Məhkəmə qərarları › İş №2(006)-2678/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2678/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2678/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə imaməddin qızının katibliyi, İddiaçı "İddiaçı" X14 Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə İddiaçı "İddiaçı" X14 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "subroqasiya qaydasında pul tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" X14 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "subroqasiya qaydasında pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh2 xx.xx.2013- cü il tarixdə idarə etdiyi «Kamaz 53229» markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Əliyev prospektində manevretmə qaydasını pozaraq X10 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “Kamaz 53229” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. Cavabdeh1 mülkiyyətində olan “Kamaz 53229” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol- nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin AYP 554501 saylı X12 Protokolunda öz əksini tapmışdır. Zərərin qiymətləndirilməsinə dair “xxxxxxxxxxxxxxxx” Firmasının təqdim etdiyi xx.xx.2013-cü il tarixli akta uyğun olaraq, “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə 5225 manat zərər təyin edilmişdir. MİP-120227-B36 saylı sığorta müqaviləsinin 683/2013 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 400 manat azadolma məbləği çıxmaqla 4825 manat sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən X10 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 4825 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 dövlət rüsumu, cəmi 4855,40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "İddiaçı" X14 Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, müxtəlif səbəblərdən bildiriş MMC-yə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdeh "Cavabdeh1" MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş AB № 666484 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil X10 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş AB № 844091 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Kamaz 53229» markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1nə məxsusdur. İşin materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli vəkalətnamənin surətindən görünür ki, "Cavabdeh1" MMC ona məxsus «Kamaz 53229» markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Cavabdeh2 1 (bir) il müddətinə etibar edir. İşin materiallarında olan DİN Baş Dövlət X17 tərəfindən tərtib edilmiş № AYP 554501 saylı, xx.xx.2013-cü il tarixli X12 protokolun surətindən görünür ki, «Kamaz 53229» markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1 -ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan sığorta aktının surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "İddiaçı" Sığorta Şirkəti ASC-də sığortalanmış “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, xx.xx.2013- cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5225 manat, ödənilmiş sığorta ödənişinin məbləği isə 4825 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxx” firması tərəfindən tərtib olunmuş xx.xx.2013cü il tarixli zərər aktından görünür ki, “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5225 manat məbləğində ziyan dəymişdir. İşin materiallarında olan xx.xx.2013-cü il tarixli, 1771 saylı kassa məxaric orderinin surətindən görünür ki, "İddiaçı" Sığorta Şirkəti ASC tərəfindən MİP-1 № 683/2013 saylı sığorta aktına əsasən X7 nümayəndəsi X8 4825 manat sığorta ödənişi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 "Cavabdeh1" MMC-nin mülkiyyətində olan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, "İddiaçı" Sığorta Şirkəti ASC-də sığortalanmış X10 məxsus “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən X10 dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 4825 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh2 «Kamaz 53229» markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobili “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmadan idarə etmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla "Cavabdeh1" MMC-nin sahibliyində və istifadəsində olduğundan və həmin avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmadığından, eyni zamanda Cavabdeh2 DİN Baş Dövlət X17 tərəfindən tərtib edilmiş № AYP 554501 saylı, xx.xx.2013-cü il tarixli X12 protokola əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə “Cavabdeh1" X9 və Cavabdeh2 müştərək qaydada məsuliyyət daşımalıdırlar. Ona görə də iddia tələbi təmin edilərək, cavabdehlər “Cavabdeh1" X4 və Cavabdeh2 subroqasiya hüququ əsasında 4825 (dörd min səkkiz yüz iyirmi beş) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4855,40 (dörd min səkkiz yüz əlli beş manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər “Cavabdeh1" X1 və Cavabdeh2 subroqasiya hüququ əsasında 4825 (dörd min səkkiz yüz iyirmi beş) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4855,40 (dörd min səkkiz yüz əlli beş manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "İddiaçı" X14 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar