Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3034/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin aprel ayında İnstaqram vasitəsilə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh iddiaçıya məxsus Türkiyə istehsalı olan mebel dəstinin bərpasını öz öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya görə mebel dəstinin aparılması, sökülməsi, tam yenidən boyanması üçün 4.600 manat məbləğində vəsait ödənilməli idi. İddiaçı 2021-ci ilin aprel-may ayları ərzində Cavabdeh 3.600 manat məbləğində pul ödəmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir iş görülməmişdir, hər dəfə bir bəhanə ilə işin təhvil verilməsi müddəti uzadılmışdır. Bundan başqa, Cavabdeh tərəfindən ona bərpa etmək üçün təhvil verdiyi mebel dəstinin bəzi hissələri itirilmiş, mebelin güzgüsü və servantın 3 yan hissəsinin şüşələri qırılmış, 4 ədəd şüşə rəfləri isə sexdə itmişdir, ona təhvil verilmiş “AFA” firması istehsalı olan taburetin iki ayağının bərkidici milləri itirilmişdir. Cavabdeh tərəfindən görülmüş işlər tam keyfiyyətsiz vəziyyətdə olmuşdur. İddiaçı dəfələrlə Cavabdeh bildirmişdir ki, ya mebel dəstini bərpa etsin, ya da ondan aldığı 3.600 manat məbləğində pulu qaytarsın. Lakin o hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir. Beləliklə, Cavabdeh öz öhdəliklərini icra etməkdən boyun qaçırır. İddiaçı cavabdehin maddi durumunu başa düşərək pulun qaytarılması ilə bağlı bir müddət ərzində onu narahat etməmişdir. Hal-hazırda isə iddiaçıya aydın olmuşdur ki, cavabdeh pulun qaytarılması üçün heç bir cəhd etmir və pulu qaytarmaq niyyəti yoxdur. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu PB-nə müraciət etmişdir. Cavabdeh polisdə 2.400 manat pulun ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh özü vəd etdiyi pulu ödəməmişdir. Polis bölməsinin arayışında göstərilir ki, Cavabdeh ilə aralarında olan mübahisənin həlli ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək lazımdır. Qeyd edilənlərə əsasən, Cavabdeh 3.600 (üç min altı yüz) manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Nəsimi RPİ-nin 19-cu PŞ tərəfindən verilən Arayışın surətindən görünür ki, İddiaçı ilk öncə şikayət ərizəsi ilə Polis Şöbəsinə müraciət etmiş və bildirmişdir ki, sossial şəbəkə vasitəsi ilə tapdığı SSS şirkəti, mebel avadanlıqlarının təmiri və bərpası işləri ilə məşğul olan Cavabdeh ilə tanış olduğunu və təmirə ehtiyac olan mebellərini xx.xx.2021-ci il tarixdə ona verdiyini və bunun üçün 3.600 manat pul ödədiyini bildirmişdir. Lakin, qarşı tərəfin təxminən 1.200 manatqlı iş gördüyünü, başqa işlərin qaldığını və pulun qalığının qaytarılmamasında köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh müəyyən olunaraq 19-cu PŞ-ə dəvət olunmuş və faktla bağlı izahatı alınmışdır. Cavabdeh pulun qalan miqdarının hissə-hissə qaytarılmasına söz verib izahatında təsdiq edərək öhdəlik götürmüşdür. Araşdırma zamanı toplanmış materialda heç bir cinayət tərkibinin olmaması və İddiaçı müraciətində göstərilən xüsusatların mülki xarakterli olması nəzərə alınmaqla toplanış material 19-cu PŞ-nin dəftərxanasında işə tikilməli, mülki mübahisələrin həlli ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi İddiaçı izah edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-də izahatı alınan Cavabdeh izahatında qeyd etmişdir ki, İddiaçı 2021-ci ildən etibarən mebel sifarişi ilə əlaqədar olaraq tanıyır. İddiaçı 3.600 manat məbləğində pul aldığını, dekabr ayına kimi 700 manat məbləğində ödəniş edəcəyinə, yerdə qalan 1700 manatı isə hər ay 500 manat ödəməklə borcu bitirəcəyinə dair söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı təmirə ehtiyacı olan mebellərini 2021-ci il tarixdə Cavabdeh vermiş və bunun üçün 3.600 manat məbləğində pul ödəmişdir. Cavabdeh üzərinə götürdüyü işi lazımi şəkildə yerinə yetirmədiyindən və aldığı pulu iddiaçıya qaytarmadığından iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Nəsimi rayon Polis İdarəsinin Polis Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. Polis Şöbəsində Cavabdeh öz izahatında iddiaçıdan 3600 manat məbləğində pulun alınmasını etiraf etmiş, pulun hissə-hissə ödənilməsi barədə söz versə də, pulun iddiaçıya qaytarılmasını təmin etməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə yalnız 3600 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3034/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3034/2023
18.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver