Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2732/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı "istifadə edilməmiş xidmətə görə hesablanmış 105,36 manat məbləğində əsassız borcun silinməsi və nömrənin bərpa edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "istifadə edilməmiş xidmətə görə hesablanmış 105,36 manat məbləğində əsassız borcun silinməsi və nömrənin bərpa edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ilin dekabr ayında “xxxx” MMC-yə məxsus (050) ***-**-** saylı telefon nömrəsini Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsində yerləşən telefon mağazasından rəsmi şəkildə operatorla abunəçi arasında xidmətlərin göstərilməsi üçün müqavilə bağlanaraq iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin tarixdən etibarən 2016cı ilin iyun ayına qədər qüsursuz şəkildə xidmətlərdən yararlanaraq istifadə etmişdir. Bir müddət sonra qeyd edilən ilin iyun ayında iddiaçının nömrəsinə zəng edilərək Cavabdeh şirkətinin müştəri xidmətləri mərkəzinin əməkdaş kimi özünü təqdim edən bir nəfər iddiaçının istifadəsində olan telefon nömrəsini daşınma xidmətini təklif edərək, 50 manat məbləğində xidmət paketinə daxil bütün istiqamətlərə limitsiz zənglərin edilməsi bildirilmişdir. Əlavə olaraq paketə daxil 15 GB internet xidmətinin də səmərəli eyni zamanda sərfəli olmasını nəzərə alaraq razılığa gəlinmişdir. İzah və təklif edilən xidmətdən iddiaçının istifadə etməyi üçün müştəri xidmətləri mərkəzinə getməyinə ehtiyacın qalmadığını və hazırda şirkət tərəfindən keçirilən kampaniya müştəri məmnunluğu nəzərə alaraq şəxsiyyət vəsiqəsinin surətini yaşadığı ünvanda əməkdaşlara təqdim etməklə xidmətə qoşulmanın mümkün olduğu bildirilmişdir. Yuxarıda qeyd edilən ilin iyun ayında şirkətin əməkdaşları iddiaçının yaşadığı ünvan 1 ünvanına gələrək onlara məxsus qara rəngdə olan “BMW” markalı avtomobilin salonunda xidmətə qoşulmaq üçün aylıq ödəniş məbləği ilə birlikdə şəxsiyyət vəsiqəsinin surətini də təqdim edərək və həmin gündən daşıma xidmətinə qoşularaq istifadə etməyə başladı. Qeyd edilən tarif paketindən bir neçə ay istifadə etdikdən sonra abunə ola-ola 89 manat məbləğində borcun olmasından xəbər tutdu. Bu məsələ ilə bağlı abunə olmasına rəğmən müştəri xidmətləri mərkəzinə müraciət edərək borcun səbəbi barədə məlumat əldə etmək istəmiş, lakin iddiaçıya mənbəyi dəqiq olmayan fərziyyələr söylənərək “Fan club”-a üzv olmağını bildirmişlər. Həmin klubla iddiaçının heç bir əlaqəsi yoxdur. İddiaçı uzun müddət bu nömrəni işlətdiyinə görə yaranmış əsassız borcu ödəyərək nömrənin itirilməsini istəməmiş və paralel olaraq məsələnin həllinə qədər Cavabdeh operatoruna məxsus digər nömrədən yararlanırmış və hal-hazıra kimi də istifadəsindədir. İddiaçının istifadəsində olan nömrəni bir neçə il keçdikdən sonra təxminən 4 ilə yaxın olmasına baxmayaraq, təkrar aktivləşdirərək istifadə etmək istədikdə operator tərəfindən bağlı olduğu bildirildi və yenidən 04 iyun 2020-ci il tarixində xidmət mərkəzinə müraciət etdikdə 500 manatdan çox məbləğində borcun olması deyildi. İddiaçı müraciət edilmiş tarixdə müştəri xidmətlərinə etiraz edərək iradlarını bildirmiş və şikayət məktubu ilə rəsmi şəkildə müraciət etmişdir. 24 iyun 2020-ci il tarixində şirkət tərəfindən məktuba cavab olaraq 500 manat borcun olması yox, 205,36 manat son üç ay (oktyabr noyabr və dekabr 2016-cı il) üçün yaranan borcun sistemdə olması izah edilmişdir. Bu borc sual altındadır, yaranmış borcla bağlı uzun müddət keçməsinə baxmayaraq, iddiaçının ünvanına nə şifahi, nə də yazılı heç bir bildiriş gəlməmişdir. Tərəflər arasında bu günə qədər xidmətə görə müqavilə olmamış və ya bu müqavilə olsa belə müqavilə öhdəliklərində olan İ bəndlərə əsasən xidmətlərə görə xidmətdən istifadə etmədiyi zaman yaranacaq borclar barədə məlumatı olardı və vaxtında problemin həll olunmasına nail olardı. Buna baxmayaraq, daşıma xidmətinə qoşulduğu müddətdə nə müqavilə imzalanmış, nə də imzalanmamış müqavilənin formal olaraq surəti iddiaçıya təqdim edilməmiş və mərkəzdən müqavilənin olmadığı bildirilmişdir. Təkrar olaraq yenidən 23 iyul 2020-ci il tarixində Cavabdeh şirkətinə ətraflı və fikirlərini tam dolğun şəkildə ifadə edərək kifayət qədər məlumatlarla rəsmi müraciət etdi. Məktuba cavab olaraq şirkət tərəfindən 05 avqust 2020-ci il tarixində eyni məzmunda cavab verilərək 205,36 manat əsassız borcdan müştəri məmnuniyyəti prinsiplərinə əsaslanaraq 100 manat güzəşt edilərək silinmişdir. Göstərilənlərə əsasən Cavabdeh əməkdaşları tərəfindən iddiaçının istifadə etmədiyi xidmətə görə əsassız hesablanmış borcdan qalan 105,36 (yüz beş manat, otuz altı qəpik) manat məbləğin silinməsi, nömrənin yenidən bərpa edilməsi və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin 04.08.2020-ci il tarixli məktubundan görünür ki, müştəri məmnuniyyəti prinsiplərinə əsaslanaraq və istisna hal olaraq 50 465-95-65 nömrəsində istifadə olunmayan aylar ərzində (2016-cı ilin noyabr-dekabr ayları) hesablanan abunə haqqına 03.08.2020-ci il tarixində (cəmi 100 manat) güzəşt edilmişdir. 50465-95-65 nömrəsində istifadə olunan müddət ərzində (2016-cl ilin sentyabr-oktyabr ayları) yaranan 105,36 manat borc isə tərəfindən ödənilməlidir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC qarşısında hər-hansı bir öhdəliyinin olmasını təsdiq edən sənəd mövcud deyildir. Məhkəmə araşdırması zamanı da borcun əsasının təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-nin əməkdaşları tərəfindən İddiaçı istifadə etmədiyi xidmətə görə əsassız hesablanmış borcdan qalan 105,36 (bir yüz beş manat, otuz altı qəpik) manat məbləğ silinməli, nömrə yenidən bərpa edilməli və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin əməkdaşları tərəfindən İddiaçı istifadə etmədiyi xidmətə görə əsassız hesablanmış borcdan qalan 105,36 (bir yüz beş manat, otuz altı qəpik) manat məbləğ silinsin, nömrə yenidən bərpa edilsin və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2732/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2732/2021
01.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver