Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3062/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli 1(093)-84/2017 saylı hökmünə əsasən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror mərkəzinin rəisi vəzifəsində general-mayor rütbəsində xidmət etmiş Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125,145.3, 179.3.1, 179.3.2, 182.3.1, 187.3.2,302.2, 311.3.2, 311.3.3,31 1.3.4, 341.2.1 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.3.1, 182.3.2, 302.2, 341.2.1 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən Cavabdeh1 2010-2015-ci illərdə hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (bundan sonra mətndə MTN) Antiterror mərkəzinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə həmin mərkəzin rəis müavini, ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş X5, eləcə də 1-ci İdarənin 3cü şöbəsinin sabiq rəis müavini Cavabdeh2 və qeyrilərindən ibarət yaradılan mütəşəkkil dəstədə birləşib, xidməti vəzifələrinin icrası ilə əlaqədar rəhbərlik etdiyi qurumun müstəsna səlahiyyətlərindən yararlanıb vəzifəli şəxs kimi hakimiyyətdən və öz qulluq mövqeyindən suiistifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla, həmçinin hakimiyyətdən qəsdən istifadə etməməklə müntəzəm olaraq tamah məqsədilə və digər şəxsi maraqlarına görə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvətlər əldə etmək niyyətilə xidməti vəzifələri və şəxsi keyfiyyətləri ilə əlaqədar tabeçiliyində olan dəstə üzvləri arasında funksional bölgü aparılmasına şəxsən rəhbərlik edərək, qüvvədə olan Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında" 29 iyun 2004-cü il tarixli 712-11Q nömrəli Qanununun 1-ci, 5-ci, 6.3-cü maddələrinin tələblərinə əsasən sosial sahələrdə əsas milli maraqların, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin təmin edilməsini nəzərdə tutan xidməti vəzifəsi ilə bır araya sığmayan cinayətkar əməlləri Bakı şəhərində törətməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 saylı qərarı ilə təsdiq edilmiş “Əməliyyataxtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları" adlı hüquqi aktın tələblərini qəsdən pozaraq, 2011 -2015-ci illərdə raport və vəkalətnamələr əsasında əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-nin Maliyyə idarəsinin kassasından götürdüyü pul vəsaitlərinin 7.736.058 (yeddi milyon yeddi yüz otuz altı min əlli səkkiz) manat məbləğində külli miqdarda hissəsini əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan əməliyyat-axtarış tədbirlərinin icrası və müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşları və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib etdirməklə qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı ilə mənimsəmiş, hakimiyyətdən sui-istifadə edərək xidməti cəhətdən asılı olmuş zərərçəkmişin ləyaqətini mütəmadi olaraq alçaltma, hədəqorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun əməliyyat-axtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat axtarış-tədbirlərini həyata keçirməklə əldə etmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən sahibkar və ayrı-ayrı şəxslərin əmlak vəziyyəti, kommersiya sahəsində fəaliyyətləri, bank hesabları, həmin hesablar üzrə aparılan əməliyyatlar, habelə şəxsi həyatlarına aid digər sirləri barədə məlumatlardan istifadə edib kulli miqdarda əmlakı hədə-qorxu, şantaj etmə yolu ilə əldə etmə, həmçinin MTN-nin inzibati binasına gətizdirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etdikləri həmin şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz, qalmaqla, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı kulli miqdarda borc və kredit öhdəliklərinin yaranması, əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə külli miqdarda pul vəsaitlərini, əmlakları və əldə olunan hüquqlarını tələb edib əllərindən almaqla, eləcə də xidmət etdiyi sahə üzrə fəaliyyətlərinə umumi himayədarlığa görə şəxsən və vasitəçilərdən istifadə etməklə nəğd şəkildə rüşvət kimi alaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Çıxarılmış hökmün İddiaçı ilə bağlı hissəsində qeyd olunmuşdur ki, Cavabdeh1 2010-cu ilin yanvar ayından 2013-cü ilin oktyabr ayına kimi olan dövrdə, Bakı şəhərində, ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş Əliyev j İlqar Mustafa oğlu və digərləri ilə birlikdə mütəşəkkil dəstə tərkibində cinayət əməllərini davam etdirərək hakimiyyətdən və qulluq mövqeyindən özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni turizm sahəsində fəaliyyət göstərən “Elite Travel» məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və direktoru İddiaçı külli miqdarda pul vəsaitini ələ keçirmək üçün müntəzəm surətdə tamah məqsədilə sui-istifadə edib 22 yanvar 2010-cu ildə dəstə üzvü İlqar Əliyev və digərlərinə verdiyi qanunsuz göstərişlər əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan vətəndaşlarına Avropa və digər ölkələrə miqrant qismində səfər etmələri üçün saxta sənədlərlə vizalar təşkil etməsi barədə məlumatın yoxlanılması adı ilə qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və müvafiq qaydada rəsmiləşdirilməyən əməliyyat-axtarış tədbiri həyata keçirərək, funksional vəzifələrinin icrası üçün nəzərdə tutulan və digər texniki vasitələrindən zərurət olmadan qanunsuz istifadə etməklə məhdud məsuliyyətli cəmiyyətin ünvan 1 ünvanında yerləşən ofisinə daxil olub hər hansı prosessual qərar və ya protokol tərtib olunmadan cəmiyyətin maliyyə sənədlərini götürməklə İddiaçı Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətizdirib yaxın qohumları və ailə üzvləri ilə əlaqə saxlamasına imkan verməyərək hərəkət sərbəstliyini məhdudlaşdırıb xidməti otaqlarla doqquz saat saxlatdıraraq qanunsuz azadlıqdan məhrum etmiş, barələrində cinayət təqibi davam etdirilən dəstə üzvləri vasitəsilə İddiaçı cinayət işi başlayacağı, həbs edəcəyi, rüsvayedici məlumatlar yayacağı ilə hədələyib sərbəst buraxılmaması üçün birdəfəlik 100 000 manat, gələcək iqtisadi fəaliyyətinə maneçilik törədilməməsi, Avropa ölkələrinə turizm səyahətlərinin satışına icazə verilməsi müqabilində, ümumi himayədarlığa görə isə hər ay 6000 manat məbləğində pul verilməsini tələb etmiş, İddiaçı qanunsuz saxlanıldığına dəstə üzvlərinin səlahiyyətlərinə əsasən hədəni real qəbul edərək həbs olunmaması, sərbəst buraxılması, fəaliyyətində əlavə problemlərinin yaranmaması müqabilində tələb olunan pul vəsaitlərini ödəməyə razılaşdıqdan sonra sonuncunu sərbəst buraxıb, onun şəxsi vəsaitləri və təsisçisi olduğu hüquqi şəxsin baş mühasibi X1 müvafiq qeydiyyatlar aparmaqla xəzinədən götürdüyü pul vəsaitləri hesabına 23 yanvar 2010-cu il tarixdə Nazirliyin inzibati binasında, antiterror mərkəzinə məxsus xidməti otaqda 95 000 manat, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin ofisinin qarşısında 5000 manat olmaqla, cəmi 100 000 manat məbləğində külli miqdarda əskinasları mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb etməklə, həmçinin 2010-cu ilin fevral ayından 2011-ci ilin sentyabr ayına kimi hər ay 6000 manat, 2011-ci ilin sentyabr ayından 2012-ci ilin oktyabr ayına kimi hər ay 2000 manat, həmin vaxtdan 2013-cü ilin fevral ayına kimi isə hər ay 1500 manat olmaqla cəmi 146 000 manat məbləğində külli miqdarda pul vəsaitlərini isə qanunsuz hərəkətlərinə" görə mütəşəkkil; dəstə tərkibində rüşvət alaraq ələ keçirmiş, 2013-cü ilin avqust ayında İddiaçıla sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6, X3 arasında 120 000 manat məbləğində pul borcunun qaytarılmaması barədə mülki xarakterli mübahisəni bəhanə edib, rəsmi surətdə qeydə alınmış hər hansı şikayət ərizəsi, araşdırma materialı, «siqnal işi» olmadığı halda barəsində cinayət təqibi davam etdirilən dəstə üzvləri vasitəsilə İddiaçı Nazirliyə çağırtdırıb haqqında cinayət işi başlatdıracağı, həbs ediləcəyi, rüsvayedici məlumatların yayılacağı ilə hədələyərək, 2013-cü ilin avqust-oktyabr ayları ərzində dörd dəfəyə cəmi 85000 manat məbləğində külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Həmin iş üzrə məhkəmədə şahid qismində dindirilmiş "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin işçisi olmuş X2, X4 eyni məzmunlu ifadələr verməklə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin rəhbərliyinə qarşı olan qanunsuzluqlarla bağlı olan məsələləri təsdiq etmişlər. Həmçinin digər şahid ifadələri ilə də qeyd olunan fakt öz əksini tapmışdır. Qeyd olunan iş üzrə hələ ibtidai istintaq aparılarkən zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmışdır. Həmçinin, istintaqın gedişində mülki iddia vermiş, amma mülki iddiası baxılmadan saxlanılmışdır. Belə ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək yolla ələ keçirdikləri 331 000 manat, onların qanunsuz hərəkətlərinə görə yaranmış 109 810,33 manat, mənəvi zərər kimi 500 000 manat və mülki iddia üçün ödənilən 30 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiaları baxılmadan saxlanılmışdır. Məhkəmənin hökmü ilə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 1(093)-84/2017 saylı hökmü ilə mülki iddiaçı, eyni zamanda hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmağını nəzərə alaraq, təqsirləndirilən şəxs Cavabdeh1 və Cavabdeh2 ona qarşı müştərək yolla ələ keçirdikləri 331 000 manat, onların qanunsuz hərəkətlərinə görə yaranmış 109 810, 33 manat, mənəvi zərər kimi 500 000 manat müştərək qaydada tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, hökmdə iddia ərizəsində göstərilən əməllərin cavabdehlər tərəfindən törədilməsi göstərilməsinə baxmayaraq, iddiaçı həmin cinayət işinə baxılması zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən Cavabdeh1 və Cavabdeh2 tanımadığını bildirmiş və göstərilən əməllərin onların tabeçiliyində olan şəxslər tərəfindən törədildiyini göstərmişdir. Digər Cavabdeh2 cəza çəkdiyi 9 saylı CM-dən 07.04.2021-ci il tarixli izahatı ilə müraciət edərək iddiaçının tələbinin əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını araşdırıb, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 30.11.2017-ci il tarixli, 1(093)-84/2017 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 145.3 və sair maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cavabdeh2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 182.3.1 və sair maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hər ikisinin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 19.04.2018-ci il tarixli, 1(103)-07 saylı qərarı ilə Cavabdeh1 və Cavabdeh2 barəsində çıxarılmış Bakı Hərbi Məhkəməsinin 30.11.2017-ci il tarixli, 1(093)-84/2017 saylı hökm dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan qərardan görünür ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış ona qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daxil olduğu mütəşəkkil dəstə tərəfindən hədə-qorxu gəlinərək müəyyən müddət verildikdən sonra ümumilikdə 331.000 (üç yüz otuz bir min) manat külli miqdarda ziyan vurulmuşdur. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi hökm ilə müəyyən faktın preyudisiallığı yalnız hökmün çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Göründüyü kimi cavabdehlərin iddiaçıya qarşı hədə-qorxu tətbiq etməklə, ona məxsus pulların mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edilməli, cavabdehlərdən 331.000 (üç yüz otuz bir min) manat məbləğində maddi ziyanın əvəzi alınaraq iddiaçıya ödənilməlidir. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. İddianın digər hissədə, yəni cavabdehlərin qanunsuz hərəkətlərinə görə yaranmış 109.810,33 manat pul tutularaq ona ödənilməsinə dair tələbi isə iş materiallarına əlavə olunmuş hər hansı bir sənədlə sübuta yetirilməmiş, həmçinin iddiaçı tələbinin bu hissəsinin əsaslılığına dair məhkəmə qarşısında heç bir tutarlı dəlil irəli sürə bilməmişdir. Bu səbəbdən məhkəmə iddianın bu hissədə təmin olunmasını mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərə görə 331.000 (üç yüz otuz bir min) manat, mənəvi zərərə görə 5000 (beş min) manat mənəvi ziyanın əvəzi olmaqla, cəmi 336.000 (üç yüz otuz altı min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 331.000 (üç yüz otuz bir min) manat maddi ziyanın, 5000 (beş min) manat mənəvi ziyanın əvəzi olmaqla, cəmi 336.000 (üç yüz otuz altı min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3062/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3062/2021
13.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver