Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2919/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, Cavabdeh2ın, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə, Cavabdeh2a və Kolibri Kapital ASA-yə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməklə “kommersiya qurumlarının dövlət reyestrində dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə, Cavabdeh2a və Kolibri Kapital ASA-yə qarşı “kommersiya qurumlarının dövlət reyestrində dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni İddiaçı adının Bank Olmayan Kredit Təşkilatı Cavabdeh1 X5 (qanuni təmsilçisi) vəzifəsindən çıxması barədə məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və onun xeyrinə cavabdehlərdən müştərək qaydada 5000 (beş min) manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-də (Normikro) 2002-ci il iyul ayından 2009-cu ilin iyul ayınadək X5 və Sədrin müavini vəzifələrində çalışmışdır. O, 2009-cu ilin iyul ayında öz xahişi ilə BOKT "xxxx" MMC-dən çıxdıqdan sonra, müxtəlif xarici və yerli dövlət reyestrlərindən onun X5 kimi adının çıxarılmasını Normikronun yeni X6 Cavabdeh2dən xahiş etmişdir. Bununla bağlı bir sıra xarici reyestrlərdən onun adı çıxarılsa da, yerli dövlət qurumlarının reyestrlərində hələ də onun adı şirkətin rəhbəri və təmsilçisi kimi qalırdı. O, bu barədə BOKT "xxxx" MMC-nin qanuni nümayəndəsi Cavabdeh2lə danışarkən ona bildirmişdir ki, bu işin müəyyən çətinlikləri var və onlar bu məsələ üzərində işləyirlər. İddiaçı məsələnin uzandığını görərək bu halla bağlı vergi orqanlarına elektron şəkildə və idarələrə getməklə (taxes.gov.az saytına, X2 İdarəsinə (Vahid Pəncərə), və sair) müraciət etmiş, oradan iddiaçıya bildirildi ki, o, bu məsələni BOKT "xxxx" MMC-nin rəhbərliyi və habelə onun Norveçdə olan təsisçisi Kolibri Kapital ASA ilə həll etməlidir. İddiaçı qeyd edir ki, o zaman BOKT “Norveç Mikrokredit" MMC-nin işi üzrə ibtidai istintaq aparılarkən Yasamal və Xaçmaz filiallarının müdirləri tərəfindən şərləndiyindən o, 2011-ci ilin yanvar ayında həbsə alındığından, bu məsələ ilə məşğul olmaq imkanı olmamışdır. 2013-cü ilin fevral ayında həbsdən çıxdıqdan sonra öyrənmişdir ki, onun adı hələ də BOKT "xxxx" MMC-nin X5 (həmçinin onun direktoru) və dövlət orqanları qarşısında qanuni təmsilçi kimi qalır. O, bu işlə əlaqədar BOKT "xxxx" MMC (Bakı, Azərbaycan), qanuni təmsilçisi, Cavabdeh2lə müzakirələr apardıqda, o, iddiaçıya bildirmişdir ki, bu iş dalana dirənib, çünki, o, artıq 2011-ci ildən bəri "təmsil etdiyi cəmiyyətin Norveçli təsisçiləri, yəni Kolibri Kapital ASA təşkilatı ilə bütün əlaqələrini itirmişdir. Onun bütün müraciətlərinə Kolibri Kapital ASA təşkilatı susmaqla cavab verir. Bununla əlaqədar o, hətta Norveç səfirliyinə müraciət etdiyini iddiaçıya bildirmişdir. O, həmçinin iddiaçıya bildirmişdir ki, bu məsələyə obyektiv yanaşır, amma, bu işi necə həll edə biləcəyi barədə onda konkret bir fikir yoxdur. Bu işlə əlaqədar iddiaçı yenidən vergi orqanlarına müracit etsə də ona bu işdə heç bir yardım edilməsinin mümkün olmadığı bildirilmişdir və tövsiyə edilmişdir ki, o bu işi təşkilat və onun təsisçisi ilə həll etsin. Bu səbəbdən iddiaçı Cavabdeh2 ilə bir daha məsləhətləşdikdən sonra Kolibri Kapital ASA təşkilatına birbaşa müraciət etmək qərarına gəlmiş və belə də etmişdir. Amma, təəssüflər olsun ki, Eduardın qabaqcadan proqnozlaşdırığı kimi, Kolibri Kapital təşkilatından ona heç bir cavab verilmədi. İddiaçı onların internet saytına, skayp ünvanına, elektron poçt ünvanına, Müşahidə Şurasının telefonuna yazılar göndərsə də, onlar özlərini elə aparmışlar ki, sanki bunları heç görmürlər və ya oxumurlar. Bundan sonra o hətta Norveç Səfirliyinə də müraciət etmiş, amma, oradan da ona bu işdə yardım oluna bilinməyəcəyi barədə təəssüfləndirici cavab verildikdən sonra iddiaçı qərara gəlmişdir ki, bu işin son həlli imkanı kimi ədalət məhkəməsinə müraciət etsin. İddiaçı bir daha bəyan edir ki, o, 2009-cu ilin may ayından BOKT Norveç Mikrokredit MMC (Bakı, Azərbaycan) X6 vəzifəsindən öz xahişi ilə çıxmış və həmin tarixdən həmin təşkilatda nə baş verdiyindən belə xəbəri yoxdur. Yəni, BOKT Norveç Mikrokredit MMC-nin nə möhürü, nə ştampı və s. digər sənədləri onda yoxdur. Belə olan halda onun adının dövlət orqanları qarşısında qanuni təmsilçi kimi, yəni, kommersiya qurumlarının dövlət reyestində BOKT Norveç Mikrokredit MMC X5 (həmçinin onun direktoru) kimi qalması onun hüquqlarını pozur. İddiaçının bu məsələ ilə prinsipial mövqeyinin əsas səbəbi onunla əlaqədardır ki, onun adının BOKT "xxxx" MMC-nin rəhbəri və qanuni təmsilçisi kimi dövlət reyestrində əsassız olaraq saxlanması ucbatından o ciddi cavabdehliyi olan analoji işlər tapa bilmir və ona görə də bu onun uzun müddət işsiz qalmağına səbəb olmuşdur. Qeyd olunan halın cavabdehlərin təqsiri ucbatından davam etməsi iddiaçının psixoloji sarsıntı keçirməsinə və mənəvi zərər görməyinə gətirib çıxarmışdır. Ona görə çəkdiyi əziyyətlə bağlı iddia ərizəsi ilə cavabdehlərdən müştərək qaydada 5000 (beş min) manat məbləğində mənəvi zərər tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər), mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq, kommersiya məhkəmələri baxır. Qeyd edilən qərara əsasən, mübahisə idarə etmə orqanının iştirakçısı və hüquqi şəxs arasında yarandığından məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə və Cavabdeh2a qarşı “kommersiya qurumlarının dövlət reyestrində dəyişiklik edilməsi” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə, Cavabdeh2a və Kolibri Kapital ASA-yə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməklə “kommersiya qurumlarının dövlət reyestrində dəyişiklik edilməsi” tələbinə dair iddiasına əsasən mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2919/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2919/2024
03.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver