Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2873/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, «Tofaş Şahin» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil «xxxx» ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə 14.07.2020-ci il tarixdən 14.07.2021-ci il tarixədək «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» ilə sığortalanmışdır. Cavabdeh 28.07.2020-ci il tarixdə saat 11.15 radələrində cavabdehin idarə etdiyi «Tofaş Şahin» markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Nəsimi rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində X3 məxsus «Kia Cerato» markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomobili ilə toqquşmuş və həmin avtomobilə maddi ziyan vurulmuşdur. Hadisəni törətdikdən sonra cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə ilə bağlı Nəsimi RPİ-nin DYPŞ-da araşdırma aparılmış və cavabdehin barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə 28.07.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında 28.07.2020-ci il tarixli TP3892752 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, cavabdeh 100 manat məbləğində cərimələnmişdir. «xxxx» ASC tərəfindən «Kia Cerato» markalı, **-CK- *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 700 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə pul avtomobilin sahib ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı cavabdeh hadisə yerindən yayındığı üçün üçüncü şəxsin əmlakına «xxxx» ASC-nin cavabdehdən avtomobilə vurulmuş zərərə görə ödənilmiş 700 manatı subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən «Kia Cerato» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə edilmiş 700 manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AR DİN BDYPİ tərəfindən verilmiş AD seriyalı 820896 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Tofaş Şahin» minik markalı ** NA *** dövlət nömrə nişanlı avtomaşın X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan «xxxx» ASC tərəfindən tərtib edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «Tofaş Şahin» markalı ** NA *** dövlət nömrə nişanlı avtomobil 14.07.2020-ci il tarixdən 14.07.2021-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş 28.07.2020-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, 28.07.2020-ci il tarixdə Cavabdeh tərəfindən AR İXM-nin 327.1-ci maddəsinə əsasən araməsafəsi qaydalarının pozulması, 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaların pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyatı hadisəsi yerindən yayınması hallarına yol verilmişdir. Həmin hadisə nəticəsində Cavabdeh AR İXM-nın 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş materiallarında olan «xxxx» ASC tərəfindən tərtib edilmiş 29.07.2020-ci il tarixli dəymiş zərərin hesabatın kserosurətindən görünür ki, «Kia Cerato» markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 700 manat təşkil etmişdir. İş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş 26.08.2020-ci il tarixli sığorta aktından görünür ki, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmış «Tofaş Şahin» markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobil 14.07.2020-ci ildən 14.07.2021-ci il tarixədək sığortalanmış, həmin nəqliyyat vasitəsi «Kia Cerato» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə «Kia Cerato» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 700 manat ziyan dəymiş və bununla bağlı 700 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə 01.09.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, «xxxx» ASC tərəfindən X2 2455-11667 sığorta aktına əsasən 700 manat zərər ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ** NA *** dövlət qeydiyyat nişanlı «Tofaş Şahin» markalı avtonəqliyyat vasitəsi 14.07.2020-ci il tarixində «xxxx» ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» növü üzrə sığortalanmışdır. 28.07.2020-ci il tarixində Cavabdeh idarə etdiyi ** NA *** dövlət qeydiyyat nişanlı «Tofaş Şahin» markalı avtonəqliyyat vasitəsi ilə **-CK-*** dövlət qeydiyyat nişanlı «Kia Cerato» markalı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı zərər vurmuşdur. «xxxx» ASC tərəfindən tərtib olunmuş 29.07.2020-ci il tarixli hesabata əsasən, **-CK-*** dövlət qeydiyyat nişanlı «Kia Cerato» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 700 manat məbləğində müəyyən edilmiş və həmin ziyanın məbləği olan 700 manat «xxxx» ASC tərəfindən ödənilmişdir. Həmçinin cavabdehin polisə verdiyi ərizəsində də görünür ki, Cavabdeh hadisə yerini tərk etmişdir. Məhkəmə iddianın hüquqi cəhətdən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 700 (yeddi yüz) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat məbləğində pul tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2873/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2873/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver