Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-312/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Aağveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh hüquqi şəxs “M 10”-na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1050 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, “M 10" adlı elektron pulqabı tətbiqindən istifadə etmişdir. Həmin tətbiqdən qeydiyyatdan keçərkən “+994-55-258-28-88" mobil nömrəsini istifadə etmişdir. 19 iyul 2023-cü il tarixdə saat 00:16-da Bərdə rayon, N.B.Vəzirov küçəsində yerləşən "Qartal" marketin içərisində olan MilliÖn ödəmə terminalından M10 hesabıma 1050 pul köçürmüşdür. Lakin, daha sonra görmüşdür ki, onun öz hesabına ödədiyi 1050 manat məbləğində pul onun mobil nömrəsi olan “***-***-**-**” nömrəsindən “***-***-**-**” saylı nömrəyə göndərilmişdir. Əməliyyat 19 iyul 2023-cü il tarixdə saat 13:50-də uğurlu əməliyyat kimi qeydə alınmışdır. Lakin bu göndəriş onun tərəfindən edilməmişdir. “M 10” tətbiqi dələduzluq etmiş, onu 1050 manat pulunu mənimsəmişdir. Hansısa yanlışlıq baş vermişsə belə, pul onun kartına qayıtmalı idi. Lakin, hələ də pulunu ala bilməmişdir. “M 10” mobil pulqabı tətbiqi tərəfindən onun hesabından çıxarılmış 1050 manat pulu ala bilmədiyindən məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İşin baxılması zamanı iddiaçının vəsatəti əsasında cavabdeh “M 10" əsl cavabdeh "xxxx" MMC ilə əvəzlənmişdir. Daha sonra iddiaçının ərizəsi əsasında Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iş üzrə cavabdeh qismində cəlb edilmişlərdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iddia tələbini etiraf etməyərək şirkətin iddiaçının hesabından pulun köçürülməsində heç bir aidiyyətinin olmadığını bildirmişdir. “m10” hesabları üzrə Cavabdeh1 MMC-yə məxsus ödəniş sistemi vasitəsi ilə həyata keçirilir. Lakin köçürülmüş(silinmiş) bu vəsaitlər bilavasitə Cavabdeh1 MMC-nin hesabına deyil, müvafiq hesab sahiblərinin "m10" kart hesablarına keçirilir. Bu səbəbdən də İddiaçı tələb etdiyi 1050 manat Cavabdeh1 MMC tərəfindən geri qaytarıla bilməz, hesabında olmayan pulu Şirkət qaytara bilməz. Bu vəsaitlər hansı elektron pul kisəsi istifadəçisinin “m10" hesabına daxil olmuşdursa, onun tərəfindən də geri qaytarılmalıdır. İddiaçi İddiaçı 1050 manatın köçürüldüyü hesabın nömrəsini bilsə də, həmin hesab sahibinin anket məlumatlarını bilmədiyi üçün iddianı “PashaPay" MMC-yə qarşı qaldırmışdır. Həmin hesab sahibləri tərəfindən isə bu günə kimi Cavabdeh1 MMC-yə müraciət olunmadığı üçün **********85, **********13 və **********24 nömrəli bu “m10” hesablarının kimə məxsus olması, yəni onların anket məlumatları məlum deyildir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, bu məsələdə onun heç bir günahı yoxdur, eyni zamanda bunun internet üzərindən kimlərin hansı yolla etdiyi barədə heç bir məlumatı yoxdur. Onun belə proqramlardan heç bir anlayışı yoxdur və həmin pulun kiminsə hesabından çəkilməsində iştirakı və xəbəri olmamışdır. O, məhkəməyə gəlsə də bu ifadədən başqa verə biləcək məlumatı mövcu deyildir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, saat 00:16-da 055 *** ** ** saylı mobil nömrəsi vasitəsi ilə m10 hesabı 1050 manat artırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, saat 13:50-də 055 *** ** ** nömrəli m10 hesabından digər 051 *** ** ** nömrəli m10 hesabına 1050 manat göndərilməsi həyata keçirilmişdir. İş materiallarında olan məhkəmənin sübutların təmin tədbiri əsasında Azercell MMC və Bakcell MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən **********85 mobil nömrəsinin sahibi Cavabdeh2, **********13 nömrəsinin sahibi Cavabdeh3 və **********24 mobil nömrəsinin sahibi Cavabdeh4dur. Məhkəmə iclasında iddiaçı öz hesabından digər hesaba pulun köçürülməsinə dair texniki əməlyyat keçirmədiyini və bununla da pulun köçürülməsi barədə iradə ifadəsi olmadığını, sonradan da bu əməliyyatı bəyənməməklə razılıq vermədiyini bildirmişdir. İddiaçı məlumatı olmadan pulun köçürülməsinin texniki olaraq mümkünlüyünü proqram təminatının zəifliyi ilə əlaqəndirmişdir. Proqram təminatında bu kimi texniki zəifliyin olmasını hazırlıq iclasları zamanı Cavabdeh1 MMC-nin nüməyəndəsi də təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məcəllənin 1093-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1050 manat məbləğində pul vəsaitini hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan iddiaçının hesabından əldə etdiklərindən, bununla da onlar əsassız varlandığından, iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 055 *** ** ** m10 hesabına yerləşdirdiyi 1050 manatın sonradan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən hesabdan hesaba keçirildiyindən onlar əsassız varlanmış şəxs hesab edilməklə əldə etdikləri pul məbləğini iddiaçıya qaytarmalıdırlar. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1050 manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1050 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə biler. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-312/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-312/2024
01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver