Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-284/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçı vəkili Vəkil, Cavabdehlərin nümayəndəsi və vəkili X1, Cavabdeh Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan X9rşı «seçki nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan X9rşı «seçki nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AXCP-nın xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Maştağa qəsəbəsində keçirilmiş Qurultayın nəticələrinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixədək AXCPnın Nəzarət Təftiş Komissiyasının (NTK) sədri olmuşdur. xx.xx.2023-cü il tarixdə AXCP sədri Cavabdeh1 rəhbərliyi altında “qurultay” keçirilmiş, partiyanın müvafiq strukturları “formalaşdırılmışdır”. AXCP-nin sədri Cavabdeh1 xx.xx.2023-cü il tarixdə Xəzər rayonun Maştağa qəsəbəsində “Seçki” oyunu oynamış, AXCP-nin sədri Nizamnamənin tələblərinə, özünün mənafeyinə uyğun “qaydalarla” yerlərdə Qurultaya nümayəndələri “seçdirmiş”, sonra heç bir alternativ namizəd olmadan “səs çoxluğu” əldə edib, sədr kürsüsünü yenidən zəbt etmişdir. AXCP-nin sədri bunları sosial şəbəkə vasitəsi ilə özünü təbliğ etmək, şou yaratmaq və müxalifət partiyası olduğunu təbliğ etmək məqsədi ilə yaydırmışdır. Hazırda onun ətrafındakılar keçirilmiş qurultay “seçkisini” təbliğ etməklə məşğuldur. İddiaçı xx.xx.2023-cü il tarixdə Siyasi Partiyalar haqqında Qanunun 3.10-cu maddəsini nəzərə alıb, Bakı Apellyasiya və Bakı İnzibati məhkəmələrinə xx.xx.2023-cü il tarixdə keçirilmiş AXCP Vİİ (10) Qurultayının nəticələrinin etibarsız hesab olunması barədə qərar qəbul etməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin № 2-3(103)-48/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixdə saat 17:20-də, Bakı İnzibati Məhkəməsində isə 2-1(112)- 11612/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixdə saat 12:40-da məhkəmə baxış iclasları keçirilmişdir. Hər iki məhkəmə iclaslarında işə baxılmasının mümkünsüzlüyü barədə qərardad qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli AXCP Vİİ qurultayında, NTK-nın sədri olaraq hesabat çıxışında AXCP Nizamnaməsinin V.4., V.5., V.11., Vİ.9.4 ,Vİ.12, Vİ.13.2, Vİ.13.3-cü maddələrinə, eləcə də AXCP NTK haqqında Əsasnamənin İİ.1. və İİİ.2. bəndlərinin pozulmasını, Siyasi Partiyalar haqqında Qanunun 13.2.4-cü maddələrinə əməl olunmaması, nizamnamədə qurultayın müstəsna səlahiyyətinə daxil olan nəzarət orqanını təmsil edən vəzifəli şəxs AXCP NTK-nın sədri kimi hesabatında nizamnamədə NTK üzvlərinin seçilməsi qeyd edilmiş, lakin səlahiyyətinə xitam verilməsi və digər məsələlər sədrin müavini və müşaviri AXCP X23 Heyətinin üzvləri kimi fəaliyyət göstərmələri nizamnamənin pozulması halı kimi dəyərləndirərək qurultay nümayəndələrinin nəzərlərinə çatdırıb Nizamnaməyə uyğun müəyyənləşdirməyi xahiş etmişdir. O, iki dəfə AXCP sədri barəsində rayon məhkəməsində iddia qaldırmış, aralarında məhkəmə çəkişmələri olmuş və onun iddia tələbləri tam təmin edilmişdir. AXCP sədri Cavabdeh1 vəzifəsindən suiistifadə edərək Nizamnamə pozuntusuna yol vermiş və xx.xx.2019-cu ildə X27 Heyətinin qərarına əsasən onun partiya üzvlüyünə və NTK-nın sədri vəzifəsindən azad olmağı barədə qərar qəbul edilmişdir. AXCP sədri Cavabdeh1 ilə aralarında məhkəmə çəkişməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi (hakim: R.Səmədov) xx.xx.2020-ci il tarixdə “ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP X5 sədri vəzifəsinə bərpa olunmağına dair iddia tələblərini təmin etmişdir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) X30 Heyətinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, o, AXCP üzvlüyü və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilsə də, apellyasiya instansiyası rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Qətnamə qanuni qüvvəsini almış və xx.xx.2021-ci ildə icra edilmişdir. Bundan başqa, cavabdehlə 2ci məhkəmə çəkişməsi olmuş, onun həmin cavabdehə qarşı “fəaliyyətinə törədilən maneçiliyin aradan qaldırılması” tələbinə Nəsimi Rayon Məhkəməsində xx.xx.2021-ci ildə baxılmış, 2(005)-208/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli,2(103)-794/2022 nömrəli qətnaməsi ilə cavabdeh Əli Kərimov tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin Cavabdeh1 qətnaməni müxtəlif bəhanələrlə yerinə yetirməməyə cəhd göstərmişdir. Bunu Nəsimi rayon icra şöbəsinə rəsmi göndərdiyi məktublar təsdiq edir. Partiya nizamnaməsinə görə qurultay 2 il müddətinə seçilir. Ədliyyə Nazirliyinin müvafiq şöbəsinin nümayəndəsi qurultayda iştirak etməklə siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu öyrənir. Siyasi Partiyalar haqqında qanunun 6.2-ci maddəsinə əsasən siyasi partiyanın səlahiyyətli şəxsi 1 ay müddətində siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ədliyyə Nazirliyinin müvafiq şöbəsindən heç kim qurultayda iştirak etməmişdir. AXCP-nın xx.xx.1995-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin İİ.1-ci bəndinə əsasən AXCP zorakılığı, terrorizmi məqsədə çatma üsulu kimi pisləyir və öz fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə etməyi məqbul sayır. 2018-ci ildə Ali Məclisinin sessiyasında AXCP Vİİ (10) qurultayının keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Partiya nizamnaməsinə zidd, rayon (şəhər) şöbələrinin konfranslarının keçirilməsində nizamnamədə nəzərdə tutulmadığı (yazılmadığı) halda konfrans əvəzinə (konfrans səlahiyyətli ümumi yığıncaq) keçirmişlər. Nizamnamənin V.ll. maddəsində rayon (şəhər) şöbələrinin seçkili orqanlarının təşkili və fəaliyyəti, AXCP-nin rayon (şəhər) şöbələri haqqında əsasnamə ilə tənzimlənir. Vİ.9. AXCP Ali Məclisi: Vİ. 9.4. Partiyanın fəaliyyətinin müxtəlif sahələrinə dair əsasnamələr qəbul edir. AXCP Vİİ (10) X20 Rəyasət Heyətinin 05 mart 1997-ci il tarixli iclasında təsdiq edilmiş AXCP rayon (şəhər) şöbələrinin konfranslarının keçirilməsi qaydaları haqqında təlimata uyğun keçirilmişdir. Hətta bu təlimatda da konfransların keçirilməsində nizamnamə pozuntusuna yol verilmişdir. Onun qeydiyyatda olduğu AXCP Cəbrayıl rayon şöbəsində seçkili orqanların təşkili və fəaliyyətinin tənzimlənməsi əsasnaməsinə zidd olaraq, keçirilməsini əyani sübut kimi göstərə bildiyini qeyd edir. Belə ki, rayon (şəhər) şöbələrinin konfranslarına hazırlıq üzrə təşkilat komitəsi rayon məclisinin qərarı ilə yaradılır və üzvlərini məclis təsdiq edir. AXCP Cəbrayıl rayon şöbəsinin konfransa hazırlıq üzrə təşkilat komitəsinin 03 sentyabr 2023-cü il tarixdə 7 (yeddi) nəfərdən ibarət iclası keçirilmişdir. Bildirir ki, təşkilat komitəsinə üzvlyünə məclis üzvlərinin təklifi ilə rayon şöbəsinin məclisi təsdiq edir. Rayon şöbəsində nizamnaməyə uyğun konfrans keçirilməmişdir. Hətta konfrans keçirilməsi baradə facebook-da və digər mediada məlumat verilməmişdir. O, nizamnamə pozuntusuna etiraz olaraq, Cəbrayıl şöbəsindən AXCP Vİİ(10) Qurultayına, qurultay üzvü olmaqdan imtina etmiş, rayon şöbəsinin yenidən konfransın keçirilməsini tələb etmişdir. Rayon (şəhər) şöbələrinin konfranslarının protokolunda konfrans yazılmışdır. Cəbrayıl rayon şöbəsi daxil olmaqla əksər şöbələrdə konfrans səlahiyyətli ümumi yığıncaq keçirilmişdir. AXCP nizamnaməsinin İV.1. bəndinə əsasən partiyanın təşkilat quruluşunun əsasını ərazi prinsipi üzrə yaradılmış üzvlərinin sayı 3 nəfərdən az olmayan dayaq dəstələri təşkil edir. Müvafiq dövlət qeydiyyatına alınmış AXCP Nizamnamə və qüvvədə olan qanunlar əsasında fəaliyyət göstərməlidir. AXCP-nın sədri Cavabdeh1 nizamnamənin bu bəndinin tələblərinə tamamilə zidd olaraq ayrı-ayrı ərazi vahidlərindən dayaq dəstələrinin üzvləri olmayan şəxslərdən qurultaya nümayəndələr seçdirmiş və həmin adamlar onun sədrliyini qurultayda dəstəkləmişlər. Baş verənlərə bariz nümunə olaraq qeyd etmək vacibdir ki, 63 rayon (şəhər) şöbələrində konfrans keçirilmiş, 288 qurultaya üzv seçilsə də, onlardan əksəriyyəti qeyd edilən Nizamnamənin tələblərinə uyğun yerlərdəki Dayaq Dəstələri tərəfindən konfrans nümayəndəsi seçilməmişlər. Belə ki, X35 rayon şöbəsindən, X33 rayon şöbəsindən, X12 rayon şöbəsindən, X28 rayon şöbəsindən, X29 rayon şöbəsindən, X13 rayon şöbəsindən, Cavabdeh1 və X34 rayon şöbəsindən, X14 rayon şöbələrindən qurultay nümayəndələri kimi seçilmişlər. Lakin rayon şöbələrində Nizamnaməyə zidd seçki prosesi keçirilmişdir. Qurultay üzvləri konfrans nümayəndələrindən yox, ümumi partiya üzvlərindən seçilmişdir. QHÜTK-nin katibi İradə Əliyevanın və üzv, AXCP Təşkilat komitəsinin müdiri Saqif Qurbanov isə bildirirlər ki, əksər rayonlarda konfrans səlahiyyətli ümumi yığıncaq keçirilmişdir. Tanış olduğu sənədlərdə Tərtər, Sabunçu rayon (şəhər) şöbələrində konfrans protokolunda ümumi yığıncaq yazılmışdır. Ümumiyyətlə tanış olduğu protokollarda uyğunsuzluqlar vardır. Belə ki, yazılmış protokolda göstərilir ki, Nərimanov rayon şöbəsində 65 nəfər qeydiyyatdadır və rayon məclisinin müəyyən etdiyi nümayəndəlik normasına əsasən 47 nəfər konfransa nümayəndə seçilmişdir. Hazırda neçə nəfər iştirak edir. Fakt olaraq, konfrans nümayəndələrinin siyahısı protokola əlavə olunmamışdır. Hətta 2 dən bir normativ müəyyənləşərsə rayon şöbəsində qeydiyyatda olan üzvlərin sayı 130 olmalıdır. Digər Səbail rayon şöbəsinin konfrans protokolunda 48 nəfər qeydiyyata alınmış, 33 nəfər konfransa nümayəndə seçilmişdir. Suraxanı 55-35 nəfər, Zərdab 28-17 nəfər, Binəqədi 78-42, Şamaxı 26-26-23, Ağdam 60-35, Yasamal 48- 40-35, Ağstafa 43-30 nəfər. Yəni, məsələn Səbail rayon Təşkilatı 48 nəfər üzvdən 33 nəfərini qurultaya nümayəndə seçmişdir. Nizamnamənin V.5. maddəsində konfransda nümayəndəlik norması rayon şəhər Məclisi tərəfindən müəyyən edilir. Təşkilat tamamilə dağıldığına görə AXCP-nın sədri qayda və qanunları pozaraq qurultay keçirərək, heç bir alternativ olmadan sədr seçilmişdir. AXCP Dayaq Dəstələri haqqında əsasnamənin 7-ci bəndinə əsasən rayon (şəhər) şöbələrinin konfranslarına nümayəndələr seçilir. Konfrans nümayəndələri yalnız qeydiyyatda olduğu dayaq dəstəsi tərəfindən seçilə bilər. AXCP Ali Məclisi 2001-ci il tarixli sessiyasında qəbul edilərək təsdiq edilmiş AXCP X15 Haqqında Əsasnamənin İİ.1 bəndinə əsasən AXCP sədrinin, seçkili orqanlarının və AXCP üzvlərinin fəaliyyətinin nizamnaməyə və qəbul edilmiş əsasnamələrə uyğun olmasına, AXCP Qurultayı, Ali Məclis və onun Rəyasət Heyətinin qərarlannın, AXCP sədrinin sərəncamlarının yerinə yetirlməsinə nəzarət edir. AXCP NTK-nın sədri olaraq məhkəmədə mübahisələdirdiyi bu məsələlər bilavasitə onun səlahiyyətləri daxilində olub. Odur ki, AXCP-nın xx.xx.2023-cü il tarixdə keçirilmiş qurultay-konfransı saxtakarlıq və Nizamnamə- Məramnamənin mahiyyətinə zidd olduğuna görə nəticələri məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında bildirdi ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (bundan sonra - AXCP) ******* identifikasiya kodu ilə 01 sentyabr 1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində əsas fəaliyyət növü siyasi fəaliyyət olmaqla siyasi partiya təşkilati-hüquqi formasında qeydiyyata alınıb və ona 30 nömrəli dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. 24 iyun 2023-ci il tarixdə AXCP-nin Vİİ (Xİİ) Qurultayı keçirilib. X16 uyğun olaraq partiyanın rəhbər orqanları formalaşdırılıb və Cavabdeh1 (bundan sonra - cavabdeh) AXCP-nin sədri seçilib. İddiaçı hazırkı iddia ərizəsi ilə müraciət edərək qurultay nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. İddiaçı iddiasını onunla əsaslandırır ki, AXCP-nin Nizamnaməsinə zidd olaraq ümumi yığıncaq əvəzinə, konfrans səlahiyyətli ümumi yığıncaqlar keçirilib; Dayaq dəstələrindən kənar üzvlər qurultaya nümayəndə kimi seçilib; Ümumi partiya üzvləri qurultay nümayəndələri kimi seçiliblər. Cavabdeh hesab edir ki, iddiaçının iddiaları əsassızdır. İlk növbədə, AXCP Nizamnaməsi yerli toplantıların hansı şəkildə həyata keçirilə biləcəyini müəyyənləşdirir. Yerli təşkilatların iclasının təşkilati formalarına isə hər hansı məhdudiyyət qoymur. Belə ki, yerli təşkilatlar ümumi yığıncaq, konfrans yaxud konfrans səlahiyyətli ümumi yığıncaq formaları arasında seçim etməkdə sərbəstdirlər. Buna əsasən yerli təşkilatlar iclaslarını formalaşdırarkən müvafiq yığıncaq formasını öz diskresion mülahizələrinə uyğun həyata keçirə bilərlər. Buna görə də yerli təşkilatların hansı yığıncaq formasını seçməsini əsas gətirərək ümumilikdə qurultayın nəticələrinin etibarsız sayılmasını tələb etmək əsassızdır. Bundan əlavə, iddiaçı hesab edir ki, qurultay nümayəndələri dayaq dəstələrindən seçilməlidir. Bununla əlaqədar cavabdeh qeyd edir ki, dayaq dəstələri AXCP-nin təşkilati formalaşmasında ilkin bazanı təşkil edirlər. Lakin bu təşkilatlanma dayaq dəstələri ilə bitmir. Daha sonra, dayaq dəstələri regional prinsiplərə uyğun olaraq yerli rayon təşkilatlarını formalaşdırırlar. Hazırda da mövcud olan vəziyyət budur. AXCP-nin 63 rayon üzrə rayon təşkilatları (yerli rayon şöbələri) formalaşdırılıb. Bu baxımdan həmin yerli təşkilatları (yerli rayon şöbələri) AXCP-nin mərkəzi qurumlarının formalaşdırılmasında qurultay nümayəndələri seçmək üzrə səlahiyyətlidir. Bundan əlavə, iddiaçı hesab edir ki, dayaq dəstələrindən kənar partiya üzvləri qurultay nümayəndəsi seçiliblər. Bununla əlaqədar isə qeyd edirlər ki, həmin partiya üzvlərinin seçilməsinə dair ümumi yığıncaq yaxud konfranslarda lazımi yetərsay mövcud idi. Buna görə də həmin şəxslərin müvafiq yetərsay əsasında seçdiyi qurultay nümayəndələri səlahiyyətlidir. Bununla yanaşı, qeyd edirlər ki, hazırkı iş üzrə iddiaçının gətirdiyi yuxarıda münasibət bildirilən arqumentlər əsassızdır. İddiaçının irəli sürdüyü digər arqumentlər də əsaslı deyil. Belə ki, iddiaçı bundan əvvəl cavabdehlərlə arasında yaranmış iki məhkəmə mübahisəsində onun iddiasının təmin edilməsinə istinad edərək preyudisiallıq prezumpsiyasına əsaslanır. Bununla əlaqədar, həmin qətnamələr hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etmir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (Plenum) 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu müddəadan göründüyü kimi, iki tərəf arasında meydana çıxmış hər hansı hüquqi mübahisənin deyil, məhz predmeti bir-biri ilə əlaqəli olan hüquqi mübahisə üzrə əlaqəli olan qətnamələr digər iş üzrə tətbiq edilə bilər. İddiaçının bundan əvvəl irəli sürdüyü iddialar onun NTK sədri kimi fəaliyyəti ilə əlaqədar olub. Hazırkı iddia isə qurultay nəticələrinin etibarsız sayılması ilə bağlıdır. Bunlar predmet olaraq bir-birindən tamamilə fərqli iddialardır. Ona görə də biri digərinə tətbiq edilə bilməz. “Siyasi partiyalar haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən siyasi partiyanın ali idarəetmə orqanı siyasi partiyanın qurultayıdır. Qurultay siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilmiş müddətlərdə, lakin 5 ildə bir dəfədən az olmayaraq keçirilir. Siyasi partiyanın növbəti və növbədənkənar qurultayı partiyanın qurultayarası kollegial idarəetmə orqanının (həmin orqan olmadığı halda partiya sədrinin) qərarı ilə çağırılır. Növbədənkənar qurultay səlahiyyətlərinə aid olan məsələlər çərçivəsində nəzarət orqanının, həmçinin partiya üzvlərinin ən azı üçdə iki hissəsinin qurultayarası kollegial idarəetmə orqanına (həmin orqan olmadığı halda partiyanın sədrinə) edilmiş müraciəti əsasında da çağırılır. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən qurultayın müstəsna səlahiyyətlərinə daxildir: dövlət qeydiyyatına alınmış siyasi partiyanın nizamnaməsində dəyişikliklərin edilməsi, həmçinin yeni nizamnamənin qəbul edilməsi; siyasi partiyanın qurultayarası kollegial idarəetmə və nəzarət orqanlarının say tərkibinin müəyyənləşdirilməsi, üzvlərinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi; siyasi partiya sədrinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi; qurultayarası kollegial idarəetmə, nəzarət orqanlarının və siyasi partiya sədrinin hesabatlarının dinlənilməsi; siyasi partiyanın fəaliyyətinin dayandırılması, yenidən təşkili və ləğvi haqqında qərarın qəbul edilməsi. Hazırkı iş üzrə qurultay “Siyasi Partiyalar haqqında” Qanunun tələblərinə uyğun keçirilib. İddiaçının irəli sürdüyü əsaslar formal mülahizələrdir. Buna əsasən iddia rədd edilməlidir. İddia ərizəsini qəbul etmədi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi X19 iddia ərizəsini qəbul etmədi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının, iddiaçının vəkilinin, cavabdehlərin nümayəndəsi və vəkilinin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2187/2020 saylı (hakim R.Səmədov) qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) X30 Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarının ləğv olunması, İddiaçı AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-208/2021 saylı (hakim C.Musayeva) qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət-Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərməsinə Cavabdeh1 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması, 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-794/2022 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə icraata daxil olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2021-017 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən İddiaçı AXCP – Nəzarət Təftiş Komissiyasının sədr kimi fəaliyyət göstərməsinə Cavabdeh1 tərəfindən törədilən maneçiliyin aradan qaldırılmasına dair borclunun məhkəmə qətnaməsini icra etmək üçün İcra Haqqında Qanuna uyğun olaraq Nəsimi rayon İcra Şöbəsinə lazımi göstəriş verilməsini xahiş etmişdir. - AXCP Cəbrayıl RŞ-nin Konfrans üzrə Təşkilat komitəsinin iclasının 03 sentyabr 2022-ci il tarixli protokolundan görünür ki, gündəlikdə 2 məsələ səsə qoyulmuşdur. Gündəlikdəki birinci məsələ olan İddiaçı AXCP Cəbrayıl RŞ-nin Konfrans üzrə Təşkilat Komitəsinə üzv seçilməsi səsə qoyulmuş, lehinə 5 nəfər, əleyhinə 2 nəfər səs verməklə onun AXCP Cəbrayıl RŞ-nin Konfrans üzrə Təşkilat Komitəsinə üzv seçilməsi qərara alınmışdır. Gündəlikdəki ikinci məsələ isə Sədr TK-nin bu günə qədər işinin qiymətləndirilməsi səsə qoyulmuş, lehinə 7 nəfər, əleyhinə 0 nəfər səs vermişdir. Səsvermənin nəticələrinə görə, AXCP Cəbrayıl RŞ-nin Konfrans üzrə Təşkilat Komitəsinin 3 sentyabr 2022-ci il tarixə qədər işi qənaətbəxş hesab edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, hazırda İddiaçı AXCP-nin xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Maştağa qəsəbəsində keçirilmiş Qurultayının keçirilmə qaydasının partiya nizamnaməsinə zidd, rayon (şəhər) şöbələrinin konfranslarının keçirilməsində nizamnamədə nəzərdə tutulmadığı (yazılmadığı) halda konfrans əvəzinə (konfrans səlahiyyətli ümumi yığıncaq) keçirməsini, dayaq dəstələrindən kənar üzvlərin qurultaya nümayəndə kimi seçilməsini, ümumi partiya üzvlərinin qurultay nümayəndələri kimi seçilməsini göstərərək nəticələrin etibarsız hesab edilməli olması ilə əsaslandırır. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək hazırkı iş üzrə qurultayın “Siyasi Partiyalar haqqında” Qanunun tələblərinə uyğun keçirilməsi ilə əsaslandırır. Məhkəmə iddia tələbi və ona olan cavabdeh tərəfin mövqeyi ilə bağlı qeyd edir ki, AXCP Nizamnaməsinə əsasən: - İV.1. Partiyanın təşkilat quruluşunun əsasını ərazi prinsipi üzrə yaradılmış, üzvlərinin sayı 3 nəfərdən az olmayan dayaq dəstələri təşkil edir. - V.4. Rayon (şəhər) şöbəsinin ali orqanı iki ildə bir dəfədən az olmayaraq çağırılan konfransdır. Növbədənkənar konfrans partiya ali orqanlarının, müvafiq rayon (şəhər) ərazisindəki dayaq dəstələrinin dörddə birinin və ya məclis üzvlərinin üçdə birinin, yaxud RŞ sədrinin, yaxud da nəzarət-təftiş komissiyasının təşəbbüsü ilə həmin şöbənin Məclisində qərar qəbul edildikdən sonra çağırılır. - V.5. Konfransda nümayəndəlik norması rayon (şəhər) şöbəsinin Məclisi tərəfindən müəyyən edilir. - V.11. Rayon (şəhər) şöbəsinin seçkili orqanlarının təşkili və fəaliyyəti "AXCP-nin rayon (şəhər) şöbələri haqqında" Əsasnamə ilə tənzimlənir. - Vİ.9.4. Partiyanın fəaliyyətinin müxtəlif sahələrinə dair əsasnamələr qəbul edir. - Vİ.12. AXCP Sədri müvafiq Əsasnaməyə uyğun fəaliyyət göstərən AXCP Sədr aparatını təşkil edir. - Vİ.13.2. Partiya üzvlərinin və seçkili orqanlarının fəaliyyətinin Nizamnaməyə və Məramnaməyə uyğun olmasına, maliyyə vəsaitlərindən düzgün istifadə olunmasına nəzarət edir, yoxlamalar aparır, aid orqanlara təqdimat və rəylər verir. Həmin təqdimat və rəylər aid orqanlarda bir ay müddətinə baxılmalı və qəbul edilmiş qərarlar haqqında NTKya məlumat verilməlidir. - Vİ.13.3. Nəzarət-Təftiş Komissiyasının fəaliyyəti "AXCP-nin Nəzarət-Təftiş Komissiyası haqqında" Əsasnamə ilə tənzimlənir. AXCP Nəzarət-Təftiş Komissiyası haqqında Əsasnamənin İİ.1. və İİİ.2 bəndlərinə əsasən AXCP Sədrinin, seçkili orqanlarının və AXCP üzvlərinin fəaliyyətinin Nizamnaməyə, Məramnaməyə və qəbul edilmiş Əsasnamələrə uyğun olmasına, AXCP Qurultayı, Ali Məclis və onun Rəyasət Heyətinin qərarlarının, AXCP Sədrinin sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir. NTK öz fəaliyyətini həyata keçirərkən, istər aparılan yoxlama və ya təftişlə əlaqədar, istərsə də NTK-da müzakirə olunan məsələ ilə bağlı aidiyyatı olan hər bir partiya üzvündən, müvafiq orqandan istənilən sənədi tələb etmək, arayış və izahat almaq hüququna malikdir. - AXCP Rayon (Şəhər) Şöbələrinin Konfranslarının keçirilməsi qaydaları haqqında Təlimatdan görünür ki, AXCP rayon (şəhər) şöbəsinin konfransı partiya Nizamnaməsinə və ona müvafiq qəbul edilmiş Əsasnamələrə AXCP-nin səlahiyyətli orqanlarının və vəzifəli şəxslərinin qərar və sərəncamlarına, habelə bu təlimata uyğun keçirilir. Partiya üzvü yalnız qeydiyyatda olduğu dayaq dəstəsindən rayon (şəhər) şöbəsinin konfransına nümayəndə seçilə bilər. Azərbaycan Xalq Cəbhəsi X6 Haqqında Əsasnaməsinə əsasən:
1. AXCP dayaq dəstələrinin təşkili və fəaliyyəti AXCP-nin Nizamnaməsi və bu əsasnamə ilə tənzimlənir.
2. AXCP-nin təşkilat quruluşunun əsasını ərazi prinsipi üzrə yaradılmış üzvlərinin sayı üç nəfərdən az olmayan dayaq dəstələri təşkil edir. Dayaq dəstələri mümkün olduqca seçki məntəqələrinin ərazisi üzrə müvafiq rayonun yaşayış məntəqələri (kənd, qəsəbə, şəhər), böyük şəhər və qəsəbələrdə isə yaşayış sahələrinə (mənzil istismar sahələrinə, mikrorayon, məhəllə, küçə və s.) uyğun olmaqla yaradılır və rayon (şəhər) şöbəsinin Məclisində qeydə alınır.
3. Yerli dayaq dəstələri yalnız müvafiq ərazidə yaşayan AXCP üzvlərinin təşəbbüsü və rayon (şəhər) şöbəsinin sədrinin təqdimatı ilə şöbə Məclisinin qərarı əsasında yaradılır.
4. AXCP üzvü olmaq istəyən şəxs AXCP Sədrinin adına yazılmış ərizə ilə dayaq dəstəsinə, bu olmadıqda isə birbaşa rayon (şəhər) şöbəsinə yazılı şəkildə müraciət edir. Həmin müraciət ərizənin verildiyi (ərizə rayon (şəhər) şöbəsinə verilibsə, onun məsləhət bildiyi ən yaxın) dayaq dəstəsinin yığıncağında səsvermə yolu ilə müsbət həll edildiyi andan ərizəçi AXCP üzvü sayılır.
5. AXCP üzvlüyünə qəbul müvafiq ərizədəki dayaq dəstəsinin ümumi yığıncağında həyata keçirilir.
6. Dayaq dəstəsinin ali orqanı ayda bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır. Növbədənkənar yığıncaq dayaq dəstəsi üzvlərinin üçdə birinin, İdarə Heyətinin (İdarə Heyəti olmadıqda, dayaq dəstəsinin Sədrinin) nəzarət-təftiş qrupunun, eləcə də AXCP rayon (şəhər) şöbəsi məclisinin və sədrinin təşəbbüsü ilə dayaq dəstəsinin Sədri tərəfindən çağırılır.
7. Dayaq dəstəsinin ümumi yığıncağı: - rayon (şəhər) şöbəsinin konfransına nümayəndələr seçir, konfrans nümayəndəsi yalnız qeydiyyatda olduğu dayaq dəstəsi tərəfindən seçilə bilər; - Dayaq dəstəsinin Sədrinin, İdarə Heyətinin, Nəzarət-Təftiş qrupunu və xəzinədarı seçir və onların hesabatını dinləyir; - AXCP-yə daxil olmaq istəyənlərin ərizələrinə baxır və müvafiq qərar çıxarır.
8. Üzvlərinin sayı iyirmiyə qədər olan dayaq dəstələrində yalnız dayaq dəstəsinin Sədri və xəzinədarı seçilir.
9. Dayaq dəstəsinin seçkili orqanlarının səlahiyyət müddəti bir ildir.
10. Ümumi yığıncaqlararası dövrdə dayaq dəstəsinin fəaliyyətinə İdarə Heyəti (İdarə Heyəti olmadıqda dayaq dəstəsinin Sədri) rəhbərlik edir.
11. Ümumi yığıncaq qeydiyyatda olan AXCP üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir və qərarlar iştirak edənlərin yarıdan çoxu lehinə səs verdikdə qəbul edilmiş sayılır.
12. Dayaq dəstəsinin Sədri öz vəzifəsinə görə rayon (şəhər) şöbəsi məclisinin üzvüdür və dayaq dəstəsini təmsil edir.
13. Dayaq dəstəsi öz fəaliyyətində Nizamnaməni pozduqda AXCP Nəzarət-Təftiş Komissiyasının rəyi ilə rayon (şəhər) şöbəsinin Məclisi tərəfindən buraxıla bilər. - “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun: 13.2. Siyasi partiyanın nizamnaməsində 13.2.1. siyasi partiyanın adı və qısaldılmış adı (olduğu halda); 13.2.2. siyasi partiyanın qərargahının yerləşdiyi yer (hüquqi ünvanı); 13.2.3. siyasi partiyanın məqsədi, fəaliyyət istiqamətləri, hüquq və vəzifələri; 13.2.4. siyasi partiyada üzvlük məsələləri (üzvlüyə qəbul və xitam verilməsi, üzvlərin qeydiyyatı, intizam tənbeh tədbirləri, üzvlük haqlarının ödənilməsi və s.); 13.2.5. siyasi partiya üzvlərinin hüquq və vəzifələri; 13.2.6. siyasi partiya üzvlərinin partiyadaxili şikayət etmək qaydası; 13.2.7. siyasi partiyanın orqanları və struktur qurumları, onların təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri; 13.2.8. partiyadaxili qərarların, o cümlədən nizamnamənin və proqramın qəbulu və onlarda dəyişikliklər edilməsi, siyasi partiyanın fəaliyyətinin dayandırılması, yenidən təşkili və ləğvi barədə qərarın qəbulu qaydası və buna nəzarət formaları; 13.2.9. siyasi partiyanın fəaliyyətinin maddi təminat məsələləri (gəlir, xərclər, əmlak, maliyyə hesabatı, mühasibat uçotu və s.) nəzərdə tutulmalıdır. 21.5-ci maddəsinə əsasən Siyasi partiya ilə üzvləri arasında yaranan mübahisələr partiyanın nizamnaməsində nəzərdə tutulmuş partiyadaxili qaydada həll olunur. Siyasi partiyanın üzvü siyasi partiyanın orqanlarının və struktur qurumlarının fəaliyyəti ilə bağlı, o cümlədən hərəkət və ya hərəkətsizliyindən şikayət etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və məhkəməyə müraciət edə bilər. 22.2-ci maddəsinə əsasən Siyasi partiya üzvünün 22.2.1. siyasi partiyanın nizamnaməsi və proqramı ilə tanış olmaq; 22.2.2. siyasi partiyanın nizamnaməsində və proqramında göstərilmiş tələblərə əməl etmək; 22.2.3. siyasi partiya orqanlarının və struktur qurumlarının qanuni qərarlarını yerinə yetirmək; 22.2.4. siyasi partiyanın fəaliyyətində iştirak etmək; 22.2.5. üzvlük haqqını ödəmək; 22.2.6. siyasi partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək. 22.2.7. bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq aparılan reyestrdə özünə aid olan məlumatlarda baş vermiş dəyişikliklər barədə siyasi partiyaya məlumat vermək; 22.2.8. bu Qanuna, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və siyasi partiyanın nizamnaməsinə uyğun olaraq digər vəzifələri yerinə yetirmək vəzifələri vardır. İş materiallarından görünür ki, 24 iyun 2023-ci il tarixdə keçirilmiş AXCP-nin Vİİ (Xİİ) Qurultayında partiyanın rəhbər orqanları formalaşdırılmaqla Cavabdeh1 AXCP-nin sədri seçilmişdir. İddiaçı tələbinin əsası kimi partiya nizamnaməsinə zidd, rayon (şəhər) şöbələrinin konfranslarının keçirilməsində nizamnamədə nəzərdə tutulmadığı (yazılmadığı) halda konfrans əvəzinə (konfrans səlahiyyətli ümumi yığıncaq) keçirməsini, dayaq dəstələrindən kənar üzvlərin qurultaya nümayəndə kimi seçilməsini, ümumi partiya üzvlərinin qurultay nümayəndələri kimi seçilməsini göstərərək bu dəlilləri ilə bağlı məhkəməyə mülki iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət ünvanlanaraq, xx.xx.2023-cü il tarixdə keçirilən AXCP Vİİ (10) Qurultayına seçilmiş qurultay nümayəndələrinin siyahısında – 1. Əbil Babayev, 2. Yulət Paşayev, 3. Cavid İmamquliyev,
4. Mirəli Seyidov, 5. Vəfa Rəhimov, 6. Hüseyn İbrahimov, 7. Nazim Mahmudov, 8. Elmurad Kərimov, 9. Adəm Rəhimbəyli, 10. Bəhlul Muradov, 11. Hüseyn Həsənov, 12. Əsgər Ağayev, 13. Məcid Yusifov, 14. Nahid Xəlilov, 15. Hilal Məmmədli imza qrafalarında imzaların onlar tərəfindən imzalanıb-imzalanmamasının yoxlanılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-284/2024 saylı qərardadı ilə vəsatətin təmin edilməsi, mülki iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-4/287 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatının nəticəsi olaraq: 1.1. Ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 126-133-cü vərəqlərində olan AXCP Vİİ (X) Qurultay nümayəndələrinin siyahısının “261”-ci sıra sayında “Hüseyn İbrahimov” sözlərinin qarşısındakı imza – X3 tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 126-133-cü vərəqlərində olan AXCP Vİİ (X) Qurultay nümayəndələrinin siyahısının “271”-ci sıra sayında “Əsgər Ağayev” sözlərinin qarşısındakı imza – X21 tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 126-133-cü vərəqlərində olan AXCP Vİİ (X) Qurultay nümayəndələrinin siyahısının “253”-cü sıra sayında “Əbil Babayev” sözlərinin qarşısındakı imzanın X11 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 2.2. Ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 126-133-cü vərəqlərində olan AXCP Vİİ (X) Qurultay nümayəndələrinin siyahısının “256”-cı sıra sayında “Cavid İmamquliyev” sözlərinin qarşısındakı imzanın X4 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 2.3. Ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 126-133-cü vərəqlərində olan AXCP Vİİ (X) Qurultay nümayəndələrinin siyahısının “267”-ci sıra sayında “Adəm Rəhimbəyli” sözlərinin qarşısındakı imzanın X10 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 2.4. Ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci cildinin 126-133-cü vərəqlərində olan AXCP Vİİ (X) Qurultay nümayəndələrinin siyahısının “272”-ci sıra sayında “Məcid Yusifov” sözlərinin qarşısındakı imzanın X22 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçının qurultayın “Siyasi Partiyalar haqqında” Qanunun tələblərinə uyğun keçirilməməsinə dair istinad etdikləri hallar və faktlar əsaslıdır. Belə ki, məhkəmə qeyd edir ki, müvafiq qaydada dövlət qeydiyyatına alınmış AXCP Nizmanamə və qüvvədə olan qanunlar əsasında fəaliyyət göstərməlidir. AXCP-nın xx.xx.1995-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin V.ll. bəndinə əsasən rayon (şəhər) şöbələrinin seçkili orqanlarının təşkili və fəaliyyəti, AXCP-nin rayon (şəhər) şöbələri haqqında əsasnamə ilə tənzimlənir. “Siyasi partiyalar haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən siyasi partiyanın ali idarəetmə orqanı siyasi partiyanın qurultayıdır. Qurultay siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilmiş müddətlərdə, lakin 5 ildə bir dəfədən az olmayaraq keçirilir. Siyasi partiyanın növbəti və növbədənkənar qurultayı partiyanın qurultayarası kollegial idarəetmə orqanının (həmin orqan olmadığı halda partiya sədrinin) qərarı ilə çağırılır. Növbədənkənar qurultay səlahiyyətlərinə aid olan məsələlər çərçivəsində nəzarət orqanının, həmçinin partiya üzvlərinin ən azı üçdə iki hissəsinin qurultayarası kollegial idarəetmə orqanına (həmin orqan olmadığı halda partiyanın sədrinə) edilmiş müraciəti əsasında da çağırılır. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən qurultayın müstəsna səlahiyyətlərinə daxildir: dövlət qeydiyyatına alınmış siyasi partiyanın nizamnaməsində dəyişikliklərin edilməsi, həmçinin yeni nizamnamənin qəbul edilməsi; siyasi partiyanın qurultayarası kollegial idarəetmə və nəzarət orqanlarının say tərkibinin müəyyənləşdirilməsi, üzvlərinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi; siyasi partiya sədrinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi; qurultayarası kollegial idarəetmə, nəzarət orqanlarının və siyasi partiya sədrinin hesabatlarının dinlənilməsi; siyasi partiyanın fəaliyyətinin dayandırılması, yenidən təşkili və ləğvi haqqında qərarın qəbul edilməsi. Azərbaycan Xalq Cəbhəsi X6 Haqqında Əsasnaməsinin 7-ci bəndinə əsasən Dayaq dəstəsinin ümumi yığıncağı rayon (şəhər) şöbəsinin konfransına nümayəndələr seçir, konfrans nümayəndəsi yalnız qeydiyyatda olduğu dayaq dəstəsi tərəfindən seçilə bilər. Lakin iş materiallarından görünür ki, Qurultay üzvləri konfrans nümayəndələrindən seçilməmişdir ki, bu yuxarıda qeyd edilən Nizamnamə və Əsasnamənin tələblərinin pozulması deməkdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin istinad etdiyi hallar üzrə izahatları özüözlüyündə iddianın əsaslı olmaması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh tərəf iddianın əsassızlığı ilə bağlı öz hüquqi mövqeyini sübut edə bilməmiş və iddia tələbi üzrə dəlilləri təkzib edə biləcək hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir Beləliklə də, müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli AXCP Vİİ qurultayı yuxarıda qeyd edilən Əsasnamədən əlavə, AXCP Nizamnaməsinin V.4., V.5., V.11., Vİ.9.4,Vİ.12, Vİ.13.2, Vİ.13.3-cü maddələrinə əməl olunmamaqla, “Siyasi Partiyalar haqqında” Qanunun tələblərinə uyğun keçirilməmişdir. Belə ki, AXCP nümayəndəsi tərəfindən 15 yanvar 2024-cü il tarixində məhkəməyə təqdim edilmiş AXCP üzvlərinin qeydiyyatda olduqları rayon şöbələri üzrə siyahı ilə həmin siyahıda qeyd edilən şəxslərin rayon (şəhər) şöbəsi üzrə qurultay nümayəndələri seçilməsinə görə siyahı arasında uyğunsuzluq vardır. Odur ki, Cavabdeh1 AXCP Nəsimi rayon şöbəsində qeydiyyatda olsa da, siyahıda imzasından görünür ki, Şirvan şəhər şöbəsinə qurultay nümayəndəsi seçilmişdir. Bundan əlavə, Nurəddin Məmmədli AXCP Nizami rayon şöbəsində qeydiyyatda olsa da, Sədərək rayon şöbəsinə qurultay nümayəndəsi; İradə Əliyeva AXCP Nəsimi rayon şöbəsində qeydiyyatda olsa da, Sumqayıt şəhər şöbəsinə qurultay nümayəndəsi; İlham Hüseynli AXCP Binəqədi rayon şöbəsində qeydiyyatda olsa da, Qəbələ rayon şöbəsinə qurultay nümayəndəsi; Asif Yusifli AXCP Nərimanov rayon şöbəsində qeydiyyatda olsa da, İmişli rayon şöbəsinə qurultay nümayəndəsi; Aqil Məhərrəmli AXCP Sabunçu rayon şöbəsində qeydiyyatda olsa da, Qaradağ rayon şöbəsinə qurultay nümayəndəsi; Seymur Həzi AXCP Laçın rayon şöbəsində qeydiyyatda olsa da, Şirvan rayon şöbəsinə qurultay nümayəndəsi; Sevda Talıblı AXCP Səbail rayon şöbəsində qeydiyyatda olsa da, Culfa rayon şöbəsinə qurultay nümayəndəsi; Murad Sultanov AXCP Yasamal rayon şöbəsində qeydiyyatda olsa da, Culfa rayon şöbəsinə qurultay nümayəndəsi; Mehman Süleymanov AXCP Səbail rayon şöbəsində qeydiyyatda olsa da, Şəmkir rayon şöbəsinə qurultay nümayəndəsi; Solmaz Hüseynova AXCP Səbail rayon şöbəsində qeydiyyatda olsa da, Hacıqabul rayon şöbəsinə qurultay nümayəndəsi seçilmişlər. AXCP Ali Məclisi 2001-ci il tarixli sessiyasında qəbul edilərək təsdiq edilmiş AXCP Nəzarət Təftiş Komissiyası Haqqında Əsasnamənin İİ.1 bəndinə əsasən AXCP sədrinin, seçkili orqanlarının və AXCP üzvlərinin fəaliyyətinin nizamnaməyə və qəbul edilmiş əsasnamələrə uyğun olmasına, AXCP Qurultayı, Ali Məclis və onun Rəyasət Heyətinin qərarlarının, AXCP sədrinin sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir. Məhkəmə hesab edir ki, iddiaçı barəsində olan qanuni qüvvəsini almış məhkəmə aktları hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsə də iddiaçının AXCP NTK-nın sədri olaraq məhkəmədə mübahisələndirdiyi qeyd edilən məsələlər bilavasitə səlahiyyətləri daxilində olmaqla hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmuşdur. Buna görə də onun iddiasının AXCP-nın xx.xx.2023-cü il tarixdə keçirilmiş qurultaykonfransının sözügedən partiyanın Nizamnamənin mahiyyətinə zidd olmasına və “Siyasi Partiyalar haqqında” Qanunun tələblərinə uyğun keçirilməməsinə dair dəlilləri öz təsdiqini tapdığından qurultayın nəticələri məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. AXCP-nin xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Maştağa qəsəbəsində keçirilmiş Qurultayın nəticələri etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev