Məhkəmə qərarları › İş №2(006)-2956/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2956/2020

08.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2956/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı X4 ilə rəsmi nikahda olarkən xx.xx.2014-cü ildə oğlu X5 anadan olmuşdur. Ailədə yaranan problemlə əlaqədar olaraq xx.xx.2015-ci il tarixdə nikahları rəsmi olaraq pozulmuş və azyaşlı oğlu Yusif Talıbovun yetkinlik yaşına çatana qədər 108 manat alimentin tutulması qət edilmişdir. İddiaçı 2019-cu ilin may ayında alimentin artırılması tələbi ilə yenidən Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etdi. xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə 160 manat alimentin tutulması qət edildi və həyat yoldaşı Nəsimi rayon İcra şöbəsinə ərizə verərək 160 manat alimentin onun pensiyasına yönəldərək tutulmasını xahiş etməklə pensiya kartını məhkəmə icraçısı Heydərov Azərin yanında iddiaçıya verdi. İddiaçı həyat yoldaşının anası Cavabdeh alimentin verilməməsi üçün oğlunun nümayəndəsi kimi oğlunu xəstəliyini bahanə gətirərək Bakı Apelyasiya Məhkəməsinə müraciət etsədə, iddia təmin edilmədi. Cavabdeh bunu görüb oğlunun iddiaçıya verdiyi pensiya kartını bağlatdıraraq yenidən kart almaqla özündə saxlayır.Hər ay 160 manat aliment ödəmək əvəzinə 115-120 manat aliment ödəyib.Ümumilikdə 470 manat borc yaranıb. İddiaçı İcra şöbəsinə dəfələrlə müraciət edərək, həyat yoldaşının pensiya kartını qayınanası Məmmədova Xuramandan almasını xahiş etdi, lakin heç bir nəticəsi olmadı. İddiaçının qayınanası pensiya fondunun əməkdaşları ilə əlaqəyə girərək kartı bağlatdırmışdır. Yuxarıda qeyd edildiyi kimi ödənilməyən 470 manat pulu cavabdeh mənimsəmişdir.Bu pulu verməməkdə iddiaçının həyat yoldaşının iştirakı yoxdur. İddiaçının daimi iş yeri yoxdur, tək ana kimi oğlunun saxlanılması üçün maddi imkanı yoxdur. İddiaçı sonuncu dəfə icra şöbəsinə müraciət etdikdə, ona bildirdilər ki, cavabdehdən kartı ala bilmirlər. Yığılan borcu almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Göstərilənlərə əsasən Cavabdeh 470 manat pulun və 20 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehməhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3157/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, alimentin məbləği artırılaraq xx xxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin X1 tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11475/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-3157/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-3157/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən alimentə görə ödənilməmiş borcu - 470 manat pulu tələb edir. Lakin aliment məbləğinin alınması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının tələbinə məhkəmə qaydasında baxılmalı deyil, həmin məsələ icra mərhələsində həll olunmalı olan məsələlərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsinə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar