Məhkəmə qərarları › İş №2(006)-2925/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2925/2022

30.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2925/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetinin nümayəndəsi Nümayəndə Füzuli qızının iştirakları ilə İddiaçı Rzaqulı̇ yeva Dı̇ lşad Mı̇ rzə Həsən qızının cavabdehlər Azərbaycan Tı̇ bb Unı̇ versı̇ teti və Cavabdeh2 Çı̇ ngı̇ z oğluna qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Rzaqulı̇ yeva Dı̇ lşad Mı̇ rzə Həsən qızı cavabdehlər Azərbaycan Tı̇ bb Unı̇ versı̇ teti və Cavabdeh2 Çı̇ ngı̇ z oğluna qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Cavabdeh1ndə X6 İmmunologiya şöbəsinin müdiri vəzifəsində işləmiş, nümunəvi xidmətləri ilə daim fərqlənmişdir. 75 yaşı tamam olduqdan sonra onunla ATU arasında iddiaçının fəaliyyətinin davam etdirməsi üçün illik müqavilələr bağlanmışdır. Sonuncu müqavilə isə müddəti 1 il olmaqla 2019-cu ilin sentyabr ayının 9-da bağlanmışdır. Lakin iddiaçı ilə bağlanmış müqaviləyə ona xəbərdarlıq edilmədən 13 iyul 2020-ci il tarixdə vaxtından əvvəl, ancaq AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə xitam verilmişdir. Bununla bağlı iddiçının şikayəti əsasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, həqiqətən də onunla ATU arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən AR əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş, son haqq-hesabın ödənilməsində də isə Əmək Məcəlləsinin 83-cü maddəsinin 2ci hissəsinin tələbləri pozulmuşdur. İddiaçı dəfələrlə bununla bağlı ATU-nun rəhbərliyinə müraciət edərək məhrum olduğu əmək haqqına görə ona vurulmuş maddi və mənəvi ziyanın hesablanaraq ona ödənilməsini tələb etsə də bu tələb yerinə yetirilməmişdir. Həmçinin iddiaçı fəaliyyəti dövründə heç bir nöqsana yol verməmiş və səmərəli fəaliyyət göstərmiş, 195 elmlər namizədi, professor yetişdirmişdir, ancaq ATU-nun ona təqdim etdiyi xasiyyətnamədə isə güya köhnə metodlarla işlədiyi qeyd olumuşdur. Göstərilənlərə əsasən, Cavabdeh1ndən və rektor Cavabdeh2 müştərək qaydada iddiaçı Rzaqulı̇ yeva Dı̇ lşad Mı̇ rzə Həsən qızına vurulmuş maddi zərərin əvəzi olaraq 3232 manat və mənəvi ziyanın əvəzi olaraq isə 2000 manat pulun, habelə 50 manat mediasiya haqqının və 23 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ tetinin nümayəndəsi Nümayəndə Füzuli qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə ATU arasında 13 iyul 2019-cu il tarixində müddətli əmək müqaviləsi bağlanmışdır. 13 iyul 2020ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilməmişdən öncə iddiaçıya onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmayacağı ilə bağlı məlumat verilmişdir. Tərəf əmək müqaviləsinə xitam verilməsi ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinə müraciət etsə də, bu müraciət təmin olunamışdır. Həmçinin iddiaçı hazırki iş üzrə iddianın verilməsi üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh2 Çı̇ ngı̇ z oğlu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Çı̇ ngı̇ z oğlu ilə iddiaçı Rzaqulı̇ yeva Dı̇ lşad Mı̇ rzə Həsən qızı arasında əmək müqaviləsi 09 sentyabr 2019-cu il tarixindən 10 iyul 2020-ci il tarixinədək bağlanmışdır.

8. İş materiallarında olan 10 iyul 2020-ci il tarixli ƏMR-dən çıxarışın surətindən görünür ki, X2 “İmmunologiya” şöbəsinin müdiri ilə bağlanmış müddətli əmək müqaviləsinə, müddəti qurtardığına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2020-ci il tarixindən xitam verilməsi əmr edilmişdir.

9. İş materiallarında olan Rzaqulı̇ yeva Dı̇ lşad Mı̇ rzə Həsən qızına verilən xidməti xasiyyətnamdən görünür ki, İddiaçı 06 iyul 1972-ci il tarixindən müsabiqə yolu ilə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun, (indiki Cavabdeh1) X7 labaratoriyasının (indiki X6) İmmunologiya şöbəsinə baş elmi işçi vəzifəsinə seçilmişdir. 28 oktyabr 1980-cı il tarixində isə müsabiqə yolu ilə həmin şöbənin müdiri vəzifəsinə seçilmişdir. İşlədiyi müddət ərzində Rzaquliyeva istər X3 planlaşdırılmış elmi işlərin yerinə yetirilməsində, istərsədə X4 ezam olunmuş tədqiqatçılara metodik kömək göstərilməsində fəal iştirak etmişdir. Lakin immunologiyanın son onillikdə işlənilən yeni tədqiqat metodları Dilşad xanımın rəhbərlik etdiyi şöbədə tətbiq edilməmiş, köhnə metodlardan istifadə etməklə kifayətlənmişdir. Son 5 ildə Rzaquliyevanm elmi tədqiqat işlərinin aparılma səviyyəsi kəskin aşağıya düşmüş, işə davamiyyəti isə qeyri qənaətbəxş olmuşdur. Səhhətində yaranmış problemləri bəhanə gətirməklə iş vaxtını səmərəli keçirməmişdir. 13 iyul 2020-ci il tarixində onun əmək müqaviləsinin müddətinin uzadılması məqsədə uğun hesab edilməmişdir.

10. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən Rzaqulı̇ yeva Dı̇ lşad Mı̇ rzə Həsən qızına ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə biləcəyini nəzərə alaraq və törədilmiş inzibati xətaların sonuncu günlərinin xx.xx.2020-ci il tarixinə və xx.xx.2020-ci il tarixinə təsadüf etdiyindən Cavabdeh1 rəhbərliyini, əməlində AR İXM-nin 192.4-cü və 192.6-cı maddələrinin tərkibinin olmasına baxmayaraq, inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır.

11. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 01-06/939 nömrəli bildirişindən görünür ki, Rzaqulı̇ yeva Dı̇ lşad Mı̇ rzə Həsən qızı xx.xx.2019-cu il tarixli, 9 №-li əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq, AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2020-ci il tarixindən xitam veriləcəyi barədə xəbərdar edilmişdir.

12. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/6-1591 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin sonra prosesi davam etmək barədə qərar qəbul etməmişlər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, iş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında 09 sentyabr 2019-cu il tarixində bağlanmış əmək müqaviləsi müddətli 10 iyul 2020-ci il tarixinədək bağlanmış, 13 iyul 2020-ci il tarixində iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad olunmuşdur. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinin pozulduğuna istinad etməklə ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. İddianın hüquqi əsasları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

17. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

18. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

19. Belə ki, iddiaçı məhkəməyə təqdim olunan sənədlərində ona istinad etmişdir ki, cavabdeh tərəf onu işdən azad edərkən son haqq hesabı 7 gün (xx.xx.2020-xx.xx.2020-ci il) gecikdirilmə ilə hesabına köçürmüş, daha sonradan bu gecikmə ilə bağlı iddia ürək xəstəliyinə tutularaq əməliyyat olunmuşdur. Hazırki dəyən maddi ziyanın sırf həmin ziyan olmasına istinad etsədə məhkəmə hesab edir ki, bu hissə kifayət qədər məntiqli deyildir və sırf əməliyyatın 1 həftəlik pulun gecikdirilməsi nəticəsində baş verməsinin səbəbli əlaqəsinə dair mötəbər sübutu da məhkəməyə təqdim edə bilməmişdir.

20. Bu səbəbdən iddia tələbi maddi ziyan hissəsində təmin oluna bilməz.

21. İddiaçının mənəvi zərər tələbi eyni fakta əsaslandığından və bu fakt məhkəmə qaydasında öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də əsassız hesab olunmaqla təmin oluna bilməz..

22. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

23. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

24. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

25. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

26. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

27. Məhkəmə iddiaya tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

28. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

30. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarındakı hüquqi mövqeyə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

31. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

32. Qeyd olunan Konstitusiya Məhkəməsinin Plenumunun qərarına münasibətdə məhkəmə qeyd edir ki, hazırki iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində əsassız hesab ediliyində iddia müddətinin tətbiqinə də zərurət qalmamışdır.

33. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

34. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı Rzaqulı̇ yeva Dı̇ lşad Mı̇ rzə Həsən qızının cavabdehlər Azərbaycan Tı̇ bb Unı̇ versı̇ teti və Cavabdeh2 Çı̇ ngı̇ z oğluna qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

35. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddiaçı Rzaqulı̇ yeva Dı̇ lşad Mı̇ rzə Həsən qızının cavabdehlər Azərbaycan Tı̇ bb Unı̇ versı̇ teti və Cavabdeh2 Çı̇ ngı̇ z oğluna qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar