Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-299/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlərin nümayəndəsi Tağıyeva Hicranə Hümbət qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Qaçqınların və X10 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mülkiyyətdə olan evin boşaldılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «mülkiyyətdə olan evin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 ünvanda yerləşən mülkiyyətin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaçqınların və X10 üzrə Dövlət Komitəsi mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 mülki işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu 1-ci kərpic döngəsi 5 ünvanda yerləşən **********19-10301 saylı çıxarışa əsasən 1/3 hissədə ona məxsus yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldılması və Cavabdeh1 16.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus həyət evində 1/3 hissənin 2 balaca otağını baldızı Cavabdeh1 özlüyündə öz istifadəsinə götürmüşdür, otağın birini uzun illərdir kirayəyə vermişdir, kirayədən əldə etdiyi pulları öz məsrəflərinə xərcləyir, digər otağı isə öz şəxsi istifadəsindədir. Onun da övladları var. Adına çıxarış olduğu evdən o da istifadə etmək istəyir, lakin buna yol verilmir. Onu hədələyirlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı yaşayış sahəsinin 1/3 hissəsinə sahiblik edir. Bununla bağlı iddia tələbi yalnız həmin sahə ilə əhatələnməlidir. Bundan başqa, cavabdehlərdən Cavabdeh1 iddiaçının mülkiyyətində olan mübahisə predmeti olan yaşayış sahəsinin bir otağını iddiaçının xəbəri olmadan uzun müddətə kirayəyə vermiş və əldə etdiyi gəlirlə əsassız varlanmışdır. Bununla bağlı 17 il ərzində cavabdehə kirayəçinin məlumatına əsasən 16.000 manat ödəniş edilmişdir. Bu baxımdan iddiaçı bu hissə ilə bağlı da tələb irəli sürür. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 tərəfindən məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, İddiaçı ona qarşı mülkiyyətin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus olan həyət evində 1/3 hissənin 2 balaca otağı onun tərəfindən özlüyündə öz istifadəsinə götürülmüşdür. Otağın birini uzun illərdir kirayəyə verir. Kirayədən əldə etdiyi pulu öz məsrəflərinə xərcləyir. Digər otağı isə öz şəxsi istifadəsindədir. Onun da övladı vardır. Adına çıxarış olduğu üçün evdən o, da istifadə etmək istəyir. Lakin buna yol vermirlər. Onu hədələyirlər. İddia ərizəsində göstərilənlər mənzilə iddiaçının mülkiyyət hüququnun olması istisna edilməklə göstərilən digər hallar əslində həqiqəti əks etdirmir. Belə ki, iddiaçı ilə onların qohumluq münasibətləri vardır. İddiaçı onun mərhum qardaşı arvadıdır. Onlar, o, cümlədən hal-hazırda 90 yaşlı anası X4, qardaşı X11, X14 və X1 rayonundan məcburi köçkün kimi mübahisəli mənzilə iddiaçının razılığı ilə 1993-cü ildə köçüb yaşasalar da, 1995-ci ildən həmin mənzildə Zəngilan rayonundan olan qaçqın kimi qeydiyyatdadırlar. Bu qədər ailənin iddiaçının özünün qeyd etdiyi kimi balaca otaqda yerləşməsi nə dərəcədə inandırıcı ola bilər?. Bu uzun 30 il ərzində necə ola bilər ki, o, bir otağı kirayəyə versin və iddiaçının isə bununla əlaqədar ona qarşı heç bir tələbi olmasın?. Ona görə də, bu göstərilənlər həqiqətə uyğun deyil. Onu da xüsusilə vurğulamaq istəyir ki, qaçqın və məcburi köçkünlərin hüquqİarının və qanuni maraqlarının müdafiəsinə, pozulmuş hüquq və vəzifələrinin bərpasına qanunvericiliklə müəyyən olunmuş qaydada yardım etmək Dövlət qaçqınkomun əsas fəaliyyət sahələrindən biridir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Məhkəməyə təqdim olunan arayışla da təsdiq edilir ki, o və digər ailə üzvləri onunla birlikdə 5 nəfər tərkibdə mübahisələndirilən mənzildə 1995-ci ildən məcburi köçkün kimi qeydiyyata alınmaqla orada məskunlaşmışlar. Onların başqa yaşayış yeri yoxdur. Hənin mənzili boşaltmağa da razıdır. Mənzilin boşaldılması yuxarıda sadalanan qanunun tələbinə əsasən müvafiq dövlət qurumları onları müvəqqəti olaraq yaşayış sahəsi ilə təmin etdikləri təqdirdə boşaltmağa razıdır. Bu məsələnin həlli də X10 üzrə Dövlət Komitəsinə və müvafiq icra hakimiyyətlərinə həvalə edilmişdir. Ona görə də, həmin dövlət qurumlarında nümayəndələrin məhkəmədə iştirakı zəruridir. Hesab edir ki, iddia ərizəsi onlar müvəqqəti olaraq yaşayış sahəsi ilə təmin olunduqları təqdirdə təmin edilə bilər. Cavabdeh1 tərəfindən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizəsinə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, o, 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün gəldiyi vaxtdan qardaşı Zakirin və gəlinləri Yeganənin razılığı ilə onların 1ci kərpic döngəsi, ev 5 ünvanındakı mənzillərində məskunlaşmış, indiyə qədər də həmin ünvanda müvəqqəti qeydiyyatdadır və orada yaşayır. İddiaçı ona qarşı iddia irəli sürür ki, guya o, həyətə kirayəçi gətirmiş və ondan 16.000 manat pul tələb edir. Bu iddia tamamilə əsassız olduğu üçün qəbul etmir. Çünki, onları ora köçürəndə Mehrac xala mənzilin alt mərtəbəsində yaşayırdı. Mehrac xalanı ora qardaşı Zakir onlardan öncə yerləşdirmişdi. Məcburi köçkün düşmüş əmisi oğlu Vilayəti də ailəsi ilə birlikdə qardaşı Zakir həmin həyətdə yerləşdirmişdi. Bir müddət sonra otaq 5 nəfərə görə kiçik olduğu üçün Vilayət ailəsi ilə birlikdə həyətdən köçmüşdür. Onlar həmin mənzildə kiçik bir mətbəx düzəltmişlər. Mehrac xalanın yaşadığı mənzilə tez-tez kanalizasiya suyu axırdı deyə qardaşı Mehrac xalanı həmin otağa yerləşdirmiş və ona kirayə pulunu anasına verməyi tapşırmışdır. Evdə idarəçiliyi anası etdiyinə görə həmin pula ev üçün ərzaq almışdır. Göründüyü kimi, onun nə o mənzilə kirayəçi gətirmək, nə də ki, verilən kirayə pulu ilə heç bir əlaqəsi olmamışdır. Onsuz da əlavə zərurət olduqda ehtiyaclarını qardaşı Zakir ödəmişdir. 2004-cü ildə öz oğlanları tamah məqsədilə qardaşına qəsd etmişlər. Qardaşını xüsusi amansızlıqla qətlə yetirdikləri üçün ləyaqətsiz vərəsə elan olunmuşlar. Amnistiyaya düşmək üçün dəfələrlə razılıq ərizəsi istəmişlər. Onlar razı olmadıqları üçün düşmən kəsilmişlər. Seymur həbsdən çıxandan sonra anası Yeganənin əli ilə onları evdən çıxarmağa çalışır və qardaşının sağlığında onlara yardım kimi verdiyi kirayə pulunu tələb edirlər. Bununla onların canlarını acıtmağa çalışırlar və qisas almağa cəhd edirlər. Qeyd edir ki, 30 ildən sonra, qardaşının ölümündən 18 il sonra bu cür iddialar əsassızdır, məntiqsizdir. Qeyd olunanlara əsasən İddiaçı onlara qarşı olan iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizəsinin rədd edilməsi xahiş edilmişdir. Cavabdeh2 tərəfindən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizəsinə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, onlar (yəni o və ailə üzvləri) 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi Bakıda yaşayan oğlu Zakirin və gəlini Yeganənin razılığı ilə onların ünvan 4 ünvandakı mənzillərində məskunlaşmışlar, bu günə qədər də həmin ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar və orada yaşayırlar. Zakirin onlarla bərabər Zəngilan rayonundan məcburi köçkün gələn əmisi oğlu Vilayəti də 5 nəfər ailə üzvü ilə birlikdə həyətdəki bir otağa yerləşdirmişlər. Məskunlaşdıqları evin alt mərtəbəsində oğlunun Mehrac adında kirayəçisi var idi. Oğlu və gəlini köçkün düşən qohumlara hər cür yardım edirdilər. Onlara isə yardım məqsədi ilə evin dolanışığını keçindirmək üçün Mehraca kirayə pulunu ona verməyi tapşırmışdır. Bir müddət sonra ev darısqal və şəraitsiz (mətbəx yox idi) olduğu üçün Zakirin əmisi oğlu ailə üzvləri ilə birlikdə o həyətdən köçmüşdür. Bundan sonra Zakir kirayəçi Mehracı həmin otağa köçürdü və yenə də, kirayə pulunu ona verməyi tapşırmışdır. Mehrac dünyasını dəyişənə qədər həmin həyətdə yaşamışdır. Onu da qeyd edir ki, Mehrac ölümündən bir müddət əvvəl gəlib ona demişdir ki, rəhmətliyin oğlu Seymur gəlib kirayə pulunu bundan sonra ona verməsini istəyir. O, etiraz etməmiş və ondan sonra Mehrac kirayə pulunu onlara vermişdir. Yəni illər öncə də gəlib onlardan mənzili boşaltmağı və ya kirayə pulunu tələb etsəydilər yenə də razılaşardılar. Çox təəssüf ki, 2004-cü ildə oğlu Zakir öz oğlanları tərəfindən qətlə yetirilmişdir. O zamandan sonra gəlini ilə əvvəlki münasibəti olmamışdır. Buna baxmayaraq, gəlini heç vaxt, hətta oğlunun ölümündən sonra belə nə onları həmin mənzildən çıxarmağa, nə də ki, həyətdə kirayəçi olduğunu bildiyi halda kirayə pulunu almağa təşəbbüs göstərməmişdir. Zakirin ölümündən 18 il keçdikdən sonra Yeganə onları mənzildən çıxarmaq üçün müraciət etmişdir (hansı ki, bunu daha öncə də edə bilərdi). Bu müraciət isə oğlu Zakirin qatili Seymurun türmədən çıxmasından sonraya təsadüf edir. Oğlunu xüsusi amansızlıqla qətlə yetirdikləri üçün onları bağışlamamışdır. Ona görə də, onları düşmən kimi görürlər, qisas almağa, canlarını incitməyə çalışırlar. Çox təəssüf ki, bunu da bir vaxtlar onu çox sevən, hər zaman ona hörmət edən gəlini Yeganənin vasitəsilə həyata keçirməyə çalışırlar. Qeyd olunanlara əsasən İddiaçı onlara qarşı olan iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizəsinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehlərin nümayəndəsi Tağıyeva Hicranə Hümbət qızı məhkəmə iclasında iddia tələbinə və iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizəyə münasibətdə cavabdehlərin məhkəməyə ünvanladıqları etiraz ərizələrinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlər evin boşaldılması hissəsində iddia tələbini qəbul edirlər, lakin kirayə haqqının ödənilməsi hissəsində iddia tələbi ilə razı deyillər. Belə ki, iddiaçı həmin evin mülkiyyətçisidir və onlar evi boşaltmalıdırlar. Lakin onlar da bayırda qala bilməzlər. Qaçqınların və X10 üzrə Dövlət Komitəsi onları evlə təmin etməlidir. İzahatının sonunda göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən 20 dekabr 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən 13 iyul 2012-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən 46 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1603 nömrəli reyestr kitabının 146859 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən 17 mart 2012-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən 46 saylı mənzilinin 1/6 hissəsi xüsusi mülkiyyət kimi Cavabdeh2, 4/6 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1603 nömrəli reyestr kitabının 146859 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin 17 oktyabr 2022-ci il tarixli, 544 saylı arayışından görünür ki, Cavabdeh2 Zəngilan rayonundan məcburi köçkündür. Cavabdeh2, oğlu X11, qızı Cavabdeh1, nəvələri X15 və X2 rayonu, 1-ci Kərpic küçəsi, ev 5 ünvanında 1995-ci ildən indiyədək müvəqqəti qeydiyyatdadırlar. - Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 30 noyabr 2022-ci il tarixli, 085-18320-1222 saylı məktubuna əsasən məhkəməyə Şahid Nəsimi RPİ-nin 21-ci PB-nə verdiyi izahatı daxil olmuşdur. Şəxsi məlumatlar bölməsində izahat verən Şahid ünvan 9 ünvanında qeydiyyatda olduğu, ünvan 10ğı müəyyən olunmuşdur. Şahid verdiyi izahatında bildirmişdir ki, o, 2004-cü ilin aprel ayından etibarən hazırki ünvanda yaşayır və bu evdə kirayəşin kimi qalır. 2004-cü ilin aprel ayından evin kirayəsini Cavabdeh1 ödəyir. Cavabdeh1 özünü ev yiyəsi kimi bildirdiyindən, həmin tarixdən ev kirəsini ona verir. Sonda izahatının doğruluğunu öz imzası ilə təsdiq etmişdir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şahid xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2012-ci il tarixli 2(006)- 682/2012 saylı qərardadından görünür ki, İddiaçı X6 və X3 qarşı «paylı mülkiyyətdə olan əşyadan və mirasdan payların naturada ayrılması» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi göstərilən şərtlərlə təsdiq edilmişdir:
1. İddiaçı cavabdehlər X6 və X3 qarşı «paylı mülkiyyətdə olan əşyadan və mirasdan payların naturada ayrılması» tələbinə dair iddiasından imtina edir.
2. Bakı şəhəri Nərimanov rayonu 2-ci Cənub küçəsi ev 1 mənzil 46-da olan paylarının İddiaçı 4/6 hissəsindən, cavabdeh X12 1/6 hissəsindən Cavabdeh2 xeyrinə imtina edirlər.
3. Bakı şəhəri Nərimanov rayonu 2-ci Cənub küçəsi 1 saylı evin 17,0 m2 yaşayış sahəsindən ibarət olan 1 otaqlı 46 saylı mənzil Cavabdeh2 adına rəsmiləşdirilir.
4. Bakı şəhəri Səbail rayonu Nizami küçəsi ev 86 mənzil 27-də olan paylarının Cavabdeh2 1/6 hissəsindən, cavabdeh X12 1/6 hissəsindən İddiaçı xeyrinə imtina edirlər.
5. Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 86 saylı evin 23,0 m2 yaşayış sahəsindən ibarət olan 2 otaqlı 27 saylı mənzil İddiaçı adına rəsmiləşdirilir.
6. 1993-cü il buraxılışlı, mühərrik nömrəsi **********6815, ban nömrəsi WDB1241331B947560 olan, ** MJ *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz-300D» markalı və 1972-ci il buraxılışlı, mühərrik nömrəsi 0471866, ban nömrəsi ******* olan, ** CP *** dövlət qeydiyyat nişanlı «VAZ-2101» markalı avtomobillərdə olan paylarının İddiaçı 4/6 hissəsindən, Cavabdeh2 1/6 hissəsindən cavabdeh X5 xeyrinə imtina edirlər.
7. 1993-cü il buraxılışlı, mühərrik nömrəsi **********6815, ban nömrəsi WDB1241331B947560 olan, ** MJ *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz-300D» markalı və 1972-ci il buraxılışlı, mühərrik nömrəsi 0471866, ban nömrəsi ******* olan, ** CP *** dövlət qeydiyyat nişanlı «VAZ-2101» markalı avtomobillər cavabdeh X5 mülkiyyətinə verilməklə onun adına rəsmiləşdirilir.
8. 07 sentyabr 2005-ci il tarixli və 14 aprel 2011-ci il tarixli şəhadətnamələrdə qeyd edilən 95 səhmdar cəmiyyətdə 19995 ədəd səhmdə olan paylarının İddiaçı 4/6 hissəsindən, Cavabdeh2 1/6 hissəsindən cavabdeh X5 xeyrinə imtina edirlər.
9. 07 sentyabr 2005-ci il tarixli və 14 aprel 2011-ci il tarixli şəhadətnamələrdə qeyd edilən 95 səhmdar cəmiyyətdə 19995 ədəd cavabdeh X5 adına rəsmiləşdirilir.
10. Tərəflər məhkəmədən xahiş edirlər ki, hüquqların qeydiyyata alınması ilə əlaqədar müvafiq İcra Hakimiyyəti orqanlarına hüquqların qeydiyyata alınması həvalə edilsin.
11. Tərəflər məhkəmədən xahiş edirlər ki, hüquqların qeydiyyata alınması ilə əlaqədar müvafiq İcra Hakimiyyəti orqanına hüquqların qeydiyyata alınması həvalə edilsin. Qərardadla mülki iş üzrə icraata xitam verilmişdir. - Bakı 6 saylı Mediasiya Təşkilatının 27 iyun 2022-ci il tarixli MŞB/6-3527 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddia ərizəsində qeyd olunan mübahisə ilə əlaqədar Cavabdeh1 27 iyun 2022-ci il tarixə saat 17:00-17:30 radələri aralığına təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin nümayəndəsi iddiaçının Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 saylı evin İddiaçı məxsus olan 1\3 hissəsinin mülkiyyətçisi olmasını və onların evin həmin hissəsini boşaltmalı olmasını qəbul etmişdir. Başqa sözlə, cavabdeh tərəf iddiaçının paylı mülkiyyət hissəsində yaşamaları və istifadələrinin qanuni əsaslarının olmamasını etiraf etmişlər. Bu isə cavabdehlərin iddiaçını paylı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum etməsi kimi qiymətləndirilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddianın Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) 1/3 hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalı olmasına dair hissəsi əsaslıdır və ona görə də təmin edilməlidir. Lakin məhkəmə iddia tələbinin qalan hissədə əsaslı olmasına dair iddiaçı tərəfin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı Cavabdeh1 kirayə haqqı kimi ödənildiyini iddia etdiyi 16.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi Şahid məhkəmə iclasına dəvət edilməsi, ifadəsinin dinlənilməsinin mümkünsüzlüyü onun vəfat etməsi ilə bağlıdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında Şahid Nəsimi RPİnin 21-ci PB-də verdiyi izahatında kirayə haqqı ödədiyini göstərsə də, onun hansı tarixlərdə və hansı məbləğlərdə kirayə haqqı ödəməsini açıqlamadığı üçün bu faktın həqiqətən də baş verməsi anlamına gəlməyə əsas vermir. Habelə Şahid qeyd edilən izahatı hansı işlə (mübahisə) ilə əlaqədar verməsi və nəticə etibarı ilə toplanmış materiallar əsasında qərarın qəbul edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi kirayə haqqı kimi alınması iddia edilən pul vəsaitinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsində tam sübuta yetirilmədiyindən təmin edilə bilməz. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) 1/3 hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalı; iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 90 manatın 50 manatı və mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli; ödənilmiş dövlət rüsumunun qalan hissəsi olan 40 manat İddiaçı aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə cavabdeh tərəfin məcburi köçkün statusuna malik olmalarını nəzərə alaraq onların iddiaçının mülkiyyətində olan sahədən çıxarılmalarının iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin nəzərinə çatdırılmasını da zəruri sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) 1/3 hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılsın. İddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 90 manatın 50 manatı və mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi olan 40 manat İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev