Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2992/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2020-ci il tarixdə borc müqaviləsi əsasında 9000 manat pul vermişdir. Lakin, Cavabdeh həmin məbləği ona qaytarmadığı üçün tərəfindən onun barəsində Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6243/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-6243/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi icra olunması üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. İcra şöbəsinin sorğusu əsasında borclu Cavabdeh məxsus “VAZ 21074” minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkətinin 0420/23 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən “VAZ 21074” minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobil 3200 manat olaraq qiymətləndirilmişdir. Bundan sonra qeyd olunan avtomobil ona verilmiş hal-hazırda onun isdifadəsindədir. 2024-cü il tarixdə “VAZ 21074” minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobili öz adına keçirərkən məlum olmuşdur ki, Cavabdeh barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(007)-309/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzası təyin olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-100/2023 saylı xx.xx.2023-cü il tarixli qərardama əsasən “VAZ 21074” minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tərəfindən cavabdehə zəng vuraraq 2000 manat məbləğ ödənildikdən sonra qeyd olunan avtomobilin üzərində həbs götürücələyini bildirmişdir. Lakin, cavabdeh ona bildirdi ki, həmin məbləği o ödəsin sonra ona qaytaracaq. xx.xx.2024-cü il tarixdə tərəfindən “Kapital Banka” cavadehin yerinə 2000 manat pul ödəmişdir. Bundan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7(006)-25/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən “VAZ 21074” minik markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bundan sonra o, dəfələrlə cavabdehin əvəzinə ödədiyi 2000 manat pulu tələb etməsinə baxmayaraq həmin pulu ondan ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 1(007)-309/2021 saylı hökmünün surətindən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(006)-100/2023 saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-6243/2021 saylı icra sənədi üzrə borclu Cavabdeh adına qeydiyyatda olan “VAZ 21074” minik markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərin həbsin qoyulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 2002 manat Bakı şəhər Probasiya şöbəsinin hesabına ödənilmişdir. Həmin qəbzdə təyinat olaraq “Nizami RM cərimə cəzası” göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(006)-25/2024 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7(006)-107/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən hökmün icrasını təmin etmək məqsədi ilə Cavabdeh məxsus “VAZ 21074” minik markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6243/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 9000 manat məbləğində pulun alınaraq tələbkar İddiaçı ödənilməlidir. Borcluya məxsus “VAZ 21074” minik markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Qiymətləndirilmə dəvət edilməklə, nəqliyyat vasitəsi 3200 manat olaraq qiymətləndirilmişdir. Qeyd olunan avtomobil X1 təklif olunmuşdur. Sonuncu təklifi qəbul etməklə onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Cavabdeh məxsus “VAZ 21074” minik markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində olanməhdudiyyəti götürməklə tələbkar İddiaçı adına rəsmiləşdirilməsinə dair müvafiq göstərişin verilməsi xahiş olunmuşdur. İddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı borc müqabilində avtomobil əldə etdikdən sonra, ona cavabdehin hökmlə müəyyən edilmiş 2000 manat cərimə cəzasının icrasının avtomobilə yönəldilməsi məlum olmuş, həmin məbləğ onun tərəfindən tam ödənildikdən sonra cərimə tətbiq olunan şəxsə qarşı həmin məbləğin geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı reqres hüququ yarandığından o, məhkəməyə müraciət etməklə 2000 manatın geri tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunan şəxs kateqoriyasına aid edildiyindən, iddianın verilməsi ödənilməli olan 40 manat cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 40 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2992/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2992/2024
10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver