Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2777/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Yusı̇ fova X22, 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı Yusı̇ fova X22 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı (X7 3-cü şəxs qismində icraata cəlb edilməklə) "borcun silinməsi və s. “tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Yusı̇ fova X25 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı “borcun silinməsi və su kodunun (**********000) iddiaçının adına keçirilməsi“t ələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin birinci mərtəbəsinə köçürülmüşdü. Belə ki, qaynatası – X8 M.Əlizadə küçəsi, ev 46/48-də alt mərtəbədə yaşamışdır. Alt (birinci) mərtəbənin su kodu (**********000) üzrə 1856,71 manat borc yazılıb. İllər öncə 59 saylı MKİS-nin səhvi üzündən bu gədər borc yığılıb. Azərbaycan Respublikası DİN-nin BPQMİ-NİN MAPS şöbəsinin arayışından görünür ki, bu şəxslər İmanverdinin övladları və nəvələri olsa belə, başqa ünvanda qeydiyatdadırlar və faktiki olaraq da orada yəni, İmamverdinin yox, öz evlərində yaşayırlar və su ödənişlərini özləri ödəyirlər. İddiaçı Azərsu ASC-yə 02 iyun 2022-ci ildə arayış təqdim etmişdir ki, 14 nəfər İmamverdinin evində yaşamır, ancaq heç bir nəticə olmamış, rəhmətlik qaynatasının övladları ayrı-ayrılıqda su borcunu ödəyirlər. İddiaçı- Yusı̇ fova X25 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin ikinci mərtəbəsində birinci dərəcəli əlil olan oğlu – X9 ilə yaşayır. Birinci mərtəbədə isə, mərhum qaynatası X8 yaşamışdır. Nəcə ki Nəsimi Rayon Məhkəməsinə sənədlər təqdim etmiş, eyni qaydada həmin sənədləri 20 yanvar Azərsu ASC-nin mühəndisi Nərmin xanım Allahverdiyeva ətraflı təqdim etmiş, övladı birinci dərəcəli əlil olan anadır. Həyat yoldaşı rəhmətə getmişdir. İddiaçının heç cür imkanı yoxdur ki, o bu qədər borc ödəsin. Məhkəmədən xahiş edir ki, ona köməklik göstərilməsini, ədalətli məhkəmə qərarı çıxarılsın. Yaranmış borcun silinməsini, sonra su kodunun (**********000) onun adına keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Yusı̇ fova X25 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs X7 vərəsə olduğunu və borcun Yusı̇ fova X25 deyil onun atası X3 məxsus olduğuna görə silinməsinə etiraz etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək borcun bir hissəsinin silindiyini qalan məbləğə münasibətdə isə iddianın rədd edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)- 3683/2010 saylı qətnaməsinə əsasən, Yusı̇ fova X25 cavabdehə münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46 saylı evin 48 saylı mənzilinə köçürülmüşdür. Baki Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli 2(103)-364/10 saylı qətnaməsinə əsasən cavabdehlər X10 və X4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 29 iyun 2011-ci il tarixli, 2(102)-1902/11 saylı qərarına əsasən Baki Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli 2(103)-364/10 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə “yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair” məlumatdan Çıxarışa əsasən İddiaçı və X11 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evdə qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün cavabdeh X15 tərəfindən yaradılmış maneə aradan qaldırılmış və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülmüşdür. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İvra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin 55 saylı, 02 iyun 2022-ci il tarixli və Azərbaycan Respublikası DİN-nin BPQMİ-NİN MAPS şöbəsinin arayışlarından görünür ki, X5, X18 və qeyriləri Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evdə qeydiyyatdadırlar. **********002 nömrəli abunə kodu X12, **********000 nömrəli abunə kodu X6, **********03 abunə kodu Mirbədəl Qafarova, **********02 nömrəli abunə kodu X2 **********000 nömrəli abunə kodu İddiaçı Ağabala qızına məxsusdur. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 2-Y-123xxxx/1783/2023 saylı “müraciətə baxılması haqqında” aktında əsasən, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2006-ci il tarixində 13443482 nömrəli müqavilə bağlanaraq **********000 saylı abonent kodu açılmış, müqavilə bağlanan tarixdən hesabat ailə tərkibi 14 nəfər olmaqla aparılmış, sözügedən fərdi yaşayış evinin hesabatı xx.xx.2016-ci il tarixindən su xətti üzərində quraşdırılmış CSS-20 markalı, 16026145 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmaqdadır. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə fərdi yaşayış evinin hesabında yaranmış borc 1856,71 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumata əsasən X9 birinci dərəcəli əlildir. Cavabdeh ASC-nin “məlumatın təqdim edilməsi” haqqında sənədə əsasən, Yusifov İmamverdinin (ABUNƏ KODU: **********000) borcu 1856,71 manat, İddiaçı (ABUNƏ KODU: **********000) borcu isə 0,06 manat təşkil edir. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli “müraciətə baxılması haqqında” aktında əsasən, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2006-ci il tarixində 13443482 nömrəli müqavilə bağlanaraq **********000 saylı abonent kodu açılmış, müqavilə bağlanan tarixdən hesabat ailə tərkibinə uyğun olaraq aparılmışdır. Həmçinin bildirilmişdir ki, “X14”na əsasən Cəmiyyətin elektron bazasında təqdim edilmiş müvafiq sənədlərə istinadən ünvanın xidmətdən istifadəyə dair hesabında (kod-**********000) 1538,0 manat məbləğində düzəliş edilmişdir. Cavabdeh ASC-nin ətraflı abonent kartından görünür ki, İmanverdi Yusifova məxsus (kod-**********000) abonent kodu üzrə 319,02 manat məbləğində qalıq borc vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Yusı̇ fova X22 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) "borcun silinməsi və s. tələbinə dair" iş üzrə iddianın su kodunun (**********000) iddiaçının adına keçirilməsi hissəsində icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi borcun silinməsi hissəsində rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hazırki iddia tələbi 2 hissədən ibarətdir. İddia tələbinin birinci hissəsi abonent koduna hesablanmış borcun silinməsi, ikinci hissəsi isə həmin abonent kodunun iddiaçının adına keçirilməsindən ibarətdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia tələbinin su kodunun (**********000) iddiaçının adına keçirilməsi hissəsində icraata xitam verilmişdir. Məhkəmə iddia tələbinin borcun silinməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Belə ki, iddiaçı özünün güman etdiyi pozulmuş hüququnun müdafiəsi üçün Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsi qaydasında məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından göründüyü iddiaçının borcun silinməsi barədə tələb irəli sürdüyü abunə kodu (**********000) Yusifov İmamverdinin adınadır. İddiaçı özünün isə öz adına olan abunə kodu üzrə (ABUNƏ KODU: **********000) borcu 0,06 manat təşkil edir. Göründüyü kimi İddiaçı iddia qaldıraraq Yusifov İmanverdinin adına olan abunə kodu (**********000) üzrə borcun silinməsini məhkəmədən xahiş etmişdir Qanunvericiliyin göstərilən tələblərindən də göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı borcun silinməsini tələb etmək hüququna malik deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi qeyd edilən hissədə əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı Yusı̇ fova X22 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "borcun silinməsi və s" iddia tələbi “borcun silinməsi” hissəsində əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Yusı̇ fova X22 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "borcun silinməsi və s. tələbinə dair" iddia tələbi “borcun silinməsi” hissəsində rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-2777/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2777/2023
24.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver