Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2721/2025 05.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “öhdəliyin icrası haqqında” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı cavabdeh 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “öhdəliyin icrası haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixdə N3-16-5/8-225/2025 saylı imtinasının əsassız hesab edilərək doğum haqqına şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
3. Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, iddiaçının doğum haqqında akt qeydinin bərpası ilə bağlı müraciətinə baxılmış və akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrasının mümkün olmadığı barədə məlumat verilmişdir. Ona bildirilmişdir ki, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
4. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir.
b) məhkəmənin mövqeyi:
8. Məhkəmə qeyd edir ki, iddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə rayon məhkəməsinə deyil, müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Çünki, hazırkı iddia tələbinə baxılması rayon məhkəməsinin səlahiyyətlərinə aid deyil, inzibati məhkəmənin səlahiyyətinə aiddir. İddiaçı hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər.
9. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubu nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının, yəni doğum faktının məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Belə olan halda məhkəmə izah edir ki, iddiaçının doğum faktının müəyyən edilməsi barədə aidiyyəti rayon (şəhər) məhkəməsinə xüsusi icraat qaydasında müraciət etmək hüququ vardır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1.2-ci maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddə. Ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
13. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə və ya doğum faktının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti rayon (şəhər) məhkəməsinə xüsusi icraat qaydasında baxılması üçün müraciət etmək hüququ izah edilməlidir.
14. Məhkəmə iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödədiyi dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia ərizəsi məhkəmə tərəfindən baxılması üçün qəbul edilmədiyinə görə X2 tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul onu ödəyən şəxsə geri qaytarılmalıdır.
Nəticə:
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdeh 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “öhdəliyin icrası haqqında” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz on) manat məbləğində pul X1 geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova