Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-306/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı5 iştirakı ilə, İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 və qeyriləri cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara vurulmuş mənəvi zərərə görə onların hər birinə 50.000 manat; İddiaçı1 vurulmuş maddi zərərə görə 27.360 manat; İddiaçı2 vurulmuş maddi zərərə görə 36.100 manat; İddiaçı3 vurulmuş maddi zərərə görə 185.440 manat; İddiaçı4 vurulmuş maddi zərərə görə 44.000 manat və İddiaçı5 vurulmuş maddi zərərə görə 182.700 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, 7 may 2017-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda aşağıdakılar göstərilib: "Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyətininhəyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, Vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və Vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər. Bəyanatdan məlum olub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb. Sonradan məlum olub ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib. Həmçinin yüzlərlə əsgər və zabit bu cinayət işinin istintaqı çərçivəsində istintaq dövründə cəlb edilib, amansız işgəncələrə məruz qalıb və ən azı 11 nəfər istintaq dövründə verilən işgəncələr nəticəsində ölüb. Bütün bu hadisələr Azərbaycan cəmiyyətində şərti "Tərtər işi" adlanır və vaxtaşırı geniş ictimai müzakirələrə və debatlara səbəb olur. İddiaçılar da sözügedən cinayət işi çərçivəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları kimi hərbi xidmətdə olarkən 2017-ci ilin may və iyun aylarında saxlanılıb və işgəncələrə məruz qalıblar. İddiçıların qanunsuz azadlıqdan məhrum edilməsi və ağır işgəncələrə məruz qalması Tərtər Hərbi Məhkəməsinin 3 hökmü - Tərtər Hərbi Məhkəməsinin iş № 1 (098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli, Tərtər Hərbi Məhkəməsinin iş № 1 (098)-9/2019 saylı, 13 mart 2019-cu tarixli və Tərtər Hərbi Məhkəməsinin iş № 1 (098)- 6/2020 saylı, 29 yanvar 2020-ci il tarixli hökmləri ilə təsdiq olunur. İddiçılardan 5-nin - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 zərəçəkmiş şəxs qismində tanındığı birinci iş üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X25, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X14 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X10 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək, məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin (X31 oğlunun sədrliyi ilə) 31 yanvar 2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov isə hər biri isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. İddiçılardan 3-nün - İddiaçı1, İddiaçı5 və İddiaçı4 zərərçəkmiş şəxs qismində tanındığı ikinci cinayət işi üzrə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X1, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X15, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X11, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X5 və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X21 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.23, 1263, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu tarixli hökmünə əsasən (X31 oğlunun sədrliyi ilə) X1 6 il, X15 6 il, X11 5 (beş) il 6 (altı) ay, X5 6 il, X21 isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İddiaçılardan birinin - İddiaçı2 zərərçəkmiş şəxs qismində tanındığı üçüncü cinayət işi üzrə N nömrəli hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik X19 Azərbaycan Respublikası CM-nin 331.2, 3313 və 341.1-ci maddələri ilə təqsirləndirilərək məhkum edilib. Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci tarixli hökmünə əsasən (X31 oğlunun sədrliyi ilə) X19 1000 (bir min) manat cərimə cəzasına və 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Birinci iddiaçı - İddiaçı1 2014 cü il mart ayının 18-i bağlanmış 3 illik xidmət müqaviləsi əsasında əvvəl N saylı hərbi hissənin, 3-cü taborun minaatan bölüyündə əsgər rütbəsində sürücü vəzifəsində xidmətə başlayıb, bir il sonra isə N saylı hərbi hissənin 2-ci taborunun maddi texniki təminat bölüyündə sürücü kimi xidmətini davam etdirib. 2017-ci ilin may və iyun ayının əvvəllərində Tərtər rayonunun Marquşevan və N saylı hərbi hissənin Mingəçevirdəki köhnə qərargah binasında ağır işgəncələrə məruz qalıb. O, mütəmadi olaraq şlanqla dayanmadan döyülüb, suda boğulub, bədənin müxtəlif nahiyələrinə elektrik cərəyanı verilib, 5 sağlam dişi sifətinə vurulan zərbədən sındırılıb və s. (baxın, 31 yanvar 2019-cu il tarixli hökmün 144-145-ci səhifələri; Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu tarixli hökmünün 149-150-ci səhifələri). Məhkəmə tibb ekspertizasının 24 aprel 2018-ci il tarixli 1047 saylı rəyindən görünür ki, "İddiaçı1 sol bel nahiyəsində, sağ-bazu çiyin oynağının ön, sol mil bilək oynağının və sol əlin arxa səthində, sol almacıq nahiyəsində yaraların sağalmış izləri olan çapıq toxumaları və piqmentasiya sahələri aşkar edilmişdir. Heç bir tibbi sənədi olmadığı üçün həmin izlərin əmələ gəlmə mexanizmi və müddəti barədə dəqiq bir fikir söyləmək mümkün deyildir, lakin saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə əsasən demək olar ki, sol almacıq nahiyəsindəki çapıq toxumanın bərk küt əşyanın (əşyaların) təsirindən, digərlərinin isə elektrik naqillərinin termiki təsirindən törətmələri istisna olunmur, şəxsin ekspertiza zamanı özünün göstərdiyi, həmçinin qərarın təsviri hissəsidə qeyd edilən tarixdə və şəraitdə də yetirlmələri mümkündür, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir". (baxın, 31 yanvar 2019-cu il tarixli hökmün 409-cu, 13 mart 2019-cu il tarixli hökmün 266-cı səhifələri). İkinci iddiaçı - İddiaçı2 2014-cü il iyul ayının 21-də 3 illik müqavilə əsasında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi N saylı hərbi hissədə xidmətə başlayıb. N-ci ilin sonlarına doğru xidmət üçün N saylı hərbi hissəyə göndərilib, orada əlahiddə tank bölüyündə xidmətinə davam edib. 2016-cı il aprel döyüşlərində iştirak edib. 2017-ci ilin may ayının 7-31-i tarixlərində ermənilərə işləmək ittihamı adı altında Tərtər rayonunun Cəmilli, Marquşevan kəndlərində və N saylı hərbi hissənin Mingəçevirdəki köhnə qərargah binasında ağır işgəncələrə məruz qalıb. O, müxtəlif predmetlər, şlanq, plastik boru, o cümlədən əl və ayaq zərbələri ilə davamlı şəkildə döyülüb, suda boğulub, bədəninə elektrik cərəyanı verilib və s. Daha sonra isə 31 may 2017-ci ildə xidməti uyğunsuzluq adı altında hərbi xidmətdən tərxis edilib (baxın, 31 yanvar 2019-cu İl tarixli hökmün 218-219-cu səhifələri, 29 yanvar 2020-ci il tarixli hökmün 108-109-cu səhifələri). Məhkəmə-tibbi ekspertizasının 24 may 2018-ci il tarixli, 1261 saylı rəyindən görünür ki, İddiaçı2 hər iki mil-bilək oynağı nahiyəsində termiki yaraların, döş qəfəsinin arxa səthində, hər iki kürək nahiyəsində əzilmiş-sıyrılmış yaraların sağalmış izləri olan piqmentasiya sahələri aşkar edilmişdir. Heç bir tibbi sənədi olmadığı üçün həmin izlərin əmələ gəlmə mexanizmi və müddəti barədə dəqiq fikir söyləmək mümkün deyildir, lakin saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə əsasən demək olar ki, kürək nahiyəsində olan piqmentasiya sahələri bərk küt əşyanın (əşyaların), digərləri isə elektrik naqillərinin yerli kontakt termiki təsirindən törənə bilərdilər, şəxsin ekspertiza zamanı özünün göstərdiyi, həmçinin qərarın təsviri hissəsində qeyd edilən tarixdə və şəraitdə də yetirilmələri mümkündür, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. (baxın, 29 yanvar 2020-ci il tarixli hökmün 47-ci səhifəsi). Üçüncü iddiaçı - İddiaçı3 2008-ci ilin avqustun 8-də Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub və 2012-ci ilin iyunun 26-da həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib, leytenant rütbəsində bu məktəbdən məzun olub. 2013-cü ilin iyun ayından etibarən N saylı hərbi hissənin kəşfiyyat bölüyünün birinci tağım komandiri vəzifəsinə təyin olunub. 2016-cı ilin aprel döyüşlərinin iştirakçısıdır. 2 may 2017-ci ildən etibarən may ayı boyunca Tərtər rayonunun Marquşevan kəndindəki köhnə hərbi hissədə taxta parçası və rezin borularla, əl və ayaq zərbələri ilə günlərlə döyülüb, mütəmadi boğazına su tökülməklə boğulub, belinə qaynar maye tökülüb, bədəninə davamlı elektrik cərəyanı verilib, baş barmağının dırnaqları çıxarılıb və s. (31 yanvar 2019-cu il tarixli hökmün 181-184-cü səhifələri). İddiaçı3 2017-ci ilin mayında Azərbaycan Resublikası CM-nin 274-cü maddəsi İlə təqsirləndirilən şəxs qismində cəlb edilib, DTX-nın istintaq təcridxanasında, Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanıb. 2018-ci ilin may ayında CM-nin 274-cü maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib, lakin CM-nin 334.1, 344.1 və 228.1-ci maddələri ilə təqsirləndirilib. 2018-ci ilin avqustun 22-də həmin maddələrlə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və 2018-ci ilin noyabrın 3-də azadlığa çıxıb. Məhkəmə-tibbi ekspertizasının 21 may 2018-ci İl tarixli, 1238 №4 rəyindən görünür ki, "İddiaçı3 sol çiyin, hər iki kürək və hər iki sağ çiyin nahiyələrində əzilmiş-sıyrılmış yaraların, sağ daban nahiyəsində termiki yaranın sağalmış izi olan piqmentasiya sahələri aşkar edilmişdir. Heç bir tibbi sənədi olmadığı üçün həmin izlərin əmələ gəlmə mexanizmi və müddəti barədə dəqiq fikir söyləmək mümkün deyirdir, lakin saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə əsasən demək olar ki, sağ daban nahiyəsində olan piqmentasiya sahəsi elektrik naqillərinin yerli kontakt termiki təsirindən, digərləri isə bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, şəxsin ekspertiza zamanı özünün göstərdiyi, həmçinin qərarın təsviri hissəsində qeyd edilən tarixdə və şəraitdə də yetirilmələri mümkündür, ümumilikdə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, ayrı-ayrılqda isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir" (Baxın, 31 yanvar 2019-cu il tarixli hökmün 414-cü səhifəsi). Dördüncü iddiaçı - İddiaçı4 2017-ci ilin may ayında Tərtər rayonunun Marquşevan kəndindəki N saylı hərbi hissənin köhnə qərargah binasında amansız işgəncələrə məruz qalıb. Onu ermənilərə işləməsini etiraf etməsi tələbi ilə mütəmadi olaraq müxtəlif predmetlərlə, o cümlədən şlanq, plastmas boru, eləcə də əl-ayaq zərbələri ilə döyüblər, bədəninin müxtəlif yerlərinə - sol ayağının baş barmağına və xaya nahiyəsinə məftillər bağlayıb elektrik cərəyanı veriblər, suda boğublar və s. (baxın, 31 yanvar 2019-cu il tarixli hökmün 211-212-ci səhifələri, 13 mart 2019-cu il tarixli hökmün 194-195-ci səhifələri). Məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2017-ci il tarixli, 2070 №-li rəyindən görünür ki, "İddiaçı4 bədən səthində hər iki yuxarı və aşağı ətrafların, hər iki bel və sağrı nahiyələrinin çoxsaylı yanıq yaralarının sağalmış izləri olan çapıq toxumaları, hər iki kürək və bel nahiyələrinin çoxsaylı hematoma və qançırlarının sağalmış izləri olan piqmentasiyaları aşkar olunmuşdur. Qeyd edilən xəsarətlərdən yanıq yaralan yüksək hərarətin yerli, hematoma və qançırlar isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti şəxsin məhkəmə-tibbi ekspertizasından 5-6 ay əvvəl törənməyə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, ayrı-ayrılıqda isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur" (baxın, 31 yanvar 2019-cu il tarixli hökmün 416-cı səhifəsi, 13 mart 2019-cu il tarixli hökmün 271-ci səhifəsi). Beşinci iddiaçı - İddiaçı5 N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün sabiq komandiri, kapitan olub. 2017-ci ilin may ayında ermənilərə işləmək ittihamı ilə saxlanılıb, amansız işgəncələrə məruz qalıb, müxtəlif predmetlərlə, taxta parçası, plastmas boru və s. ilə mütəmadi döyülüb, bədəninə, xaya və yan nahiyələrinə elektrik cərəyanı verilib və s. (baxın, 31 yanvar 2019-cu il tarixli hökmün 153-155-ci səhifələri, 13 mart 2019-cu il tarixli hökmün 157-159-cu səhifələri). İddiaçı5 işgəncələrdən dəfələrlə huşunu itirib, hospitallarda müalicələr olunub, dövlətə xəyanət ittihamı ilə şübhəli şəxs qismində saxlanılıb, ancaq sonradan bu ittihama xitam verilib və yalnız CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilib, Gəncə istintaq tətcridxanasında saxlanılıb. Məhkəmənin hökmü ilə CM-nin 228.1-ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzası 13 may 2017-ci il tarixdən hesablandığı üçün 13 fevral 2018-ci il tarixdə azadlığa buraxılıb. Məhkəmə-tibbi ekspertizasının 21 noyabr 2017-ci il tarixli, 256/8 №-li rəyindən görünür ki, "İddiaçı5 bədənində aşkar olunmuş çapıq-piqmentasiyalar həmin nahiyələrdə olmuş yaraların izləridir, bərk küt əşyanın təsirindən yarana bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Tibbi sənəd məlumatlarına əsasən, İddiaçı5 bədənində aşkar edilmiş piqmentasiya sahələri həmin nahiyələrdə olmuş qançır izləri ola bilər, hansılar ki, bərk küt əşyanın təsirindən törənən və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən xəsarətlərə aiddir. Lakin tibbi sənəddə qeyd edilən "qançır izləri"nin rəngi və ətraflardakı çapıq toxumanın səciyyəvi morfoloji xüsusiyyətləri (rəngi, konturları, konsistensiyası, səthi və s.) göstərilmədiyindən, İddiaçı5 bədənində aşkar olunmuş qançır izləri olan piqmentasiya sahələrinin və yara izləri olan çapıqların mənşəyi, təbiəti və yaranma müddəti barədə dəqiq fikir söyləmək mümkün deyildir" (Baxın, 31 yanvar 2019-cu il tarixli hökmün 419-cu səhifəsi, 13 mart 2019-cu il tarixli hökmün 272-ci səhifəsi). Göründüyü kimi, şərti adı "Tərtər işi" adlanan cinayət işi çərçivəsində iddiaçılar qanunsuz və əsassız cinayət təqibinə məruz qalıb, qanunsuz azadlıqdan məhrum edilib və 2017-ci ilin may iyun aylarında, bəzən isə sonrakı tarixlərdə də onlara amansız işgəncələr verilib, daha sonra isə qanunsuz olaraq hərbi xidmətdən tərxis olunublar. Bununla da iddiaçılar fiziki, maddi və mənəvi ziyana məruz qalıb, peşəkar hərbçi karyerasından məhrum edilib, özləri və ailələri hazırda da stress və sarsıntı keçirir, hər hansı maddi gəlir və iş yerləri yoxdur. Bu səbəbdən, yəni təhqiqat və istintaq orqanının qanunsuz hərətəkətləri nəticəsində onlara vurulmuş mənəvi, fiziki və maddi ziyana görə iddiaçılar kompensasiya almalıdır. İddiaçılar onlara vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya tələb edirlər. Onlar hər biri mənəvi ziyana görə ayrı-ayrılıqda 50.000 (əlli min) manat (cəmi 250.000 manat) tələb edir. Maddi ziyana görə hər bir iddiaçılar hər biri aşağıdakı təzminat məbləği tələb edirlər: a) Birinci İddiaçı1 xidmət dövründə aylıq 760 (yeddi yüz altmış) manat əmək haqqı alıb. 2017-ci ilin mart ayında onun xidmət müqaviləsi bitsə də, o, xidmətini faktiki olaraq davam etdirib, nümunəvi xidmətinə görə onunla müqavilə müddətinin uzadılacağı bildirilib. Ancaq, 2017-ci ilin may ayında qanunsuz azadlıqdan məhrum edilməsi və amansız işgəncələrə məruz qalmasından sonra 2017-ci ilin iyun ayında hərbi xidmətdən tərxis edilib. Nəticədə o, növbəti 3 illik müqavilə üzrə qazancından məhrum olub. Bu isə 27.360 (iyirmi yeddi min üç yüz altmış) manat edir (36 ay X 760 = 27.360). O, hərbi xidmətdən tərxis olunduqdan sonra səhhətində yaranmış problemlərlə (bədənində yaralar, üst dişlərinin qırılması, sağ gözünün zəifləməsi, davamlı əsəb pozuntuları) bağlı müalicə alıb. Bağırsağından əməliyyat olunub. Bnununla bağlı sənədləri məhkəməyə təqdim edəcək. İddiaçı hazırda da əsəb pozğunluğu və təzyiqdən əziyyət çəkir, belində və əllərində yanıq izləri qalib. Üst dişləri sındırıldığından protez istifadə edir. Anası və atası onun başına gətirilənlərdən sonra ağır psixoloji zərbə alıblar, hər ikisi şəkər xəstəliyinə tutulublar. Həyat yoldaşı və uşaqları psixoloji gərginlik keçirib; b) İkinci İddiaçı2 müddətdən artıq hərbi xidmət hərbi qulluqçu kimi 3 (üç) illik müqavilə bağlayıb. Ona qarşı qanunsuzluqlar baş verəndə müqavilə müddətinin bitməyinə 21 gün qalmışdı. O, hərbi sistemdə qalıb xidmətini davam etdirmək istəyirdi. O, xidməti uyğunsuzluq adı altında hərbi xidmətdən tərxis edilib. İddiaçı aylıq 850 (səkkiz yüz əlli) manat əmək haqqı alıb. O, növbəti 3 illik müqavilədən məhrum edilməklə həmin dövr üçün potensial maddi qazanclarından da məhrum olub. Bu isə 30.600 (otuz min altı yüz) manat edir (36 ay X 850 = 30.600). Bundan başqa, o, tərxis edildikdən sonra məruz qaldığı amansız işgənələrə görə 5.500 (beş min beş yüz) manat məbləğində müayinə və müalicələrə pul xərcləyib. İddiaçının tələb etdiyi maddi zərərin yekun məbləği: 36.100 (otuz altı min yüz) manat təşkil edir. İddiaçının atası 1971-ci il təvəllüdlü X16 oğlunun başına gətirilən bu hadisələrdən sonra ciddi mənəvi və psixoloji travma alıb. İddiaçı hərbi hissədə saxlanıldığı vaxt, atası bir neçə dəfə hərbi hissəyə müraciət edib, onu axtarıb, hərbi hissədən ona deyiblər ki, oğlun "Vətən xainidir, çıx get, onu unut". Anası 1973-cü il təvəllüdlü X2, əsəb xəstəliyi tapıb, ağlamaqdan və həyəcandan gözlərində problemlər yaranıb, eynək taxmaq məcburiyyətində qalıb. c) Üçüncü İddiaçı3 2019-cu ilin fevral ayında zorla ərizə yazdırılaraq hərbi xidmətdən tərxis edilib. Hadisələrə qədər maaş aldığı sonuncu əy 2017ci ilin aprel ayı olub. Əvvəllər maaşı 1.157 (bir min yüz əlli yeddi) manat olsa da, sonradan heç bir imtahan olmadan ixtisasını dəyişdikləri üçün aprel ayı ərzində tağım komandiri kimi 976 (doqquz yüz yetmiş altı) manat alıb. Azadlığa çıxdıqdan sonra səhhətində yaranmış problemlərlə əlaqədar müayinələrə gedib, müayinələr nəticəsində müəyyən edilib ki, bir seansı 1.000-1.500 manat civarında olan müalicələr almalıdır, amma maddi imkanı olmadığından müalicələri almayıb. Hazırda da səhhətindəki kəskin ağırlarla yaşayır. Heç yerdə iş tapa bilmir. İşgəncələrdən belində və böyrəklərində şiddətli ağırlar olur, hava azacıq soyuyan kimi sol böyrəyi ağrılar verir. Sol böyrəyi ciddi şəkildə əzilib. İddiaçı 2017ci ilin apre!-2019-cu ilin fevral ayı müddətində, yəni 22 ay ərzində alacağı əmək haqından məhrum olub. Bu isə 21.472 (iyirmi bir min dörd yüz yetmiş iki) manat edir (22 ay X 976 = 21.472). Bundan başqa, o peşəkar hərbçi karyerasından məhrum edilib. O, 20 illik (2012- 2032-ci illər) müqavilə əsasında zabit kimi xidmətdə olmalıydı. Bu isə onun xidmət dövrünün qalan 14 ili (2019-2032) üçün potensial maddi qazancından məhrum edilməsidir. Bu isə 163.968 (yüz altmış üç min doqquz yüz altmış səkkiz) manat edir (168 ay X 976 = 163.968). İddiaçının maddi zərərə görə tələb etdiyi yekun məbləğ 185.440 (yüz səksən beş min dörd yüz qırx) manat edir. d) Dördüncü İddiaçı4 2017-ci illin noyabrında xidməti uyğunsuzluq adı aktında hərbi xidmətdən tərxis edilib. Tərxis edilən zaman müqavilə müddətinin bitməsinə 4 (dörd) ay qalıb. Həmin vaxt əmək haqqı 1.100 (bir min yüz) manat olub. Bu isə onun qalan 4 aylıq xidmət dövrü üçün 4.400 (dörd min dörd yüz) manat edir (4 ay X = 1.100) Eyni zamanda, iddiaçı növbəti 3 illik müqavilə müddətindəki potensial qazancından da məhrum olub. Bu isə 39.600 (otuz doqquz min altı yüz) manat edir (36 ay X 1.100= 39.600). Tərxis olunduqdan sonra bir müddət səhhətindəki problemlərlə bağlı müalicə alıb. İddiaçının maddi zərər görə tələb etdiyi yekun məbləğ 44.000 (qırx dörd min) manat təşkil edir. e) Beşinci İddiaçı5 məruz qaldığı işgəncələrdən ürəyində, qan-damar sistemində ciddi fəsadlar qalıb, mənəvi-psixoloji problemlər yaranıb. 2 il ərzində davamlı müalicələr alıb. Müalicəsinə təxminən 20.000 (iyirmi min) manat məbləğində xərci çıxıb. X8 Hospitalında, Bakıdakı Mərkəzi Klinik Xəstəxanada və Bakıdakı digər xəstəxanalarda alıb. İddiaçını "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin e) bəndi ilə, guya hərbi xidmətə uyğunsuz olması adı ilə xidmətdən təxris ediblər. O, 2017-ci İlin may ayına qədər aylıq olaraq 1.700 (bir min yedi yüz) manat əmək haqqı atıb. Zabit kimi müqaviləsi 20 illik idi və 2025-ci ilin avqust ayına qədər davam etməli idi. İşsiz qaldığı üçün həbsdə çıxdıqdan sonra şəxsi X5 avtomobilini satmaq məcburiyyətində qalıb, maşın yaxşı vəziyyətdə olub, real qiyməti 30.000-31.000 (otuz, otuz bir min) manat olsa da, iddiaçı onu təcili şəkildə 22.000 (iyirmi iki min) manata satmaq məcburiyyətində qalıb. Nətiəcədə 8.000 (səkkiz min) manat maddi zərərə uğrayıb. Onun məruz qaldığı maddi zərər yekun olaraq belədir: 20.000 (iyirmi min) manat müayinə və mülaicə xərci, 8.000 (səkkiz min) manat avtomobilin real dəyərindən məruz qaldığı ziyan və xidmət dövründən qalan 7 il 7 ay (2017- ci ilin may ayından 2025-ci İlə qədər) üçün məruz qaldığı potensial maddi itki: 154.700 (yüz əlli dörd min yeddi yüz) manat (91 ay X 1.700 = 154.700). İddiaçının maddi zərərə görə tələb etdiyi yekun məbləğ 182.700 (yüz səksən iki min yeddi yüz) manat edir. İddiaçılar müayinə və müalicə olunmaları, avtomobilin real dəyərindən aşağı qiymətə satılması ilə müvafiq sübutları məhkəmə iclasında təqdim edəcəklər. Daha sonra iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı3 vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min manat) manat, vurulmuş maddi ziyana görə 21.600 (iyirmi bir min altı yüz) manat, cəmi 121,600 (yüz iyirini bir min altı yüz) manat məbləğində kompensasiyanın, digər İddiaçı5 vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min manat) manat, vurulmuş maddi ziyana göm 14,860 (on min dörd yüz), cəmi 114,860 (yüz on dörd min səkkiz yüz altmış) manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı 13 may 2017-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti, kapitan İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 04 avqust 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İddiaçı5 həbsdə saxlanılma müddəti 2 ay olmaqla 13 oktybar 2017-ci il tarixədək, 06 oktyabr 2017-ci il tarixdə isə onun həbsdə qalma müddəti Bakı Hərbi Məhkəməsi tərəfindən 2 ay olmaqla 13 dekabr 2017-ci il tarixədək, 05 dekabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən İddiaçı5 həbsdə saxlanılma müddəti daha 1 ay olmaqla 13 yanvar 2018-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə aparılmış iş üzrə ibtidai istintaq 15 dekabr 2017-ci il tarixdə tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli hökmünə əsasən İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 04 yanvar 2018-ci il tarixli qərarı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2022-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hümbətova həvalə edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə İddiaçı5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü və digər maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı 07 may 2017ci il tarixdə İddiaçı3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 25 avqust 2017-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin qərarı ilə İddiaçı3 həbsdə saxlanılma müddəti 4 ay olmaqla 08 yanvar 2018-cİ ilə qədər uzadılmışdır. 21 sentyabr 2017-ci il tarixdə İddiaçı3 barəsində daha əvvəl istintaqı aparılan İddiaçı3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3, 341.1 və 347-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaq davam etdirilmişdir. 20 dekabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə İddiaçı3 həbsdə saxlanılma müddəti 5 ay olmaqla 03 iyun 2018-ci il tarixədək uzadılmışdır. 01 mart 2018-ci il tarixdə ********* nömrəli cinayət işindən İddiaçı3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsi barədə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaq aparılmışdır. 04 may 2018-ci il tarixdə cinayət işi üzrə İddiaçı3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və 347-ci maddələri ilə istintaq olunan hissəsinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, həmin tarixdə İddiaçı3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 331.3 və 341.1-ci maddələrinə tövsif olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. 11 may 2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 22 iyun 2018-ci il tarixli hökmü ilə İddiaçı3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İddiaçı3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 331.3 və 341.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cİnayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Bakı Hərbi Məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 31 may 2018-ci il tarixli qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi yenidən baxılması üçün Bakı Hərbi Məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının 22 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 iyun 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Qasım Məmmədova həvalə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 331 -ci maddəsi ləğv edildiyindən və 1.72-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 iyun 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 331.3 və 341.1-ci maddələrindən həmin Məcəllənin 228.1, 329.1 və 341.1-ci maddələrinə tövsif edilmişdir. İstintaqın nəticəsində 05 avqust 2022-ci il tarixdə İddiaçı3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 329.1-ci maddələri ilə həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iş üzrə iddiaçılar İddiaçı5 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, İddiaçı3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 347, 228.1 və 331.3-cü (329.1-ci maddəyə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı3 əsassız otaraq dövlətə xəyanətlə bağlı ağır ittihamlara məruz qalmış, barəsində 07 may 2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, əlavə ittiham verilmiş, əlavə ittihamla təqsirli bilinərək 18 (on səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasma məhkum edilmiş, 07 may 2017-ci ildən 07 noyabr 2018-ci il tarixə qədər, yəni 18 (on səkkiz) ay həbsdə saxlanılmış, həbsinin ilk 1 ayı ağır işgəncələrə məruz qalmış, nəticədə səhhətində ağır fəsadlar yaranmış və indiyə qədər qalmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifdəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı5 əsassız olaraq qanunsuz silah saxlama ittihamına məruz qalmış, barəsində 13 may 2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə artırılmış, irəli sürülmüş ittihamla təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 may 2017-ci il tarixdən 13 fevral 2018-ci il tarixə qədər, yəni 09 (doqquz) ay həbsdə saxlanılmış, həbsinin ilk 1 ayı ağır işgəncələrə məruz qalmış, nəticədə səhhətində ağır fəsadlar yaranmış və indiyə qədər qalmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifdəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı3 cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında baş leytenant rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqı 2017-ci ilin aprel ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 1200 (bir min iki yüz) manat olmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin 07 may tarixindən 18 ay müddtətində, yəni 2018-ci ilin dekabr ayına qədər faktiki aylıq qazancından məhrum olmuşdur. Bu isə 21,600 (iyirmi bir min altı yüz) manat edir (1200x18ay=21,600). İddiaçı3 vurulmuş mənəvi zərərə görə isə 100,000 (bir yüz min) manat tələb edir. İddiaçı5 cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında kapitan rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 1,650 (bir min altı yüz əlli) manat olmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin 07 may tarixindən 09 ay müddətində, yəni 2018-ci ilin mart ayına qədər faktiki aylıq qazancından məhrum olmuşdur. Bu isə 14,860 (on dörd min səkkiz yüz altmış) manat edir (1650x9ay=14,860). İddiaçı5 vurulmuş mənəvi zərərə görə isə 100,000 (bir yüz min) manat tələb edir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-306/2022 saylı qərardadı ilə İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(006)-306/2022 saylı mülki iş üzrə İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-306/2022 saylı qərardadı ilə İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 münsibətdə baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı5 iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(098)-7/2019 saylı hökmündən görünür ki, X26, X14 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İddiaçı5 zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(098)-9/2019 saylı hökmündən görünür ki, X1, X15, X11, X5 və X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İddiaçı5 zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi X9 cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. İddiaçı5 məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə hesaba 1.190,46 manat məbləğində pul nəğdsiz mədaxil edilmişdir. X12 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli psixoterapevtik müayinə haqqında rəydən görünür ki, psixoterapevtik müayinə üçün müraciət etmiş xx.xx.1986-ci ildə anadan olmuş İddiaçı5 verdiyi məlumata əsasən, o, 2010-cu ilin avqust ayından etibarən cəbhəyanı hərbi hissədə Kəşfiyyat Tağım komandiri kimi xidmətdə olmuşdur. xx.xx.2017-ci il tarixində haqqında yaranmış hərbi cinayət şübhələri ilə əlaqədar olaraq həbs edilmişdir. Həbs müddətində, istintaq prosesində ağır işgəncələrə (dırnağının çıxarılması, elektrik naqilinə qoşulması, armaturla döyülməsi və s.) məruz qaldığını bildirmişdir. xx.xx.2018-ci il tarixində isə heç bir cinayət əməli olmadığı üçün sərbəst buraxılmışdır. İddiaçı5 xx.xx.2021-ci il tarixində psixoterapevtik müayinə üçün ona müraciət etmiş və tərəfindən müayinə edilmişdir. Müayinə zamanı aşkarlandı ki, İddiaçı5 gərgin görünüşlüdür, səbrsizdir. Yuxusu pozulub, yatan zaman qorxulu yuxular görür və yuxuda sayıqlayır, buna görə də tez-tez oyanır, hirslidir, daxili aqressiya hiss olunur. Özünə, ətraf mühitə və zamana bələdlik saxlanılıb. Diqqəti zəifləyib. Başına gələni həvəssiz danışır, amma sifət cizgilərindən, baxışlarından hiss olunur ki, həmən an necə gərginləşir, səs tonu dəyişir. Əhval-ruhiyyəsi qeyri-sabitdir, emosional davamsızdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 13 may 2017-ci il tarixdə İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Tərtər Hərbi Məhkəməsinin 30 yanvar 2018ci il tarixli hökmü ilə İddiaçı5 Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası 13 may 2017-ci il tarixdən hesablandığı üçün, o, 13 fevral 2018-ci il tarixdə azadlığa buraxılmışdır. Tərtər Hərbi Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 4 yanvar 2018-ci il tarixli qərarı verilmiş apellyasiya protesti nəticəsində ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə, daha sonra isə məhkəmənin 18 aprel 2022-ci il tarixli qərarı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər hərbi prokurora qaytarılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi X9 cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Hazırda İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi zərərə görə 14,860 manat, cəmi 114,860 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də İddiaçı5 vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 10.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir..Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Bu Məcəllənin 58.3-cü maddəsinə görə bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği və hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı 13 may 2017-ci il tarixə qədər kapitan rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş, onun sonuncu dəfə aldığı əmək haqqı 1.190,46 manat olmuşdur. Beləliklə iddiaçının barəsində həbs qətimkan tədbiri tətbiq edildiyi tarixdən azadlığa buraxıldığı tarixə kimi məhrum olduğu əmək haqqı (9ay*1.190,46) 10.714,14 manat təşkil etməkdədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia “maddi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 10.714,14 manat alınaraq İddiaçı5 ödənilməlidir. Belə ki, iddiaçı əmək haqqının məhkəyə təqdim edilmiş hesabdan çıxarışda göstərildiyindən daha yüksək olmasına dair dəlilləri təsdiq etmək üçün məhkəməyə hər hansu sübutu təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışı zamanı iddiaçının əmlakının müsadirə edilməsi və ya üzərinə həbs qoyulması, tərəfindən hökmün icrası zamanı cərimə ödənilməsi halları da müəyyən edilməmişdir. Qeyd edilmılidir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki-Prpsessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iddiaçının tələblərini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə qismən təmin edərək həmçinin qeyd etməyi zəruri sayır ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də maddi və mənəvi zərərin əvəzi оlаn cəmi 20.714,14 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 10.714,14 manat, mənəvi zərərə görə 10.000 manat, cəmi 20.714,14 manat alınaraq İddiaçı5 ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: “Dövlət rüsumu haqqında” Qanunun 9.1.13-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.2-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 10.714,14 manat və mənəvi zərərə görə 10.000 manat, cəmi 20.714,14 manat alınaraq İddiaçı5 ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-306/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-306/2022
25.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver