Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-29/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı hüquqi varisi - X3, İddiaçı hüquqi varisinin nümayəndəsi və vəkili - Vəkil, Cavabdehin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı LPO Cavabdeh1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olmaqla cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «saxlanca qoyulmuş qızıl-zinət əşyalarının açıq hərracda satılması və 179988.9 ABŞ dolları məbləğində kredit borcuna yönəldilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fonduna qarşı «saxlanca qoyulmuş qızıl-zinət əşyalarının açıq hərracda satılması və 179988.9 ABŞ dolları məbləğində kredit borcuna yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr); xx.xx.2009-cu il tarixli AC 20076929 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş, xx.xx.2009-cu il tarixli AC 20179047 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş badə, bir dəst (6 predmet) gümüş qaşıq, xx.xx.2010-cu il tarixli 5 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet), xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst, xx.xx.2010-cu il tarixli AC 30061877 saylı bağlama ilə banka təhvil verilmiş təhviltəslim aktına əsasən 750 əyyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli AC 20062071 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa, xx.xx.2010-cu il tarixli AC 20179038 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20179024 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kloun, xx.xx.2010-cu il tarixli AC 20165777 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20165774 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa, xx.xx.2010-cu il tarixli AC 20175410 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti kimi banka saxlanca qoyulmuş qızıl zinət əşyalarının (bankdan) cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 2099-2010-cu illərdə aktiv qızıl ticarəti ilə məşğul olduğundan, onunla o vaxtlar “Azərqazbank" X8, hazırkı ləğvetmə prosesində olan “AGBank'’ ASC ilə işgüzar əlaqədə olmuşlar. Bunun bariz nümunəsidir ki, İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə bankdan kredit götürmüş və ən qısa zamanda onları geri qaytarmışdır. Daha sonra iddiaçı ölkədə qızıl bazarının zəifləməsi nəticəsində əlində olan qızıl zinət əşyalarını çoxdan etibar etdiyi Cavabdeh1 ASC-yə saxlanca qoymağa qərar vermişdir. Bunun nəticəsində xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr); xx.xx.2009-cu il tarixli AC 20076929 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş, xx.xx.2009-cu il tarixli AC 20179047 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş badə, bir dəst (6 prcdmet) gümüş qaşıq, xx.xx.2010-cu il tarixli 5 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet), xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst, xx.xx.2010-cu il tarixli AC 30061877 saylı bağlama ilə banka təhvil verilmiş təhviltəslim aktına əsasən 750 əyyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli AC 20062071 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa, xx.xx.2010-cu il tarixli AC 20179038 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20179024 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kloun, xx.xx.2010-cu il tarixli AC 20165777 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20165774 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa, xx.xx.2010-cu il tarixli AC 20175410 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti kimi dəyərli qızıl zinət əşyalarını banka saxlanca qoymuşdur. Lakin bir müddətdən sonra iddiaçı bankın saxlancında olan qızıl zinət əşyalarını geri istədikdə bank əməkdaşları tərəfindən heç bir əsas və ya akt olmadan, o əşyaların iddiaçıya geri qaytardıqlarını, bəzən isə həmin əşyalarının bankda hansı səbəbdənsə yoxa çıxdığını deyərək əşyaları mülkiyyətçiyə qaytarmaqdan boyun qaytarırlar. Bundan sonra hazırda Ləğv etmə prosesində olan Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna məktubla müraciət edilmişdir. Sonradan - İddiaçı vəfat etdiyinə görə hüquqi varisi X10 ilə əvəz edilmişdir. Eyni zamanda iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə əsasında cavabdehlər Cavabdeh1 ASC (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmiş, LPO Cavabdeh1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ekspertə təqdim olunmuş iddiaçıya məxsus AC 20596280 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,11 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,01 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,26 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 9 ədəd şəffaf qaşları olan (3,99 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (3,51 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (6,97 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (10,00 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596279 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,12 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,30 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,68 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,38 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,47 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596278 nömrəli paket üzrə 5 ədəd cilalı, şəffaf qaşları olan (4,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,08 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,15 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,60 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,04 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,90 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AA ******* nömrəli paket üzrə 2 ədəd dairəvi cilalı və 2 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,87 Brilyant), 750 əyyar sarı rəngli bir cüt sırğa (Qızıl 750), 406 şəffaf, 5 ədəd ayparaya bənzər mavi rəngli və açıq göy rəngli daşlar qaşları (39.50 Brilyant), 750 əyyar olan bir dəst sırğa cütü-üzük dəsti (Qızıl 750), 1 ədəd tünd narıncı rəngli, kənarlarında 20 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,76 Brilyant), 750 əyyar 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə 1 ədəd narıncı rəngli, kənarlarında 24 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,42 Brilyant), 750 əyyar 18 k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, damla formalı kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (8,76 Brilyant), 750 əyyar sarı rənglı 1 ədəd üzük (Qızıl 750), 36 rəngli rəngsiz şəffaf qaşlar və çəhrayı rəngli dördkünc cilalı qaşları olan (18.19 Brilyant), 750 əyyar asılqan hissəsində k18WG damğası olan 1 ədəd kulon (Qızıl 750), AC 20825153 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, kənarları boyunca 8 ədəd nisbətən kiçik ölçülü şəffaf qaşları olan (19,53 Brilyant), 750 əyyar üzərində Б750 damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), AC 20825342 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü damla formalı, kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (9,22 Brilyant), 750 əyyar üzərində 18k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750) Ekspert tərəfindən 64520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyalarının iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən cavabdehə saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin bank tərəfindən ekspertə və ya məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş məmulatlarının dəyərindən iddiaçının bankdan götürdüyü kredit müqaviləsinə əsasən tərəflər arasında bağlanmış və Bakı Apelliyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları (ABŞ dollarının Azərbaycan manatına nisbəti 305981.13) miqdarında yaranmış borcunun bu hissədə əvəzləşdirilərək, yerdə qalan 229158.87 AZN manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının hüquqi varisi X10 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, 29 mart 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2013-cü ildən 2016-cı ilin aprel ayına kimi "xxxx" ASC-nin Problemli kreditlər şöbəsində baş direktor vəzifəsində işləmişdir. 2013-cü ildən Lalə xanımı tanıyır. Qızıl və zinət əşyaları banka girov qoyub, əvəzində pul götürürdü. 2013-cü ildə Lalə xanımı banka dəvət etmişlər və köhnə aktlarda qeyd olunan bir neçə zinət əşyaları orada aşkar olunmamışdır. 2016-cı ildə isə yerdə qalan zinət əşyalarını bankın kassasına vermişlər. 2017-ci ildə Lalə xanıma 1 ədəd üzük və 1 ədəd sırğa verildi. Üzüyü daha sonra yenidən banka qaytardı, amma sırğanı isə satmışdı. 2020-ci ildə "xxxx" ASC-dəki vəzifəsindən ayrılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZ-İİ seriyalı 255251 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 44 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli 537 saylı məktubundan görünür ki, İddiaçı qanuni varisi əri - X10 miras payını xx.xx.2022-ci il tarixdə tam olaraq qəbul etmişdir. X10 birinci növbədə vərəsədir. xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr) “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20076929 saylı bağlama ilə 750 əyyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20179047 saylı bağlama ilə 750 əyyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən bağlama ilə 6 ədəd gümüş badə, bir dəst (6 predmet) gümüş qaşıq “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən 5 saylı bağlama ilə 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet) “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən bağlama ilə 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30061877 saylı bağlama ilə 750 əyyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20062071 saylı bağlama ilə 750 əyyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20179038 saylı bağlama ilə 750 əyyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20179024 saylı bağlama ilə 750 əyyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kloun “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20165777 saylı bağlama ilə 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20165774 saylı bağlama ilə 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. xx.xx.2010-cu il tarixli təhvil-təslim aktına əsasən AC 20175410 saylı bağlama ilə 750 əyyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti “Azəriqazbank” X5 saxlanc kimi təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)- 751/2016 saylı Qərardadından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-751/2016 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 ASC arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, həmin qərardadın nəticə hissəsi xx.xx.2016-cı il tarixli qərardadla dəyişdirilmişdir. Həmin qərardaddan müəyyən olunur ki, cavabdeh İddiaçı Binəqədi rayon məhkəməsinin 05 mart 2015-ci il tarixli 2(001)-1488/2015 saylı qətnaməsi üzrə 14 yanvar 2010-cü il tarixli K-4605 saylı kredit müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixinə olan 79819 ABŞ dolları əsas borc, 79508,75 ABŞ dolları faiz borcu, 10822 ABŞ dolları artırılmış borcu-cərimə olmaqla, ümumi 170149,75 ABŞ dolları məbləğində borcun, 26 yanvar 2010cu il tarixli K-4622 saylı kredit müqaviləsi üzrə 25 iyul 2014-cü il tarixinə olan 482,43 ABŞ dolları əsas borc, 3648,27 ABŞ dolları faiz borcu,416 ABŞ dolları artırılmış faiz borcu cərimə olmaqla, ümumi 4546.7 ABŞ dolları məbləğində borcun, 13 aprel 2010-cu il tarixli K-4685 saylı kredit müqaviləsi üzrə 05 aprel 2013-cü il tarixinə olan 4627,45 ABŞ dolları faiz borcu, 665 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumi 5292.45 ABŞ dolları məbləğində borc, 219 ABŞ dolları məbləğində kredit üzrə komissiya ödənişi, cəmi 179988,9 ABŞ dolları məbləğində tutulması qət olunmuş borc üzrə əsas borc hissəsini 26 noyabr 2019-ci ilə kimi icra edəcəyinə dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3213 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, zərgərlik məmulatlarından cədvəl 1 üzrə qeyd edilmiş AC20596280 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Onlardan sıra nömrələri 6 və 7 olanların üzərlərində 583/585 əyarlı qızıldan hazırlanmış hissələr vardır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir – brilyantdır. AC20596279 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AC20596278 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-7 olanlar 950 əyarlı platindən hazırlanmışdır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AA2185409 nömrəli seyf paketdə olan məmulatlardan sıra nömrələri 1-6 olanlar 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatların üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. Onlardan sıra nömrəsi 2 və 6 olanların üzərində firuzə və korund qrup qaşlar vardır. AC20825153 nömrəli seyf paketdə olan məmulat 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatın üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. AC20825342 nömrəli seyf paketdə olan məmulat 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulatın üzərlərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) Cədvəl 1-də göstərilmişdir. Ekspert tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3989 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən qızıl-zinət əşyalarının hal-hazırda likvid orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 58360,80 müəyyən olunur. Həmin qızıl-zinət əşyalarının əyyarı, kütləsi, kefiyyət göstəriciləri və qiymətləri ayrı- ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspert tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. “X9” MMC-nin xx.xx.2023-cü il tarixli 018/23 nömrəli Qiymətləndirmə hesabatından görünür ki, Bank tərəfindən təqdim olunmuş bağlamalardan çıxan qızıl-zinət əşyalarının hazırki dövrə olan likvid qiyməti 64520 AZN, iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan qızıl-zinət əşyaları və gümüş məmulatlarının hazırki dövrə olan likvid qiyməti 535140 AZN təşkil edir. Bank tərəfindən təqdim olunan AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlama birkaları iş üzrə təqdim edilmiş analoji bağlama birkaları ilə uyğundur. Bank tərəfindən təqdim edilən digər bağlama birkaları (AA ******* nömrəli, AC 20825153 nömrəli və AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında müəyyən edilmədi. Bank tərəfindən təqdim edilmiş bağlamalardan çıxan qızıl-zinət əşyaları orijinaldır. Bank tərəfindən təqdim olunmuş AC 20596280 nömrəli, AC 20596279 nömrəli və AC 20596278 nömrəli bağlamalardan çıxan qızıl-zinət əşyaları iş üzrə təqdim edilmiş saxlanc və girov müqavilələri əsasında tərtib edilmiş təhvil-təslim aktlarında olan analoji qızıl-zinət əşyaları ilə eynidir. Bank tərəfindən təqdim edilən digər bağlama birkaları (AA ******* nömrəli, AC 20825153 nömrəli və AC 20825342 nömrəli) iş üzrə təqdim edilən materiallar arasında olmadığından həmin bağlamalarda olan qızıl-zinət əşyalarının təhviltəslim olunduğu zaman eyni olub-olmadığı müəyyən edilə bilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Həmin Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540.2-ci maddəsinə əsasən tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. Həmin Məcəllənin 543-cü maddəsinə əsasən əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, İddiaçı ilə “Azəriqazbank” X8 (hazırda ləğv prosesində olan Cavabdeh1 ASC) arasında 26 yanvar 2010-cu il tarixli S-4622 saylı Saxlanc müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı 26 yanvar 2010-cu il tarixli K- 4622 saylı kredit müqavilələri və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı əmlakı saxlanca verməyi, eləcə də ona olan hüquq və maraqları girovsaxlayana verməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2009-cu il tarixli təhvil-təslim aktına əsasən AC 30070681 saylı bağlama vasitəsi ilə 23 ədəd üzük (PL-BR); 97003 (3.99 gr) 2 ədəd; 97004 (4.31 gr); 97111 (6.97 gr); 97111 (10.01 gr); 97203 (4.38 gr); 97283 (4.91 gr). 97283 (5.04 gr); 97285 (3.60 gr); 97285 (3.08 gr); 97285 (3.17 gr); 97285 (3.51 gr); 97004 (4.17 gr); 97283 (3.79 gr); 97004 (4.12 gr); 97283 (3.68 gr); 97283 (4.46 gr); 97283 (4.79 gr); 97004 (4.02 gr); 97004 (4.27 gr); 97004 (4.11 gr): 15765 (7.78 gr); 15767 (7.41 gr); xx.xx.2009-cu il tarixli AC 20076929 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 4 brilyant daşlı və 5.870 gr çəkili bir cüt sırğa, bir ədəd 2.17 karat brilyant daş və bir ədəd 1.18 karat brilyant daş, xx.xx.2009-cu il tarixli AC 20179047 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 9 brilyant daşlı və 17.4 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş badə, bir dəst (6 prcdmet) gümüş qaşıq, xx.xx.2010-cu il tarixli 5 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), 1 ədəd gümüş servis, kodu 33072 (22 predmet), xx.xx.2010-cu il tarixli bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 6 ədəd gümüş fincan və nəlbəki dəsti (2 predmet), gümüş kodu 33012 6 dəst, xx.xx.2010-cu il tarixli AC 30061877 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 45 brilyant daşlı və 17.5 gr çəkili bir ədəd üzük, xx.xx.2010-cu il tarixli AC 20062071 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 100 brilyant daşlı və 8.8 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 450 brilyant daşlı və 30.4 gr brilyant daşlı sırqa, xx.xx.2010-cu il tarixli AC 20179038 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 1 brilyant daşlı və 5.5 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr brilyant daşlı sırqa və bir ədəd 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20179024 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 116 brilyant daşlı və 18.3 gr çəkili bir ədəd kloun, xx.xx.2010-cu il tarixli AC 20165777 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, bir cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa və 0.2 karat brilyant daş, xx.xx.2010-cu il tarixli AC 20165774 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 1 brilyant daşlı və 10.29 gr çəkili bir ədəd üzük, cüt 750 əyyarlı, 56 brilyant daşlı və 10.8 gr çəkili sırqa, xx.xx.2010-cu il tarixli AC 20175410 saylı bağlama ilə banka təhvil verilmiş təhvil-təslim aktına əsasən 750 əyyarlı, 420 brilyant daşlı və 39.7 gr çəkili bir ədəd üzük sırqa dəsti kimi dəyərli qızıl zinət əşyalarını “Azəriqazbank” X5 (hazırda ləğv prosesində olan Cavabdeh1 ASC) saxlanca qoymuşdur. İddiaçı tərəfindən saxlanca qoyulmuş qızıl-zinət əşyalarının müəyyən hissəsi məhkəməyə təqdim edilsə də, digər hissəsi məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-751/2016 saylı Qərardadına əsasən İddiaçı Cavabdeh1 ASC-yə kredit müqavilələri üzrə ümumilikdə 179988,9 ABŞ dolları məbləğində borcu vardır. Hazırda iddiaçı, cavabdeh tərəfindən təqdim edilməmiş qızıl-zinət əşyalarının bir hissəsinin göstərilən borcla əvəzləşdirilməsini, qalan hissəsinin dəyərinin ödənilməsi, eyni zamanda təqdim olunmuş qızıl-zinət əşyalarının qaytarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəla, məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunan qızıllar iddiaçıya məxsus olduğundan və məhz həmin qızıllar Cavabdeh1 ASC-də saxlanca qoyulduğundan iddiaçı hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malikdir. Tərəflər arasında bağlanmış 26 yanvar 2010-cu il tarixli S-4622 saylı Saxlanc müqaviləsinin 2.3-cü bəndinə əsasən girovsaxlayan bu müqaviləyə əsasən girov qoyulmuş əmlakın qorunub saxlanmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından göründüyü kimi iddiaçı tərəfindən saxlanca verilmiş əşyaların müəyyən hissəsi məhkəməyə təqdim edilməmiş və onların yeri qeyri-müəyyəndir. Belə olan halda Cavabdeh1 ASC göstərilən müqavilənin bəndinə əsasən məsuliyyət daşıdığından təqdim oluna bilinməyən qızıl-zinət əşyaların dəyəri cavabdehdən tutulmalıdır. Qızıl-zinyət əşyalarının dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim oluna bilinməyən qızıl-zinət əşyaları və gümüş məmulatlarının dəyəri “X9” MMCnin xx.xx.2023-cü il tarixli 018/23 nömrəli Qiymətləndirmə hesabatı ilə 535140 AZN müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, təqdim oluna bilinməyən 535140 AZN dəyərində qızılzinət əşyaları və gümüş məmulatlarının İddiaçı Cavabdeh1 ASC-yə borclu olduğu ümumilikdə 179988,9 ABŞ dolları borcla əvəzləşdirilməli və borc əvəzləşdirildikdən sonra qalan məbləğ iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, təqdim oluna bilinməyən qızıl-zinət əşyaları və gümüş məmulatlarının dəyəri borcu təmin edə bildiyinə görə təqdim olunmuş qızıl-zinət əşyaları və gümüş məmulatları cavabdehdən alınaraq iddiaçıya təhvil verilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcləri cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə təqdim olunmuş İddiaçı məxsus AC 20596280 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,11 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,01 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,26 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 9 ədəd şəffaf qaşları olan (3,99 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (3,51 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (6,97 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd şəffaf qaşları olan (10,00 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596279 nömrəli paket üzrə 5 ədəd şəffaf qaşları olan (4,12 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 5 ədəd şəffaf qaşları olan (4,30 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,68 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,38 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,47 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AC 20596278 nömrəli paket üzrə 5 ədəd cilalı, şəffaf qaşları olan (4,16 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,08 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,15 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 1 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,60 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (3,79 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,04 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), 4 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (4,90 Brilyant), 950 əyyar halqa formalı, gümüşü rəngli 1 ədəd üzük (Platin 950), AA ******* nömrəli paket üzrə 2 ədəd dairəvi cilalı və 2 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (5,87 Brilyant), 750 əyyar sarı rəngli bir cüt sırğa (Qızıl 750), 406 şəffaf, 5 ədəd ayparaya bənzər mavi rəngli və açıq göy rəngli daşlar qaşları (39.50 Brilyant), 750 əyyar olan bir dəst sırğa cütü-üzük dəsti (Qızıl 750), 1 ədəd tünd narıncı rəngli, kənarlarında 20 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,76 Brilyant), 750 əyyar 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə 1 ədəd narıncı rəngli, kənarlarında 24 ədəd dördkünc cilalı, şəffaf qaşları olan (7,42 Brilyant), 750 əyyar 18 k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, damla formalı kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (8,76 Brilyant), 750 əyyar sarı rənglı 1 ədəd üzük (Qızıl 750), 36 rəngli rəngsiz şəffaf qaşlar və çəhrayı rəngli dördkünc cilalı qaşları olan (18.19 Brilyant), 750 əyyar asılqan hissəsində k18WG damğası olan 1 ədəd kulon (Qızıl 750), AC 20825153 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü, kənarları boyunca 8 ədəd nisbətən kiçik ölçülü şəffaf qaşları olan (19,53 Brilyant), 750 əyyar üzərində Б750 damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750), AC 20825342 nömrəli paket üzrə Mərkəzdə bir ədəd nisbətən böyük ölçülü damla formalı, kənarlarında nisbətən kiçik ölçülü 18 ədəd dördkünc cilalı və 105 ədəd dairəvi cilalı şəffaf qaşları olan (9,22 Brilyant), 750 əyyar üzərində 18k damğası olan sarı rəngli 1 ədəd üzük (Qızıl 750) Ekspert tərəfindən 64520 manat məbləğində qiymətləndirilən qızıl-zinət əşyaları İddiaçı hüquqi varisi X6 təhvil verilsin. İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə (Ləğv prosesindədir) saxlanc və girov müqavilələri əsasında təhvil verilmiş, lakin cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ekspertə və məhkəməyə təqdim edilməyən ekspert tərəfindən 535140 manat məbləğində qiymətləndirilən qızıl-zinət və gümüş əşyalarının dəyərindən İddiaçı ilə Cavabdeh1 ASC (Ləğv prosesindədir) arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-751/2016 saylı qərardadı ilə təsdiq edilmiş 179988.9 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi miqdarında əvəzləşdirilsin, qalan məbləğ cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı hüquqi varisi X6 ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcləri cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM: VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-29/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-29/2023
10.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver