Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2977/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.700 manat əsas, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat, etibarnamə üçün ödənilmiş 17 manat 25 qəpik və 135 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 15152 manat 25 qəpik manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Yaşam Residence” yaşayış kompleksində İddiaçı məxsus olan mənzili təmir etmək məqsədi ilə ”Xalıqoğlu” İnşaat Şirkətinin əməkdaşı Cavabdeh 14.700 manat pul vermişdir. Pulun verilməsi barədə dəfələrlə, Cavabdeh müraciət etsə də, o, müxtəlif bəhanələrlə iddiaçıya 14.700 manat pulu verməkdən boyun qaçırmışdır. Bu barədə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi İstintaq şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarı da vardır. Bunlar iddiaçının maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh borcundan 600 manat pulu İddiaçı geri qaytarmışdır. Cavabdehin iddiaçıya hal-hazırda 14.100 manat borcu vardır. Bu səbəbdən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçıya 14.700 manat borcu olmuşdur. Polis İdarəsində cavabdeh ona 600 manat pul qaytarmışdır. Hal-hazırda ona 14.100 manat borcu vardır. İddia ərizəsini 14.100 manat hissədə, həmçinin çəkilmiş vəkil xərci və dövlət rüsumu hissəsində qəbul edir. İddianın qismən təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iddiaçı, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından və tərəflərin məhkəmə iclasında çıxışlarından görünür ki, cavabdehin iddiaçıya 14.700 manat borcu olmuşdur. Bu hal iddiaçı və cavabdeh tərəfindən təsdiqlənmiş və məhkəmə iclasında cavabdeh iddianı 14.100 manat hissədə, həmçinin çəkilmiş vəkil xərci və dövlət rüsumu hissəsində qəbul etmişdir. Tərəflər arasında borcun qaytarılması üçün uzun müddət danışıqlar aparılmış, cavabdeh tərəfindən 600 manat ödəniş edilmiş və bu günə cavabdehin iddiaçıya ödənilməmiş 14.100 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 tərtib edilmiş 13.06.202-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, İddiaçı ilə Cavabdeh Xaliq oğlunun arasında yaranmış mübahisə mülki xarakterli olduğundan və Cavabdeh Xaliq oğlunun İddiaçı qarşı dələduzluq üsulu ilə pulunun ələ keçirilməsi faktı başqa sübutlarla öz təsdiqini tapmadığından materialda cinayət işinin başlanması üçün hüquqi əsaslar mövcud deyildir. Bu əməldə cinayət tərkibinin əlamətlərinin mövcud olmaması cinayət təqibini istisna etdiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 6 saylı Vəkil Bürosuna Milliön elektron ödəmə sistemi vasitəsi ilə 300 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 322567 nömrəli etibarnamədən görünür ki, İddiaçı etibarnamənin rəsmiləşdirilməsi üçün 17,25 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Toplanmış və tədqiq olunmuş sübutları məcmusu ilə müəyyən olunur ki, iddiaçı cavabdehə 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Yaşam Residence” yaşayış kompleksində İddiaçı məxsus olan mənzili təmir etmək məqsədi ilə ”Xalıqoğlu” İnşaat Şirkətinin əməkdaşı Cavabdeh 14.700 manat pul vermişdir. Cavabdeh tərəfindən 600 manat qaytarıldığı üçün cavabdehin iddiaçıya 14.100 manat borcu qalmışdır. Mübahisənin həllinə tətbiq olunmalı maddi hüquq normalarının tələbinə görə, cavabdeh iddiaçıya borclu olduğu qalıq məbləği ödəməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14.100 manat borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat, etibarnamənin rəsmiləşdirilməsi üçün ödənilmiş 17,25 manat və ödənilmiş 135 manat dövlət rüsumu olmaqla, ümumilikdə 14.552,25 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14.100 manat borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat, etibarnamənin rəsmiləşdirilməsi üçün ödənilmiş 17,25 manat və ödənilmiş 135 manat dövlət rüsumu olmaqla, ümumilikdə 14.552,25 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2977/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2977/2024
03.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver