Məhkəmə qərarları › İş №2(006)-3087/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3087/2024

21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3087/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit borcu üzrə tutmanın müavinət və karta köçürülən digər məbləğinin yarı hissəsindən tutulması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit borcu üzrə tutmanın müavinət və karta köçürülən digər məbləğinin yarı hissəsindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borcun ona məxsus karta yüklənən müavinətlərin tam şəkildə tutulmasının qadağan edilməsinə, tutulmanın həmin məbləğlərin yarı hissəsindən Cavabdeh ASC tərəfindən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalı və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-3771/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli, RGTK3853168A116 saylı kredit müqaviləsinə əsasən 4353,92 manat əsas, 978,54 manat faiz, cəmi 5332,46 manat məbləğində borc və ödənilmiş 73,32 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Hazırda iddiaçı onun kart hesabına yüklənən müavinətlərin tam şəkildə tutulduğunu iddia edərək, bunun qadağan edilməsini, Bank tərəfindən tutulmanın həmin məbləğlərin yarısı hissəsində həyata keçirilməsini tələb edir. Məhkəmə hesab edir ki, onun bu tələbinə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, hazırki tələb ayrıca məhkəmə icraatının predmeti ola bilməz. İddiaçının diqqətinə çatdırılır ki, hazırki ərizədə mübahisələndirdiyi məsələlərlə əlaqədar icra icraatı qaydasında ərizə ilə icra tədbirlərinə nəzarəti həyata keçirən aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit borcu üzrə tutmanın müavinət və karta köçürülən digər məbləğinin yarı hissəsindən tutulması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit borcu üzrə tutmanın müavinət və karta köçürülən digər məbləğinin yarı hissəsindən tutulması” tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya müvafiq yekun məhkəmə aktının icrası qaydasında ərizə ilə (8 indeksi ilə) məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar