Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2727/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «çatdırılma haqqının geri qaytarılması və itirilmiş malın dəyərinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «çatdırılma haqqının geri qaytarılması və itirilmiş malın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən itirilmiş iPhone 12 Pro Max 256 GB markalı telefonun dəyəri olan 1.280 manat, bağlamanın Cavabdeh MMC-nin xarici anbarına çatdırılması üçün ödənilmiş 18,15 ABŞ dollarının bu günün ekvivalentinə uyğun olaraq 30,80 manat və Cavabdeh MMC-yə ödənilmiş 5,95 ABŞ dolları bu günun ekvivalentinə uyğun olaraq 10,10 manat, telefonun qiymətləndirilməsinə görə 50 manat xidmət haqqının dəyəri, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumu, 99,78 manat malın gömrük bəyamnaməsinin dövlət rusumu olmaqla, ümumilikdə 1.505,68 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 22 yanvar 2023-cü il tarixdə X1 yerləşən onlayn satış mağazasından iPhone 12 Pro Max 256 GB markalı telefonu dəyəri vergilər daxil 417,26 ABŞ dolları olmaqla almışdır. Alğı-satqı onlayn həyata keçirilmişdir və telefonun texniki vəziyyətini əks etdirən məlumatlar ona göndərildikdən sonra satıcının hesabına 417,26 ABŞ dolları köçürməklə əldə etmişdir. Bundan sonra, həmin telefonun ona çatdırılması üçün sürətli poçt vasitəsinə, yəni Cavabdehnə (Mover.az) sifariş vermişdir. Çatdırılma xidmətinin dəyəri 5,95 ABŞ dolları müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə həmin məbləğ ödənilməklə Cavabdeh MMC tərəfindən bəyan edilmiş, çatdırılacaq malın dəyəri, çəkisi və yerləşdiyi ölkə barədə məlumatlar təqdim edilmişdir. Həmçinin malın Cavabdeh MMC-nin X1 yerləşən anbarına çatdırılması üçün 18,15 ABŞ dolları ödənilmişdir. Daha sonra bağlamanın anbara çatdırılması barədə məlumat verilmiş və artıq malın Cavabdeh MMC-nin xarici anbarında olduğu qeyd olunmuşdur. Eyni zamanda mobil telefonun modelinə və markasına uyğun olaraq gömrük Bəyannaməsinin dövlət rüsumu təşkil edən 99,78 manat ödənilmişdir. Beləliklə, malın çatdırılması üçün onun tərəfindən, yəni sifarişçinin üzərinə düşən bütün hərəkətlər yerinə yetirilmişdir, ödəniləcək xidmət haqlarının dəyəri ödənilmişdir və çaldırılacaq mal barədə onda olan bütün məlumatlar verilmişdir. Lakin bunlara baxmayaraq, Cavabdeh MMC bu günə kimi aldığı iPhone 12 Pro Max 256 GB markalı telefonu 3 aydan çox keçməsinə baxmayaraq hələ də ona təhvil verməmişdir. Dəfələrlə bu barədə Cavabdeh MMC-yə məlumat verilmiş, bağlamanın tez bir zamanda ona təhvil verilməsi bildirmiş və bununla bağlı yaranmış məsələnin həll olunmadığı tədqirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin hər dəfə başqa-başqa bəhanələrlə boyun qaçıraraq icra etməkdən yayınırlar. Bundan başqa, son zamanlar Cavabdeh MMC-nin bu kimi hərəkətləri adət alıb, sosial şəbəkələrdən də müəyyən olunur ki, neçə yüzlərlə sifarişçinin bağlamaları itirilib və ya zədəli çatdırılıb. Cavabdeh MMC ona çatdırılacaq mobil telefonu itirdiyinə görə onu telefondan məhrum etmiş olub və bu günkü gün o, telefonu burada alacağı tədqirdə hal hazırki bazar dəyərinə uyğun olaraq alışını həyata keçirməlidir. Hal-hazırda itirilmiş iPhone 12 Pro Max 256 GB-nin dəyəri 1.280 manat təşkil edir. Belə ki, «X2 Mərkəzi»nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən iPhone 12 Pro Max 256 GB markalı telefonun orta bazar dəyəri 1.280 manat müəyyən edimişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-2727/2023 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (ödəniş sənədləri) görünür ki, İddiaçı həqiqətən 22 yanvar 2023-cü il tarixdə X1 yerləşən onlayn satış mağazasından iPhone 12 Pro Max 256 GB markalı telefonu dəyəri vergilər daxil 417,26 ABŞ dolları olmaqla almışdır. Alğı-satqı onlayn həyata keçirilmişdir və telefonun texniki vəziyyətini əks etdirən məlumatlar ona göndərildikdən sonra satıcının hesabına 417,26 ABŞ dolları köçürməklə əldə etmişdir. Bundan sonra, həmin telefonun ona çatdırılması üçün sürətli poçt vasitəsinə, yəni Cavabdehnə (Mover.az) sifariş vermişdir. Çatdırılma xidmətinin dəyəri 5,95 ABŞ dolları müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə həmin məbləğ ödənilməklə Cavabdeh MMC tərəfindən bəyan edilmiş, çatdırılacaq malın dəyəri, çəkisi və yerləşdiyi ölkə barədə məlumatlar təqdim edilmişdir. Həmçinin malın Cavabdeh MMC-nin X1 yerləşən anbarına çatdırılması üçün 18,15 ABŞ dolları ödənilmişdir. Daha sonra bağlamanın anbara çatdırılması barədə məlumat verilmiş və artıq malın Cavabdeh MMC-nin xarici anbarında olduğu qeyd olunmuşdur. Eyni zamanda mobil telefonun modelinə və markasına uyğun olaraq gömrük Bəyannaməsinin dövlət rüsumu təşkil edən 99,78 manat ödənilmişdir. Beləliklə, malın çatdırılması üçün onun tərəfindən, yəni sifarişçinin üzərinə düşən bütün hərəkətlər yerinə yetirilmişdir, ödəniləcək xidmət haqlarının dəyəri ödənilmişdir və çaldırılacaq mal barədə onda olan bütün məlumatlar verilmişdir. Lakin bunlara baxmayaraq, Cavabdeh MMC bu günə kimi aldığı iPhone 12 Pro Max 256 GB markalı telefonu 3 aydan çox keçməsinə baxmayaraq hələ də ona təhvil verməmişdir. Dəfələrlə bu barədə Cavabdeh MMC-yə məlumat verilmiş, bağlamanın tez bir zamanda ona təhvil verilməsi bildirmiş və bununla bağlı yaranmış məsələnin həll olunmadığı tədqirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin hər dəfə başqabaşqa bəhanələrlə boyun qaçıraraq icra etməkdən yayınır. İş materiallarına əlavə olunmuş X2 Mərkəzinin 19 may 2023-cü il tarixli YDQM № 099-030/2023 saylı maliyyə arayışından və məktubundan görünür ki, 1 ədəd iPhone 12 Pro Max 256 GB markalı telefonun tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə prosesi həyata keçirilmişdir. Mobil telefonun 19 may 2023-cü il tarixə orta bazar dəyəri 1.280 manat təşkil edir. Qiymətləndirmə xərci olan 50 manat iddiaçı tərəfindən X2 Mərkəzinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) haşa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda nübyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bintin hallar üçün cavabdehdir. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yiik göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm da yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə lıüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Mülki Məcəllənin 857-ci maddəsinə əsasən daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yiik alana dərhal bildiriş verməlidir. Mülki Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tanı dəyərini Ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi tam və vaxtında icra etməmiş, çatdırmalı olduğu mobil telefonu iddiaçıya çatdırmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu və 40 qəpik məbləğində xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, itirilmiş iPhone 12 Pro Max 256 GB markalı telefonun dəyəri olan 1.280 manat, bağlamanın Cavabdeh MMC-nin xarici anbarına çatdırılması üçün ödənilmiş 18,15 ABŞ dollarının bu günün ekvivalentinə uyğun olaraq 30,80 manat və Cavabdeh MMC-yə ödənilmiş 5,95 ABŞ dolları bu günun ekvivalentinə uyğun olaraq 10,10 manat, telefonun qiymətləndirilməsinə görə 50 manat xidmət haqqının dəyəri, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumu, 99,78 manat malın gömrük bəyamnaməsinin dövlət rusumu olmaqla, ümumilikdə 1.505,68 manat pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İtirilmiş iPhone 12 Pro Max 256 GB markalı telefonun dəyəri olan 1.280 manat, bağlamanın Cavabdeh MMC-nin xarici anbarına çatdırılması üçün ödənilmiş 18,15 ABŞ dollarının bu günün ekvivalentinə uyğun olaraq 30,80 manat və Cavabdeh MMC-yə ödənilmiş 5,95 ABŞ dolları bu günun ekvivalentinə uyğun olaraq 10,10 manat, telefonun qiymətləndirilməsinə görə 50 manat xidmət haqqının dəyəri, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumu, 99,78 manat malın gömrük bəyamnaməsinin dövlət rusumu olmaqla, ümumilikdə 1.505,68 manat pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2727/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2727/2023
24.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver