Məhkəmə qərarları › İş №2(006)-2962/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2962/2020

02.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2962/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “KİA SPOTRAGE” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı üçün ödənilmiş 4464 ABŞ dolları və 500 manat pulu, həmçinin ödənilmiş dövlət rüsumu 30 manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci ildə o, özünə avtomobil almaq üçün avtomobil axtarmışdır. xx.xx.2017-ci il tarixdə Xırdalan şəhərində “AAAF” Parkda Cavabdeh1 və onun tanışı Sərxan adlı şəxlərlə tanış olmuş və söhbət əsnasında Nöfəl ona bildirmişdir ki, “KİA SPOTRAGE” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili satır. O da bu avtomibili almaq istədiyini bildirmişdir. Bununla bağlı xx.xx.2017-ci ildə avtomobil kreditdə olduğu üçün Bakı şəhəri, Rəşid Behbudov küçəsində yerləşən “xxxx”da görüşmüşlər və aralarında belə razışlaşmışlar ki, avtomobilin alınması üçün ilkin olaraq Cavabdeh1 nağd qaydada 2400 (iki min dörd yüz) ABŞ dollarını verəcək, daha sonra isə 48 ay müddətində hər ay 200 (iki yüz) ABŞ dolları məbləğində krediti “xxxx”a ödəyəcəyək. Kredit məbləği bitdikdən sonra avtomobil rəsmi olaraq onun adına rəsmiləşəcəkdir. O, ilkin ödəniş üçün Cavabdeh1 2400 ABŞ dollarını nağd qaydada vermişdir, sonra o, yenidən 500 (beş yüz) manat almışdır. Bundan sonra Cavabdeh1 onun şəxsiyyət vəsiqəsini alaraq 38 saylı notariat kontorundan onun adına Qazax rayonun İkinci Şıxlı kəndində qeydiyyatda olan Cavabdeh2 mülkiyyətində olan “KİA SPOTAGE” markalı avtomaşını idarə etmək və sonuncunun mülkiyyətində olan bütün daşınar əmlakları idarə etməyi, sərəncam verilməsinə dair etibarnamələrini, o cümlədən avtomobilin qeydiyyat şəhadətnaməsini (texniki pasportunu) təqdim edərək avtomobili ona təhvil vermişdir. Həmin vaxt Cavabdeh2 görməmiş, bütün danışıqlarda və etibarnamələrin ona təqdim edilməsində Cavabdeh1 işitrak etmişdir. Bundan sonra 2017, 2018 və 2019-cu illərin müxtəlif aylarında ümumilikdə 2064 (iki min iki yüz altmış dörd) ABŞ dolları məbləğində “xxxx”ın kassasına nağd ödəniş qəbzinə öz imzasını etməklə Cavabdeh2 adına kredit ödənişini icra etmişdir (Həmin qəbzlərin surətini iddia ərizəmə əlavə edirəm). 2019-cu ilin son aylarında Cavabdeh2 ona bildirmişdir ki, onlar kredit borcunu vaxtında ödəniş etmədiyi üçün onun ölkədən çıxışına məhdudiyyət (stop) qoyulub. O, da Cavabdeh2 bildirmişdir ki, uzun müddətdir ki, səhhəti ilə bağlı müalicə olunur, bu səbəbdən də ödəniş edə bilməmişdir və bundan sonra nə borcu var ödəniş edəcək, o, narahat olmasın. Tərəflərindən araşdıma aparılan zaman müəyyən olunmuşdur ki, “xxxx” tərəfindən kredit borcu ilə bağlı Cavabdeh2 Afıq qızının ölkədən çıxışı ilə əlaqədar məhdudiyyət qoyulmayıb. Lakin həmin məhdudiyyət Cavabdeh2 digər yerlərdən özünün götürdüyü məişət avadanlıqlarının borcu ilə bağlı olmuşdur. 2019-cu ilin dekabr ayının 28-də müxtəlif bəhanələr gətirərək Cavabdeh2 Afıq qızı ondan Abşeron Polis idarəsinə şikayət edərək avtomobili polisin vasitəsi ilə cərimə meydançasına aparmışlar. Daha sonra xx.xx.2020-ci il tarixdə isə Cavabdeh2 xəbəri olmadan həmin avtomobili Xırdalan şəhərində olan cərimə meydançasından aparmışdır. Halbuki, Cavabdeh2 tanışı Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 adından həmin avtomobil faktiki olaraq ona satılaraq sahibliyinə və istifadəsinə verilmişdir, o cümlədən xx.xx.2019cu il tarixli etibarnamə əsasında sərəncam verməyinə etibarnamə verilmişdir. Hesab edir ki, cavabdehlərin əməlləri qanunsuzdur. Onlar tərəfindən ondan alınmış və o cümlədən Cavabdeh2 mülkiyyətində olan “KİA SPOTRAGE” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı üçün verdiyi ümumilikdə 4464 (dörd min dörd yüz altmış dörd) ABŞ dolları və 500 (beş yüz) manat məbləğində pul geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş etibarnamədən sübut olunur ki, faktiki olaraq Cavabdeh2 adından “KİA SPOTRAGE” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil ona satılmışdır. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “KİA SPOTRAGE” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı üçün ödənilmiş 4464 (dörd min dörd yüz altmış dörd) ABŞ dolları və 500 (beş yüz) manat pulu, həmçinin ödənilmiş dövlət rüsumu 30 (otuz) manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “KİA SPORTAGE” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı üçün ödənilmiş 4464 ABŞ dolları, Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər 1540,18 ABŞ dolları, cəmi 6004, 18 ABŞ dolları və 500 manat pulu, Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər 175,95 manat, cəmi 675,95 manat və həmçinin ödənilmiş dövlət rüsumu 30 manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X3 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianın rədd edilməsini xahiş etmişlər. Əsaslandırıcı hissə: İddia Cavabdeh2 münasibətdə qismən təmin, Cavabdeh1 münasibətdə isə rədd edilməlidir. xx.xx.2017-ci il tarixli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnaməyə əsasən, İddiaçı Cavabdeh2 məxsus “KİA SPORTAGE” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il müddətinədək idarə etmək səlahiyyətinə malik olduğu müəyyən edilmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən xx.xx.2017-ci il tarixdə 7E-3608 reyestr nömrəsi ilə qeydə ƏN-İ seriyalı, 628944 saylı etibarnamədən görünür ki, etibar edən Cavabdeh2 İddiaçı həmin etibarnamə ilə onun bütün daşınar əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, daşınar əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlara, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 6 il müddətinə, xx.xx.2023-cü il tarixədək etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə biləcəyi nəzərdə tutulmuşdur. “xxxx” KB ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan və ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 hesabına xx.xx.2017–xx.xx.2019cu illər üzrə 2364,50 ABŞ dolları köçürülmüşdür. İş materiallarına əlavə edilmiş nağd ödəniş üçün qəbzlərindən görünür ki, İddiaçı tərəfindən «xxxx» KB ASC-də açılmış hesab vasitəsilə müxtəlif tarixlərdə, müxtəlif məbləğdə cəmi 2064,50 ABŞ dolları pul ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, İddiaçı “KİA SPORTAGE” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili almaq məqsədilə ilkin olaraq nağd qaydada 2400 ABŞ dolları, daha sonra 500 manat məbləğində pulu avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 ödəmişdir. Həmçinin aralarında olan razılaşma ilə kredit müqaviləsinə əsasən avtomobilə görə aylıq ödənişlərinin iddiaçı tərəfindən həyata keçirilməli olduğu müəyyən edilmişdir. Həmin razılaşmaya əsasən pulun verilməsi müqabilində Cavabdeh2 avtomobili iddiaçının sahibliyi və istifadəsinə verməyi öhdəsinə götürmüş, bu barədə İddiaçı adına müvafiq etibarnamələr tərtib edilmişdir. Qeyd olunan hallar işin mübahisələndirilməyən hallarına aiddir və iddiaçı ilə cavabdehlər tərəfindən mübahisələndirilmir. Avtomobilə görə xx.xx.2017–xx.xx.2019-cu illər ərzində «xxxx» KB ASC-də açılmış hesab vasitəsilə İddiaçı tərəfindən cəmi 2064,50 ABŞ dolları məbləğində pulun ödənildiyi, onun hal-hazırda avtomobilə sahiblik etmədiyi də işin mübahisə doğurmayan hallarına aiddir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “KİA SPORTAGE” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı üçün ödənilmiş 4464 ABŞ dolları, Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər 1540,18 ABŞ dolları, cəmi 6004,18 ABŞ dolları və 500 manat pulu, Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər 175,95 manat, cəmi 675,95 manat və həmçinin ödənilmiş dövlət rüsumu 30 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının Cavabdeh2 qarşı müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının Cavabdeh2 qarşı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddələrin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmadığından məhkəmə hesab edir ki, mübahisə əsassız varlanma haqqında normalara əsasən həll edilməlidir. Göründüyü kimi hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, Cavabdeh2 müvafiq məbləğ müqabilində avtomobili iddiaçının sahibliyi və istifadəsinə verməli idi. Hal-hazırda avtomobil mülkiyyətçisi tərəfindən geri alındığından cavabdeh iddiaçının hesabına yuxarıda göstərildiyi məbləğdə (500 manat + 2400 ABŞ dolları + 2064,50 ABŞ dolları) əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddənin məzmunundan göründüyü kimi məhkəmə iddianı əsaslı hesab etdikdə onu məhz iddiaçının iddia ərizəsində göstərdiyi həcmdə, yəni ondan kənara çıxmamaqla təmin etməlidir. Yuxarıda qeyd olunanlara əsasən görünür ki, iddiaçı avtomobilə görə 4464,50 ABŞ dolları və 500 manat məbləğində ödəniş etmişdir. Lakin buna baxmayaraq, onun cavabdehin əsassız varlandığı nəticəsində tələb etdiyi məbləğ 4464 ABŞ dolları təşkil edir. Məhkəmə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia iddiaçının göstərdiyi həcmdə təmin edilməli, cəmi 4464 ABŞ dolları və 500 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddianın cavabdeh tərəfindən pulun qanunsuz olaraq özündə saxlamaqla ondan faydalandığı üçün 1540,18 ABŞ dolları və 175,95 manatın tutulması hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, işə baxılan zaman məhkəmə tərəfindən iddiaçının Cavabdeh1 münasibətdə məhkəmədə irəli sürdüyü iddia tələbləri üzrə cavabdehlik daşımadığı müəyyən edilmişdir. Belə ki, o, Cavabdeh2 məxsus olan “KİA SPORTAGE” markalı avtomobilin İddiaçı satılmasında vasitəçilik etsə də, mövcud razılaşma üzrə tərəf deyildir. Beləliklə məhkəmənin gəldiyi nəticəyə görə Cavabdeh1 hazırki iddia üzrə məsuliyyət daşıması müəyyən edilmədiyindən ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, 4464 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla), 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 22 manatı məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. İddia Cavabdeh1 münasibətdə isə rədd edilməlidir Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. 4464 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla), 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 22 manatı məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar