Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2714/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə İddiaçı Səlı̇ mova Yeganə Abduləvvəl qızının cavabdeh Sofı̇ yeva Heyran Xosrov qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Səlı̇ mova Yeganə Abduləvvəl qızı cavabdeh Sofı̇ yeva Heyran Xosrov qızına qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sofı̇ yeva Heyran Xosrov qızından 5000 manat əsas borc və 70 manat dövlət rüsumu olmaqla, cəmi 5070 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı Səlı̇ mova Yeganə Abduləvvəl qızı iddianı müdafiə edib bildirdi ki, kiçik sahibkarlıq fəaliyyəti ilə, yəni qızıl-ziynət əşyalarının satışı ilə məşğul olur. Vaxtlıvaxtmda dövlətə vergilər və sosial ödənişlər ödəyir, sahibkar olaraq üzərinə düşən bütün vəzifələri vaxtı-vaxtmda yerinə yetirir. Cavabdeh ondan borca qızıl-ziynət əşyaları almış və sonradan borcu hissə-hissə ödəmişdir. 2018-ci ilin may ayının əvvəlində cavabdeh ondan cəmi 7.000 manat dəyərində qızıl-ziynət əşyaları almış və pulu hissə-hissə ödəyəcəyini bildirsə də, pulu ödəməmişdir. Polisdə olan digər mübahisəyə baxılarkən Sofı̇ yeva Heyran Xosrov qızı bu borcdan ona 2.000 manat pul qaytarmış, 5.000 manat pul isə qalmışdır. Dəfələrlə pulu cavabdehdən tələb etmiş və məhkəməyə müraciət edəcəyini demişdir. Lakin, Cavabdeh müxtəlif bəhanələr gətirib gizlənir və borcu qaytarmaqdan qərəzli boyun qaçırır. Buna görə də ondan pulun məhkəmə qaydasında alınması zəruridir. İddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh Sofı̇ yeva Heyran Xosrov qızı iddianı qəbul edib bildirdi ki, o, iddiaçıdan qızıl alıb başqa şəxslərə satmışdır. Əvvəllər o, sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, sonradan fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Sonuncu dəfə iddiaçıdan qızıl alıb Sayalı adlı şəxsə satmışdır. Sayalı adlı şəxs ondan 18500 manat məbləğində qızıl almış, lakin bu məbləği ona ödəməmişdir. Hazırda sözügedən şəxsin işi Bakı Ağır Cinayətlər Məhkəməsindədir. Cavabdeh iddiaçıya 13500 manat məbləğində olan borcunu ona ödəmişdir. İddiaçı ondan polis orqanına şikayət etmiş və o, 2000 manat borcu da iddiaçıya ödəmişdir. Hazırda isə onun iddiaçıya 5000 manat məbləğində borcu qalmış, bu borcu birdəfəlik ödəməyə isə maddi cəhətdən imkanı yoxdur. Buna görə də iddiaçıya mövcud borcun hissə-hissə ödənilməsi barədə müraciətlər etmiş, lakin onlar bu barədə razılığa gələ bilməmişlər. İddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsə də, iddiaçı Səlı̇ mova Yeganə Abduləvvəl qızı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab edərək məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı Səlı̇ mova Yeganə Abduləvvəl qızının və cavabdeh Sofı̇ yeva Heyran Xosrov qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tərəflərin əvvəlki məhkəmə iclasındakı izahatlarını nəzərə alıb hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki-Prosessual Məcəllənin 26-cı maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Səli̇ mova Yeganə Abduləvvəl qizi (VÖEN: **********) Azərbaycan Respublikasi Vergilər Nazirliyində qeydiyyata alinmiş (VÖEN statusu: aktiv) və əsas fəaliyyət növünü zərgərlik məmulatlarinin pərakəndə satişi təşkil edir. Mülki işin materiallarinda olan cavabdeh Sofi̇ yeva Heyran Xosrov qizi tərəfindən təqdim edilmiş vergi ödəyicisinin uçota alinmasi haqqinda şəhadətnamədən görünür ki, Sofi̇ yeva Heyran Xosrov qizi (VÖEN: **********) vergi ödəyicisi olaraq Baki şəhəri Vergilər Departamentinin 2 sayli filialinda qeydiyyata alinmişdir. Eyni zamanda “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Sofi̇ yeva Heyran Xosrov qizi (VÖEN: **********) Azərbaycan Respublikasi Vergilər Nazirliyində qeydiyyata alinmiş (VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandirmiş) və əsas fəaliyyət növünü estetik mərkəz tərəfindən xidmətlərin göstərilməsi satişi təşkil edir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, şəxsin VÖEN üzrə fəaliyyətini müvəqqəti dayandırması onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması mənasına gəlmir. Belə ki, şəxs müəyyən müddət ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar məsələlərə, xüsusən də VÖEN üzrə ödənilməli olan dövlət və digər ödənişlərə, həmçinin, dövlət orqanlarına hesabatların verilməsinə fasilə verir. Beləliklə, şəxs VÖEN-i ləğv etməmişdirsə, VÖEN üzrə fəaliyyəti müvəqqəti dayandırmış olması onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmamasına dəlalət etmir. Məhkəmə araşdırmaları zamanı tərəflərin verdikləri izahatlardan və işin materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış və onlar şifahi əsaslarla bu müqaviləni bağlamışlar. Həmçinin, hər iki tərəf gördüyü işdən gəlir əldə etmək məqsədilə bu münasibətlərə daxil olmuş, belə ki, iddiaçı zərgərlik məmulatlarını cavabdehə satmaqla, cavabdeh isə iddiaçıdan aldığı zərgərlik məmulatlarını başqa şəxslərə satmaqla gəlir əldə etmək niyyətində olmuşlar. Beləliklə, müəyyən olundu ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olur, münasibətlərinin predmetini isə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan zərgərlik məmulatlarinin pərakəndə satişi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsində qeyd edilmişdir ki, alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının (bundan sonra – Qərarın) 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Qərarın 10-cü bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblərə dair istisna qeydində göstərilmişdir ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Hazırki iş üzrə tərəflər – iddiaçı Səli̇ mova Yeganə Abduləvvəl qizi (VÖEN: **********) və Sofi̇ yeva Heyran Xosrov qizi (VÖEN: **********) fərdi sahibkar statusuna malik olmaqla, vergi uçotuna alınmışdırlar. Göründüyü kimi hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinin tələbinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim əsaslandırılmış qərardad çıxarır. Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi baxılması üçün başqa məhkəməyə verir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflər iddiaçı Səlı̇ mova Yeganə Abduləvvəl qızının cavabdeh Sofı̇ yeva Heyran Xosrov qızına qarşı "pul" tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Səlı̇ mova Yeganə Abduləvvəl qızının cavabdeh Sofı̇ yeva Heyran Xosrov qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2714/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2714/2022
17.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver