Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3040/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Mehdiyeva Gülarə Sahib qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil4, Cavabdeh X3 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı notariat ofisinə, Cavabdeh3 və X2rşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinə qarşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 99.60 (doxsan doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
3. İddiaçının vəkili-nümayəndəsi olmuş Vəkil1 ərizə təqdim edərək, Cavabdeh3 və X3 əlavə cavabdeh qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanası tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə göndərilmiş İddiaçı və vəkili-nümayəndəsi Vəkil4 imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizə ilə iddianın baxılmamış saxlanılaraq geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili-nümayəndəsi tərəfindən məhkəməyə ərizələrin etibarsız hesab edilməsi barədə iddia ərizəsi təqdim edilmişdir. Həmin iddianın verildiyi vaxt iddiaçı X1 Dubay şəhərində beynəlxalq axtarışda olmuşdur. İddia ərizəsi verildikdən sonra o, Dubayda saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya olunmuş və istintaq orqanlarına təhvil verilmişdir. Hazırda barəsində istintaq aparıldığı üçün Bakı İstintaq Təcridxanasında saxlanılır. İddiaçı hazırda icraatda olan həmin iş üzrə iddiadan imtina edir və iş üzrə məhkəmə iclasında iştirak etmək istəmir. Həmçinin, iş üzrə vəkili-nümayəndəsi olan Vəkil1 və Vəkil3 imtina edir. Bununla yanaşı, “Vəkil3 və Partnyorları” Vəkil Bürosu tərəfindən göstərilən bütün növ hüquqi yardımlardan imtina edir.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil4 xx.xx.2025-ci il tarixli ərizəni müdafiə edib, iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında cavabdeh X3 vəkili Vəkil2 xx.xx.2025-ci il tarixli ərizəyə etiraz edib, işə mahiyyəti üzrə baxılmasını xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər Cavabdeh3 və Bakı şəhəri 14 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iddia ərizəsini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanası tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə göndərilmiş İddiaçı və vəkili-nümayəndəsi Vəkil4 imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlər və dövlət rüsumu ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1, 114.1.3-cü maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 170.1-ci maddə. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
11. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarı: 2-ci bənd. Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
12. Yuxarıda qeyd edilən normanın və müvafiq qərarın hazırkı işə tətbiqi nəticəsində məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlər və dövlət rüsumu ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Cavabdehin vəkilinin etiraz edərək işə mahiyyəti üzrə baxılmasını tələb edilməsinə münasibətdə isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarındakı hüquqi mövqeyə istinadən qeyd edilməlidir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə:
13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Bakı 14 saylı notariat ofisinə, Cavabdeh3 və X2rşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 99.60 (doxsan doqquz manat altmış qəpik) manat məbləğində pul iddiaçıya geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova