Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3044/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, məhkəmənin icraatında X3 Cavabdeh qarşı pul tələbi və X1 Cavabdeh qarşı pul tələbinə dair bir icraata biləşdirilmiş mülki işlər vardır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumt verilməsinə baxmayaraq, onlara məhkəmə iclasında iştirak etməmişlərdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki işlər bir icraata birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan iddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair və X1 Cavabdeh qarşı pul tələbinə dair bir icraata biləşdirilmiş mülki işlərin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(006)-3044/2024 saylı mülki iş, iddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair və X1 Cavabdeh qarşı pul tələbinə dair bir icraata biləşdirilmiş 2(006)-3041/2024 saylı mülki işlərlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(006)-3044/2024 saylı mülki iş, iddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair və X1 Cavabdeh qarşı pul tələbinə dair bir icraata biləşdirilmiş 2(006)-3041/2024 saylı mülki işlərlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda (2(006)-3041/2024 nömrə ilə) baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3044/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3044/2024
11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver