Məhkəmə qərarları › İş №2(006)-2934/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2934/2020

08.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2934/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, onun vəkili X1 və cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair 2(006)-2934/2020 nömrəli mülki işlə yanaşı həmin məhkəmənin icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair 2(006)-1397/2020 nömrəli mülki iş vardır. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(006)-2934/2020 nömrəli mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)- 1397/2020 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında İddiaçı, onun vəkili X2 və cavabdehin nümayəndəsi və vəkili X4 mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır; 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair 2(006)- 2934/2020 nömrəli mülki iş həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair 2(006)-1397/2020 nömrəli mülki işlə bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43, 44, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair 2(006)-2934/2020 nömrəli mülki iş həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair 2(006)-1397/2020 saylı mülki işlə bir icraatda birləşdirilsin, mülki işə 2(006)-1397/2020 nömrəsi verilsin. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar