Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3071/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi X1 və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Kazımli Könül Rasim qızının iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı "işə bərpa, əmək haqqının və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar üzrə xitam verildiyi üçün onun əvvəlki vəzifəsinə bərpa edilməsi, istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyan olaraq 27 ay müddəti üçün tutduğu vəzifə üzrə orta əmək haqqının hesablanması və ona ödənilməsi, işdən kənarlaşdılması ilə əlaqədar işləmədiyi müddətin əmək stajına daxil edilməsi, habelə keçirdiyi psixi istirablara görə ona 5000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət 17 il ərzində Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Lənkəran rayon Mühafizə Şöbəsində polis serjantı vəzifəsində xidmət etmiş və qusursuz xidmətinə görə dəfələrlə mükafatlandırılmışdır.2017-ci ildə Ağdam rayon Prokurorluğun icraatında olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq aparılarkən həmin cinayət işində onun adı da hallanımış və cinayətdə iştirak etməkdə şübhəli bilinərək təqib altına düşmüşdür. Bundan xəbər tutan Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin rəhbərliyi aparılan istintaqın nətəcələrini gözləmədən onu dərhal işdən azad etmişdir və bu barədə Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyevin imzası ilə xx xxxxxx 2017-ci il tarixli 1504 ş/h nömrəli əmr verilmişdir. Lakin həmin əmrin surəti ona üzün müddət təqdim edilməmiş və imtina edilmişdir. Bundan sonra o, vəkilə müraciət etmiş və vəkilin sorğusuna əsasən göstərilən əmrdən onlara 17.02. 2020-ci il tarixdə rəsmi qayadada təqdim edilmişdir.Göstərilən əmrlə tanış olduqda ona məlum olmuşdur ki, işdən xaric edilməyinin səbəbi belə əsaslandırılmışdır: “Azərbaycan Rterspublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135 maddəsinin 9 və 10-cu bəndləri ilə (daxili işlər orqanları əməkdaşı adma ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamınıil ərzində yenidən kobudcasına pozduğuna görə) polis Serjantı Əliyev X5 rayonlararası Mühafizə Şöbəsinin polis nəfəri xx xxxxxx 2017-ci il tarixdən işdən xaric edilsin”.Gördüyünüz kimi onun işdən azad olunmağına səbəbi kimi polis əməkdaşının adma ləkə gətirən hərəkətlərə yol verilməsi göstərilmişdir və bu barəsində aparılan istintaq araşdırılması ilə bağlı olmuşdur. Lakin, aparılmış istintaqın nəticələrinə dair sonradan müəyyən edilmişdir ki, onun baş vermiş cinayət hadisəsi ilə heç bir əlaqəsi olmamışdır. Bu barədə Ağdam rayon Prokurorluğunun müstəntiqi Rəşad Gülməmmədovun xx xxxxxx 2018-ci il tarixli qərar qəbul edilmişdir və həmin qərarın nəticəvi hissəsində qeyd edilir ki, “cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla İddiaçı Ağaməmməd oğlunun əməlinmdə cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilsin”.Göründüyü kimi, cavabdeh DİN Baş Mühafizə İdarəsi onu işdən xaric edildikdən sonra, işdən xaric edilməyinə əsas olmuş cinayət işi üzrə barəsində bəraətverici əsaslara cinayət təqibinə xitam verilmişdir və həmin qərar hazırda qüvvədədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Kazımli Könül Rasim qızı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iş materiallarından göründüyü kimi iddiaçı Cavabdeh2 hərəkəti ilə əlaqədar mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini də cavabdeh qismində müəyyən etmiş və iddia tələbini həmçinin Maliyyə Nazirliyinə yönəltmişdir.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maiiyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur:“Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. ”Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Həmçinin “Dövlət büdcəsi” geniş anlayışdır, belə ki, Cavabdeh2 də dövlət büdcəsindən maliyyələşdirilir, belə olan halda Maliyyə Nazirliyinin cavabdeh kimi iştirak etməsi əsassızıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”sinin 1.5-ci bəndində nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təchizatı Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilməsi təsbit olunmuşdur. Digər tərəfdən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin ibtidai-istintaq və məhkəmə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda Maliyyə Nazirliyinin iddiaçının digər orqanda işləməsi ilə əlaqədar qeyd etdiyi əmək haqqının hesablanması və ödənilməsi kimi hər hansı bir səlahiyyəti mövcud deyildir.İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı polis işçisinə yaraşmayan hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin əmri ilə daxili işlər orqanlarından xaric olunmuşdur. İddiaçı cinayətin iştirakçısıdır. Adam oğurluğu ağır cinayətdir. Xidməti yoxlama keçirilmiş, rəy verilmiş, işdən xaric olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan çıxarışın surətindən görünür ki, cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla İddiaçı əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, 2017-ci ildə Ağdam rayon Prokurorluğun icraatında olan cinayət işi üzrə ibtidai istintaq aparılarkən cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla İddiaçı Ə.Abbasovanın xx xxx 2017-ci il tarixdə oğurlanmasında həmyerliləri Ə.Amanov, R.Məcidzadə və cinayətin digər iştirakçıları ilə heç bir əlaqəsinin olmaması, Ə.Amanov və R.Məcidzadə ilə E.Nuriyevi Elçinin xahişi ilə tanış etsə də həmin hadisəni qızın razılığı ilə edildiyini Elçinin ona bildirdiyi üçün və həmin adamların tapılmasında Elçin Nuriyevin ona pul vəd etmədiyi və vermədiyi müəyyən edilmişdir. İddiaçı əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının barəsində əsassız olaraq cinayət təqibi aparılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 500 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin "işə bərpa və əmək haqqının ödənilməsi" hissəsi ilə əlaqədar qeyd edir ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3071/2020 saylı qərardadı ilə, həmin tələb üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 500 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-3071/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3071/2020
25.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver