Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2940/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «8.000 manat pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «8.000 manat pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.000 (səkkiz min) manat pulun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 11.03.2020-ci il tarixdə köhnədən lombard işlədən kimi tanıdığı Cavabdeh adlı şəxs onun mobil telefonuna zəng edərək bildirmişdir ki, onda satışa çıxarılmış 8.000 manatlıq qızıl-zinət əşyaları var. İş üzrə cavabdeh onu da əlavə etmişdir ki, qeyd olunan qızıl-zinət əşyalarının sahibi Zəminə adlı bir qadındır. Zəminəni də dəvət edəcəyini bildirmiş və Zəminənin iştirakı ilə ümumi razılıqla qeyd olunan qızıl-zinət əşyalarını ona satacaqlarını demişdir. O, qızıl-zinət əşyalarının sahibini tanımır. Əsədova onun bu işlə məşğul olduğunu bildiyi üçün ona bu barədə müraciət etmişdir. O, iş üzrə cavabdeh kimi tanınmış Cavabdeh bu zəngindən sonra yaxın yoldaşlardan və özündə olan pulları götürərək Əsədovanın işlətdiyi ünvan 1 ünvanda yerləşən lombarda getmişdir. Cavabdeh bildirmişdir ki, gətirdiyi pulu ona versin və sabah saat 12-də gəlib səkkiz min manat dəyərində 750 əyarlıq dərəcəli olan qızıl-zinət əşyalarını ondan qəbul etsin. O, iş üzrə cavabdeh olan Cavabdeh uzun müddət tanıdığı üçün onun bu təklifi ilə razılaşmışdır. O, gətirdiyi səkkiz min manat pulu cavabdehə verərək oranı tərk etmişdir. Səhərisi gün cavabdehin işlətdiyi lombarda gəlmişdir. Cavabdeh əvvəlcə bildirmişdir ki, hələ bank qızılları verməmişdir, bu gün bank qızılları verən kimi onu məlumatlandıracaq. O, lombardı tərk etmiş, sonra üstündən 3-4 saat keçmiş yenə də lombarda gəlmişdir. İş üzrə cavabdeh olan Cavabdeh bildirmişdir ki, bankla aralarında mübahisə yaranıb, ona satacaqları qızılları hələlik vermirlər. O, bu zaman cavabdehə bildirmişdir ki, onda verdiyi pulu geri qaytarsın. Bu zaman cavabdeh onun üstünə qışqıraraq bildirmişdir ki, «sən mənə pul verməmisən, sən sübut edə bilməzsən ki, mənə pul vermisən». Bu zaman onun polis orqanlarına şikayət edəcəyini biləndə, cavabdeh «pulu bu yaxında qaytararam» deyərək, onu sakitləşdirməyə çalışmışdır. O, cavabdehin qeyri-səmimi olduğunu hiss edərək, DİN-in 102 xidmətinə müraciət edərək, onu dələduzluq yolu ilə aldadaraq 8.000 manat pulunu ələ keçirmiş Cavabdeh barədə şikayət etmişdir. Ona polisdən bildirmişlər ki, onun ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbinə etiraz edir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, o, ünvan 1 ünvanda yerləşən lombardda işləyir. 12.03.2020-ci il tarixdə İddiaçı onun işlədiyi ünvan 1 ünvanda yerləşən lombarda daxil olaraq batmış qızıl almaq üçün gəldiyini bildirmiş və başqa adamlar tərəfindən lombarda qoyulmuş qızıllara baxmağa başlamışdır. Onlar qızılları çəkib Elçinlə alğı-satqı edən zaman daimi müştəriləri olan Zəminə Məhərrəmova lombarda gələrək lombardda işləyən İradə adlı xanımda olan qızıllarının faizinin ödənilməsinin gecikdiyinə görə vaxt istəmiş, bu zaman Elçin Zəminəyə müraciət edərək soruşmuşdur ki, «sənin qızılların var?». Zəminə ona bildirmişdir ki, «bəli, mənim Razin qəsəbəsində Atlas xanımda, İradə xanımda qızıllarım var». X15 xanımın nömrəsini almış və onlar öz aralarında danışmışlar. Səhəri gün Elçin Tolik adlı şəxs vasitəsi ilə Zəminəyə 8.000 manat pul göndərmiş, Zəminə həmin pul vasitəsi ilə lombarda olan borcunu ödəmişdir. Səhəri gün isə Zəminəyə aid olan qızıllar çek vasitəsi ilə Zəminəyə qaytarılmışdır. Zəminə 8.000 manatın əvəzinə Elçinə bir ədəd qızıl külçə və iki ədəd qızıl onluq vermiş və həmin qızılları satmayacağını bildirmiş, 8.000 manatı qaytardıqdan sonra qızılları geri alacağını demişdir. Lakin Elçin həmin qızılları satmışdır və Zəminə onunla buna görə mübahisə etmişdir. Sonra Elçin lombarda gəlmiş, ondan həmin 8.000 manatı geri qaytarmağı tələb etmiş, səs-küy salmış, etiraz etdikdə ona qarşı təhqiramiz sözlər deyərək, onu söymüş, ağır sözlərlə təhqir etmiş, ona «əxlaqsız» demiş, əxlaqsız sözlərlə dəfələrlə təhqir etmiş, onun əxlaqsız olmasını, «əxlaqsızlıqla məşğul olmağımı», oğurluq edərək 8.000 manat vəsaitini dələduzluqla mənimsədiyini dəfələrlə təkrar edərək, hamının eşidəcəyi tərzdə hündürdən demiş, onun bu səs küylü hərəkətlərinə tanımadığı adamlar da, qonşu ofisdə onlanlar da gəlmişlər. Onun şərəf və ləyaqətini təhqir etməklə yanaşı, üstünə hücum etmiş, onunla əlbəyaxa olmuş, onu vurmuş və xəsarətlər yetirmişdir. Onun şərəf və ləyaqətini ləkələyən, nüfuzuna ləkə gətirən hərəkətləri, onu oğurluqda, dələduzluqda, əxlaqsız hərəkətlər etməkdə günahlandırmağı nəticəsində o, mənəvi iztirablar keçirmiş, sarsılmış, onu tanıyan və ətrafında olan şəxslər dairəsində nüfuzdan düşmüşdür. Cavabdehin hərəkətləri nəticəsində cəmiyyətdə olan nüfuzuna, ətrafına xələl gəlmiş, şərəf və ləyaqətinə toxunulmuşdur. İddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nəsimi RPİ İŞ-nin 01 may 2020-ci il tarixli və 20 aprel 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı 8.000 manat pulunun mənimsənilməsi faktı öz təsdiqini tapmamış, onun tərəfindən oğurluq və dələduzluq yolu ilə İddiaçı 8.000 manat pulunun mənimsənilməsi sübuta yetirilməmiş, həmin məlumatın yalan olması öz təsdiqini tapmışdır. Qeyd edir ki, mübahisə əslində İddiaçı ilə X6 arasında olmuşdur. Bakı şəhəri Nəsimi RPİ İŞ-nin 01 may 2020-ci il tarixli və 20 aprel 2020-ci il tarixli qərarından görünür ki, X6 tərəfindən lombarda qoyulmuş qızıllara görə İddiaçı Tolik adlı şəxs vasitəsi ilə Zəminə Məhərrəmovaya 8.000 manat pul göndərməklə, Zəminənin lombarda olan borcunu ödəmişdir. Zəminə Məhərrəmova isə 8.000 manatın əvəzinə Elçinə bir ədəd qızıl külçə və iki ədəd qızıl onluq vermiş həmin qızılları satmayacağını bildirmiş, 8.000 manatı qaytardıqdan sonra qızılları geri alacağını demişdir. Lakin Elçin həmin qızılları satmışdır. Buna görə də, Zəminə Məhərrəmova İddiaçı verdiyi bir ədəd qızıl külçə və iki ədəd qızıl onluğu 8.000 manatla əvəz etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, qızıl-zinət əşyalarının sahibini tanımır. İddiaçı necə qızıl-zinət əşyalarının sahibi X4 tanımır ki, onunla dəfələrlə mübahisə barədə Whatsapp-da yazışmış və səs göndərmişdir, Z.Məhərrəmovanı lombarda çağırmış və onunla qızıllar barədə danışmışdır? Mübahisənin İddiaçı ilə X6 arasında olması onların bir-birinə Whatsapp-la göndərdiyi səslərlə də təsdiqini tapır. Həmin telefon danışıqlarını məhkəməyə təqdim edəcək. Telefon danışıqlarında Zəminə Məhərrəmova təsdiq edir ki, 8.000 manatı İddiaçı özü almışdır. X1 məhkəməyə şahid kimi çağırılarsa, izahatında bunları təsdiq edər. Bundan əlavə qeyd edir ki, İddiaçı ondan və X2 ayrı-ayrı hüquq-mühafizə orqanlarına şikayətlər etmiş, onlardan müxtəlif məbləğlərdə, 16.000 manat və s. pul tələb etmişdir. Bu ona əsas verir ki, İddiaçı yuxarıda qeyd edilən əsassız və qanunsuz pul tələbləri ilə əslində hüquq-mühafizə orqanlarının və məhkəmələrin iş yükünü artırır. İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, şahid X6 ifadə verərək bildirdi ki, o, həmin lombardın müştərisi olmuşdur. Bir gün lombarda getmiş və orada olan iki nəfər onun Atlas xanımla söhbətlərinə qulaq asmışlar. Sonra Elçin adlı şəxs ona yaxınlaşaraq “əgər istəyirsənsə sənin qızıllarının pulunu verim qoymayaq qızılların batsın” ifadəsini işlətmişdir. O, da Elçinə əlaqə nömrəsini vermişdir. Səhəri günü Tohidlə görüşmüş və sonuncu ona 8.000 manat pul vermişdir. O isə pulun qarşılığında onlara 1 ədəd 50 qramlıq qızıl külçə və 2 ədəd qızıl onluq vermişdir. Lakin həmin qızılları ona verən zaman onları satmamasını xahiş etmiş, onun pulunu qaytaracağını, əlavə olaraq da pul verəcəyini bildirmişdir. Sonra Elçin aparıb qızılları satmışdır. Daha sonra Elçin onunla görüşərək ona Atlas xanımın üzünə durmasını, ondan pulu alaraq böləcəklərini söyləmişdir. Bundan əlavə məhkəmə iclasında hakim tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elçinə qızılları hansı tarixdə verdiyini dəqiq xatırlamır. Lakin qızılları verərkən yanında Bağdagül olmuşdur. Onun Elçinə verdiyi qızılların, yəni qızıl külçənin qiyməti 4.500 manat, qızıl onluqların hər birinin qiyməti isə 850 manat dəyərindədir. X3 ifadə verərək bildirdi ki, Zəminənin faiz boru var idi. Qızılları isə Atlasda idi. Elçin Zəminəyə təklif etdi ki, qızılların pulunu onun yerinə ödəyib, onları lombarddan götürsün, sonradan isə həmin qızılları sataraq, onların satışından əldə ediləcək pulu yarı şəkildə bölsünlər. Elçin Zəminə ilə razılaşaraq onun yerinə pul ödəyib qızılları qaytarmışdır. Tohid pulu gətirib masanın üzərinə qoymuşdur. Zəminə isə həmin pulu götürmüş və sayaraq 8.000 manat olduğunu qeyd etmişdir. Sonra həmin pulu Atlasa vermişdir. Atlas isə həmin pulu götürüb “Azərbaycan Beynəlxalq Bankı”nın Razin filialına getmişdir. Zəminə də, onunla getmişdir. Orada sənədə imza ataraq qızılları götürmüşlər. Sonradan, Elçin Atlasdan qızılları hansı səbəbdən Zəminəyə verdiyini soruşmuş, o da, qızılların Zəminənin adında olduğunu qeyd edərək, yalnız həmin qızılları Zəminənin götürə biləcəyini bildirmişdir. X5 ifadə verərək bildirdi ki, Elçin müəllim ona 8.000 manat məbləğində pul vermişdir. Həmin pulu aparıb Atlas xanıma vermişdir. İş materiallarına əlavə olunmuş 01 may 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi RPİ 19-cu PB-yə ərizə ilə müraciət edərək, 11.03.2020-ci il tarixdə tanışı Cavabdeh ünvan 1 ünvanda yerləşən lombardda olan qızılları almaq məqsədi ilə 8.000 manat pul verməsini, lakin sonuncu və onun tanışları X6, X7 tərəfindən aldadılaraq pulunu ələ keçirmələrini bildirmişdir. Ərizə ilə bağlı material toplanmış, material üzrə İddiaçı və digər şəxslərin izahatları alınmışdır. Həmin izahatlardan görünür ki, vətəndaş X6 8.000 manat pulu X8 vasitəsi ilə İddiaçı alaraq, qızıllarını lombarddan çıxarmaq üçün lombarda ödədiyini, lombarda 190 manat borcu qaldığını, qızılları lombarddan götürərək, İddiaçı verdiyini, sonradan həmin qızılların Elçin tərəfindən satılmasının məlum olduğunu bildirmişdir. Toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından və mübahisə mülki xarakterli olduğundan, cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə iclasında çəkişmə prinsipinə uyğun olaraq tərəflərin izahatları alınarkən, həmçinin şahidlər dinlənilərkən də müəyyən olundu ki, hazırkı iş üzrə cavabdehin iddiaçıya borcu yoxdur. Borc münasibəti və bununla bağlı mübahisə iddiaçı ilə digər şəxs arasında yaranmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı 8.000 manat borcu mövcud deyil. Borcla bağlı münasibətlər iddiaçı ilə digər şəxs arasında yaranmışdır və həmin mübahisənin hazırkı iş üzrə cavabdehə aidiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «8.000 manat pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, real olaraq pul vəsaitini alan şəxsə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «8.000 manat pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2940/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2940/2021
19.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver