Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2763/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Hunday İX 35" markalı buraxılış ili 2012 (mühərik 2.4, ful komplektasiya, yürüş 120.000) avtomobilin bazar qiyməti 25000 (iyirmi beş min) manat maraqlı şəxs Cavabdehskəndər oğlu tərəfindən tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Cavabdehskəndər oğlu ilə 05 oktyabr 2004-cü il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Həmin nikahdan üç övlad xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-2444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasən maraqlı şəxs Cavabdeh ilə aralarında olan 05 oktyabr 2004-cü il tarixdə Səadət Sarayında bağlanmış 2662 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Mülki məsələyə dair ilk olaraq Mediasiya Şurasına müraciət edərək Mediasiya Təşkilatında olarkən qarşı tərəflə hər ikisinin razılığı ilə mediasiya reyesterdən keçmiş M-00143 nömrəli barışıq sazişi imzalanmışdıq. Saziş ilə tərəflərin üzərinə götürdüyü öhdəliklər bunlardır: 1. xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 anaları X7 ilə qalması; 2. Cavabdeh uşaqlarla istənilən zaman və məkanda (xarici səyahətlər də daxil olmaqla) görüşməsi; 3. Cavabdeh uşaqların maddi-mənəvi bütün tələbatını qarşılaması. 4. Tərəflərin bir-birindən aliment tələbi olmaması. 5. ünvan 1 ünvanında yerləşən mənzilin X2 mülkiyyətində qalması. 6. X2 Cavabdeh adına olan ünvan 2 ünvanında Cavabdeh da istənilən zaman həmin ünvanda qalması şərti ilə yaşaması və əgər istəsə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşməsi. 7. X15 qiza "Crazy" Uşaq Klubunu öz adına sənədləşdirilə bilər. 8. Cavabdehskəndər oğlunun təsisçisi olduğu "xxxx" MMC-nin təsisçisi olaraq qalmağa davam etməsi. X2 həmin bağçanın direktoru olaraq qalması, təsisçinin uşaqlar 18 yaşına çatana qədər gəlirlərdən imtina etməsi, şirkətin təsisçiyə və olan borcun bağışlanması. 9. Cavabdeh Şəki şəhəri 104-cü kvartalda yerləşən torpaq payından imtina etməsi. 10. X2 və uşaqların Pirşağıdakı 550 T saylı bağ evinin istifadə etməsi. 11. "Hunday İX 35" markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin X2 mülkiyyətinə verilməsi ilə bağlı razılığa gəlirlər. Buna baxmayaraq, Barışıq sazişi imzaladıqdan sonra Nağıyev bir sıra qanun pozuntularına yol verir. Lakin bununla belə barışıq sazişi üzrə cavabdeh tərəf öz üzərinə götürdüyü öhdəliyi qəsdən və bilərəkdən icra etməmiş, barışıq sazişindən irəli gələn öhdəliklərə vicdanla yanaşma nümayiş etdirməmişdir. "Hunday İX 35" markalı **-VF- *** nömrəli qeydiyyat nişanlı avtomobilin X2 mülkiyyətinə verilməsinə əvəzi dələduzluğ edib sözügedən avtomobili satır. xx.xx.2025-il tarixli Baş Dövlət Yol Polisi İdarəsi verilər arayış əsasında o bunu bildi. Ailə Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı AR MM 377 1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə şifahi vəsatətlə müraciət edərək, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq o, naməlum səbəblərdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 415523 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İsgəndər oğlu və X2 nikahına xx.xx.2021-ci il tarixində xitam verilmişdir. - xx.xx.2021-ci il tarixli X7 ilə Cavabdeh arasında bağlanmış barışıq sazişinin surətindən görünür ki:
1. xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 anaları X7 ilə qalması.
2. Cavabdeh uşaqlarla istənilən zaman və məkanda (xarici səyahətlər də daxil olmaqla) görüşməsi.
3. Cavabdeh uşaqların maddi-mənəvi bütün tələbatını qarşılaması.
4. Tərəflərin bir-birindən aliment tələbi olmaması.
5. ünvan 1 ünvanında yerləşən mənzilin X2 mülkiyyətində qalması
6. X2 Cavabdeh adına olan ünvan 2 ünvanında Cavabdeh da istənilən zaman həmin ünvanda qalması şərti ilə yaşaması və əgər istəsə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşməsi.
7. X7 "Crazy" Uşaq Klubunu öz adına və ya istədiyi adamın adına sənədləşdirilə bilər.
8. Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-nin təsisçisi olaraq qalmağa davam etməsi. X2 həmin bağçanın direktoru olaraq qalması, təsisçinin uşaqlar 18 yaşına çatana qədər gəlirlərdən imtina etməsi, şirkətin təsisçiyə və olan borcun bağışlanması.
9. Cavabdeh Şəki şəhəri 104-cü kvartalda yerləşən torpaq payından imtina etməsi.
10. X2 və uşaqların Pirşağıdakı 550 T saylı bağ evinin istifadə etməsi.
11. "Hunday İX 35" markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin X2 mülkiyyətinə verilməsi ilə bağlı razılığa gəlirlər. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin № 2(009)-801/2025 saylı, xx.xx.2025-ci il qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, X7 ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2021-ci il tarixli barışıq sazişi “Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-nin təsisçisi olaraq qalmağa davam etməsi. X2 həmin bağçanın direktoru olaraq qalması, təsisçinin uşaqlar 18 yaşına çatana qədər gəlirlərdən imtina etməsi, şirkətin təsisçiyə və olan borcun bağışlanmasını tərəflər öz üzərinə öhdəlik olaraq götürürlər, "Hunday İX 35" markalı **-VF- *** nömrəli qeydiyyat nişanlı avtomobilin X2 mülkiyyətinə verilməsi ilə bağlı razılığa gəlirlər və X2 və uşaqların Pirşağıdakı 550 T saylı bağ evinin istifadə etməsi” hissələri istisna olmaqla digər hissədə təsdiq edilməsi qət edilmişdir. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X7 ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Səadət Sarayında bağlanaraq 2662 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. - Cavabdeh ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsindən görünür ki, "Hunday İX 35" markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobil satıcı Cavabdeh tərəfindən X4 25.800 manata satılmışdır. - X11 ilə X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, "Hunday İX 35" markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobil satıcı X10 tərəfindən alıcı X5 25.000 manata satılmışdır.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyəti ətrafdakılar üçün yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında əvvəllər ailə münasibətləri mövcud olmuş və həmin nikah məhkəmə qaydasında – Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahın xitamından sonra tərəflər arasında uşaqların, əmlakın və digər öhdəliklərin tənzimlənməsi məqsədilə könüllü qaydada xx.xx.2021-ci il tarixli barışıq sazişi imzalanmışdır. Bu saziş tərəflərin iradəsini ifadə etmiş, qarşılıqlı razılıqları əsasında bağlanmış və hər iki tərəf üçün məcburi qüvvəyə malik olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki mülki işdə xüsusi əhəmiyyət kəsb edən məqam odur ki, tərəflər sazişdə avtomobilin – "Hunday İX 35" markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin iddiaçının mülkiyyətinə verilməsi barədə aydın razılığa gəlmişlər. Bu şərt ümumi balansı qorumaq məqsədi daşıyırdı və tərəflərin qarşılıqlı güzəştlərinin ayrılmaz tərkib hissəsi idi. Beləliklə, avtomobil üzərində mülkiyyət hüququnun İddiaçı məxsus olması şərti qəti və icrası məcburi xarakter daşıyırdı. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh barışıq sazişinin şərtlərinə zidd olaraq avtomobili üçüncü şəxsə satmışdır. Bu davranışla cavabdeh üzərinə götürdüyü öhdəliyi qəsdən icra etməmiş, iddiaçının əmlak hüquqlarını pozmuş və onu razılaşdırılmış əmlakdan məhrum etmişdir. Bu cür hərəkətlər məhkəmə tərəfindən öhdəlikdən yayınma kimi qiymətləndirilir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, barışıq sazişi tərəflərin gələcək münasibətlərində sabitliyi və əminliyi təmin etməyə xidmət edir. Sazişin şərtlərinin pozulması yalnız iddiaçının deyil, həmçinin mediasiya institutunun məqsədlərinin pozulmasına səbəb olur. İş materiallarına əlavə edilmiş sübutlarla təsdiqlənir ki, avtomobil bazar qiyməti ilə satılmış və sonradan digər şəxslərə də təkrarən alqı-satqı predmetinə çevrilmişdir. Bu hal avtomobilin real dəyərə malik olduğunu və cavabdehin davranışlarının təsadüfi deyil, məqsədli xarakter daşıdığını göstərir. Cavabdeh əldə etdiyi fayda əslində iddiaçının mənafeyi hesabına təmin edilmişdir ki, bu da açıq şəkildə hüquq pozuntusudur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 25.000 (iyirmi beş min manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh 25.000 (iyirmi beş min manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.