Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3161/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit reyestrindən borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit qalıq məbləği 282.3 manat, faiz məbləği 232.73 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Kredit Bürosu MMC-dən sorğu etdikdə adına Royalbank ASC-yə kredit borcu görünmüşdür. Əmanətlərin Sığortalanması Fonduna rəsmi müraciət etmiş və onlar yazılı şəkildə bildirmişlər ki, belə müqavilə yoxdur. Sistemdə adında görünən borcun silinməsini xahiş etmiş lakin, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Sonradan ləğv prosesində olan "xxxx" ASC cavabdeh qismində cəlb edilmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, kredit qalıq məbləği olan 282.32 manat, faiz məbləği 232.73 manat borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi iddiaçının banka 1470 manat borcunun mövcud olduğunu qeyd etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ona aid olan kredit müqaviləsi ləğv prosesində olan "xxxx" ASC-nin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosu MMC tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçının ləğv prosesində olan "xxxx" ASC-dən xx.xx.2012-ci il tarixdə götürdüyü kredit üzrə kredit qalıq məbləği 282.3 manat, faiz məbləği 232.73 manat qeyd edilmişdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hazırki halda məhkəmənin qənaətinə görə, tərəflər arasında iddia tələbində qeyd edilən məbləğdə borcun olduğu qənaətinə gəlmək mümkün deyildir. Belə ki, Azərbaycan Kredit Bürosu MMC tərəfindən təqdim edilmiş məlumatda iddiaçının xx.xx.2012-ci il tarixli müqavilə üzrə kredit qalıq məbləği 282.3 manat, faiz məbləği 232.73 manat qeyd edilsə də, belə bir müqavilə cavabdehlər tərəfindən təqdim edilməmiş, eyni zamanda məhkəmə iclasında da, cavabdehin nümayəndəsi tərəfindən müqavilənin təqdim edilməsinin mümkün olmaması bildirilmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə də yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Belə olduğu təqdirdə, hazırkı iş üzrə iddiaçının adının Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması iddiaçının hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı əsas və zərurət yoxdur. İddiaçı ləğv prosesində olan "xxxx" ASC qarşısında hər hansı kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3161/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3161/2024
26.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver