Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3112/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X19 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə etdiyi çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 2/3 hissəsi iddiaçının, 1/3 hissəsi qızı X3 mülkiyyətindədir. Hal-hazırda isə həmin yaşayış sahəsində iddiaçıdan başqa oğlu X5, qızı X3, nəvəsi X4, X1 gəlini Cavabdeh da qeydiyyatı mövcuddur (Daşınmaz əmlakın reyestr nömrəsi **********71-05101-093004). İddiaçı hesab edir ki, keçmiş gəlini Cavabdeh məhkəmə qaydasında xx.xx.2023-cü il tarixində oğlu X12 ilə nikahları pozulmasını və bununla əlaqədar aidiyyəti dövlət qurumundan xx.xx.2024-cü il tarixli AZ-İ № 474195 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verildiyini nəzərə alaraq ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Cavabdeh bu günə kimə həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Hazırda isə cavabdeh həmin mənzildə deyil, tamamilə fərqli ünvanda yaşayır. Onun mənzildə qeydiyyatı isə formal olaraq qalıb və mənzildən istifadə etmək hüququ da mövcud deyil. İddiaçı Cavabdeh mülkiyyətində olan mənzildən çıxarılması ilə bağlı xx.xx.2024-cü ildə ərizə ilə Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinə də müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 51/2-H-27/06 nömrəli cavab məktubu ilə iddiaçının məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Cavabdeh məhkəməyə etiraz göndərərək cehizinin bir qisminin, maaşından 5000 AZN və oğlurlandı adıyla götürülən qızıl üzüyünün onlarda qaldığını, təəssüf ki, bu barədə sübutu olmadığını, lakin özlərinin bunu gözəl bildiyini, halal etmədiyini və tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə yaşamadığını bildirib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavavdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsində istifadədə olan 0.0495 ha torpaq sahəsində yerləşən 79 nömrəli, 1 mərtəbəli binada 64.5 kv.m ümumi, 31 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı – nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı – 2/3 hissə, X3 - 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 943 nömrəli reyestr kitabının 87493 nömrəli vərəqində qeydiyyata alınmışdır. Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş nikahın pozulması haqqında AZ-İ seriyalı 474195 nömrəli şəhadətnamədən görünür ki, X12 ilə Cavabdeh arasında nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 547 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında 2 otaqlı, sahəsi 64.5 kv.m olan mənzildə yaşayır. Ailəsi 6 nəfərdən ibarətdir. İddiaçı (özü) 1998-ci ildən, X12 (iddiaçının oğlu) 1998-ci ildən, X9 (iddiaçının qızı) 1998-ci ildən, Cavabdeh (iddiaçının gəlini) 2020-ci ildən, X10 (iddiaçının nəvəsi) 2013-cü ildən, X11 (iddiaçının nəvəsi) 2013-cü ildən etibarən qeyd olunan ünvanda qeydiyyatdadırlar. xx.xx.2024-cü il tarixli ********** №-li qəbzdən görünür ki, İddiaçı tərəfindən Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X12 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 303 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzilin 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə X3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Sözügedən ünvana dair Cavabdeh istifadə hüququnun qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X7 vərəsələri ünvan 3-da yaşayanlar 2/3 hissəyə arvadı İddiaçı və 1/3 hissəyə xx.xx.1991-ci il tarixdə anadan olmuş qızı X8r. Miras əmlak Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 79 nömrəli binada yerləşən ümumi sahəsi 64.5 kv.m, yaşayış sahəsi 31.0 kv. m olan iki otaqlı mənzildən ibarətdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 64.5 kv.m olan mənzilin 2/3 hissəsi xx.xx.2009-cu il tarixdən etibarən İddiaçı, 1/3 hissəsi isə onun qızı X3 paylı mülkiyyətindədir. Cavabdeh ilə iddiaçının oğlu X12 xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar. Elə həmin il – 2020-ci ildə Cavabdeh ünvan 3 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3386/2023 nömrəli qətnaməsi ilə Cavabdeh ilə X12 arasında bağlanmış nikahın pozulması qət edilmiş, həmin nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbər verilsə də cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, mahiyyətinə görə iddiaçının iddia tələbi ilə əlaqədar olmayan etiraz yazaraq məhkəməyə göndərmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ-İİ hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsiə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələrini saxlamaq, nəvələrin baba və nənəni saxlamaq, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh ilə iddiaçının oğlu xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, daha sonra ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyata düşmüş və orada yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə iddiaçının oğlu arasında nikaha xitam verilmiş və Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən çıxmışdır. Yəni iddiaçı ilə cavabdeh arasında münasibətlər (qayınana-gəlin münasibətləri) 2009-cu ilin oktyabr ayının 1-dən sonra yaranan münasibətlərdir (2020-ci il). Buna baxmayaraq, hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsi yox (çünki, cavabdeh iddiaçının (keçmiş) ailə üzvü deyil), 30.1-ci maddəsi və Ailə Məcəlləsinin 15-ci fəslinin müddəaları tətbiq edilməlidir. İddiaçı hesab edir ki, Cavabdeh müvafiq mənzildən istifadə hüququ var və evdən köçdüyünə görə istifadə hüququna xitam verilməlidir. Bu səbəbdən məhkəmə ilk olaraq cavabdehin istifadə hüququnun olub-olmamasını, olduğu təqdirdə, cavabdehin müvafiq yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının əsaslarını araşdırmalıdır. Şəxsin istifadə hüququna yalnız şəxs bu hüquqa (haqqa) malik olduqda xitam verilə bilər. Əks təqdirdə, yəni şəxsin mənzildən istifadə hüququ mövcud olmadığı halda, mövcud olmayan hüquqa xitam verilməsi də məntiqsiz olmaqla, heç bir formada ağlabatan deyildir. Bir hüquq qaydasının müəyyən bir hüquqi məsələdə tətbiq oluna bilməsi üçün, həmin qaydanın qüvvədə olması lazımdır. Hüquq qaydaları qüvvədə olduqları dövr ərzində baş vermiş hadisələrə tətbiq olunur. Qanunlar dərc edilib qüvvəyə minməmişdən əvvəl baş vermiş olan hadisələrə tətbiq olunmayacaqları kimi (istisna hallarda qanunun geriyə qüvvəsi mümkündür), qüvvədən düşəndən sonra meydana gələn hadisələrə də tətbiq olunmurlar. Qeyd olunanlara nəzərən məhkəmə hesab edir ki, hazırkı münasibətlərə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinad edilməklə baxılmalıdır. Belə ki, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. Hazırkı iş üzrə iddiaçı (yaşayış sahəsinin mülkiyyətçisi) ilə cavabdeh arasında razılaşma olduğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda cavabdeh ilə iddiaçının oğlu arasında ailə münasibətlərinə də xitam verilmişdir. Buna görə də hazırkı mübahisəyə mülki qanunvericilik normaları deyil (tərəflər arasında razılaşma və ya müqavilə olmadığına görə), ailə münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Ailə Məcəlləsinin 13-cü və 15-ci fəsillərinə nəzər yetirdikdə isə iddiaçı (mülkiyyətçi) ilə cavabdeh arasında yaranmış münasibətlərdə iddiaçının (qayınananın) cavabdehi (gəlini) saxlamaq vəzifəsinin olmadığı müəyyən olunur. Əgər iddiaçının cavabdehi saxlamaq vəzifəsi olsaydı, cavabdehin ailə münasibətlərini tənzimləyən normalara əsasən müvafiq mənzildən istifadə hüququ yaranardı. Hazırkı iş üzrə iddiaçının ailə münasibətlərini tənzimləyən normalara əsasən cavabdehi saxlamaq vəzifəsi olmadığı üçün Cavabdeh da iddiaçının paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququ yaranmamışdır. Mövcud olmayan hüquqa xitam verilməsi də hüquqi cəhətdən mükün olmadığı kimi, həm də məntiqsizdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya X2 əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd edir ki, şəxsin mənzildə qeydiyyatda olması onun istifadə hüququnun olmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Yəni, cavabdehin ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatda olması onun həmin mənzildən istifadə hüququnun olması demək deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara işin faktiki halları ilə birgə, məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3112/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3112/2024
15.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver