinə səbəb olduğundan həmin anda dərisinə səpiklər yaranmış və qaşınma başlamışdır. O, səhhətinin pisləşməsi tellə təmin edilməməklə və vaxtında dərmanlarından istifadə edə bilməməsi ilə əlaqələndirir. Bu səbəbdən də iddiaçı müalicəsi üçün çəkdiyi xərclərin şirkət tərəfindən qarşılanmasını istəyibdir. İddiaçının çəkdiyi müalicə xərcləri üçün hər hansı məbləği tələb etməsi tamamilə əsassızdır. Belə ki, iddiaçının səhhətində yaranmış problemin məhz onun əsəbləşməsi ilə bağlı olduğunu sübut edən heç bir rəsmi həkim rəyi yoxdur. Onun səhhətinin pisləşməsinə təsir edən bir çox amillər ola bilərdir. Bu səbəbdən iddiaçının dərisində səpiklərin yaranması ilə şirkətin nümayəndəsinin ona verdiyi cavab və göstərdiyi münasibət arasında səbəbli əlaqənin olması barədə heç bir təsdiqedici sənəd və sübut yoxdur. İkincisi, dərmanların çemodanda qalması otelin cavabdeh və ya iddiaçının özü tərəfindən qarşılanmasından asılı deyildir. Belə ki, həmin oteli cavabdeh də vermiş olsa, iddiaçı onu öz vəsaiti ilə qarşılamış olsa iddiaçının dərmanlarının qəbulu ilə əlaqədar nəticəsi dəyişilməz olaraq qalacaqdır. İddiaçının əgər zəruri qəbul etməli olduğu dərmanı vardırsa, o, yolunun uzun olmasını əvvəlcədən düşünərək həmin dərmanlarını əl baqajında saxlamalı idi. Həmçinin iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli reseptlərindən məlum olur ki, o, qeyd etdiyi xəstəliyindən çox daha öncədən əziyyət çəkir, onun bu xəstəliyə düçar olmasının səbəbi heç bir uçuşlararası otellə təmin edilməməsindən irəli gəlmir. Uçuş tarixlərinə nəzər saldıqda məlum olur ki, iddiaçı ən pis halda cəmi 1 gecə dərmanlarını qəbul etməyibdir. Yəni hava limanında günlərlə qalmayıb ki, bu da onun səhhətinin geriləməsinə səbəb olsun. Ona görə də səhhətində problem olduğunu əvvəlcədən bilən bir sərnihin kimi dərmanlarını yanında saxlamaq iddiaçının məsuliyyəti idi. Mənəvi ziyan tələbi ilə əlaqədar isə bildirirlər ki, iddiaçı tərəfindən ziyan kimi qeyd edilən 67 ABŞ dolları məbləği müqabilində 15.000 manat mənəvi zərərtələb etməsi ağlabatan deyildir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili iddi tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə olan sübutlara qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan «X24» tərəfindən veriliş elektron bilet qəbzindən görünür ki, İddiaçı 1487,07 manat pul ödəyərək X22 X14 X5 Limanı vasitəsi ilə X15 Limanına və eyni qaydada geriyə gediş-dönüş üçün bilet almışdır. Biletə əsasən X22 Limanından yola düşmə xx.xx.2020-ci il tarixdə yerli vaxtla saat 12.35, Doha Hamad X5na çatma yerli vaxtla xx.xx.2020-ci il saat 14.30, Doha Hamad X5ndan X16 Hava Limanına yola düşmə yerli vaxtla xx.xx.2020-ci il saat 17.50, X11 Hava Limanına çatma vaxtı isə 23.35, geri dönüş X16 Hava Limanından yerli vaxtla xx.xx.2020-ci il tarixdə saat 10.05 yola düşmə, Doha Hamad X5na çatma yerli vaxtla xx.xx.2020-ci il saat 16.10, Doha Hamad X5nda Heydər X20 yola düşmə yerli vaxtla xx.xx.2020-ci saat 17.25, Bakıya çatmaq isə yerli vaxtla xx.xx.2020-ci il saat 21.15 qeyd edilmişdir. İş üzrə «Cavabdeh Group (Q.C.S.C.)» şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən təyyarə bileti üçün 1487,07 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan «X25 Doha» tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə oteldə qalması üçün 67,57 ABŞ dolları ödəniş etmişdir. İş materiallarında olan reseptlərdən görünür ki, həkim-dermatoveneroloq tərəfindən İsrafil Xakimova müalicə təyin edilərək, müəyyən dərman preparatları yazılmışdır. İş materiallarında Azərbaycan Respublikasının Vəkillər X2 Vəkil Bürosu ilə İddiaçı arasından bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 174 №-li, xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 521 manat müəyyən olunmuşdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Sumqayıt Regional Vəkil Bürosuna 174/2020 saylı müqavilə üzrə 521 manat ödəniş edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən istinad edilən avia biletin dəyişdirilməsi barədə məlumatın iddiaçının e-mail ünvanına göndərilməsinin kifayət etməsi məhkəmə üçün əsaslı hal hesab edilməməlidir. Belə ki, iddiaçının səyahətdə olduğu bölgənin coğrafi xüsusiyyəti nəzərə alınmalı və mobil rabitə vasitəsi ilə ( sms və zəng) əlaqə yaradılaraq bu barədə məlumat verilməli idi. Qarşı tərəfin emaili oxumaq kimi vəzifəsi müəyyən edilməmiş, emailin iddiaçı tərəfindən oxunmasını sübut edən halı da aşkar edilməmişdir. Qeyd olunan xüsusiyyətləri nəzərə alaraq məhkəmə iddia tələbinin cavabdehdən maddi ziyana görə 67,57 ABŞ dolları məbləğində otel xərci, 60 manat məbləğində müalicə xərci, 19,40 manat məbləğində sənədlərin tərcümə xərcinin tutulması hissəsi hissədə tələb əsaslıdır və təmin edilməlidir. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hüquqi yardım xərcinə görə 521 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb əsaslı hesab edilməli və təmin edilməlidir. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 41-ci maddəsinə və X13 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1500 (bir min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «Cavabdeh Group (Q.C.S.C.)» şirkətinin Azərbaycan Respublikasındakı filialından maddi zərərə görə 67,57 ABŞ dolları məbləğində otel xərci, 60 manat məbləğində müalicə xərci, 521 manat məbləğində vəkilin xidmət haqqı, 19,40 manat məbləğində sənədlərin tərcümə xərci və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat, ümumilikdə 631,40 (altı yüz otuz bir manat, qırx qəpik) manat və 67,57 (altmış yeddi ABŞ dolları, əlli yeddi sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, mənəvi zərərə görə 1500 (bir min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 31 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «Cavabdeh Group (Q.C.S.C.)» şirkətinin Azərbaycan Respublikasındakı filialından maddi zərərə görə 67,57 ABŞ dolları məbləğində otel xərci, 60 manat məbləğində müalicə xərci, 521 manat məbləğində vəkilin xidmət haqqı, 19,40 manat məbləğində sənədlərin tərcümə xərci və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat, ümumilikdə 631,40 (altı yüz otuz bir manat, qırx qəpik) manat və 67,57 (altmış yeddi ABŞ dolları, əlli yeddi sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, mənəvi zərərə görə 1500 (bir min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2675/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2675/2020
05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver