Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2975/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı «səhvən ödənilmiş pulun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı «səhvən ödənilmiş pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, yanvarın 1-də saat 21:49-da tanıdığı şəxsin kartına vəsait göndərməyə çalışarkən kart məlumatlarını yanlış qeyd etmiş və nəticədə köçürmə edilən vəsait tanımadığı şəxsin kart hesabına köçürülmüşdür. İddiaçıya məxsus olan kartından (5522 **** **** 7201 saylı kartından) xx.xx.2025-ci il, saat 21:49:40da yanlışlıqla Kapital Banka məxsus karta (5239 **** **** 0006 saylı karta) 500 manat köçürmə etmişdir. Habelə, bu müddət ərzində nəqliyyat vasitəsi kimi istifadə etdiyi taksilər üçün sərf etdiyi vəsaitin həcmi 200 manatı keçib. Göstərilənlərə əsasən iddiaçıya məxsus kartdan (5522 **** **** 7201 saylı kartından) xx.xx.2025-ci il, saat 21:49:40-da yanlışlıqla Kapital Banka məxsus karta (5239 **** **** 0006 saylı karta) köçürülmüş 500 manat məbləğində vəsaitin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq tələb etdiyi məbləğin ona ödənilmədiyini və pulu hər iki cavabdehdən tələb etdiyini bildirmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, digər Cavabdeh2 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 5.Məhkəmə hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan İddiaçı ünvanlanan 19 fevral 2025-ci il tarixli, 2025/167/4080 nömrəli cavab məktubundan görünür ki, qeyd olunan məsələnin araşdırılması üçün kartın məxsus olduğu banka müraciət edilməsi tövsiyə edilmişdir. 8.Mülki işin materiallarında olan ölkədaxili karta köçürməyə dair mədaxil qəbzinin surətinə əsasən xx.xx.2025-ci il, saat 21:49-da 5522 **** **** 7201 saylı kartdan 5239 **** **** 0006 saylı karta 500 manat məbləğində köçürülmə edilmişdir. 9.Mülki işin materiallarında olan Cavabdeh1 ASC tərəfindən məhkəməyə təqdim edilən sorğuya cavab məktubuna əsasən xx.xx.2025-ci il, saat 21:49-da 500 manat məbləğində pulun köçürüldüyü kart hesabı Cavabdeh2 məxsusdur. 10.Mülki işin materiallarına həmçinin, kart hesabından çıxarış, iddiaçının Banka ünvanlandığı ərizə əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə iddiaçı özünə məxsus 5522 **** **** 7201 saylı ABB bank kartından Cavabdeh1 ASC-yə məxsus 5239 **** **** 0006 saylı karta səhvən 500 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə araşdırması zamanı pulun köçürüldüyü 5239 **** **** 0006 saylı kart hesabının Cavabdeh2 məxsus olması müəyyən edilmişdir. 12.Hazırda iddiaçı, cavabdehlərdən səhvən köçürülmüş 500 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsini tələb edir. 13.Cavabdeh1 ASC iddia tələbini ona aid hissədə qəbul etmir və rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsassız varlanma halı qeyd edilmişdir; 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 15.Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. 16.Hazırki iş üzrə iddiaçıya məxsus kart hesabından Cavabdeh2 məxsus kart hesabına 01 yanvar 2025-ci il tarixdə 500 manat məbləğində vəsaitin köçürülməsi işin mübahisəsiz halıdır. Məhkəmə iddia tələbinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə aid hissəsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə Bank subyektiv cavabdehlik daşımır. Belə ki, köçürülən pul vəsaiti həmin Banka məxsus olsa da, Bankın iddiaçıya qarşı hansısa bir hüquq pozuntusu məhkəmə tərəfindən aşkar edilməmişdir. Odur ki, iddia tələbi cavabdeh Banka qarşı sözügedən Bank subyektiv cavabdehlik daşımaması səbəbindən əsassız hesab edilməklə təmin edilməməlidir. Digər Cavabdeh2 münasibətdə isə iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı həqiqətən də iddiaçıya münasibətdə kart hesabından pulun cavabdehə köçürülməsi işin sübuta yetirilmiş halıdır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini heç bir hüquqi əsas olmadan özündə saxlamaqla faydalanmışdır. Bununla da cavabdeh əsassız varlanmışdır. Hazırda cavabdehin həmin pul məbləğini əldə etməsi və özündə saxlaması üçün heç bir hüquqi əsas yoxdur. Belə olan halda tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Ona görə tərəflər arasında yaranmış münasibətlər əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. 17.Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən çıxış edərək hesab edir ki, iddiaçı hazırki tələblə bağlı Cavabdeh2 münasibətdə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və hazırkı vəziyyətdə cavabdeh iddiaçının hesabına əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır. 18.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 19.Beləliklə də məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh2 500 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia tələbi digər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə münasibətdə təmin edilməməlidir. 20.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 21.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2975/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2975/2025
19.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver