Məhkəmə qərarları › İş №2(006)-3166/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3166/2023

20.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3166/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" KB ASC və Cavabdeh2 qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" KB ASC və Cavabdeh2 qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X20” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Hüseybala oğlu arasında 27 oktyabr 2011-ci il tarixdə əsas kredit müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında müxtəlif vaxtlarda əlavə kredit müqavilələi bağlanmış, həmçinin kredit müqaviləsi üzrə yeni ödəniş cədvəlləri təsdiq edilmişdir. Eyni zamanda alınmış kreditin təminatı kimi 27 okatybar 2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X3 mülkiyyətində olan və Lənkəran rayonu Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binası ipoteka ilə Bankın xeyrin yüklü edilmişdir. Tərəflər arasında 30 may 2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan və Lənkəran rayonu Şilavar kəndində yerləşən 0.12712 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Daha sonra Bankın xeyrinə yüklü edilmiş Seriya RX, № ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Lənkəran rayonu, Şiləvar kəndində yerləşən bir mərtəbəli ümumi sahəsi 115,9 kv.m sahənin müvafiq olaraq tikintialtı sahə 0,00506 ha sahənin ümumi sahəsi 70.5 kv.m İddiaçı bağışlanmışdır. Bunun müqabilində iddiaçı tərəfindən 14.000 ABŞ dolları kreditin əvəzi kimi ödənilmişdir. 2022-ci ildə X5 daşınmaz əmlakın özünə məxsus olan tikintialtı sahə 0.00782 ha, 45.4 kv.m sahəsi Cavabdeh2 bağışlamışdır. Bankın xeyrinə yüklü edilmiş və X3 mülkiyyətində olmuş (hazırda Cavabdeh2 mülkiyyətində olan) fərdi yaşayış evinin azad edilməsi üçün tərəfindən 10.000 manat kredit ödənilmişdir. Bunun müqabilində həmin evi iddiaçının sahibliyinə verəcəklərinə dair vəd versələr də, daha sonra məhkəmə qaydasında evi ondan geri almışlar. Qeyri-yaşaşyış sahəsi və ona hüquqlara dair paylı mülkiyyətçilər arasında mübahisə yarandığından, iddiaçı Hüseynbala Hüseynov və Cavabdeh2 qarşı əmlakın paylara uyğun naturada bölünməsi və cavabdehlər X3, Cavabdeh2 tikintialtı sahə 0.00782 ha, ümumi sahə 70.5 kv.m sahədən çıxarılması barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 25 may 2022-ci ii tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və Lənkəran Rayon İcra Şöbəsi tərəfindən 03 fevral 2023-cü il tarixdə icaata başlamaq haqqında qərar qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə icra sənədi icra edilməklə əmlakın naturada ayrılması təmin edilmiş və cavabdehlər həmin sahədən çıxarılmışlar. Beləliklə, paya münasibətdə iddiaçıya məxsus olan hissə naturada da iddiaçıya təhvil verilmişdir. Qanunvericiliyə görə birgə mülkiyyətdə olan əmlakın ayrılması üçün ilk növbədə paylar müəyyən edilməli və növbəti mərhələdə texniki baxımdan mümkün olduqda payın naturada ayrılması təmin edilməlidir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, mübahisəli əmlaka paylar müəyyən edilmiş və əmlak naturada ayrılmışdır. Bu vəziyyətdə hər bir tərəf özünə məxsus əmlaka dair yeni çıxarış almaq hüququ əldə edir. Əmlakın girovda olması hər bir tərəfə yeni çıxarış verilməsini istisna etmir, yeni çıxarış əmlakın yüklülüyünə təsir etməməklə bankın hüquqlarının məhdudlaşmasına və yaxud girov hüquqlarına münasibətdə mənfi nəticələr yaratmır. Çıxarışın alınması üçün bankın razılıq məktubu yetərlidir. Ancaq hazırki işin xüsusi hallarına münasibətdə qeyd edilməlidir ki, yuxarıda göstərilən kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəlik vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə bank borcun tutulması və tutmanın ipotekaya yönəldilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmişdir. Daha sonra tərəflər arasında olan razılaşmaya əsasən icra sənədi məhkəməyə geri qaytarılmış və borcun könüllü ödənilməsi üzrə tədbirlərin davam etdirilməsi qərarlaşdırılmışdır. Lakin, belə görünür ki, Cavabdeh2 həmin razılaşmanın da şərtlərini icra etmir. Baxmayaraq ki, buna maddi imkanı çatır. Onun qərəzli hərəkətləri mənim bankda yüklü olan əmlakımı riskə atmaqla yanaşı əmlakdan istifadə və onunla bağlı istənilən hərəkətlərini məhdudlaşdırmışdır. İndi isə belə məlum olur ki, Cavabdeh2 kredit öhdəliyini iddiaçının əmlakıı hesabına icra etmək istəyir. Bu isə onun qanuni mənafeyinə uyğun olmamaqla yanaşı vicdanlı davranış hesab edilmir. Bu əsasla tərəfimdən banka müraciət olunaraq ipoteka ilə yüklü edilmiş əmlaka dair iddiaçının adına ayrıca çxarış verilməsi üçün razılıq məktubu göndərilməsinini xahiş etsə də, bank ondan müvafiq ödənişlər edilməsini tələb etmiş və ərizənin icrasından imtina etmişdir. Hesab edilir ki, hazırki iş üzrə hər iki cavabdehin hərəkətləri qanunsuz olmaqla iddiaçının hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnir. Göstərilənlərə əsasən, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən birmətəbəli ümumi sahəsi 115.9 kv.m sahənin müvafiq olaraq tikintialtı sahəsi 0.00506 ha, ümumi sahəsi 70.5 kv.m hissəsinə ayrıca çıxarış verilməsi üçün razılıq məktubunun verilməsinin cavabdeh “X20” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mülki iş üzrə Cavabdeh2 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, 2011-ci il tarixdə "xxxx" KB ASC ilə onun arasında kredit müqaviləsi bağlanmışdır. Daha sonra 2014-cü ilə qədər krediti vaxtında ödəmişdir. 2014-cü il Azərbaycan Respublikasında devalvasiya olduğu halda 1 ABŞ dollar 0.78-dən 1.3, sonra isə 1.70 axan məzənnə ilə olmuşdur. Atasına məxsus olan qeyri-yaşayış binasını X5 oğlu İddiaçı adına 115 kv.metr olan bir qismini, yəni 70.8 kv.m onunla sözləşmə aparıb. Kreditə olan borcunun 600 manatın yarı hissəsi, yəni 300 manatın ödənilməsini öhdəsinə götürmüşdür. Ancaq İddiaçı 2020-ci ilə qədər Banka pul köçürməsi etməyib. O, Banka olan kreditini 2020-ci ildən 2023-cü ilə qədər ödəyir. Bankla problemi yoxdur. Odur ki, göstərilənlərə əsasən İddiaçı oğunun iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, 2014-cü ildən indiyə kimi bütün pulu özü ödəmişdir. 45.000 manat borcu var idi. Onun 20.000 manatını ödəmiş, hazırda 25.000 manat məbləğində banka borcu qalmışdır. İddiaçı öz üzərinə borcun bir hissəsini ödəmək öhdəliyini götürsə də, bir qəpik belə pul ödəməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X10 iddia tələbinə etiraz etdiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh2 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(049)-682/2022 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı “əmlaka payların naturada müəyyən edilməsi və cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilmiş, RS seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Lənkəran rayonu, Şiləvar kəndində yerləşən birmərtəbəli ümumi sahəsi 115.9 kv.m sahə 1.3 nömrəli tikililər ilə 2.4 nömrəli tikililər arasında olan boşluqlar hörülərək bağlandıqdan sonra Cavabdeh2 düşən tikintialtı sahəsi 50.6 kv.m, tikililərin daxili sahəsi 45.4 kv.m olan hissə ilə İddiaçı tikintialtı sahəsi 78.2 kv.m, tikililərin daxili sahəsi 70.5 kv.m olan hissəsi bir-birindən təcrid şəkildə ayrılaraq paylara uyğun naturada bölünməsi, cavabdehlər X2 və Cavabdeh2 100 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(106)-195/2019 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2, X5, İddiaçı, X8, X16, X9 və üçüncü şəxs X15 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)-33/2017 saylı qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən qeyri-yaşayış binasının (**********34-06301 reyestr nömrəli) 25 fevral 2019-cu il tarixə bazar dəyəri 90.000 manat müəyyən edilmiş, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən fərdi yaşayış evinin (**********17-10301 reyestr nömrəli) 25 fevral 2019-cu il tarixə bazar dəyəri 135.000 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli, 2(102)-7073/2019 saylı Qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(106)-195/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan xx.xx.2011-ci il tarixli, 19KL/11№-li Əsas Kredit Müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən borcalana, yəni Cavabdeh2 28000 manat məbləğində 60 ay müddəytinə, xx.xx.2016-cı il tarixinədək kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2011-ci il tarixli, 19KLİ/11 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən ipoteka qoyan əsas və əlavə kredit müqavilələri üzrə kreditin təminatı olaraq tam mülkiyyət hüququ üzrə X4 məxsus olan və ipoteka kimi çıxış edən Lənkəran rayonu, Şiləvar kəndindəki 0.01288 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını ipotekasaxlayana ipotekaya qoymuşdur. Mülki işin materiallarında olan xx.xx.2011-ci il tarixli, 19KL/11-1№-li Əlavə Kredit Müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana verilən kreditin məbləği 34000 USD təşkil edir. Kredit 24 ay müddətinə, xx.xx.2013-cü il tarixinədək, illik 24 faiz ödənilməsi şərtilə verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2012-ci il tarixli, 19KLİ/11-1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən ipoteka qoyan əsas və əlavə kredit müqavilələri üzrə kreditin təminatı olaraq tam mülkiyyət hüququ üzrə X4 məxsus olan və ipoteka kimi çıxış edən Lənkəran rayonu, Şiləvar kəndindəki 0.12712 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipotekasaxlayana ipotekaya qoymuşdur. Mülki işin materiallarında olan xx.xx.2012-ci il tarixli, 19KL/11-2№-li Əlavə Kredit Müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana verilən kreditin məbləği 80000 USD təşkil edir. Kredit 36 ay müddətinə, xx.xx.2015-ci il tarixinədək, illik 24 faiz ödənilməsi şərtilə verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2012-ci il tarixli, 19KL/11-3№-li Əlavə Kredit Müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana verilən kreditin məbləği 10000 USD təşkil edir. Kredit 18 ay müddətinə, xx.xx.2014-cü il tarixinədək, illik 24 faiz ödənilməsi şərtilə verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli, 19KL/11-4№-li Əlavə Kredit Müqaviləsinin surətindən görünür ki, Unibank” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana verilən kreditin məbləği 40.000 USD təşkil edir. Kredit 36 ay müddətinə, xx.xx.2016-cı il tarixinədək, illik 23 faiz ödənilməsi şərtilə verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, 09KLİ/20 nömrəli Sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, paylı mülkiyyət hüququ üzrə X3 (tikintialtı sahə 0.00506 ha, ümumi sahə 45.4 kv.m) və İddiaçı (tikintialtı sahə 0.00782 ha, ümumi sahə 70.5 kvm) adlarına məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipoteka qoyulmuş Lənkəran şəhəri, Şiləvar kəndi, 0.01288 ha torpaq sahəsi və üzərindəki 115.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası ipoteka saxlayana sonrakı ipotekaya qoyulmuşdur. Mülki işin materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Çıxarışın surətindən görünür ki, X5-tikintialtı sahə 0.00506 ha, ümumi sahə 45.4 kv.m, İddiaçı-tikintialtı sahə 0.00782 ha, ümumi sahə 70.5 kv.m "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən Bakı şəhəri Notariat Kontoruna ünvanlanmış məktubdan görünür ki, daşınmaz əmlakın ipotekada qalmaq şərti ilə X4 məxsus olan (tikintialtı sahə 0.00506 ha, ümumi sahə 45.4 kv.m) hissəsini Cavabdeh2n adına bağışlama müqaviləsi yolu ilə keçməsinə etiraz etmədiklərini və bununla əlaqədar olaraq ipoteka ilə yüklü edilmiş əmlakın bağışlama müqaviləsinin bağlanılması xahiş edilmişdir. Mülki işin materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Çıxarışın surətindən görünür ki, ipoteka ilə yüklü edilən Lənkəran rayonu, Şiləvar kəndində qeyri-yaşayış binası mağaza (tikintialtı sahə 0.00782 ha ümumi sahə 70.5 kv.m) Cavabdeh2 və İddiaçı paylı mülkiyyətindədir. Mülki işin materiallarında olan 23 iyun 2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydindən görünür ki, Lənkəran rayon 1saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən ipoteka predmeti olan Cavabdeh2 və İddiaçı paylı mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyri-yaşayış binası olan mağaza ünvanında yerləşən əmlaka tutma yönəldilməsi təklif edilmişdir (öhdəliyi müəyyən edən 3M-601 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 25193 manat əsas borc, 1344.50 manat faiz borcu, 9.38 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 26546.88 manat təşkil edir). Mülki işin materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli qərardadları ilə iddiaçılar X5, X6 və Cavabdeh2 cavabdehlər "xxxx" KB ASC və Lənkəran rayon 1 saylı Notariat Kontoruna qarşı “ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişin ləğvi”nə dair iddia ərizəsi geri qaytarılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh2 və "xxxx" KB ASC arasında kredit, eyni zamanda X5 ilə isə ipoteka müqavilələri bağlanmışdır. X1 daşınmaz əmlakın ipotekada qalmaq şərtilə paylı mülkiyyət hüququ əsasında ona məxsus olan hissəsini Cavabdeh2 bağışlamışdır. Daha sonra Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən paylı mülkiyyətçilər olan İddiaçı və Cavabdeh2 aid yeni çıxarış verilmişdir. Daha sonra İddiaçı məhkəməyə müraciət edərək özünə məxsus hissənin naturada ayrılmasını və cavabdehlər Cavabdeh2 və X3 qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmiş və məhkəmənin qətnaməsi əsasında iddiası təmin edilmişdir. Hazırda İddiaçı ona məxsus olan hissəyə aid ayrıca çıxarışın verilməsi üçün razılıq məktubunun verilməsinin cavabdeh "xxxx" KB ASCyə həvalə edilməsini məhkəmədən tələb edir. Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Həmin Məcəllənin 311.2-ci maddəsinə əsasən əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Həmin Məcəllənin 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Məcəllənin 312.4-cü maddəsinə əsasən ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanunun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Həmin Qanunun 31-ci maddəsinə əsasən ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılardan birini tələb edə bilər: 31.1.1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; 31.1.2. ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini. Hazırki işin materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən, eyni zamanda xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydindən görünür ki, Cavabdeh2 "xxxx" KB ASC-yə halhazırda borcu mövcuddur. Qanunvericiliyin tələblərinə əsasən ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr və digər sərəncamlar verilə bilər. Hal-hazırda isə iddiaçının tələb etdiyi paylı mülkiyyət hüququ əsasında ona məxsus sahə hazırda ipoteka predmetidir və ipotekasaxlayan, yəni Bank iddia tələbinə dair razılıq vermir. Eyni zamanda, ipoteka predmeti olan əmlaka dair ayrıca çıxarışın verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir, eyni zamanda bu mümkün də deyildir. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olan qeyri-yaşayış binası olan mağazaya dair çıxarış verilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" KB ASC və Cavabdeh2 qarşı “mülkiyyətin müdafiəsi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar