Məhkəmə qərarları › İş №2(006)-2993/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2993/2023

09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2993/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, cavabdehdən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmə və barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri nəticəsində vurulmuş maddi ziyana görə 60.000 (altmış min) manat və mənəvi ziyana görə 100.000 (yüz min) manat məbləğində, cəmi 160.000 (yüz altmış min) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 yanvar 2022-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamış, 24 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edib, həmin tarixdə barəsində axtarış vermiş və cinayət işinin icraatını CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırmışdır. 11 may 2022-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları Ağcabədi rayonunun Aşağı Avşar kəndində iddiaçını saxlayaraq Abşeron RPİ-nə aparmış və həmin tarixdə müstəntiq X4 tərəfindən cinayət işinin icraatı təzələnərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İddiaçı barəsində 12 may 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə 11 may 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçının çoxsaylı şikayətləri əsasında cinayət işi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində öyrənilmiş, 18 iyun 2022-ci il tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Abbasov Qasım tərəfindən cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin istintaq müddəti 04 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 11 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsi tərəfindən 08 avqust 2022-ci il tarixdə iddiaçının həbsdə saxlama müddəti 11 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin istintaq müddəti təkrarən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 04 noyabr 2022-ci il tarixli qərarı ilə 11 fevral 2023-cü il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarı ilə 12 may 2022-ci il tarixdə seçilmiş həbsdə saxlama müddəti təkrarən 11 fevral 2023-cü il tarixədək uzadılmışdır. 07 dekabr 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin 11 fevral 2023-cü il tarixə kimi ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilmişdir. Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Abbasov Qasımın 11 fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatına bəraətverici əsaslarla “əməldə cinayət tərkibi olmadıqda” və “hər hansı şəxs barəsində başlanmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və 39.2-ci maddələri ilə xitam verilmiş, İddiaçı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə, qanunsuz və əsassız olaraq iddiaçı barəsində 24 yanvar 2022-ci il tarixdə cinayət işi başlanmış, o, cinayət təqibinə məruz qalmışdır. 11 may 2022-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları Ağcabədi rayonunun Aşağı Avşar kəndində İddiaçı saxlayaraq Abşeron RPİ-nə aparmışdır. İddiaçı 11 may 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixinədək, yəni 05 (beş) ay 28 (iyirmi səkkiz) gün olmaqla həbsdə, 07 dekabr 2022-ci il tarixindən 11 fevral 2023-cü il tarixinə kimi, yəni 02 (iki) ay 11 (on bir) gün ev dustaqlığı qətimlan tədbirində qalmışdır. Bununla da o, qanunsuz və əsassız olaraq 08 (səkkiz) ay 09 (doqquz) gün qanunsuz prosessual məcburiyyət tədbirlərinə məruz qalmışdır. Bu müddət ərzində iddiaçı sərbəst yer dəyişmək, işləmək, pul qazanmaq imkanından məhrum olmuş, mənəvi sarsıntı keçirmiş, onu tanıyan dost-tanışlar arasında onun haqqında “cinayətkar”, “dələduz” təsəvvürü formalaşmışdır. İddiaçının qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və prosessual məcburiyyət tədbirləri altında qalması nəticəsində o, psixi sarsıntı keçirmiş, qohumlarının, ailə üzvlərinin, alver etdiyi şəxslər, dostları və tanışları arasında nüfuzdan düşmüş, həmin şəxslərin münasibətləri ona qarşı pisləşmişdir. Çünki həmin şəxslər iddiaçını “cinayətkar” və “dələduz” hesab etmiş, onların iddiaçıya qarşı mənfi fikirləri formalaşmışdır. İddiaçıya edilmiş qanunsuzluqlar nəticəsində, onun Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik normaları ilə nəzərdə tutulan hüquq və azadlığının qanunsuz olaraq pozulması nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. İddiaçı ona vurulmuş maddi ziyanı 60.000 (altmış min) manat, mənəvi ziyanı isə 100.000 (yüz min) manat məbləğində qiymətləndirir. Belə ki, iddiaçı rayonda qəssablıqla məşğul olur. Respublikanı gəzib, qoyun-quzu, mal-qara alıb saxlamaq və satmaqla məşğul olaraq hər bir aya 7000-8000 manat pul qazanırmış, 08 (səkkiz) ay 09 (doqquz) gün hüquq və azadlığının qanunsuz və əsassız olaraq pozulması nəticəsində fəaliyyət göstərdiyi alverlə məşğul ola bilməmiş və qazancından məhrum olduğuna görə ona 60.000 (altmış min) manatdan çox maddi zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsi barədə etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı hüquqmühafizə orqanlarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən onun barəsində tətbiq olunmuş hökmü və buna müvafiq olaraq tətbiq olunmuş cəzanı qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 100.000 (yüz min) manat, maddi ziyana görə 60.000 (altmış min) manat, ümumilikdə 160.000 (yüz altmış min) manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Mülki qanunvericiliyə görə, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bundan başqa, iş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Mülki qanunvericilikdə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə bağlı heç bir sübut göstərməmişdir. Digər tərəfdən iddia ərizəsində də qeyd edildiyi kimi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iddiaçıya hər hansı bir cəza təyin edilməmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, cavabdehin etirazının əsassız olduğunu bildirib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2016cı il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsində ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbsdə saxlanılma müddəti 03 (üç) ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə zalında dərhal həbsdən azad edilmişdir. Qətimkan tədbiri qismində seçilmiş “ev dustaqlığı”nın müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmişdir. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 07 (11) fevral 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi 24 yanvar 2022-ci il tarixdə Abşeron RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı Vasif Zeynallı tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış və istintaqı aparılmaqdadır. Cinayət işinin başlanmasına səbəb və əsas, İddiaçı tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X7 xırda buynuzlu heyvan alıb çoxaldaraq satmaqla birgə qazanc əldə etməsinə vədlər verib inandırması və bu məqsədlə 2020-ci ilin may ayının əvvəllərində Ağcabədi rayonu ərazisində 50.000 manat pulunu, 2020-ci ilin avqust ayının 14-də Abşeron rayonu Qobu qəsəbəsi ərazisində 95.000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs X7 ümumilikdə 145.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı və həmin faktla bağlı toplanmış material olmuşdur. Aparılmış ilkin istintaq zamanı müəyyən edilmişdir ki, İddiaçı tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X7 xırda buynuzlu heyvan alıb çoxaldaraq satmaqla birgə qazanc əldə etməsinə dair vədlər verib inandırmış, bu məqsədlə 2020ci ilin may ayının əvvəllərində Ağcabədi rayonu ərazisində 50.000 manat pulunu, 2020-ci ilin avqust ayının 14-də Abşeron rayonu Qobu qəsəbəsi ərazisində 95.000 manat pulunu, yəni ümumilikdə 145.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək vədinə əməl etməyib, zərərçəkmiş şəxs X1 miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Törətdiyi əməlinə görə İddiaçı barəsində 24 fevral 2022-ci il tarixdə müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin İddiaçı istintaqdan qəsdən yayındığı üçün barəsində həmin tarixdə axtarış elan olunmuş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. İş üzrə təqsirləndirilən şəxs İddiaçı 11 may 2022-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verildiyindən həmin tarixdə sabiq müstəntiq Vasif Zeynallı tərəfindən cinayət işinin icraatı təzələnərək istintaqı davam etdirilmişdir. 11 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 12 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində öyrənilərək Abşeron Rayon Pİ-nin İŞ-nə qaytarılmış və xx.xx.2022-ci il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün müstəntiq Qasım Abbasova həvalə edildiyindən həmin tarixdə iş materialları onun tərəfindən icraatına qəbul edilərək istintaq davam etdirilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 04 avqust 2022-ci il tarixli qərarı ilə cinayət işinin istintaq müddəti 11 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 04 noyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin istintaq müddəti 11 fevral 2023-cü il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin 11 fevral 2023-cü il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə zalından azadlığa buraxılmış, ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İstintaq materiallarından göründüyü kimi, İddiaçı X7 xırda buynuzlu heyvan alıb çoxaldaraq satmaqla birgə qazanc əldə etməsinə vədlər verib inandıraraq vədinə əməl etməməsi və zərərçəkmiş şəxs X7 məxsus 145.000 manat məbləğində külli miqdarda pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməsi kimi hallarla bağlı dələduzluq cinayətini törətməsini sübuta yetirən hallar müəyyən edilməmiş, belə ki, qeyd olunan xüsusatlarla bağlı aparılmış istintaq araşdırması zamanı tərəflər arasında yaranmış münasibətlərin mülki münasibətlərdən yaranmış mübahisə kimi qiymətləndirilməsi qənaətinə gəlinmişdir. Belə ki, müəyyən edilmişdir ki, qarşı tərəf əmlakı qarşılıqlı razılaşma əsasında hissə-hissə satarkən niyyətinin öhdəliyin yerinə yetirilməsinə və bu səbəbdən də tərəfin özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş qəsdən törədilmiş hərəkətlərə yol verilməsi halları öz təsdiqini tapmamışdır. Bu kimi hallara əsasən istintaq orqanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması qənaətinə gəlmiş və qeyd olunan hallarla bağlı tərəflər arasında yaranmış mübahisə mülki mühakimə icraatı qaydasında öz həllini tapmalıdır. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndiriləndirilməsinə dair olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və 39.2-ci maddələrinə əsasən xitam verilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmişdir. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 134 nömrəli arayışından görünür ki, Yusifov X5 rayon Aşağı Avşar kəndində yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********497200 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) son 5 (beş) il ərzində dövriyyəsi və gəlirləri olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli 3-17-1/2-147412/2023 saylı cavab məktubundan görünür ki, Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı aid öz-özünü sığortaedən fiziki şəxs kimi təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat məlumatları və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli, 3- 16-17/6/2-7125/2023 nömrəli cavab məktubundan görünür ki, Bakı istintaq təcridxanasında xx.xx.2022-ci il tarixdən saxlanılmış xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunaraq məhkəmə iclas zalından azad edilmişdir. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 295 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ağcabədi rayon Aşağı Avşar kənd sakini İddiaçı ət kəsimi, qəssablıqla məşğuldur. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Abşeron RPİ tərəfindən fakta görə 24 yanvar 2022-ci il tarixdə ********* nömrəli cinayət işi başlanmışdır. 24 fevral 2022-ci il tarixdə iddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin o, istintaqdan qəsdən yayındığı üçün barəsində axtarış elan olunmuş və cinayət işinin icraatı dayandırılmışdır. İddiaçı 11 may 2022-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verildiyindən həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir. 11 may 2022ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuş, 12 may 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 04 avqust 2022-ci il tarixli qərarı ilə cinayət işinin istintaq müddəti 11 noyabr 2022-ci il tarixədək uzadılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 04 noyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin istintaq müddəti 11 fevral 2023-cü il tarixədək uzadılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin 11 fevral 2023-cü il tarixədək uzadılmış, bundan sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə zalından azadlığa buraxılmış, ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Aparılmış istintaq nəticəsində iddiaçının əməli sübuta yetirilmədiyindən və münasibətlərin mülki xarakterli olması öz təsdiqini tapdığından, Abşeron Rayon Polis İdarəsinin 11 fevral 2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və 39.2-ci maddələrinə əsasən xitam verilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi, İddiaçı 11 may 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixinədək, yəni 6 ay 26 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. 07 dekabr 2022-ci il tarixindən 11 fevral 2023-cü il tarixinə kimi, yəni 2 ay 4 gün barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinə görə bir sıra hüquqları ilə əlaqədar məhdudiyyətlərə məruz qalmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun: Tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə müvafiq olaraq, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə iddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iddiaçı rayonda qəssablıqla məşğul olduğunu, ölkəni gəzib, qoyun-quzu, mal-qara alıb saxlamaq və satmaqla məşğul olaraq aylıq 7000-8000 manat pul qazandığını, hüquq və azadlığının qanunsuz və əsassız olaraq pozulması nəticəsində həmin fəaliyyətlə məşğul ola bilmədiyini və qazancından məhrum olduğuna görə ona 60.000 (altmış min) manatdan çox maddi zərər dəydiyini bildirərək, sübut kimi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməni və Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 295 nömrəli xx.xx.2023-cü il tarixli arayışını məhkəməyə təqdim etmişdir. Arayışda qeyd edilmişdir ki, Ağcabədi rayon Aşağı Avşar kənd sakini İddiaçı ət kəsimi, qəssablıqla məşğuldur. İddiaçının müvafiq tələbi, tələbinin dəlilləri və təqdim etdiyi sübutları ilə əlaqədar məhkəmə tərəfindən aparılmış araşdırma əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) son 5 (beş) il ərzində dövriyyəsi və gəlirləri olmamış, bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya ehtiyatlarında İddiaçı aid öz-özünü sığortaedən fiziki şəxs kimi təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat məlumatları və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. Göründüyü kimi, arayışda iddiaçının ət kəsimi, qəssablıqla məşğul olması faktı təsdiq edilmiş, lakin gəlirləri barədə məlumat qeyd edilməmişdir. Müvafiq dövlət orqanlarından əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, iddiaçının dövriyyəsi, gəlirləri olmamış, onun tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. İddiaçının aylıq 7000-8000 manat gəlir əldə etməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı nə mal-qara, qoyun-quzu alqı-satqısı, nə də qəssablıqla əlaqədar göstərdiyi fəaliyyətinə görə ona hər hansı məbləğdə vəsait ödənilməsini təsdiq edən mötəbər sübutlarını (müqavilə, təhvil-təslim aktı, qəbz və s.) məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə müvafiq arayışla bağlı əlavə olaraq onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 1 iyul 2000-ci il). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada söhbət sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırki işə tətbiqi baxımından Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 295 nömrəli xx.xx.2023-cü il tarixli arayışı ilə iddiaçının qəssablıqla məşğul olması təsdiqlənsə belə, iddiaçının həmin fəaliyyətlə əlaqədar əldə etdiyi gəlirlərlə bağlı dəlillər işin faktiki halları ilə təsdiq edilmədiyindən məhkəmə iddiaçının dəlillərini mötəbər və iddiaçının iddiasını əsaslandıracaq sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyan hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə isə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə qeyd edir ki, iddiaçı barəsində əsassız olaraq həbs və ev dustaqlığı qətimkan tədbirlərinin seçilməsi nəticəsində ona mənəvi zərər vurulması işin mübahisəsiz halıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 7500 (yeddi min beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 11 may 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixinədək, yəni 6 ay 26 gün müddətində qanunsuz olaraq həbsdə saxlanılması və 07 dekabr 2022-ci il tarixindən 11 fevral 2023-cü il tarixinə kimi, yəni 2 ay 4 gün müddətində barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinə görə bir sıra hüquqları ilə əlaqədar məhdudiyyətlərə məruz qalması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən 100000 (yüz min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, etirazın dəlilləri əsassızdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı 6 ay 26 gün müddətində qanunsuz olaraq həbsdə saxlanılmış, 2 ay 4 gün müddətində isə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinə görə bir sıra hüquqları ilə əlaqədar məhdudiyyətlərə məruz qalmışdır. İddiaçı barəsində olan cinayət işinə onun əməli sübuta yetirilmədiyindən və mübahisənin mülki xarakterli olması əsası ilə xitam verildiyindən qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq onun hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Bu halda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur. Bundan başqa, cavabdehin iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməməsinə dair dəlillərini məhkəmə əsassız sayır. Belə ki, qanunsuz həbs olunması və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi nəticəsində iddiaçı fəal ictimai həyat tərzindən məhrum olmuş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə onu da qeyd edir ki, keçən bu proseslər nəticəsində sonda əməli sübuta yetirilməmiş iddiaçının mənəvi ziyan çəkməsinin mülahizə olması fikri heç bir məntiqə sığmır və öz təqsirsizliyini sübuta yetirənə kimi onun həbsdə olması dövründə inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi, bir sözlə mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz hallarındandır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının: 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlik (mülki, cinayət, inzibati və s.) ifadə oluna bilər. 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir: həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 7500 (yeddi min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Müki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 7500 (yeddi min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar