Məhkəmə qərarları › İş №2(006)-3090/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3090/2025

12.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3090/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 qarşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə (açar sözlər: ərizələrin etibarsızlığı) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 qarşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - “cinayət iddiasının elan olunmasına əsasların olmaması haqqında” 10756/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, dəlillərin yetərsizliyi ilə əlaqədar ikinci təqsirləndirilən şəxs Sergey Sergeyevə qarşı yaşayış sahəsindən oğurluq cinayətinə görə cinayət iddiasının irəli sürülməsinə əsasların olmaması, pulların oğurlanması faktı haqqında iş üzrə təqsirləndirilən şəxslərə qarşı etibarlı dəlillərin aşkar edilməsi və iş üzrə əhəmiyyətə malik istənilən digər halların aşkar edilməsi üçün axtarışın və istintaqın aparılması polisə tapşırılması, iş materiallarının surətinin çıxarılması və onlar birinci təqsirləndirilən Cavabdeh2 və üçüncü təqsirləndirilən Aleksandr Jukovun həbsi və gətirilməsi üçün göndərilməsi, onların həbs ediləndən dərhal sonra prokurorluğa çatdırılması ikinci təqsirləndirilən şəxs Sergey Sergeyevin adı BƏƏ-dən hüdudlarından çıxışına qadağa qoyulan şəxslərin siyahısından çıxarılması və onun barəsində axtarışa xitam verilməsi əmr edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin rəisinin 14 saylı Notariat fisinin müdirinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası CM-in 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər X15 və Cavabdeh2 notarial xidmətlərdən istifadə etmək üçün müraciət etmişlər. Təqsirləndirilən şəxslər Grigorii Arefev və Cavabdeh2 notarial xidmətlərdən istifadəsinə köməklik göstərməyi xahiş olunur. - Bakı şəhəri 1 saylı notariat ofisinin Xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş Cavabdeh2 Sergeevichin xx.xx.2024-cü il tarixli, 8İ-3507 reyestr nömrəli ərizəsinin azərbaycan dilinə tərcüməsindən görünür ki, A.S. Klubkov rus dilini yaxşı bildiyindən həmin dildə bildirmişdir ki, 01 noyabr 2023-cü ildən 10 noyabr 2023-cü ilə kimi müddətdə X6 (Dubay Əmirliyi) ərazisində sərmayədar xx.xx.1978-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı X4 qəbzlər ilə saxlama üçün 316 578 155 BƏƏ dirhəmi (86 261 000 ABŞ dolları) almışdır. Əldə olunan pul vəsaitləri The Meadoıvs 7, Street 4, villa 31, Dubai; Marina Gate 2, floor 32, apartment 3211 ünvanlarında olan yaşayış sahələrində yerləşən seyf saxlanclarında yerləşdirilmişdir. BƏƏ ərazisində o + 7 *** *** ** **; +9 7*** *** ** **; +3 ******* 64 88 telefon nömrələrindən istifadə etmişdir. BƏƏ ərazisində baş verən hadisələr ilə bağlı Rusiya Federasyası vətəndaşı X16 ilə, İD kart No *** **** 9071540-5, o +7 *** *** ** **; + 97158 *** ** ** telefon nömrələri istifadə edirdi, onun adına Ridrive Car rental LLC sərmayəcisiçinin şirkəti rəsmiləşmişdir, BƏƏ kommersiya lisenziyası M 1121460; xx.xx.1967-ci il təvəllüdlü + 971 50 702 >5 45; +7 903 ******* telefon nömrəsi istifadə edən, 75 N 882765 pasportunun sahibi Sergeyev Sergey ilə ünsiyyətdə olmuşdur. 8 noyabr 2023-cü ildə Sergey Sergeyev onu Dubay ş. yerləşən Sofitel otelinə Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi ilə görüşə dəvət etmiş, sonradan onun adının Oleksandr Jııkov olaraq öyrənmişdir. Qeyd olunan nümayəndə onlara bildirmişdir ki, sərmayədarın pul vəsaitlərinin köçürülməsi Ukrayna vətəndaşı vasitəsi ilə həyata keçirilir, bununla əlaqədar o həmin informasiyaya malik olmuşdur. O bildirdi ki, bizim ABŞ-a deportasiyamıza nail olmaq istəyir, orada onlara ömürlük cəza təyin ediləcəkdir. Niyyətlərinin ciddiliyini nümayiş etdirmək üçün o Valeriya Fedyakina ("Bit mama" adlandırılan) Ukrayna vətəndaşının pasportunu nümayiş etdirdi. Görüş bitəndən sonra o Sergey Sergeyev ilə nömrədən çıxdıq və aşağıda Sergey Sergeyevin ona problemlərinin həll edəcək insan kimi təqdim etdiyi “Sultan" adlı şəxslə görüşdürlər. Problemin həll edilməsi üçün "Sultan" ondan tələb etdi ki, sərmayədardan aldığı bütün nağd pul vəsaitlərini ona gətirmişdir. Bu zaman "Sultan" pul vəsaitlərinin saxlanıldığı ünvanları qeyd etdi, bundan da o başa düşmüşdür ki, o hər şeyi əvvəlcədən bilirdi. Qeyd olunan oğurluğu həyata keçirmək üçün "Sultan" iki avtomobil (qara yolsuzluq avtomobili) və iki silahlı müşayiət edən təqdim etdi. O Sergey Sergeyev və qeyd olunan müşayiət edən şəxslər ilə birlikdə The Meadows 7, Street 4, villa 31, Dubai; Marina Gate 2, floor 32, , apartment 3211 ünvanlarına getmiş, pulları saxlancdan götürmüş və "Sultana" vermişdirlər. “Sultan" fiziki divan tutma təhdidi ilə baş verənlər barədə sərmayədara məlumat verməyi qadağan etdi. 10 noyabr 2023-cii ildə Sergey Sergeyev onu öz yanına çağımış və "Sultan"ın göstərişi ilə ona 10 000 ABŞ dolları verdi, həmçinin onun elektron pul kisəsinə dəyəri 2 000 000 ABŞ dolları olan kriptovalyutanın köçürülməsini təşkil etdi və dedi ki, gecə o "Sultan"dan yeni göstərişlər alacaqdır. 2023-cii ilin noyabr ayının 10-dan 11-nə keçən gecə Sergey Sergeyev ona zəng etmiş və demişdir ki, aşağı düşməlidir və qara yolsuzluq avtomobilinə oturmalıdır. Həmin yolsuzluq avtomobilinin sürücüsü pulları saxlama yerindən götürərkən onu müşayiət edən şəxslərdən biri idi. Yolsuzluq avtomobili Sofitel otelə gəlmiş, burada avtomobilə adı Emil "Zika" olan kişi oturmuş və demişdir ki, onu "Sultan" göndərib və bundan sonra Cavabdeh2 o müşayiət edəcək. "Zika" və Cavabdeh2 Abu-Dabi hava limanına gəlmiş, burada biletlər əldə etmişdirlər və Azərbaycan Respublikası Bakı şəhərinə gəlmişdirlər. Bakı şəhərində "Zika" oteldə yerləşməni təmin etmişdir. X1 gəlmişdir. Onları ölüm təhdidi ilə hər hansı bir şəxslə ünsiyyət qurmağa qadağan olunmuşdur. Onlar "Sultan"ın "Zika" vasitəsi ilə verdiyi bütün göstərişləri yerinə yetirmişdirlər. Göstərişlərdən biri Griqoriy Arefyev adından Ukrayna vətəndaşı Olekksandr Jukov adına sərmayədarın BƏƏ-dəki biznesinin rəsmiləşdirilməsi üzrə etibarnamə olmuşdur. Sonradan Cavabdeh2, Griqoriy Arefyev və Emil "Zika" Azərbaycan Respublikası DİN əməkdaşları tərəfindən saxlanmışdırlar. O istintaq ilə əməkdaşlıq etməyə, "Sultanı" və Sergey Sergey evi silahdan istifadə etməklə və zor tətbiq edilməsi təhdidi ilə BƏƏ ərazisində pul vəsaitlərinin talanmasında ifşa edən lazımi informasiyanı verməyə hazırdır. Qeyd olunan ərizə kompüterdə onun sözlərindən yazılmışdır. Qeyd olunan ərizəni o hər hansı bir təsir altında olmayaraq öz imzası ilə təsdiq etmişdir. - Bakı şəhəri 1 saylı notariat ofisinin Xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş X10 xx.xx.2024-cü il tarixli, 8İ-3608 reyestr nömrəli ərizəsinin azərbaycan dilinə tərcüməsindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X11, RF vətəndaşının pasportu 75 2036992, həmçinin Vanuatu vətəndaşıdır, BƏƏ-də 784-1***-*******-5İDNUM BER malik olmuşdur, hal-hazırda xx.xx.2024-ci ildə başlanılan cinayət işi üzrə Azərbaycan Respublikası Bakı şəhərində həbs edilmişdir. O könüllü olaraq bildirmişdir ki, 20 noyabr 2023-cii ildə o Bakıda olan zaman Cavabdeh2 hamının "Sultan" adlandırdığı Ediyev Şamildən təhdidlər daxil oİmuşdur. O ("Sultan") hesablaşma təhdid ilə X7 məxus X26 LLC (N° 1121460) şirkətinin idarə edilməsi üzrə Ukrayna vətəndaşı xx.xx.1980-ci il təvəllüdlü, 784-1***-*******-1 - NUMBER olan Oleksandr Zhukov adına etibarnamə yazmağı tələb etmişdir. O öz həyatı üçün qorxaraq Cavabdeh2 əmrinə əsasən onun qeyd etdiyi Dubay ş. yerləşən notarius ilə videoəlaqəyə girmişdir və video ilə öz şəxsiyyətini və şirkətin idarə olunması üzrə hüquqları Oleksandr Zhukov adlı şəxsə vermək istəyini bildirmişdir. Əslində isə o qeyd olunan şirkətə dair hüquqları heç kimə vermək istəmirdi. Həmçinin qeyd olunan şirkət ona yalnız hüquqi cəhətdən məxsus idi, faktiki olaraq qeyd oluna şirkətə, avtomobillərin alınmasına və qeyd olunan şirkətin biznesinin aparılması üzrə digər xərclərlə bağlı pulları o X4 almışdır. Faktiki olaraq o bu şirkətin əməkdaşı olmuşdur, direktor vəzifəsini icra etmişdir. O xx.xx.1980-ci il təvəllüdlü, Oleksandr Zhukov adına etibarnaməni ləğv etməyi xahiş etmişdir, çünki o zor tətbqi etmək təhdidi ilə verilmişdir. Qeyd olunan ərizə kompüterdə onun sözlərindən yazılmışdır. Qeyd olunan ərizəni o hər hansı bir təsir altında olmayaraq öz imzası ilə təsdiq etmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 qarşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər 14 saylı notariat ofisində Cavabdeh2 adından tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 8İ-3507 reyestr nömrəli və X10 adından tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 8İ-3608 reyestr nömrəli ərizələrin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının vətəndaşı X17 elektron sistem üzərindən Sergey Sergeyev, Cavabdeh2 və Aleksandr Jukova qarşı etibardan sui-istifadə etmə cinayət faktı haqqında məlumatla X2 X24 Barşa polis sahəsinə müraciət etmişdir. İrina Yuferevanmın verdiyi 9011/2024 N°-li ərizəsi üzrə X2 X24 Barşa polis sahəsinin icraatında 10756/2024 saylı araşdırma olmuşdur. X8 ərizəsinin məzmunu ondan ibarət olmuşdur ki, guya Sergey Sergeyev, Cavabdeh2 və X12 X21 şəhərində verləşən ünvanlarda saxlanılan, X9 məxsus külli miqdarda pul vəsaitlərini gizli yolla talamaqla və mənimsəməklə ələ keçirmişdirlər. Həmin 10756/2024 saylı araşdırma üzrə Dubay hökumətinin X27 tərəfindən xx.xx.2024-cü il tarixdə “Cinayət iddiasının elan olunmasına əsasların olmaması barədə" 10756/2024 nömrəli əmr qəbul olunmuşdur. (Həmin qərarın Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsi ərizəyə əlavə olunur). Dubay hökumətinin Baş prokuror X22 Al Ali tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli "Cinayət iddiasının elan olunmasına əsasların olmaması barədə'' əmrlə dəlillərin yetərsizliyi ilə əlaqədar S.Sergeyevə qarşı yaşayış sahəsindən oğurluq cinayətinə görə cinayət iddiasının irəli sürülməsinə əsasların olmaması qəbul edilmiş və S.Sergeyev BƏƏ hüdudlarından çıxışına qadağa qoyulan şəxslərin siyahısından çıxarılmış və barəsində axtarışa xitam verilmişdir. Göründüyü kimi Dubay hökuməti Baş Prokuroru tərəfindən qəbul edilmiş əmrdə iddiaçının hər hansı istintaq hərəkətlərinə cəlb edilmədiyi, prosessual statusunun olmadığı aşkar şəkildə görünsə də, Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən Dubay şəhərində xüsusilə külli miqdarda oğurluq cinayətinin, qanunsuz pul köçürmələrinin təşkil edilməsində və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda əsassız olaraq ittiham edilmişdir. X2 Dubay şəhərində qeyd edilən araşdırmanın materialları ilə iddiaçının vəkili tərəfindən tanış olan zaman məlum olmuşdur ki, həmin materialların içində Cavabdeh2 adından tərtib edilmiş xx.xx.2024-cü il tarixli və X13 adından tərtib edilmiş xx.xx.2024-cü il tarixli ərizələr mövcuddur. Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən 14 saylı notariat ofisi tərəfindən hər iki ərizədəki imzaların adları sadalanan şəxslərə məxsus olmasının həqiqiliyi təsdiq olunmuşdur. Cavabdeh2 adından tərtib edilmiş və imzasının həqiqiliyi Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən 14 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə, 8İ-3507 reyestr nömrə ilə təsdiq edilmiş sənəddə göstərilmişdir ki, « Mən, A.S. Klubkov rus dilini yaxşı bildiyimdən həmin dildə bildirirəm ki, 01 noyabr 2023ci ildən 10 noyabr 2023-cü ilə kimi müddətdə X6 (Dubay Əmirliyi) ərazisində sərmayədar xx.xx.1978-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı X4 qəbzlər ilə saxlama üçün 316 578 155 BƏƏ dirhəmi (86 261 000 ABŞ dolları) almışam. Əldə olunan pul vəsaitləri The Meadoıvs 7, Street 4, villa 31, Dubai; Marina Gate 2, floor 32, apartment 3211 ünvanlarında olan yaşayış sahələrində yerləşən seyf saxlanclarında yerləşdirilmişdir. BƏƏ ərazisində mən + 7 *** *** ** **; +9 7*** *** ** **; +3 ******* 64 88 telefon nömrələrindən istifadə edirdim. BƏƏ ərazisində baş verən hadisələr ilə bağlı Rusiya Federasyası vətəndaşı X16 ilə, İD kart No *** **** 9071540-5, o +7 *** *** ** **; + 97158 *** ** ** telefon nömrələri istifadə edirdi, onun adına Ridrive Car rental LLC sərmayəcisiçinin şirkəti rəsmiləşmişdir, BƏƏ kommersiya lisenziyası M 1121460; xx.xx.1967-ci il təvəllüdlü + 971 50 702 50 45; +7 903 ******* telefon nömrəsi istifadə edən, 75 N 882765 pasportunun sahibi Sergeyev Sergey ilə ünsiyyətdə olmuşam. 8 noyabr 2023-cü ildə Sergey Sergeyev məni Dubay ş. yerləşən Sofitel otelinə Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi ilə görüşə dəvət etdi, sonradan mən onun adının Oleksandr Jııkov olaraq öyrəndim. Qeyd olunan nümayəndə bizə bildirdi ki, sərmayədarın pul vəsaitlərinin köçürülməsi Ukrayna vətəndaşı vasitəsi ilə həyata keçirilir, bununla əlaqədar o həmin informasiyaya malik olmuşdur. O bildirdi ki, bizim ABŞ-a deportasiyamıza nail olmaq istəyir, orada bizə ömürlük cəza təyin ediləcəkdir. Niyyətlərinin ciddiliyini nümayiş etdirmək üçün o Valeriya Fedyakina ("Bit mama" adlandırılan) Ukrayna vətəndaşının pasportunu nümayiş etdirdi. Görüş bitəndən sonra X25 ilə nömrədən çıxdıq və aşağıda Sergey Sergeyevin mənə problemlərimizi həll edəcək insan kimi təqdim etdiyi “Sultan" adlı şəxslə görüşdük. Problemin həll edilməsi üçün "Sultan" məndən tələb etdi ki, sərmayədardan aldığım bütün nağd pul vəsaitlərini ona gətirim. Bu zaman "Sultan" pul vəsaitlərinin saxlanıldığı ünvanları qeyd etdi, bundan da mən başa düşdüm ki, o hər şeyi əvvəlcədən bilirdi. Qeyd olunan oğurluğu həyata keçirnək üçün "Sultan" iki avtomobil (qara yolsuzluq avtomobili) və iki silahlı müşayiət edən təqdim etdi. X25 və qeyd olunan müşayiət edən şəxslər ilə birlikdə The Meadows 7, Street 4, villa 31, Dubai; Marina Gate 2, floor 32, , apartment 3211 ünvanlarına getdik, pulları saxlancdan götürdük və "Sultana" verdik. “Sultan" fiziki divan tutma təhdidi ilə baş verənlər barədə sərmayədara məlumat verməyi qadağan etdi. 10 noyabr 2023-cü ildə Sergey Sergeyev məni öz yanına çağırdı və "Sultan"ın göstərişi ilə mənə 10 000 ABŞ dolları verdi, həmçinin mənim elektron pul kisəmə dəyəri 2 000 000 ABŞ dolları olan kriptovalyutanın köçürülməsini təşkil etdi və dedi ki, gecə mən "Sultan"dan yeni göstərişlər alacam. 2023-cü ilin noyabr ayının 10-dan 11-nə keçən gecə Sergey Sergeyev mənə zəng etdi və dedi ki, aşağı düşməliyəm və qara yolsuzluq avtomobilinə oturmalıyam. Həmin yolsuzluq avtomobilinin sürücüsü pulları saxlama yerindən götürərkən məni müşayiət edən şəxslərdən biri idi. Yolsuzluq avtomobili Sofitel otelə gəldi, burada avtomobilə adı Emil "Zika" olan kişi oturdu və dedi ki, onu "Sultan" göndərib və bundan sonra məni o müşayiət edəcək. "Zika" və mən Abu-Dabi hava limanına gəldik, burada biletlər əldə etdik və Azərbaycan Respublikası Bakı şəhərinə gəldik. Bakı şəhərində "Zika" oteldə yerləşməni təmin etdi. X1 gəldi. Bizi ölüm təhdidi ilə hər hansı bir şəxslə ünsiyyət qurmağa qadağan olunmuşdur. Biz "Sultan"ın "Zika" vasitəsi ilə verdiyi bütün göstərişləri yerinə yetirirdik. Göstərişlərdən biri Griqoriy Arefyev adından Ukrayna vətəndaşı Olekksandr Jukov adına sərmayədarın BƏƏ-dəki biznesinin rəsmiləşdirilməsi üzrə etibarnamə olmuşdur. Sonradan mən, Griqoriy Arefyev və Emil "Zika" Azərbaycan Respublikası DİN əməkdaşları tərəfindən saxlandıq. Mən istintaq ilə əməkdaşlıq etməyə, "Sultanı" və Sergey Sergey evi silahdan istifadə etməklə və zor tətbiq edilməsi təhdidi ilə BƏƏ ərazisində pul vəsaitlərinin talanmasında ifşa edən lazımi informasiyanı verməyə hazıram. Qeyd olunan ərizə kompüterdə mənim sözlərimdən yazılmışdır. Qeyd olunan ərizəni mən hər hansı bir təsir altında olmayaraq öz imzam ilə təsdiq edirəm». X13 adından tərtib edilmiş və imzasının həqiqiliyi Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən 14 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə, 8İ-3608 reyestr nömrə ilə təsdiq edilmiş sənəddə isə göstərilmişdir ki, «Mən, xx.xx.1997-ci il təvəllüdlü X11, RF vətəndaşının pasportu 75 2036992, həmçinin Vanuatu vətəndaşıyam, BƏƏ-də 784-1***-*******-5İDNUM BER malik olmuşam, hal-hazırda xx.xx.2024-cii ildə başlanılan cinayət işi üzrə Azərbaycan Respublikası Bakı ş. həbs edilmişəm. Könüllü olaraq bildirmək istəyirəm ki, 20 noyabr 2023-cii ildə mən Bakıda olan zaman Cavabdeh2 hamının "Sultan" adlandırdığı Ediyev Şamildən təhdidlər daxil oİmuşdur. O ("Sultan") hesablaşma təhdid ilə mənə məxus X26 LLC (N° 1121460) şirkətinin idarə edilməsi üzrə Ukrayna vətəndaşı xx.xx.1980-ci il təvəllüdlü, 784-1***- *******-1 - NUMBER olan Oleksandr Zhukov adına etibarnamə yazmağı tələb etmişdir. Mən öz həyatım üçün qorxaraq Cavabdeh2 əmrinə əsasən onun qeyd etdiyi Dubay ş. yerləşən notarius ilə videoəlaqəyə girdim və video ilə öz şəxsiyyətimi və şirkətin idarə olunması üzrə hüquqları Oleksandr Zhukov adlı şəxsə vermək istəyimi bildirdim. Əslində isə mən qeyd olunan şirkətə dair hüquqları heç kimə vermək istəmirdim. Həmçinin qeyd olunan şirkət mənə yalnız hüquqi cəhətdən məxsus idi, faktiki olaraq qeyd oluna şirkətə, avtomobillərin alınmasına və qeyd olunan şirkətin biznesinin aparılması üzrə digər xərclərlə bağlı pulları mən X4 almışam. Faktiki olaraq mən bu şirkətin əməkdaşı olmuşam, direktor vəzifəsini icra etmuşəm. Sizdən xx.xx.1980-ci il təvəllüdlü, Oleksandr Zhukov adına etibarnaməni ləğv etmxjm xahiş edirəm, çünki o zor tətbqi etmək təhdidi ilə verilmişdir. Qeyd olunan ərizə kmmjmterdə mənim sözlərimdən yazılmışdır. Qeyd olunan ərizəni mən hər hansı bir təsir altında olmayaraq öz imzam ilə təsdiq edirəm». Bundan sonra iddiaçı tərəfindən Azərbaycan Respublikasında vəkilə müraciət olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusunun vəkil sorğusuna verdiyi xx.xx.2025-ci il tarixli, 1003 N°-li cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi, 22 (Kib er cinayətkarlıqla Mübarizə Baş İdarəsinin inzibati binası) ünvanında, xx.xx.2024-cü il tarixdə, 8İ-3507 reyestr nömrəsilə qeydiyyatı aparılaraq Rusiya Federasiyası vətəndaşı Cavabdeh2 və xx.xx.2024-cü il tarixdə, 81-3608 reyestr nömrəsilə qeydiyyatı aparılaraq Rusiya Federasiya vətəndaşı X14 sənədlərdə imzasının həqiqiliyinin təsdiq edilməsinə dair notariat hərəkəti, həbsdə saxlanılanların, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kiber cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinə etdikləri müraciəti və bununla bağlı, həmin şöbənin rəisi Fəxri Babazadə tərəfindən, fəaliyyət göstərdiyi notariat ofisinə göndərilmiş, xx.xx.2024- cü il tarixli, 3-13-39/2- 328/2024 N° li müraciət əsasında həyata keçirilmişdir. Həmçinin məlum olmuşdur ki, Cavabdeh2 Serqeeviç, X18 və X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kiber cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 193-1.3.1, 193-1.3.2 və 1 7-1.3-cü maddələri ilə ittiham irəli sürülmüş və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Azərbaycan hüquq-mühafizə orqanlarında iddia edilir ki, guya o mütəşəkkil dəstə halında Dubay şəhərində xüsusilə ağır cinayət törətmişdir. X19 əməliyyat-axtarış, təhqiqat və istintaq orqanlarında onun barəsində heç bir araşdırma yoxdur. Verilmiş ərizə və şikayətlərin heç birində, həmçinin ifadələrdə onun adı çəkilmir. Cavabdeh2 adından tərtib edilmiş xx.xx.2024-cü il tarixli və X13 adından tərtib edilmiş xx.xx.2024-cü il tarixli ərizələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələbləri pozularaq tərtib edildiyindən və onun hüquqlarına toxunmaqla yanaşı, həmdə qətiyyən həqiqəti əks etdirmədiyindən hazırki iddia tələbi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dubay hökumətinin Baş prokuror X22 Al Ali tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş "Cinayət iddiasının elan olunmasına əsasların olmaması barədə" 10756/2024 nömrəli əmrdən aydın görünür ki, hər hansı cinayət əməlinin törədilməsi faktı əsasında ümumiyyətlə onun barəsində BƏƏ-də araşdırma aparılmır. Hətta göründüyü kimi verilən ittihamla bağlı Dubay hökumətinin Baş prokuror X22 Al Ali tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul olunmuş "Cinayət iddiasının elan olunmasına əsasların olmaması barədə" qərarla İrina Yuferevanın ərizəsi əsasında başlanmış 10756/2024 nömrəli cinayət işinə S.Sergeyevə qarşı irəli sürülmüş ittiham üzrə dəlillərin yetərsizliyi ilə əlaqədar, yəni təqsirliliyi sübuta yetirilmədiynə görə başlanmış cinayət təqibinə və həmçinin bərəsində axtarışa xitam verilmişdir. Hazırki işdə müəyyən edilir ki, Cavabdeh2 və Arefev Grigorii ilə notariat hərəkətlərinin keçirilməsi üçün notariat ofisinin dəvət edilməsi üçün müraciət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin rəisi Fəxri Babazadənin xx.xx.2024-cü il tarixli məktubu ilə olmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, güya Klubkov Antin və Arefev Grıgorıı notariat xidmətlərindən istifadə etmələri üçün müraciət etmişlər. Halbuki ********* nömrəli cinayət işinin materiallarında onlar tərəfindən edilmiş belə bir müraciət mövcud deyildir. Ümumiyyətlə ********* nömrəli cinayət işinin materiallarında nə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin rəisi Fəxri Babazadənin xx.xx.2024-cü il tarixli, 3-13-39\2-328\2024 №-li məktubu, nə Cavabdeh2 və X13 notariat xidmətlərindən istifadə etmələri barədə adı gedən İdarəyə ərizələri və nədəki Cavabdeh2 və X13 adından tərtib edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələrin surətlərində mövcud deyildir. Qanunvericiliyin təlləbinə görə, əgər həbs yerində saxlanılan şəxs tərəfindən notariat hərəkətlərinin aparılması üçün müraciət edilərsə, bununla bağlı həbs yerinin müdriyyəti ibtidai istintaqı aparan qruma müraciət etməli, onların yazılı razılığı olduqda notariat ofisini dəvət etməlidir. Yəni, həbr yerində saxlanılan şəxsin notariat hərəkətlərinin aparılması hüququndan istifadə etməklə bağlı müraciəti zamanı, istintaq orqanını rolu (vəzifəsi, səlahiyyəti) yalnız həmin hərəkətin edilibedilməməsinə razılıq verilməsi ilə bağlıdır. Müvafiq razılıq olduqdan sonra notariat hərəkətlərinin aparılması qaydasını, vaxtını və yerini həbs yerinin müdriyyəti və notarius birlikdə özləri müəyyən etməlidirlər. Hazırki halda isə istintaq orqanı həbs edilmiş şəxsləri saxladıqları istintaq təcridxanasından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin 10 gün müddətində etap edilməsi barədə xx.xx.2024-cü il tarixində qərar qəbul etmiş, həmin müddət ərzində istintaq orqanı tərəfindən notarius dəvət edilmişdir. Digər tərəfdən, edilmiş notariat hərəkəti həbsdə saxlanılan şəxslərin saxlanıldığı yerdə, yəni Ədliyyə Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həyata keçirilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktlarından isə müəyyən edilir ki, notariat hərəkətləri həbs yerinin müdriyyəti ilə razılaşdırmaqla onun müəyyən etdiyi yerdə həyata keçirilir. İndiki halda isə həbs yerinin müdriyyətinin belə bir notariat hərəkətinin keçirilməsindən ümumiyyətlə məlumatı və razılığı olmamışdır. b) iddiaya etiraz: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək iddiasının təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdirlər. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: “...Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.” Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 86. Notarius məhkəmədə, istintaq və ya təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutları həmin sübutların təqdim edilməsinin sonralar qeyrimümkün və ya çətin olacağını güman etməyə əsaslar olduqda, maraqlı şəxslərin xahişi ilə təmin edir. Notarius maraqlı şəxslərin ona müraciət etdikləri zaman məhkəmənin, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin etmir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 15.1. Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsində onlar üçün nəzərdə tutulmuş hüquqlardan əlavə, aşağıdakı hüquqlara da malikdirlər: 15.1.11. mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək. 26.1. Tutulmuş və ya həbs edilmiş şəxslər cinayət prosesini həyata keçirən orqanın razılığı ilə Daxili intizam qaydalarına uyğun olaraq şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iştirak edə bilərlər. 26.2. Həbs edilmiş şəxslər istintaq təcridxanasında notariusun xidmətlərindən istifadə edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat: 15-1. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin notariusun xidmətindən istifadə etmək hüququ aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir: 15-1.1. tutulmuş və ya həbs edilmiş şəxslərin notariusun xidmətindən istifadə etmək barədə həbs yerinin müdiriyyəti vasitəsilə göndərdiyi müraciətləri və cinayət prosesini həyata keçirən orqanın razılığı notariat ofisinə daxil olduqdan sonra notarius həbs yerinin müdiriyyəti ilə razılaşdırılmaqla, notariat hərəkətinin aparılması gününü və vaxtını müəyyən edir; 15-1.2. notariat hərəkətinin aparılması üçün qanunvericiliklə tələb olunan sənədlər, o cümlədən həbs yerində saxlanılan şəxsin şəxsiyyətini təsdiq edən sənəd notariusa təqdim edildikdən sonra onunla həbs yerinin müdiriyyətinin notariat hərəkətinin aparılması üçün müəyyən etdiyi yerdə notariat hərəkəti aparılır; 15-1.3. həbs yerlərində saxlanılan şəxsin müraciəti və cinayət prosesini həyata keçirən orqanın razılığı notariat işində saxlanılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilsin. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ərizəsində notariat orqanının hərəkətlərinin düzgün həyata keçirilmədiyini göstərsə də, hazırkı halda onun məhkəməyə müraciət etməsinin əsas məqsədi notariat qaydasında təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsinə nail olmaqdır. Bu baxımdan, mübahisənin düzgün həlli üçün iddiaçının mübahisələndirdiyi həmin ərizələrin mülki qanunvericilik baxımından əqd olub-olmaması məsələsi qiymətləndirilməlidir. Mülki hüquq doktrinasında və qanunvericilikdə qeyd olunur ki, hər hansı hərəkətin əqd kimi hüquqi qiymətləndirilməsi üçün həmin hərəkət müəyyən hüquqi əlamətlərə malik olmalıdır. Belə ki, hərəkət hüquqa uyğun olmalı, könüllü iradə ifadəsini əks etdirməli, müəyyən hüquqi nəticəyə yönəlməli və mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına səbəb olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsidir. Məhkəmə təcrübəsində də səlahiyyətli dövlət orqanlarına ünvanlanan bəzi ərizələrin onların məzmun və mahiyyətindən asılı olaraq birtərəfli əqd kimi qiymətləndirilməsi mümkündür. Bu baxımdan Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(102)-1026/2022 nömrəli qərarında, habelə Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2(103)-1668/24 nömrəli qərardadında şəxsin səlahiyyətli orqana ünvanladığı ərizənin birtərəfli əqd kimi qiymətləndirilməsi mümkün hesab edilmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh2 16 fevral 2024-cü il tarixli və Cavabdeh3 17 fevral 2024-cü il tarixli ərizələri məzmun etibarilə onların iradə ifadəsini əks etdirdiyindən Mülki Məcəllənin 324-cü maddəsinin tələbləri baxımından birtərəfli əqd kimi qiymətləndirilə bilər. Bu baxımdan həmin əqdlərin etibarlılığı məsələsi Mülki Məcəllənin 337–339-cu maddələrinin tələbləri baxımından qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində notariat orqanı tərəfindən təsdiq edilmiş Cavabdeh2 16 fevral 2024-cü il tarixli, 8İ-3507 reyestr nömrəli və Cavabdeh3 17 fevral 2024-cü il tarixli, 8İ-3608 reyestr nömrəli ərizələrinin qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyini göstərərək həmin ərizələrin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı öz mövqeyini əsaslandırarkən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın müvafiq bəndlərinə, habelə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə istinad etmişdir. Hazırkı iş üzrə iddiaçı mübahisələndirdiyi ərizələrin qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı həmin halları təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim olunmamışdır. İş materiallarından görünür ki, mübahisələndirilən sənədlərdə göstərilən məlumatlar həmin şəxslərin müəyyən hadisələr barədə verdikləri izahatlardan ibarətdir və notarius tərəfindən aparılmış notariat hərəkəti yalnız sənədlərdə olan imzaların həmin şəxslərə məxsus olmasının təsdiq edilməsinə yönəlmişdir. Notariat hərəkətinin predmeti sənəddə göstərilən məlumatların həqiqiliyinin müəyyən edilməsi deyil. Eyni zamanda, iddiaçı tərəfindən həmin ərizələrin tərtib edilməsi zamanı qeyd edilən şəxslərin iradəsinin azad olmadığı, yaxud onların iradə ifadəsinin aldadılma, zor tətbiqi və ya digər qanunsuz təsirlər nəticəsində formalaşdığına dair mötəbər və kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin iddiaçının istinad etdiyi normativ aktların tətbiqi ilə bağlı arqumentlərini də qiymətləndirərək qeyd edir ki, iddiaçının göstərdiyi müddəalar əsasən həbsdə saxlanılan şəxslərin notariat xidmətlərindən istifadə etməsi qaydasını və bu zaman riayət edilməli olan prosedur tələblərini müəyyən edir. Məhkəmə hesab edir ki, belə bir pozuntunun mövcudluğu fərz edilsə belə, bu hal öz-özlüyündə mübahisələndirilən ərizələrin mülki hüquqi baxımdan etibarsız hesab edilməsinə səbəb ola bilməz. Belə ki, cinayət mühakimə icraatı zamanı sübutların əldə olunması, təqdim edilməsi və qiymətləndirilməsi məsələləri cinayət-prosessual qanunvericiliklə tənzimlənir və konkret sənədin sübut kimi qəbul olunması və ya onun sübut kimi qiymətləndirilməsi məsələsi yalnız cinayət işi üzrə icraat aparan istintaq orqanı və ya həmin işə baxan məhkəmə tərəfindən həll olunur. Bu baxımdan, əgər həmin sənədlərin əldə edilməsi və ya tərtib edilməsi zamanı cinayət-prosessual qaydaların pozulması müəyyən edilərsə, bu hal həmin sənədlərin cinayət işi üzrə sübut kimi qəbul olunmasına və ya onların sübut kimi qiymətləndirilməsinə təsir göstərə bilər. Lakin belə hallar mübahisələndirilən sənədlərin mülki hüquqi əqd kimi etibarsız hesab edilməsi üçün müstəqil hüquqi əsas təşkil etmir. Beləliklə məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən ərizələrin Mülki Məcəllədə nəzərdə tutulmuş əsaslarla etibarsız hesab edilməsinə səbəb olan halların mövcudluğu məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas görmür. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 qarşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 qarşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar