Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-303/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X33 oğlunun katibliyi, İddiaçılar İddiaçı4 və İddiaçı3 qanuni nümayəndəsi Nümayəndə və onun vəkilinümayəndəsi Vəkil2, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 58650 (əlli səkkiz min altı yüz əlli) manat maddi zərərin, 10000 (on min) manat məbləğində mənəvi zərərin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən (sədrlik edən - Nemət Paşayev) X2 miras qalmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X38 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən verilmiş AB seriyalı 524100 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə X10 adına qeydiyyata alınmış “Lexus-LX570” markalı, **-CT-*** dövlət nömrə nişanlı, 3UR3048586 mühərrik, THYOOWOA4034771 ban nömrəli minik avtomobilinin birinci növbəli qanun üzrə vərəsələr İddiaçı1 miras payı 1/4 hissədə, İddiaçı2 miras payı 1/4 hissədə, İddiaçı4 miras payı 1/4 hissədə, İddiaçı3 miras payı 1/4 hissədə müəyyən edilmişdir. 19 noyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 miras payı 1/4 hissədə, İddiaçı2 miras payı 1/4 hissədə, İddiaçı4 miras payı 1/4 hissədə, İddiaçı3 miras payı 1/4 hissədə miras əmlak olan X7 miras qalmış “Lexus-LX570” markalı, **-CT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X38 İdarəsinin 28 may 2022-ci il tarixli məktubundan müəyyən olur ki, avtomaşının sahibi mərhum X10 adından çıxış edən Cavabdeh1 “Lexus-LX570” markalı, **-CT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini özgəninkiləşdirmişdir. Lakin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 adına verilmiş vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Qeyd edilən avtomobilin hazırki sahibi Cavabdeh2dur. “Turbo.az” saytından çıxarışdan müəyyən olur ki, “Lexus-LX570” markalı, buraxılış ili 2009-cu il olan avtomaşının dəyəri 34500 ABŞ dolları, manata məzənnəsi 58650 manat təşkil edir. Cavabdeh1 58650 manat tələb olunmalıdır. Eyni zamanda, bundan əvvəl əmlak tələbi ilə məhkəməyə müraciət edilməsinə baxmayaraq, uzun müddətdir ki mübahisəli avtomaşını idarə edərək, qanuni sahiblərinə qaytarmayaraq Cavabdeh2, öz növbəsində Cavabdeh1 da X2 yadigar qalan və ailələri üçün mənəvi dəyəri olan avtomaşını sataraq iddiaçılara mənəvi zərər vurmuşlar. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçılar İddiaçı4 və İddiaçı3 qanuni nümayəndəsi Nümayəndə vəkili-nümayəndəsi Vəkil2, İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 65000 (altmış beş min) manat maddi zərərin, 10000 (on min) manat məbləğində mənəvi zərərin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı4 və İddiaçı3 qanuni nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin, iddia tələbinin dəyişdirilməsinə dair ərizənin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı4 və İddiaçı3 qanuni nümayəndəsi Nümayəndə vəkilinümayəndəsi Vəkil2 iddianı müdafiə edib, Şəmkir Rayon Məhkəməsinin qətnaməsinin preyudisiallığını vurğuladı. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 iddianı qəbul etməyib, mübahisə predmeti olan avtomobilin satılmasından əldə edilən gəlirin dəfn xərclərinə sərf olunduğunu bildirdi. İddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və çıxışını dinləyib, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Şəmkir rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2002ci il tarixdə verilmiş AZ-İ seriyalı 253342 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.2002-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində doğulmuş, atası qrafasında X18, anası qrafasında Nümayəndə qeyd edilmişdir. Mülki işin materiallarında olan Şəmkir rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 253743 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1998-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində doğulmuş, atası qrafasında X18, anası qrafasında X8 qeyd edilmişdir. Mülki işin materiallarında olan Şəmkir rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 477160 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X18, anası qrafasında Nümayəndə qeyd edilmişdir. Mülki işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 188875 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı4 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X18, anası qrafasında Nümayəndə qeyd edilmişdir. Mülki işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 188876 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı3 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X18, anası qrafasında Nümayəndə qeyd edilmişdir. Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 393222 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X18, anası qrafasında X26 qeyd edilmişdir. Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 393223 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X18, anası qrafasında X26 qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixdə Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 607293 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Mülki iş üzrə yaranmış zərurətlə əlaqədar xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin 2(076)-116/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətinin təqdim edilməsi barədə məktubla Şəmkir Rayon Məhkəməsinə müraciət olunmuş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə həmin qətnamənin surəti məhkəməyə təqdim edilmişdir. Mülki işin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-116/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin Cavabdeh1 izahatı hissəsindən görünür ki, o, “Lexus LX-570” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobili 65.000 manata satıb borcları qaytarmışdır. Mülki işin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-116/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki,
1. İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1, Şəmkir Rayon Dövlət Notariat Kontoruna, cavabdeh qismində cəlb edilmiş X12, X13 və X11 qanuni nümayəndəsi X20 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qanun üzrə vərəsəlik hüququ haqqında əlavə şəhadətnamələrin etibarsız hesab edilməsi, vərəsə tanınma və miras payların müəyyən edilərək bölüşdürülməsi tələbinə dair iddiası qismən təmin edilmiş;
2. İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Şəmkir Rayon Dövlət Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qanun üzrə vərəsəlik hüququ haqqında əlavə şəhadətnamənin etibarsız hesab edilməsi, iddia müddətinin üzrlü hesab edilərək bərpa edilməsi, vərəsə tanınma və miras payların müəyyən edilərək bölünməsi tələbinə dair iddiası qismən təmin edilmiş;
3. Müstəqil tələb irəli sürən üçüncü şəxs X13 və X11 qanuni nümayəndəsi X16 cavabdehlər Cavabdeh1, İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 qanuni nümayəndəsi Nümayəndə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlik hüququ haqqında əlavə şəhadətnamələrin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və miras əmlakdan payın müəyyən edilərək mülkiyyət hüququ verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş;
4. X2 miras qalmış, ünvan 1 ünvanında yerləşən, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X14 və X28 ilə X10 ümumi birgə mülkiyyətində olmuş, 46.75 kv.m yaşayış, 12.85 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı mənzildən Fərrux Qasımovun payına və Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivində yerləşən, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mərhum X10 mülkiyyətində olmuş, 0.4918 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair Şəmkir Rayon Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2013-cü il tarixli 2V-01-43 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və X7 miras qalmış, Azərbaycan Respublikası DİN DYPİN-in QİŞ tərəfindən verilmiş, AB 616509 nömrəli Qeydiyyat Şəhadətnaməsinə əsasən xx.xx.2011-ci il tarixdə onun adına qeydiyyata alınmış, Hyundai İX35 markalı, **-LF-*** dövlət nömrə nişanlı, G4KDAU229432 mühərrik, KMHJU81BDBU231600 Ban nömrəli minik avtomobilinə dair Şəmkir Rayon Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2013-cü il tarixli 2V-01- 60 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında əlavə şəhadətnamə, X2 miras qalmış, Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialında onun adına olan AZ72İBAZ******************** saylı hesabda saxlanmış 5742,22 avro və AZ47İBAZ******************** saylı hesabda saxlanmış 97,09 avrodan ibarət pul vəsaitinə dair Şəmkir Rayon Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2013-cü il tarixli 2V-01-152 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında əlavə şəhadətnamə etibarsız hesab edilmiş;
5. Yetkinlik yaşına çatmamış, İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 X2 qalmış miras əmlaklara vərəsə tanınmış;
6. X2 miras qalmış, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X14 və X28 ilə X10 ümumi birgə mülkiyyətində olmuş, 46.75 kv.m yaşayış, 12.85 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı mənzildən Fərrux Qasımovun 1/3 hissədə payına birinci növbəli qanun üzrə vərəsələr, İddiaçı2 miras payı 1/4 hissədə (mənzilin 1/12 hissəsi), İddiaçı1 miras payı 1/4 hissədə (mənzilin 1/12 hissəsi), İddiaçı4 miras payı 1/4 hissədə (mənzilin 1/12 hissəsi), İddiaçı3 miras payı 1/4 hissədə (mənzilin 1/12 hissəsi) müəyyən edilmiş;
7. X2 miras qalmış Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivində yerləşən, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X10 xüsusi mülkiyyətində olmuş 0.4918 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsindən birinci növbəli qanun üzrə vərəsələr, İddiaçı2 miras payı 1/4 hissədə, İddiaçı1 miras payı 1/4 hissədə, İddiaçı4 miras payı 1/4 hissədə və İddiaçı3 miras payı 1/4 hissədə müəyyən edilmiş;
8. X2 miras qalmış Azərbaycan Respublikası DİN DYPİN-in QİŞ tərəfindən verilmiş, AB 616509 nömrəli Qeydiyyat Şəhadətnaməsinə əsasən xx.xx.2011-ci il tarixdə onun adına qeydiyyata alınmış, Hyundai İX35 markalı, **-LF-*** dövlət nömrə nişanlı, G4KDAU229432 mühərrik, KMHJU81BDBU231600 Ban nömrəli minik avtomobilindən birinci növbəli qanun üzrə vərəsələr, İddiaçı2 miras payı 1/4 hissədə, İddiaçı1 miras payı 1/4 hissədə, İddiaçı4 miras payı 1/4 hissədə və İddiaçı3 miras payı 1/4 hissədə müəyyən edilmiş;
9. X7 miras qalmış Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialında onun adına olan AZ72İBAZ******************** saylı hesabda saxlanmış 5742,22 avro və AZ47İBAZ******************** saylı hesabda saxlanmış 97,09 avrodan ibarət pul vəsaitindən birinci növbəli qanun üzrə vərəsələr, İddiaçı2 miras payı 1/4 hissədə, İddiaçı1 miras payı 1/4 hissədə, İddiaçı4 miras payı 1/4 hissədə və İddiaçı3 miras payı 1/4 hissədə müəyyən edilmiş;
10. X2 miras qalmış, Azərbaycan Respublikası DİN DYPİN-in QİŞ tərəfindən verilmiş, AB 524100 nömrəli Qeydiyyat Şəhadətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə onun adına qeydiyyata alınmış, Lexus-LX570 markalı, **-CT-*** dövlət nömrə nişanlı, 3UR3048586 mühərrik, THYOOWOA4034771 Ban nömrəli minik avtomobilindən birinci növbəli qanun üzrə vərəsələr, İddiaçı2 miras payı 1/4 hissədə, İddiaçı1 miras payı 1/4 hissədə, İddiaçı4 miras payı 1/4 hissədə və İddiaçı3 miras payı 1/4 hissədə müəyyən edilmiş;
11. X2 miras qalmış, Azərbaycan Respublikası DİN DYPİN-in QİŞ tərəfindən verilmiş, AB 170415 nömrəli Qeydiyyat Şəhadətnaməsinə əsasən xx.xx.2008-ci il tarixdə onun adına qeydiyyata alınmış, LEXSUS-LX570 markalı, **-MB-*** dövlət nömrə nişanlı, 3UR3028786 mühərrik, JTLHYOOW794016991 Ban nömrəli minik avtomobilindən birinci növbəli qanun üzrə vərəsələr, İddiaçı2 miras payı 1/4 hissədə, İddiaçı1 miras payı 1/4 hissədə, İddiaçı4 miras payı 1/4 hissədə və İddiaçı3 miras payı 1/4 hissədə müəyyən edilmiş;
12. İddiaçı Nümayəndə, iddiaçı X4, müstəqil tələb irəli sürən üçüncü şəxs X13 və X11 qanuni nümayəndəsi X16 iddiaları qalan hissədə təmin edilməmişdir. Mülki işin materiallarında olan 19 noyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X10 vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3dur. Onların hər biri miras əmlakdan ¼ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak AR DİN BYPİN QİŞ tərəfindən verilmiş AB №- 524100, xx.xx.2010-cu il tarixdə qeydə alınmış miras qoyan X15 aid 3UR3048586 mühərrik, dövlət qeydiyyat nişanı **-CT-*** olan “Lexus-LX570” minik markalı nəqliyyat vasitəsindən ibarətdir. Mülki işin materiallarında olan iddiaçı Nümayəndə Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, o, “Lexus LX-570” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşının, “Lexus LX-570” markalı, **-MB-*** dövlət nömrə nişanlı avtomaşının və Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, 37A saylı binanın 1 saylı mənzilinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X38 İdarəsinin xx.xx.2022-ci il tarixli 4655-1222 nömrəli məktubuna əlavə edilmiş DİN-in Baş X38 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə “Lexus LX570” markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı və “Lexus LX 570” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Lexus LX570” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2010-cu ildə alqı-satqı müqaviləsi əsasında X10 adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə Cavabdeh1 həmin nəqliyyat vasitəsinə dair etibarnamə verilmiş, xx.xx.2013-cü il tarixdə isə alqısatqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 296,00 (iki yüz doxsan altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki iş üzrə yaranmış zərurətlə əlaqədar məhkəmənin mübahisə predmeti olan əmlakın qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi və s.) təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli məktubu AR BDYPİ-yə ünvanlanmışdır. Mülki işin materiallarında olan AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Lexus LX570” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin müvafiq əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Odur ki, qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir. Həmin çıxarışdan görünür ki, “Lexus LX570” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü ildə “dublikat Bakı k.q.ş.AB524100” əsası ilə X10 adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda qeydiyyatdadır. Mülki iş üzrə yaranmış zərurətlə əlaqədar xx.xx.2022-ci il tarixdə 2(076)-116/2015 saylı mülki işin təqdim edilməsi barədə məktubla Şəmkir Rayon Məhkəməsinə müraciət olunmuş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə həmin mülki iş məhkəməyə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-116/2015 saylı mülki işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6323/2014 saylı, 19 sentyabr 2014-cü il tarixli qərardadından görünür ki, iddiaçı Nümayəndə iddianın təmini tədbirinə dair ərizəsi qismən təmin edilmiş, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək “Lexus LX-570” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-116/2015 saylı mülki işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X38 İdarəsinin xx.xx.2014-cü il tarixli 016-43721- 1214 nömrəli məktubundan görünür ki, “Lexus LX 570” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdən hal-hazıra kimi ünvan 3 ünvanda Cavabdeh2 adında qeydiyyatdadır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-116/2015 saylı mülki işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-116/2015 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, iddiaçı Nümayəndə ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6323/2014 saylı, 19 sentyabr 2014-cü il tarixli qərardadı əsasında seçilmiş iddianın təmin edilməsi ləğv olunmuş və Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, 37A saylı binanın 1 saylı mənzili və “Lexus LX 570” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşın həbsdən azad edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-116/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı əsasında seçilmiş iddianın təmin edilməsi ləğv olunmuş və “Lexus LX 570” markalı, **-MB-*** dövlət nömrə nişanlı avtomaşın həbsdən azad edilmişdir. Mülki iş üzrə obyektiv tədqiqat aparılması məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin vəkili-nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertlər qarşısında “2009-cu il buraxılışlı “Lexus LX570” minik markalı avtomobilin (orta vəziyyətdə olan) nəzəri qaydada hesablanmaqla 2013-cü il tarixə olan orta bazar qiymətinin nə qədər təşkil etməsi” barədə sual qoyulmuşdur. Mülki iş üzrə yaranmış zərurətlə əlaqədar xx.xx.2022-ci il tarixdə X18 tərəfindən verilmiş və öldüyü günə qüvvədə olan etibarnamələr barədə ətraflı məlumatların və sənədlərin təqdim edilməsi barədə məktubla AR Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunmuş, Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla həmin Notariat Ofisində ** CT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair verilmiş etibarnamələrin elektron notariat avtomatlaşdırılmış sistemindən çıxarışlar məhkəməyə təqdim edilmiş, Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə isə etibarnamələrin Bakı şəhəri 6, 13, 44 və 51 saylı, habelə Abşeron rayon 2 saylı notariat ofislərində rəsmiləşdirildiyi müəyyən edildiyindən həmin ofislərdən əldə edilməsi tövsiyə edilmişdir. Məhkəmənin yuxarıda qeyd edilən məzmunda xx.xx.2022-ci il tarixli məktubu həmin notariat ofislərinə ünvanlanmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş “Elektron notariat” X1 Çıxarışdan görünür ki, istehsal ili 2009-cu il, dövlət qeydiyyat nişanı **-CT-*** olan LEXUS-LX570 minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X18 olmaqla, Cavabdeh1 tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 28187 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə əsasında sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər X3 etibar edilmişdir (etibarnamənin tipi: nəqliyyat vasitəsinə dair sərəncam hüququ). Mülki işin materiallarında olan Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş “Elektron notariat” X1 Çıxarışdan görünür ki, istehsal ili 2009-cu il, dövlət qeydiyyat nişanı **-CT-*** olan LEXUS-LX570 minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X18 olmaqla, X6 tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 29685 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə əsasında sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər X5 etibar edilmişdir (etibarnamənin tipi: nəqliyyat vasitəsinə dair sərəncam hüququ). Mülki işin materiallarında olan Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş “Elektron notariat” X1 Çıxarışdan görünür ki, istehsal ili 2009-cu il, dövlət qeydiyyat nişanı **-CT-*** olan LEXUS-LX570 minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X18 olmaqla, X9 tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 29688 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə əsasında nəqliyyat vasitəsindən istifadə hüququ Cavabdeh2 etibar edilmişdir. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8654 nömrəli 18 yanvar 2023-cü il tarixli ekpsert rəyindən görünür ki, “Lexus-LX570” markalı, 2009-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin 2013-cü il tarixə nəzəri orta bazar qiyməti təxminən 40000,0 manat müəyyən olunur. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki işin materiallarında olan Şəmkir RİH Başçısının Şiştəpə kənd İƏD üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli 42 nömrəli arayışından görünür ki, Cavabdeh1 mərhum qardaşı X10 dəfn xərcini çəkmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 atası X18 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə onlar atalarından qalmış miras əmlaklara vərəsə qismində tanınmışlar. Belə ki, hazırki iş üzrə iddiaçılar həmin qətnamə ilə birinci növbəli qanun üzrə vərəsələr hesab olunmuş və hazırki mübahisənin yaranmasına əsas olan X2 miras qalmış “Lexus- LX570” markalı, **-CT-*** dövlət nömrə nişanlı minik avtomobilinə hər birinin ¼ hissədə miras payı müəyyən edilmiş, bunun əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişlər. Qətnamədən görünür ki, hazırki iş üzrə Cavabdeh1 həmin avtomobili 65000 manata satdığını və əldə etdiyi pulu borcların qaytarılmasına sərf etdiyini etiraf etmişdir. Hazırda iddiaçılar atalarından qalmış miras əmlakın Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılması nəticəsində onlara maddi və mənəvi zərər dəydiyini bildirərək, 65000 manat məbləğində maddi zərərin və 10000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsini məhkəmədən xahiş edirlər. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələb əsassızdır və hüquqdan sui-istifadə xarakteri daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıların mərhum atalarına məxsus olmuş “Lexus-LX570” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə onların ¼ hissədə miras paylarının müəyyən edilməsi, həmin əmlakın isə Cavabdeh1 tərəfindən digər Cavabdeh2 65000 manata satılması işin mübahisəsiz halını təşkil edir. İddiaçıların qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onlara məxsus olduğu təsdiq olunan əmlakın onların mülkiyyətinə verilməsi üçün artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını tələb etmək və ya həmin əmlaka dair bağlanmış əqdin etibarsızlığını mübahisələndirərək, əmlakın özünü tələb etmək hüquqları olduğu halda, onlar bunun əvəzinə maddi və mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, hazırki mübahisənin yaranmasına əsas olmuş əmlaka dair iddiaçıların mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamələri var deyə, onların əmlak əvəzinə pul tələbi etməsi məqsədəmüvafiq deyildir. Çünki bu zaman hüququn mütənasiblik və ədalət prinsipi pozulur, iddiaçılar hüquqlarını hüquqa uyğun həyata keçirməmiş və hüquqlarından sui-istifadə etmiş olurlar. Məhkəmə qətnaməsinin icra edilməsini və ya əqdi mübahisələndirərək, əmlakın özünü cavabdehlərdən tələb etmədən, iddiaçıların hazırki tələblə məhkəməyə müraciət etmələri həm də ona görə məqsədəmüvafiq hesab olunmur ki, maddi və mənəvi zərərin qət edilməsinə dair qətnamə çıxarıldığı halda, yenə də iddiaçıların həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamələri mövcud olacaq (belə ki, məhkəmə qətnaməsi əsasında iddiaçılara verilən şəhadətnamələr cavabdehlər tərəfindən mübahisələndirilmədiyi müddətdə qüvvədə olacaqdır) və onlar Şəmkir Rayon Məhkəməsinin qətnaməsinin icra edilməsini və ya əmlaka dair bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirmək və əmlakı cavabdehlərdən tələb etmək hüquqlarını itirməyəcəklər. Bu isə gələcəkdə onların əsassız varlanması ilə nəticələnə bilər. Göründüyü kimi, hazırki tələblərin təmin edilməsinə dair qətnamə çıxarılması mübahisə tərəfləri arasında olan mülki dövriyyə münasibətlərində xaos yaranması ilə nəticələnək, yeni məhkəmə mübahisələrinə yol açacaq ki, bu da mülki dövriyyəni təmin etmək baxımından mülki qanunvericiliyin vəzifələrinə zidd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, mülki dövriyyəni təmin etmək Bu Məcəllənin vəzifəsidir. Mülki Məcəllənin 560.1-560.2-ci maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3, 560.3.3-cü maddələrinə uyğun olaraq, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi növüdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 234.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul iddiaçılardan müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbəğində pul iddiaçılardan müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova