Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2915/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2018-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi «Hyundai County» markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtombusla toqquşaraq onu zədələmişdir. Qərara əsasən Cavabdeh3 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh3 avtomobili sürücülük hüququ olmadan idarə etmiş, belə ki, «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh1 MMC olsa da, Cavabdeh3 etibarnaməni Cavabdeh2» MMC vermiş, lakin hansı qanuni əsaslara sonuncunun bu etibarnaməni verilməsi məlum deyildir. Zərərçəkənin əmlakının zədələnməsilə əlaqədar ona 1100 manat sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişi alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göründüyü kimi, Cavabdeh3 avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən ona qarşı subroqasiya hüquqları yaranmışdır. «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh1 MMC olduğundan, qanuni əsaslar olmadan etibarnamə verməsinə görə avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verməsinə görə Cavabdeh2 MMC öz növbəsində isə avtomobilisi isə sürücülük hüququ olmadan Cavabdeh3 idarə etdiyindən, zərərin əvəzi onlardan tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 1110 (bir min yüz on) manat məbləğində verilmiş sığorta ödənişinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X7 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 MMC-nin nümayəndələri və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Hyundai Accent» minikmarkalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X9 özünə məxsus olan ** FH *** dövlət qeydiyyat nişanlı, «Hyundai Accent» markalı avtonəqliyyat vasitəsinin 5 il müddətinə, xx.xx.2023-cü il tarixədək Cavabdeh1 MMC-nin istifadəsinə vermişdir. İşin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC ilə X8 arasında xx.xx.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və «Hyundai Accent» minikmarkalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtobus 1 (bir) il müddətinə sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X14 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışına əsasən «Hyundai Accent» minikmarkalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 mülkiyyətindədir, xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən Elxan Qubadov özünə məxsus olan avtomobili xx.xx.2023-cü il tarixədək Cavabdeh1 MMC-yə etibar etmişdir. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, «Hyundai Accent» markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixədək Cavabdeh3 idarə edilməsi üçün vermişdir. İş materiallarında olan sığorta aktının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh3 Şirvan oğlu sığortalanmış «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X2 məxsus «Hyundai County» markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur və nəticədə sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X2 məxsus «Hyundai County» markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın məbləği 1110 manat təşkil edir, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş sığorta ödənişinin məbləği isə 5000 manat təşkil etmişdir. İş materiallarında olan «xxxxxxxxxxxx» MMC tərəfindən tərtib olunmuş xx.xx.2019cu il tarixli avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktından görünür ki, «Hyundai County» markalı, ** JN *** dövlət qeydiyyat nişanlıavtomobilə ümumilikdə 1110 manat məbləğində ziyan dəymişdir. İşin materiallarında olan DİN Baş Dövlət X14 tərəfindən tərtib edilmiş № İXP ******* saylı xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli, 64799 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Xasay Kərimovun hesabına 1110 manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X4 mülkiyyətində olan, Cavabdeh1 MMC-nin etibarnamə əsasında istifadəsində olan və Cavabdeh3 Cavabdeh2 MMC tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi və İddiaçı Sığorta Şirkəti ASCdə sığortalanmış “Hyundai Accent” markalı, 99FH877 dövlət qeydiyyat nişanlıavtomobili xx.xx.2018-ci il tarixdə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, X2 məxsus olan “Hyundai County” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən Xasay Kərimova dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 1110 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi yol nəqliyyat hadisəsi vaxtı Cavabdeh3 yüksək təhlükə mənbəyi olan “Hyundai Accent” markalı, 99FH877 dövlət qeydiyyat nişanlıavtomobili qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə əsasında idarə etmişdir. Lakin, iş materiallarından göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMCyə “Hyundai Accent” markalı, 99FH877 dövlət qeydiyyat nişanlıavtomobilə dair etibarnamə verilməmişdir. Cavabdeh2 MMC-nin də Cavabdeh3 “Hyundai Accent” markalı, 99FH877 dövlət qeydiyyat nişanlıavtomobilə dair etibarnamə vermək səlahiyyəti olmamışdır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, Cavabdeh3 nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etdiyindən iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada subroqasiya hüququ əsasında 1110 (bir min yüz on) manat məbləğində sığorta ödənişinin, məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 1140 (bir min yüz qırx) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada subroqasiya hüququ əsasında 1110 (bir min yüz on) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1140 (bir min yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2915/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2915/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver