Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2998/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və X3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" ASC və X3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta Şirkətindən 944.00 (doqquz yüz qırx dörd) manat dəymiş ziyanın ödəməsi, araşdırma prosesində kompensasiyanın ödənilməsinin sığorta şirkətinin səlahiyyətlərinə aid olmadığı məlum olarsa, bu halda dəymiş zərər Cavabdeh2 avtomobilə dəymiş zərər 944.00 (doqquz yüz qırx dörd) manat məbləğində maddi ziyanın, 500 ( beş yüz) manat məbləğində isə mənəvi ziyanın tutularaq iddiaçıya İddiaçı ödənilməsi və Cavabdeh2 ödənilmiş 34,44 (otuz dörd manat qırx dörd qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xırdalan şəhəri X7 İdarəsinin xx.xx.2024 tarixdə barəsində İXP6802342 saylı protokolun əsasında xx.xx.2025-ci il tarixli TP6963838 qərarı (bundan sonra “Qərar”) ilə müəyyən edilmişdir ki, Cavabdeh2 03 dekabr 2024-cü il tarixdə saat 18:45 radələrində “Ravon Nexia R3 markalı ** SQ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan şəhəri, Dəmir yol stansiyasının ərazisində parklanmış və hərəkətə başlamaq üçün arxa manevri yerinə yetirərəkən yol qəzası baş verdi, həmin qəzada iddiaçının İddiaçı mülkiyyətində olan və texniki cəhətdən saz vəziyyətdə olan Toyota Vitz markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki yol qırağında dayanan Ravon markalı avtomobil, arxa manevri edərkən hərəkətdə olan Toyota Vitz markalı avtomobilin sağ tərəfinə zərər vurmuş. Lakin "İcbari sığortalar haqqında" qanunun 58.2-ci maddəsində göstərilən hallarda - müvafiq qurumun yol-nəqliyyat hadisəsini təsdiqləyən sənəd hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə, hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə, dəymiş zərərin həcmi 1000 manatdan çox olmadıqda, hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda tələb olunmur. Ona görə tərəflər öz arasında razılaşıb, Cavabdeh2 dəymiş ziyanı aradan götürməyi məsuliyyətini öz üzərinə götürdüyündən, hadisə yerini tərk etmişdilər. Sonradan Cavabdeh2 bir neçə gündən sonra iddiaçının Toyota Vitz markalı avtonəqliyyatını ustaya aparıb qiymətləndirdi, lakin iddiaçını İddiaçıi təklif olunan həll yolu qane etmədi və cavabdehdən Cavabdeh2 vurduğu ziyanın pulla ödəməsini xahiş etdi. Yenədə Cavabdeh2 razı olsa da, min bahənə ilə ödənişi uzadır, sonradan isə zənglərə cavab vermir. İddiaçı məcburən polisə müraciət edir, və ona nizamnaməyə uyğun olaraq arayış verdilər, o arayışa əsasən sığorta müəsissəsinə müraciət etdi. Orada da məlum olur ki, cavabdehin qəza zamanı icbari sığorta şəhadətnaməsi yox imiş bu səbəbdən iddiaçını qane etməyən imtina cavabı verildi. Sığorta şirkəti ziyanı ödəməkdən imtina etdi. Nə cavabdeh PAŞA Sığorta nə Cavabdeh2 vurmuş ziyanı hələdə ödəməyiblər. Sığorta Şirkəti kompensasiya ödəməkdən imtina etdiyinə görə, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı tərəfindən hər il avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödəniş edilməsinə baxmayaraq, hadisə baş verdiyi tarixdə cavabdehdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığına görə, iddiaçıya ödənişdən imtina edilib. İddiaçı hesab edir ki, cavabdeh M.S.X4 Məcəlləsinin 469.3-cü maddəsinə əsasən cərimə edilməlidir və Sığorta Şirkəti dəymiş ziyanı ödəməlidir, əks halda yaranmış bu vəziyyətin araşdırma prosesində kompensasiyanın ödənilməsinin sığorta şirkətinin səlahiyyətlərinə aid olmadığı məlum olarsa, bu halda dəymiş zərər Cavabdeh2 tərəfindən ödənilməlidir. Cavabdehin Cavabdeh2 İddiaçıya qarşı törətdiyi yol-nəqliyyat hadisəsi ilə zərər vurulmasında təqsirini boynuna almışdı. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçının mülkiyyətindəki (texpassport ACNe660472) Toyota Vitz markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 944.00 (doqquz yüz qırx dörd) manat məbləğində maddi ziyan ("xxxx" MMCnin xx.xx.2025-cü il tarixli SQ23397 Qiymətləndirmə aktı ilə təsdiq edilmişdir) dəymişdir. Həmin zərəri sığorta şirkəti Cavabdehin Sığorta şəhadətnaməsi olmamasına görə ödəməyi imtina etmişdir. Cavabdeh M. S. Əsgərovun təqsiri tam olaraq sübuta yetirildiyindən iddiaçının avtomobilinə dəymiş zərərin 944 (doqquz yüz qırx dörd) manat tam tutularaq iddiaçıya ödənilməlidir. Bu hadisəyə görə iddiaçının işşdən icazə alması səbəbindən iş yerində problemlərlə üz-üzə gəlməsinə görə, nəzərə alınsa ki, iddiaçının himayəsində 2 uşaq (biri azyaşlı) olduğu görə həmin ərəfələrdə azyaşlı uşaq kəskin respirator xəstəsi olduğundan, iddiaçının əsəb keçirtməsi ilə bağlı mənəvi ziyan dəymişdir. Mənəvi ziyanın məbləğinin 500 (beş yüz) manat dəyərində müəyyən edilməsini məqsədəmüvafıq hesab edir. Ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlə əlaqə saxlanılıb, iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsini ondan tələb edilməsinə və müvafiq bildiriş göndərilməsinə baxmayaraq, Cavabdeh2 ziyanı ödəməklə bağlı hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən qərəzli boyun qaçırmışdır və nəticədə Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edərək vurulmuş zərərin ödənilməsini məhkəmə qaydasında ödənilməsini tələb etmək məcburiyyətində qaldı. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasında (məhkəmə qətnaməsinin elanı iclası) proses iştirakçıları iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Vitz markalı”, ** FJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2016-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhər Abşeron DYP polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, X6 xx.xx.2024-cü il tarixdə, saat 18:45-də “Ravon Nexia R3” markalı, ** SQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.6-ci, 327.1-ci maddələri ilə təqsirli bilinmiş və ona 100 manat məbləğində cərimə tətbiq edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, SQ23397 saylı qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus “Toyota Vitz markalı” ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 944.00 manat məbləğində ziyan dəymişdir. - ödəniş qəbzindən (№**********40) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 34.44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - "xxxx" ASC-nin 27.0.2025-ci il tarixli mülahizədən görünür ki, iddia olunan hadisə tarixində (xx.xx.2024) zərərvuranın idarə etdiyi avtonəqliyyat vasitəsi (** SQ *** d.q.n. Ravon Nexia R3) ilə bağlı qüvvədə olan icbari sığorta müqaviləsi mövcud olmamışdır. Zərərvuran avtonəqliyyat vasitəsi ilə bağlı icbari sığorta müqaviləsi mövcud olmadığına görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun nə 52.1-ci maddəsi, nə də 52-1.1-ci maddəsi nöqteyi-nəzərindən "xxxx" ASC-nin hər hansı məsuliyyəti yaranmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "xxxx" ASC-yə qarşı bu iddiası tamamilə əsassızdır. -Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB 18/0747 saylı qiymətləndirmə şirkətinin rəyindən görünür ki, 03 dekabr 2024-cü il tarixdə "Ravon Nexia R3" minik markalı, **-SQ-*** dövlət nömrə nişanlı avtomobillə "Toyota Vitz" minik markalı, **-FJ-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində "Toyota Vitz" minik markalı, **-FJ-*** dövlət nömrə nişanlı avtomobilə iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib olunmuş 18 yanvar 2025-ci il tarixli qüsur aktında göstərilən məbləğdə yaxın ziyan dəymişdir. "Toyota Vitz" minik markalı, **-FJ-*** dövlət nömrə nişanlı avtomobilin zədələnən detallarının orta bazar qiyməti 240 (iki yüz qırx) manat, həmçinin avtomobilin əvvəlki vəziyyətə gətirilməsi üçün işçi haqqı 710 (yeddi yüz on) manat təşkil edir. 03 dekabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "Toyota Vitz" minik markalı, **-FJ-*** dövlət nömrə nişanlı avtomobilə (ehtiyat hissələri dəyişdirilmədiyindən işçilik nəzərə alınmaqla) dəymiş zərərin məbləği 950 (doqquz yüz əlli) manat təşkil edir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyəti ətrafdakılar üçün yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. “İcbari sığorta haqqında” AR Qanununun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Məhkəmə qeyd edir ki mülki işin materiallarından görünür ki, 03 dekabr 2024-cü il tarixdə Cavabdeh2 idarəçilyində olan “Ravon Nexia R3” markalı, **-SQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı məxsus “Toyota Vitz” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir ki, bu da ekspertiza və qiymətləndirmə təşkilatlarının rəyləri, həmçinin iş materiallarına əlavə olunmuş digər sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli hesab olunmuş, bu hal Bakı şəhər Abşeron DYP polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə təsdiq edilmiş və cavabdehin öz etirafı ilə də təsdiq olunmuşdur. Buna görə də, iddiaçıya vurulmuş zərər Cavabdeh2 qanunsuz hərəkətləri ilə birbaşa səbəb-nəticə əlaqəsindədir. İddianın cavabdeh "xxxx" ASC-yə yönəlmiş hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, sığorta şirkətinin öhdəliyinin yaranması yalnız hadisə törədən nəqliyyat vasitəsi üzrə qüvvədə olan icbari sığorta müqaviləsi mövcud olduqda mümkündür. Lakin iş materiallarından aydın olur ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 idarə etdiyi nəqliyyat vasitəsi üzrə icbari sığorta müqaviləsi mövcud olmamışdır. Bu səbəbdən, sığorta şirkətinin məsuliyyət daşıması üçün əsas yoxdur və iddianın həmin hissəsi təmin edilə bilməz. Eyni zamanda, Cavabdeh2 yol-nəqliyyat hadisəsində təqsiri sübuta yetirilmişdir və ona görə də vurulmuş maddi ziyanın ödənilməsi məhz onun öhdəsinə düşür. İddiaçı tərəfindən təqdim olunmuş sənədlər avtomobilə vurulmuş ziyanın 944 manat təşkil etdiyini təsdiq edir və məhkəmə bu məbləği əsaslı hesab edir. Bu səbəbdən də qeyd olunan məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qanuna uyğundur. Beləliklə, iddia tələbləri "xxxx" ASC-yə münasibətdə əsassız olduğundan rədd edilməli, Cavabdeh2 münasibətdə isə tam həcmdə təmin edilməlidir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddianın “mənəvi zərər” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı göstərmişdir ki, hadisə nəticəsində əsəb keçirtmiş, iş yerində çətinliklərlə üzləşmiş və himayəsində azyaşlı uşaqlar olduğundan psixoloji gərginlik yaşamışdır. Lakin iş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi yalnız avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı olmuş, hadisə nəticəsində iddiaçının sağlamlığına, iş qabiliyyətinə və ya həyat şəraitinə birbaşa təsir edən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, mənəvi ziyanın mövcudluğunu və onun miqdarını təsdiq edən hər hansı tibbi sənəd, ekspert rəyi və ya digər hüquqi cəhətdən etibarlı sübut məhkəməyə təqdim edilməmişdir. Təkcə iddiaçının subyektiv izahatları mənəvi ziyanın sübuta yetirilməsi üçün kifayət hesab edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 34.44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, 23 manat məbləğində dövlət rüsumu cavabdeh X2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 maddi zərərə görə 944 (doqquz yüz qırx dörd manat) manat məbləğində pul, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 23 manat, ümumilikdə 967 (doqquz yüz altmış yeddi manat) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 maddi zərərə görə 944 (doqquz yüz qırx dörd manat) manat məbləğində pul, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 23 manat, ümumilikdə 967 (doqquz yüz altmış yeddi manat) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2998/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2998/2025
03.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver