Məhkəmə qərarları › İş №2(006)-2902/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2902/2023

23.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2902/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Beyləqan rayonu, Milabad qəsəbəsində xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. N011-N01N-ci illər ərzində AR Müdafiə Nazirliyinin 60N saylı Dəniz Piyadaları hərbi hissədə müddətli hərbi xidmətdə hərbi xidmət etmişdir. N014-cu ilin iyul ayından N017-ci ilin may ayınadək olan müddət ərzində müddətdən artıq həqiqi hərbi xidmətdə gizir olaraq əvvəl Müdafiə Nazirliyin Zığ qəsəbəsində yerləşən N saylı hərbi hissədə, sonra 13N saylı Gəncə şəhər ərazisində yerləşən hərbi hissədə daha sonra isə N saylı Goranboy rayon ərazisində yerləşən hərbi hissədə, sonuncu dəfə N017-ci ilin dekabr ayınadək 19N saylı Ağdam rayon ərazisində yerləşən hərbi hissədə xidmət göstərmişdir. N017-ci ilin dekabr ayında isə Müdafiə Nazirliyin 19N saylı hərbi hissədə xidmətdə olarkən heç bir əsas olmadan, hazırda "tərtər işi "kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum edilməklə, əsassız sorğusuallara və işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi olaraq AR CPM-nin N74-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin istintaqı nəticəsində iddiaçıya 18 may N017-ci ildə ittiham elan edilmişdir. Tərtər hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş həbsdə saxlanılma müddəti bir nəçə dəfə uzadılmış, xx.xx.N017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanaraq cinayət işi aidiyyatı üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsinin xx.xx.N018-ci il tarixli, 1 (098)-91/N018 saylı hökmü ilə iddiaçı AR CM-nin N74,331.N,331.3,338.N,341.3-cü maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.N0NN-ci il tarixdə AR-nın Baş Prokuroru, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev iddiaçının və həmin cinayət işi üzrə məhkum edilmiş qeyrilərin məhkum olunmasına dair cinayət işi üzrə yeni açılan hallarla əlaqədar AR Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.N019-cu il tarixli və AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.N0N0-ci il tarixli qərarların ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təqdim edilməsi haqqında xx.xx.N018-ci il tarixli qərarı və gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.N018-ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərarın qəbul edilməsi üçün Ali Məhkəmənin Plenimuna müraciət etmiş, Ali Məhkəmənin Plenumun xx.xx.N0NN-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin xx.xx.N018-ci il tarixli,1(098)-91/N0'18 saylı hökmünə əsasən iddiaçının və qeyrilərin məhkum olunmasına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının xx.xx.N018-ci il tarixli qərarına, tərtər Hərbi Məhkəməsinin xx.xx.N018-ci il tarixli hökmünə ,Gəncə Apellyasiya Məhkəməsinin HK-nın apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqda xx.xx.N018-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin HK-nın xx.xx.N018-ci il tarixli yekun qərarına, AR Ali Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinin HK-nın xx.xx.N019-cu il tarixli və AR Ali Məhkəməsinin CK-nın xx.xx.N0N0ci il tarixli qərarlarına yeni açılmış hallar hallar üzrə baxılmasına dair AR-nın Baş Prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiyada instansiya məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin CK-nın xx.xx.N0NN-ci il tarixli qərarı ilə onun və qeyrilərin məhkum olunmasına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin xx.xx.N018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının xx.xx.N018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin HK-nın xx.xx.N0NN-ci il tarixli qərarı ilə iddiaçının və digərlərinin təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. xx.xx.N0NN-ci il tarixdə iş AR-nın Baş Prokurorluğuna göndərilmiş, istintaqın davam etdirilməsi xüsusi mühüm işlər üzrə böyük müstəntiq Qasım Məmmədova tapşırılmış, aparılmış istintaqın nəticəsində xx.xx.N0NN-ci il tarixdə cinayət işi üzrə icraata təqsirliliyim sübuta yətirilmədiyindən AR CPM-nin 39.N-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, azadlıqdan məhrum edilməsi cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası ona izah edilmişdir. Beləliklə qeyd edilmiş rəsmi qərarlarla müəyyən edilmişdir ki, iddiaçı əsassız və qanunsuz olaraq ittihamlara məruz qalmışam, təqsirləndirilən şəxs qismində qanunsuz olaraq cəlb edilməklə barəsində əsassız və qanunsuz olaraq həbs qətimkan tədbirləri seçilmiş ,həbsdə saxlanılma müddəti bir neçə dəfə artırılmış, həbsin ilk ayları ağır işgəncələrə məruz qalmış, barəmdə sürülmüş əsassız ittihamlar nəticəsində iddiaçı 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İstinad edilmiş cinayət işi üzrə iddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni N017-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətdə gizir olaraq Müdafiə Nazirliyinin Ağdam rayon ərazisində yerləşən 19N saylı hərbi hissəsində xidmət edirdi. Cinayət məsuliyyətinə cəlb edilməmişdən əvvəl sonuncu əmək haqqımı N017-ci ilin aprel ayında almışdır.ABB-nın Yevlax filialından təqdim edilmiş çıxarışdan görünür ki,N016 və N017-ci ilin aprel ayınadək orta əmək haqqı 960 manat olmuş,lakin iddiaçıya elan edilmiş qanunsuz ittiham və həmin ittiham əsasında qəbul edilmiş məhkəmə hükmü və qərarları nəticəsində N017-ci ilin may ayından N0NN-ci ilin dekabr ayınadək olan müddət ərzində, yəni 66 ay ərzində iddiaçı aylıq qazancındam məhrum edilmişdir. Əgər istintaq orqanı tərəfindən ona əsassız ittihamlar irəli sürülməsəydi, barəsində qanunsuz azadlıqdan məhrum etmə qərarları qəbul edilməsəydi digər eyni rütbəli hərbi qulluqda olan hərbiçilərdə olduğunu kimi o da əmək haqqımı N017-ci ildən N0NN-ci ilin dekabr ayınadək illik artırımlarla, birdəfəlik yardımlar, məzuniyyət haqqı, 13-cü əmək haqqını da almış olardı. İddiaçı ilə eyni rütbədə N017-ci ildə müddətdən artıq hərbi xidmət göstərmiş gizirlər N018-ci ildə 1000 manat,N019-N0N0-ci illərdə 1400 manat N0N1-N0NN-ci illərdə isə 1600 manat ancaq əmək haqqı almış və hə il olduğu kimi əlavə birdəfəlik yardım olan 435 man,illik məzuniyyət haqqı və 13-cü əmək haqqı almışlar. Barəsində əsassız və qanunsuz irəli sürülmüş ittihamlar və azadlıqdan məhrumətmə qərarları nəticəsində iddiaçı N017-ci ilin may ayından N018-ci ilin may ayınadək (960x1N=11.5N0) 11.5N0 man,N018-ci ilin may ayından dekabr ayınadək (1000x8=8.000 man) 8.000 manat, N019-N0N0-cu illər ərzində (N800x1N=33.600) 33.600 manat, N0N1-N0NN-ci illər ərzində (3N00x1N=38.400) 38.400 man ancaq aylıq əmək haqqı itirmişdir. Həmin vəsaitin üstünə 6 il ərzində ödənilməmiş illik məzuniyyət haqqı (9.9N0 man) və 13-cü əmək haqqı (9.9N0 man.) və 6 il ərzində ödənilən birdəfəlik yardım 435 (435x6=N610 man) təşkil edir. Beləliklə barəsində əsassız və qanunsuz irəli sürülmüş ittihamlar və azadlıqdan məhrumətmə qərarları nəticəsində ümümilikdə ona vurulmuş maddi ziyan 11.5N0+8.000+33.600+38.400++9.9N0+ 9.9N0+N610=113.970 (yüz on üç min doqquz yüz yetmiş) manat təşkil edir. Eyni zamanda iddiaçının xüsusi ağır cinayətlərdə ittiham olunmaqla bu ittihamlara görə təyin edilmiş uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını ağır şəraitdə çəkdiyindən, azadlığının əlindən alındığı 66 ay müddətində təkcə özüdeyil, həm də yaxın ailə üzvülərim mənəvi iztirablar yaşadıqlarından, məhs bu ittihamlara məruz qalıb həbs edildikdən sonra onun və ailəsinin keçirdiyi mənəvi-psixoloji travmalar,o cümlətən cəmiyyətdə və ictimai yerlərdə əsassız qınamalar,təhqirlər yaşamalarının əvəzi olaraq ona vurulmuş mənəvi zərərə görə isə 1.000.000 manat kompensasiya tələb edir. Göstərilənlərə əsasən məhkəmədən ona vurulmuş mənəvi zərərə görə 1.000.000 (bir milyon) manat məbləğində kompensasiyanın və 113.970 (yüz on üç min doqquz yüz yetmiş) manat maddi ziyanın cavabdehin vasitəsilə dövlət büdcəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə zərərçəkmiş şəxs olduğuna əsaslanaraq ona dəymiş maddi zərərə görə 113.970 manat və mənəvi ziyana görə 1.000.000 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bununla bağlı bildiririk ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191 -ci maddələrində nəzərdə tutulmuşdur. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edirik ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçının kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Bundan başqa Cinayət Prosessual Məcəllənin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildiririk ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxsin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub-olmaması məlum deyildir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı N017-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan hesab edirik ki, yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa qeyd edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr N008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bundan başqa iddiaçı maddi zərərə görə də kompensasiya tələb etmişdir. Lakin aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə kompensasiya ödənilməsini tələb etmişdir.Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq,İddiaçı iddia ərizəsinə etirazımızı bildirir və məhkəmədən iddia tələbinin Maliyyə Nazirliyinə (dövlət büdcəsinə) qarşı hissədə rədd edilməsi barədə müvafiq qətnamə qəbul etməsini xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, ittihamla təqsiri bilinərək 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 5 il 7 ay həbsdə saxlanılmışdır. Sonradan 06 dekabr N0NN-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işinin İddiaçı Cinayət Məcəlləsinin N74, 338.1, 338.N, 341.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.N-ci maddesine Əsasən hissəvi xitam, ********* nömrəli cinayət işinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.N və 3N9.N.1-ci maddələri ilə taqsirləndirilməsinə dair hissəsinə şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi ziyana görə 113.970 manat və vurulmuş mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın ödənilməsini tələb edir. Mülki işin materialları: Mülki işin materiallarında olan Gəncə Hərbi Məhkəmənin 05 noyabr N0NN-ci il tarixli, 1-1(095)-N19/N0NN saylı “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs X3 CM-nin N74, 331.N, 331.3, 338.1, 338.N, 341.3-cü, maddələri ilǝ təqsirlindərilməsinə dair cinayət işinin icraatına xitam verilməsi, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, müdafiə tərəfinin təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə vəsatətləri təmin edilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması və onun ibtidai raşdırmanın aparılacağı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan 06 dekabr N0NN-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin İddiaçı Cinayət Məcəlləsinin N74, 338.1, 338.N, 341.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.N-ci maddesine Əsasən hissəvi xitam verilməsi, ********* nömrəli cinayət işinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.N və 3N9.N.1-ci maddələri ilə taqsirləndirilməsinə dair hissəsinə şəraitin dəyişməsi ilə bağlı xitam verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tadbirinə xitam verilməsi və onun, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar xidmətin Bakı istintaq təcridxanasından həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası təqsirləndirilən şəxsə izah edilməsi, qərarın surəti İddiaçı və onun müdafiəçisi X1 göndərilməsi, tərəflərə cinayət işinin istintaq materialları ilə tanış olmaq hüququ və həmin iş rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək qaydası və müddəti rəsmi qaydada izah olunması, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin N794 saylı arayışına əsasən Tərtər Rayon Məhkəməsinin qərarı ilə CM-in N74-cü maddəsi ilə İddiaçı barəsində həbs seçilmiş, 03 may N017-ci ildən 06 dekabr N0NN-ci ilədək həbsdə saxlanılmış və Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin xx.xx.N0NNci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməklə xx.xx.N0NN-ci il tarixdə Bakı İstintaq Təcridxanasında həbsdən azad olmuşdur. Mülki işin materiallarında olan ABB-nın Yevlax filialından təqdim edilmiş çıxarışdan görünür ki, N016-cı ilin may ayından N017-ci ilin aprel ayınadək iddiaçının əmək haqqı hesabına ümumilikdə 1N.197 (on iki min yüz doxsan yeddi ) manat vəsait köçürülmüşdür. Mülki işin materiallarında olan X5 Müavini - Azərbaycan Respublikası Baş Qərargah Rəisinin 30 mart N0N3-cü il tarixli əmrinnən görünür ki, “Hərbi xidnətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun 06 dekabr N0NN-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərar”ına müvafiq olaraq, İddiaçı “GİZİR” hərbi rütbəsi bərpa edilmiş hesab edilmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.N və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.N, 39.1.6—39.1.8, 39.N-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» N9 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1 və N3-cü maddələrinin şərh edilməsinə dair» 31 may N00N-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il N9 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.1N və 4NN.3-cü maddələrinə dair» 19 mart N00Nci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», N7 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul N000-ci il). Məhkəmə qeyd edir ki, İddiaçı əsassız olaraq 5 il 7 ay müddətində həbsdə olması və barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət təqibinin əsassız olması təsdiq olunduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyan kimi 113.970 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə ABB-nın Yevlax filialından təqdim edilmiş çıxarışdan görünür ki, N016-cı ilin may ayından N017-ci ilin aprel ayınadək orta əmək haqqı 1016 (1N197: 1N ay= 1016 manat) manat olmuşdur.Göründüyü kimi, iddiaçı qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində faktiki qazancından məhrum olmuşdur. Tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə N6 iyul N007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart N008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə bu halda hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 68100 (1016,40 x 67 ay) manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1.N-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1 və N3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.N00N-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr N008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və XNrşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1 və N3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı 5 il 7 ay əsassız həbsdə olduğundan və bu hal cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, əsassız olaraq barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, həmçinin işgəncələrə məruz qaldığından ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 100.500 (1.500 x 67 ay) manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi ziyanın 100.500 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur və tam ədalətlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi ziyana görə 68100 (altmış səkkiz min yüz) manat, mənəvi zərərə görə 100.500 (yüz min beş yüz) manat, ümumilikdə 168600 (yüz altmış səkkiz min altı yüz) manat pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.N-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin N17.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin N17.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N16-NN0, NN7, N33 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə maddi ziyana görə 68100 (altmış səkkiz min yüz) manat, mənəvi zərərə görə 100.500 (yüz min beş yüz) manat, ümumilikdə 168600 (yüz altmış səkkiz min altı yüz) manat məbləğində pul tutularaq ona verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar