Məhkəmə qərarları › İş №2(006)-3187/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3187/2023

24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3187/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili-nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12, Cavabdeh13 vəkilinümayəndəsi Vəkil2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 oğuna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin, Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12 və Cavabdeh13 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 oğuna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 5000 (beş min) manat olmaqla, ümumilikdə 75000 (yetmiş beş min) manat, hüquqi xidmət göstərilməsi üçün 550 (beş yüz əlli) manat, dövlət rüsumu üçün ödənilmiş 317 (üç yüz on yeddi) manat olmaqla, cəmi 75867 (yetmiş beş min səkkiz yüz altmış yeddi) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyəti ilə bağlı xx.xx.2021-ci ildə "xxxx" MMC-nin insan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə müddətli rəsmiləşdirilmiş əmək müqaviləsinin müddəti xx.xx.2021ci il tarixədək müəyyən olunmuşdur. İddiaçı əmək münasibətlərinə, qanun-qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmazlıqlara yol verməmişdir. Bir neçə iş günü keçdikdən sonra, birbaşa tabeçiliyində olduğu şöbə müdiri Tağızadə Aidə ona vəzifə borclarına tamamilə zidd olan tapşırıqlar və göstərişlər (iş vaxtı saçlarını fenlə düzləşdirməsini, iş vaxtı avtomobil vasitəsilə övladını evdən götürərək müəllim yanına hazırlığa aparmasını, sonra isə evə geri gətirməsini və digər şəxsi məsələləri) verməyə başlamışdır. Bu cür tapşırıq və göstərişlərə haqlı olaraq razılıq vermədiyi üçün, lakin iş fəaliyyəti ilə bağlı heç bir əsas və səbəb olmadan birbaşa əlaqələrlə işlədiyi şöbə müdirinin yersiz etirazları ilə qarşılaşmış və xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xəbərdarlıq olunmadan əmək müqaviləsinə xitam verilməklə o, vəzifədən azad edilmişdir. Onunla əmək müqaviləsi 3 aylıq müddətə bağlanmış və bitmə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuş, heç bir sınaq müddəti qeyd edilməmişdir. Lakin məhkəmə prosesləri zamanı müqaviləni saxtalaşdıraraq 1 ay sınaq müddəti qeyd edilməsi qarşı tərəfdən iddia edilmişdir. Müqavilənin saxtalaşdırılması faktının olub-olmamasını müəyyən etmək üçün apellyasiya instansiya məhkəməsi tərəfindən həmin əmək müqaviləsi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Mərkəzin xx.xx.2022-ci il tarixli ekspert rəyində tədqiqatın nəticəsi olaraq əmək müqaviləsinin saxtalaşdırılması faktı təsdiq olunmuşdur. İddiaçı işdən çıxarılması ilə razılaşmayıb müəssisə rəhbərliyinə və sonradan müvafiq aidiyyatı orqana şikayətlər etmiş və əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021ci il tarixli **********95 saylı məktubunda bildirilmişdir ki, “Sizin "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətə X6 Xidməti Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə aranızda bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda, "xxxx" MMC-nin direktoru Cavabdeh14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir”. İddiaçı daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən işdən azad olunması barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5682/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmasına baxmayaraq bu günədək tam şəkildə icrası təmin edilməmişdir. "xxxx" MMC İddiaçı işdən çıxarılmasını xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlarla əsaslandırmışdır. xx.xx.2021-ci il tarixli aktda İddiaçı səs tonunu yüksəldərək mübahisə etdiyi, daxili nizam-intizam qaydalarını pozduğu və hətta əməkdaşlara psixoloji təzyiq etdiyi qeyd olunmuşdur. Aktda qeyd olunanlar cəfəngiyatdan ibarətdir və həqiqətə uyğun deyil. xx.xx.2021-ci il tarixli aktda isə İddiaçı xx.xx.2021ci il tarixdə saat 16:30-a təyin edilmiş görüşdə iştirak etdiyi və görüşü həddən artıq uzun çəkdiyi qeyd edilmişdir. Halbuki, İddiaçı həmin tarixdə rəhbərliyin qəbulunda olmamış və qəbula yazılmamışdır. Bu aktı tərtib etməkdə rəhbərliyin məqsədi Əmək Müfəttişliyini yanıltmaq olmuşdur. Çünki İddiaçı əmək müqaviləsi ayın 17-si tarixində bağlandığı üçün rəhbərlik onun işdən çıxarılmasına qanuni don geyindirmək məqsədilə belə addım atmışdır. İddiaçı rəhbərliklə yeganə görüşü xx.xx.2021-ci il tarixdə olmuşdur. Sözügedən görüşdən əvvəl direktor Cavabdeh14 onun gəldiyi məruzə olunmuş, direktor isə cavabında “Hansı qız? İşdən qovduğumuz qız?” deyə katibəsinə sual vermişdir. Ümumiyyətlə qoşmaya əlavə edilən məhkəmə qərarlarından da "xxxx" MMC-nin İddiaçı qarşı etdiyi haqsızlıqlar aydın görünür. Bunlar yetmirmiş kimi sözügedən məhkəmə qərarlarının icrası kimi xx.xx.2023-cü il tarixdə İddiaçı "xxxx" MMC-də işə bərpa olunsa da, yenidən rəhbərlik tərəfindən işə buraxılmamış və xx.xx.2023-cü il tarixdə qanunsuz, heç bir xəbərdarlıq olmadan işdən azad edilmişdir. Bu məsələ ilə bağlı o yenidən məhkəməyə müraciət edəcəkdir. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktları imzalayanların bir qismi "xxxx" MMC-nin yeni işçiləri olmuş, bir qismi isə İddiaçı ümumiyyətlə tanımamışlar. Cavabdeh4, Cavabdeh8, Cavabdeh7, Cavabdeh11 xx.xx.2021-ci il tarixdən 2-3 gün əvvəl "xxxx" MMC-yə işə qəbul olunmuşlar və 2-3 gün ərzində İddiaçı tanımaları mümkün ola bilməzdi. İddiaçı aktı imzalayanlardan Cavabdeh5, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12, Cavabdeh13 ümumiyyətlə görməmişdir, tanımır və onlar da İddiaçı tanımırlar. "xxxx" MMC öz qanunsuzluqlarını ört-basdır etmək üçün həmin şəxslərdən alət kimi istifadə etmişdir. Aktlarda qeyd edilənlərin heç biri həqiqət deyil və İddiaçı şərəf, ləyaqətinə və işgüzar nüfuzuna zərər vurmuşdur. Sözügedən yalan məlumatlar İddiaçı ağır iztirab keçirməsinə və psixoloji olaraq çökməsinə səbəb olmuşdur. Belə ki, bu aktı imzalayan şəxslər ucbatından 2 ildən artıq müddətdə İddiaçı məhkəmələrdə qalmış və 2 ildən artıq müddətdən sonra yekun məhkəmə qərarı qəbul edilmiş, həmçinin, 2 ildən artıq müddət ərzində heç bir əmək fəaliyyəti ilə məşğul ola bilməmiş və onda olan mənəvi iztirablar daha da ağırlaşmışdır. Kifayət qədər maraqlı məqamdır ki, İddiaçı həmin müəssəsisədə işlədiyi 1 ay ərzində çox insanı tanımamış və onların da heç bir münasibətləri olmadığı, İddiaçı tanımadıqları halda belə aktı imzalamaqla onun hüquqlarını pozmuşlar. İddiaçı hüquqlarını müdafiə etmək üçün Vəkil1 ilə müqavilə bağlamış və müqaviləyə əsasən vəkilə 550 manat məbləğində ödəninş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12 və Cavabdeh13 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:

1. Cavabdeh14 xeyrinə iş vaxtının itirilməsinə görə 700 (yeddi yüz) manat, mənəvi zərər üzrə 1000 (bir min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 (qırx manat) pulun;

2. Cavabdeh3 xeyrinə iş vaxtının itirilməsinə görə 700 (yeddi yüz) manat, mənəvi zərər üzrə 1000 (bir min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 (qırx manat) pulun;

3. Cavabdeh5 xeyrinə iş vaxtının itirilməsinə görə 700 (yeddi yüz) manat, mənəvi zərər üzrə 1000 (bir min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 (qırx manat) pulun;

4. Cavabdeh6 xeyrinə iş vaxtının itirilməsinə görə 700 (yeddi yüz) manat, mənəvi zərər üzrə 1000 (bir min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 (qırx manat) pulun;

5. Cavabdeh7 xeyrinə iş vaxtının itirilməsinə görə 700 (yeddi yüz) manat, mənəvi zərər üzrə 1000 (bir min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 (qırx manat) pulun;

6. Cavabdeh9 xeyrinə iş vaxtının itirilməsinə görə 700 (yeddi yüz) manat, mənəvi zərər üzrə 1000 (bir min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 (qırx manat) pulun;

7. Cavabdeh10 xeyrinə iş vaxtının itirilməsinə görə 700 (yeddi yüz) manat, mənəvi zərər üzrə 1000 (bir min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 (qırx manat) pulun;

8. Cavabdeh12 xeyrinə iş vaxtının itirilməsinə görə 700 (yeddi yüz) manat, mənəvi zərər üzrə 1000 (bir min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 (qırx manat) pulun;

9. Cavabdeh13 xeyrinə iş vaxtının itirilməsinə görə 700 (yeddi yüz) manat, mənəvi zərər üzrə 1000 (bir min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 (qırx manat) pulun İddiaçı tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddiaya əsasən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktları imzalayan şəxslər tərəfindən İddiaçı yalan bəyanatlar istinad edildiyi qeyd olunaraq həmin şəxslərin hər birindən 5000 (beş min) manat pul tələb olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən bu əsassız iddianın geri götürülməsi ilə bağlı təkliflər təqdim olunsa da, İddiaçı tərəfindən bu təkliflərə müsbət cavab verilməmiş və bu da iş vaxtının itirilməsinə və əlavə xərclərin yaranmasına səbəb olmuşdur. İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində işçinin məlumat vermədən iki tam iş günü işə gəlməməsi və şöbə rəisi ilə aralarında yaranan mübahisələrdən sonra işçinin əmək müqaviləsinə xitam verilməsi qərara alınmış və bu səbəbdən də İddiaçı xəbərdarlıq məktubu və sınaq müddəti ərzində işçi dəyərləndirmə formasının təqdim edilməsindən imtina etmiş, bundan sonra mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlar tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli akt ilə Cavabdeh13 və Cavabdeh12 İddiaçı dəfələrlə etik davranış qaydalarını pozduqlarını təsdiq etmişlər. Həmin akt ilə eyni zamanda şifahi və yazılı xəbərdarlığın, sınaq müddəti ərzində işçi dəyərləndirmə formasının təqdim edilməsində iştirak edildiyi təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli aktla isə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 görüşün 16:30-da başlayıb iş saatından sonra bitdiyini təsdiq etmişlər. Həmin aktlar işçinin işdən çıxarılması üçün əsas sənəd olmamış, sadəcə işçinin işdən çıxarılması ilə bağlı başlanmış prosesdən sonra baş vermiş hadisələri təsdiq etmişdir. xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Sonra məhkəmə qərarları ilə “işçiyə müqavilədə sınaq müddəti təyin edilmədiyi müəyyən olunmuş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmr ləğv olunmuş və işçi işə bərpa olunmuşdur. Cavabdeh14 "xxxx" MMC-nin direktorudur və İddiaçı ilə bir dəfə işçinin istəyi ilə görüş keçirmiş və işçinin işlədiyi şöbənin rəisi tərəfindən təqdim olunmuş təqdimata əsasən işçinin əmək müqaviləsinə xitam vermişdir. İşçi işdən çıxarılması ilə bağlı iddia vermiş və ona mənəvi ziyan ödənilməsi ilə bağlı qətnamə çıxarılmış və "xxxx" MMC tərəfindən həmin ziyan ödənilmişdir. Cavabdeh3 "xxxx" MMC-nin direktorudur və Cavabdeh14 ilə eyni binada və mərtəbədə işləyirlər. "xxxx" MMC-nin əməkdaşı deyil. xx.xx.2021-ci il tarixdə Cavabdeh14 ilə İddiaçı arasında görüş keçirildiyinə şahid olmuş və buna görə də aktı imzalamışdır. Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10 xx.xx.2021-ci il tarixdə Cavabdeh14 ilə İddiaçı arasında görüş keçirildiyinə şahid olmuş və buna görə də aktı imzalamışlar. Cavabdeh12 və Cavabdeh13 xx.xx.2021-ci il tarixli akt ilə İddiaçı dəfələrlə etik davranış qaydalarını pozduğunu təsdiq etmişlər. Bunun səbəbi isə onun iş yerində olan davranışları olmuşdur. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində işçinin məlumat vermədən iki tam iş günü işə gəlməməsi, təqdim edilmiş sənədləri qəbul etməməsi həmin faktı təsdiq etməsinin əsası olmuşdur. Hər iki akt İddiaçı əmək müqaviləsinə xitam verilməsinə qərar verildikdən, bunun ona bildirilməsindən sonra tərtib edilərək təsdiq olunmuşdur. Yəni hər iki akt da əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan sənəd olmamışdır. Yenə həmin aktların mötəbərliyini şübhə altına alan və ya etibarsız hesab edilmələri ilə bağlı heç bir sübut da məhkəməyə təqdim edilməmişdir. xx.xx.2021-ci il tarixli akt ilə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh13 və Cavabdeh12 İddiaçı dəfələrlə etik davranış qaydalarını pozduğunu təsdiq etmişlər. İşçinin 2 (iki) tam iş günü işə gəlməməsi etik davranış qaydalarının və hətta Əmək Məcəlləsinin tələblərinin pozulması ilə nəticələnir. Sadəcə bu hal aktın həqiqətə uyğun tərtib edildiyini sübut edir. Eyni zamanda, xx.xx.2021-ci il tarixli aktın mətnində kiminsə şərəf və ləyaqətinə münasibətdən nəsə yazılmamış, əmək müqaviləsinə xitam verilməsinə dair qərar qəbul olunduqdan sonra tərtib edilmiş daxili bir sənəd olduğu üçün işgüzar nüfuza zərər vurması da mümkün deyildir. Yenə qeyd olunan akt İddiaçı başqa yerdə əmək fəaliyyəti ilə məşğul olmasına heç bir maneçilik törədə bilməzdi. xx.xx.2021-ci il tarixli aktla isə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 görüşün 16:30-da başlayıb iş saatından sonra bitdiyini təsdiq etmişlər. Görüşün başqa vaxt baş tutduğunu iddia edən İddiaçı məhkəməyə bununla bağlı sübut təqdim edə bilməmişdir. Yenə həmin aktın mətnində kiminsə şərəf və ləyaqətinə münasibətdən nəsə yazılmamış, qeyd olunan aktın İddiaçı başqa yerdə əmək fəaliyyəti ilə məşğul olmasına heç bir maneə törətdiyinə dair sübut təqdim edilməmiş və ərizədə əsaslandırılmamışdır. İddiaçı işdən çıxarılmasına əsas olan sənədlər mübahisə predmeti aktlar olmamışdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsinə əsas olan sənəd bu aktlardan əvvəl, yəni xx.xx.2021-ci il tarixdə tərtib olunmuş “sınaq müddəti ərzində işçi dəyərləndirmə formu” olmuşdur. Həmin form tərtib olunmuş, rəhbərə təqdimat yazılmış və işçiyə bildiriş təqdim olunaraq əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Məhkəmə isə əmək müqaviləsində və digər sənədlərdə işçiyə sınaq müddəti müəyyən edilmədiyi əsası ilə onu işə bərpa etmişdir. Cavabdeh14 hansı hərəkətləri nəticəsində İddiaçı hüquqlarının pozulduğu qeyd olunmamış, ona qarşı nə əsasla iddia verildiyi iddia ərizəsində müəyyən olunmur. Göründüyü kimi, İddiaçı əsassız iddia ilə qarşılıqlı iddia üzrə iddiaçılara qarşı məhkəməyə müraciət edərək onların iş vaxtlarının itirilməsinə, onların vəkil ilə müqavilə bağlamalarına və dövlət rüsumu kimi bir çox məhkəmə xərclərini ödəmələrinə səbəb olmuşdur. Yenə bilindiyi kimi cəmiyyətdə insanların məhkəməyə verilməsinin normal qarşılanmaması, məhkəməyə çağırılan insanların səbəbindən asılı olmayaraq fiziki əzab, həyəcan keçirməsi, fəal ictimai həyatın davam etməsində çətinliklərin olması ilə nəticələnir. Bu hallar isə qarşılıqlı iddia üzrə iddiaçılarda yaşanmışdır. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia üzrə iddiaçılara verilmiş əsassız iddia nəticəsində onların hər birinə iş vaxtının itirilməsinə görə 700 (yeddi yüz) manat, mənəvi zərərə görə 1000 (bir min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat olmaqla, ümumilikdə 2000 (iki min) manat İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək, qarşılıqlı iddianın rədd edilməsini və ilkin iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsi yalnız təxəyyüllərə əsaslanmış, orada qeyd olunan arqumentlərə dair hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddia ərizəsində ortaya qoyulan mövqe bir daha məhkəmə predmeti olan aktların dəstəklənməsinə yönəlmiş və özlərini haqlı çıxarmaq üçün yenidən İddiaçı ünvanına şər və böhtanlar atılmışdır. Qarşılıqlı iddia ərizəsində İddiaçı xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixlərində işdə olmaması bildirilir və bu səbəbdən onun əmək müqaviləsinə xitam verildiyi əks olunur. Halbuki, həmin tarixlərdə İddiaçı səhhətində yaranan problemlərə görə işdə olmamış və bunu təsdiq edən sənədlər məhkəməyə və iş yerinə aidiyyatı qaydada təqdim edilmişdir. Həmin sənədlərin iş yerinə təqdim edilməsi və bu barədə heç bir problemin olmaması barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin sübutlardan aydın olur ki, iş yerinin müdriyyəti bu məsələni normal qəbul etmiş və işçinin səhhətinin vacib olduğu qənaətinə gəlmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd olunan məsələnin əsas gətirilərək əmək müqaviləsinə xitam verildiyi bildirilsə də, bu nüans özü özünü inkar etməkdən başqa bir şey deyil. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud pozulması hesab edilir və bu əsasa görə işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməli idi. İndiki halda isə işəgötürən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən işdən azad etmişdir. Bütün sadalanan bu faktlar İddiaçı həmin iş yerində şər və böhtana məruz qalmasını və cavabdeh qismində adı çəkilən işçilərin də həmin şər və böhtana alət olaraq onun hüquqlarını pozduğunu göstərir. Qarşılıqlı iddia ərizəsində İddiaçı dəfələrlə etik davranış qaydalarını pozduğu əks olunmuşdur. Əgər İddiaçı həqiqətən dəfələrlə etik davranış qaydalarını pozmuşdursa və iş prosesinə maneə yaratmışdırsa, nəyə görə işəgötürən onunla bağlanan əmək müqaviləsinə səhv əsasla xitam vermişdir? Görünüdüyü kimi, qeyd olunan aktların imzalanmasında əsas məqsəd İddiaçı psixoloji təsir göstərmək, onun şərəf, ləyaqətinə və işgüzar nüfuzuna təsir göstərmək olmuşdur. Qarşılıqlı iddia ərizəsində mülki işin predmeti olan aktlarda yazılanlar təsdiqlənsə də, həmin aktlarda qeyd olunanların həqiqətə uyğunluğu barədə heç bir sübut qeyd edilməmişdir. Hazırki işdə cavabdehlər şəxsən məhkəmə iclasına gəlməli və aktlarda qeyd olunan məsələlər sual-cavabla bir daha araşdırılmalıdır. Çünki aktlarda qeyd olunan məsələlər iddiaçını dərindən yaralamış və üstəlik bu aktları imzalayanların qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməsi dərin mənəvi zərərə məruz qoymuşdur. Qarşılıqlı iddia ərizəsində qeyd olunan, xx.xx.2021-ci il tarixli aktla bağlı bildirilənlər də tamamilə uydurma və yalandır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixində işəgötürənlə heç bir görüşü olmamış və bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Bu aktın imzalanması işəgötürənin qanunsuz əməllərinə hüquqi don geyindirmək və məsuliyyətdən yayınmaq istəyi olmuşdur. Xüsusilə apellyasiya instansiya məhkəməsində İddiaçı ilə bağlanmış əmək müqaviləsinin saxtalaşdırılması faktı üzə çıxmışdır. Belə ki, əmək müqaviləsi 3 aylıq müddətə bağlanmış və müqavilənin bitmə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuş, heç bir sınaq müddəti qeyd edilməmişdir. Lakin məhkəmə prosesləri zamanı müqaviləni saxtalaşdıraraq 1 ay sınaq müddəti qeyd edilməsi qarşı tərəfdən iddia edilmişdir. Müqavilənin saxtalaşdırılması faktının olub-olmamasını müəyyən etmək üçün apellyasiya instansiya məhkəməsi tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, həmin Mərkəzin xx.xx.2022-ci il tarixli ekspert rəyində tədqiqatın nəticəsi olaraq əmək müqaviləsinin saxtalaşdırılması faktı təsdiq olunmuşdur. Bundan əlavə sözügedən aktların mövcudluğu barədə İddiaçı apellyasiya instansiya məhkəməsində keçirilən proseslərdə xəbər tutmuşdur. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra "xxxx" MMC özünə bəraət qazandırmaq məqsədilə İddiaçı barəsində müxtəlif aktlar tərtib edərək təqdim etmiş və aktlar apellyasiya instansiya məhkəməsində ona şər və böhtan atmaq məqsədilə istifadə edilmişdir. Yalnız İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin arxivinə müraciət etdikdən sonra həmin aktlarla tanış olmuşdur. Həmin an İddiaçı və ailəsinin keçirdiyi stres və şok vəziyyəti sözlərlə izah etmək çətindir. İddiaçı qarşı olan qanunsuz əməllərə görə "xxxx" MMC-nin direktoru Cavabdeh14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İX- 049 saylı əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya və kassasiya şikayətləri versə də, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-4705/2021 nömrəli mülki iş üzrə yekun qərar olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5682/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı 10 aya yaxın müddətdir ki çıxmasına baxmayaraq, bu günə qədər icra edilməmişdir. Bütün bunlar göstərir ki, xx.xx.2021-ci il tarixli əmr kimi, mülki işin predmeti olan aktlar da qanunsuz şəkildə tərtib edilmiş və nəticədə İddiaçı zərər vurmaqla sonuncunun şərəf, ləyaqətini və işgüzar nüfuzunu zədələmişdir. İddiaçı vəsatət təqdim edərək bildirmişdir ki, qarşılıqlı iddia ərizəsində mübahisə predmeti olan aktları imzalayan şəxslərdən biri olan Cavabdeh3 "xxxx" MMC-nin deyil, "xxxx" MMC-nin direktoru olduğunu qeyd etmişlər. Göründüyü kimi, məhz qarşılıqlı iddia ərizəsi vasitəsilə cavabdeh özü özünü ifşa etmiş və şirkətin əməkdaşı olmamaqla aktın imzalanmasına hüquqi don geyindiriməyə çalışmışdır. Bununla yanaşı, qarşılıqlı iddia ərizəsində iddiaçı ilə şirkət rəhbərinin görüşünün xx.xx.2021-ci ildə olduğu qeyd olunmuşdur. Halbuki aktı imzalayan digər cavabdehlər və Cavabdeh3 görüşün xx.xx.2021-ci il tarixdə olduğunu bildirmişlər. Göründüyü kimi, iş materiallarında olan sənədlərlə qarşılıqlı iddia ərizəsində qeyd olunan məsələlər ziddiyyət təşkil edir. Ziddiyyət təşkil etməsinin əsası isə aktların həqiqəti əks etdirməməsidir. Sözügedən aktlarla İddiaçı qarşı qarayaxma kampaniyası aparılmışdır ki, bu da onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Nəzərə alınması məhkəmədən xahiş edilmişdir. İddiaçı vəsatət təqdim edərək, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh qismində çıxış edən Cavabdeh1 tərəfindən onun ünvanına şər, böhtan və təhqiredici ifadələr səsləndirildiyini, Cavabdeh1 onu təhqir etməsinə baxmayaraq, məhkəmə tərəfindən hər hansı məsuliyyət tədbirləri görülmədiyini bildirib, Cavabdeh1 barəsində onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 177.3-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçıların vəkili-nümayəndəsi Vəkil2 ərizə təqdim edərək, qarşılıqlı iddianın 2-ci vərəqinin sonrakı abzaslarında texniki səhv olaraq xx.xx.2021-ci il kimi qeyd olunduğunu bildirmişdir. Qarşılıqlı iddiadakı bu ziddiyəti aradan qaldırmaq məqsədi ilə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 görüşün xx.xx.2021-ci il tarixdə saat 16:30-da başlayıb iş saatından sonra bitdiyini, xx.xx.2021-ci il tarixli aktın onlar tərəfindən imzalandığını və aktlarda qeyd olunanları təkrar təsdiq etdiklərini əlavə etmiş, qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkilinümayəndəsi Vəkil1 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12, Cavabdeh13 vəkili-nümayəndəsi Vəkil2 ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1, X7, Cavabdeh4, Cavabdeh8, Cavabdeh11 və Cavabdeh15 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini, qarşılıqlı iddia ərizəsinə etirazı, vəsatəti nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. Mülki işin materiallarında olan: xx.xx.2021-ci il tarixdə Cavabdeh2, Cabbarova Elnarə, Cavabdeh1 və Cavabdeh3 tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində "xxxx" MMC-də kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməmişdir. İnsan Resursları şöbəsinin rəhbəri Cavabdeh2 tərəfindən "xxxx" MMC-nin direktoru Cavabdeh14 ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, xx.xx.2021-ci il tarixində İnsan Resursları şöbəsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) kargüzarlıq işlərinin görülməsi məqsədilə İddiaçı İnsan Resursları üzrə kiçik mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Müqavilə 1 (bir) ay sınaq müddəti olmaqla, 3 ay müddətinə bağlanmışdır. İşçi sınaq müddəti dövründə əmək intizamı qaydalarını kobud şəkildə pozmuş; 1 (bir) ay müddətində 2 gün məlumat vermədən işə gəlməmiş; bir neçə dəfə işçilər arasında nifaq yaradaraq nalayiq davranışlar sərgiləmiş; dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, iş saatında iş yerinin digər otaqlarında oturaraq, öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirməmiş; əmək münasibətlərində etik davranış qaydalarına riayət etməmiş; verilən tapşırıqların tam şəkildə icra edildiyinə dair şöbə rəhbərinə yanlış məlumat vermiş; kompyuterin yaddaşında İnsan Resurslarına dair olan bütün məlumatları bərpası mümkün olmayacaq dərəcədə sıfırlamışdır. İşçi sınaq müddəti dövründə iş prosesinə maneələr yaradaraq, nalayiq davranışlar sərgiləmiş, şər-böhtanla şöbə rəhbərini və İnsan Resursları üzrə mütəxəssis Cavabdeh4 təhdid etmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, İddiaçı sınaq müddətini doğrultmadığı üçün lazımi tədbirlərin görülməsinə icazə verilməsi xahiş edilmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixli xəbərdarlıq və xx.xx.2021-ci il tarixli sınaq müddəti ərzində işçi dəyərləndirmə forması, işçi İddiaçı görüş iştirakçılarının şahidliyi ilə həm şifahi bildirilmiş, həm də yazılı şəkildə təqdim olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixli yazılı xəbərdarlıqla və xx.xx.2021-ci il tarixdə sınaq müddəti ərzində işçi dəyərləndirmə forması ilə tanış olmaqdan imtina etmiş və etirazını, səs tonunu yüksəldərək mübahisə etmiş, daxili nizam-intizam qaydalarını pozmuş, hətta əməkdaşlara psixoloji təzyiq göstərmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 görüşün keçirilməsində, şifahi və yazılı xəbərdarlığın, həmçinin sınaq müddəti ərzində işçi dəyərləndirmə formasının təqdim edilməsində iştirak etdiklərini öz imzaları ilə təsdiq etmişlər. Onlarla yanaşı, Cavabdeh15 Cavabdeh8, Cavabdeh13 və Cavabdeh12 işçi İddiaçı etik davranış qaydalarını dəfələrlə pozmasına şahidliklərini öz imzaları ilə təsdiq etmişlər. xx.xx.2021-ci il tarixdə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, X2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8 və Cavabdeh11 tərəfindən tərtib edilmiş aktdan görünr ki, xx.xx.2021-ci il tarixində işçi İddiaçı əmək müqaviləsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən) xitam verilməsi barədə (xx.xx.2021-ci il tarixli “Xəbərdarlıq” və xx.xx.2021-ci il tarixli “Sınaq müddəti ərzində işçi dəyərləndirmə forması”) təkrar şifahi məlumat verilməsinə baxmayaraq, işçi İddiaçı xx.xx.2021-ci il tarixində israrla, şirkətin direktoru Cavabdeh14 Sain oğlu ilə görüşmək istədiyini bildirmiş, rəhbər ilə görüş həmin tarixdə saat 16:30-da təşkil edilmişdir. Görüş, iş vaxtından gec bitməsi səbəbindən rəhbərliyin öncədən alınmış sabit qərarının icrası (işçi İddiaçı əmək müqaviləsinə xitam verilməsi) xx.xx.2021-ci il tarixinə (xx.xx.2021-ci il tarixi ödənişli qeyri iş günü olduğu üçün) keçirilmişdir. Görüş 16:30-da başlamış, iş saatından sonra bitmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunverciliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda, "xxxx" MMC-nin direktoru Cavabdeh14 Sain oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilərək İddiaçı əvvəlki iş yerinə qaytarılması barədə "xxxx" MMCnin rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olması ona bildirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1617/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinə qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMCdə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/428-5/343 nömrəli 30 mart 2022-ci il tarixli ekpsert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 161-ci vərəqində olan "xxxx" MMC ilə İddiaçı adları olan əmək müqaviləsinin 2-ci paraqrafının 2.2-ci bəndində “İşin birinci” yazılarının qarşısındakı “1” rəqəmi - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 2-ci paraqrafının 2.2-ci bəndində yazılmış “1” rəqəmi və həmin müqavilədəki digər əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5682/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2022-ci il tarixli, 2(103)-1135/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “Pro Bono” vəkil bürosunun vəkili Vəkil1 hesabına 551 manat məbləğində pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ilkin iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 317 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 9 ədəd müqavilədən görünür ki, “LCG” Vəkil Bürosunun vəkili Vəkil2 qarşılıqlı iddia üzrə iddiaçılara ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, qarşılıqlı iddia üzrə iddiaçılar isə hüquqi yardıma görə 280 (iki yüz səksən) manat haqq, order marka puluna görə isə 20 (iyirmi) manat ödəməyi öhdələrinə götürmüşlər. 9 ədəd etibarnamədən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən Vəkil2 etibarnamə verilməsi ilə əlaqədar ayrı-ayrılıqda 17.25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 9 ədəd qəbzdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən “LCG” Vəkil Bürosunun hesabına ayrı-ayrılıqda 300 manat məbləğində pul köçürülmüşdür. 9 ədəd qəbzdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ayrı-ayrılıqda 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan və ona əlavə edilmiş "xxxx" MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, Cavabdeh4 xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, Cavabdeh8 xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək, Cavabdeh7 xx.xx.2021-ci ildən həmin MMC-də işləmişlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı xx.xx.2021-ci il tarixində "xxxx" MMC-nin İnsan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən - “sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda” əsası ilə işdən azad edilmişdir. İddiaçı işdən çıxarılması barədə əmri məhkəmə qaydasında mübahisələndirmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-yə işə bərpa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı onun barəsində xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə tərtib edilmiş aktlara imza çəkən şəxslərə, yəni "xxxx" MMC-nin işçiləri və həmin MMC-də işçi olmayan şəxslərə qarşı iddia qaldıraraq, həmin aktların onun şərəf, ləyaqət və işgüzar nüfuzuna zərər vurduğunu bildirib, ilkin iddia üzrə cavabdehlərin hər birindən 5000 manat olmaqla, cəmi 75000 manat məbləğində mənəvi zərərin və çəkdiyi məhkəmə xərclərinin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İlkin iddia üzrə: Cavabdeh4 ərizə təqdim edərək, işə heç bir aidiyyəti olmadığını, "xxxx" MMC-də 4 ay işlədiyini, işə başladığı gün ilkin iddia üzrə iddiaçının işdən azad edildiyini, buna görə də onu tanımadığını, İddiaçı 1 dəfə işə başlamazdan öncə müsahibədə gördüyünü, hər hansı sənədə imza etmədiyini bildirmiş; Cavabdeh1 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında 2020-2021-ci illərdə "xxxx" MMC-nin direktor müavini vəzifəsində işlədiyini, həmin müddətdə İddiaçı 1-2 dəfə gördüyünü, İddiaçı sınaq müddətini keçmədiyi üçün işdən çıxarıldığını və sənədləri təqdim edilərkən səs-küy saldığını, ayın 16-sı məcburi şəkildə direktorun qəbuluna düşdüyünü və qışqıraqışqıra danışdığını eşidən zaman çıxıb ona irad bildirdiyini, aktın özü tərəfindən imzalandığını, İddiaçı hazırki iddiasına görə hər dəfə işindən ayrılmaq məcburiyyətində qaldığını, iddianı qəbul etmədiyini bildirərək, rədd edilməsini məhkəmədən xahiş etmiş; Cavabdeh X7 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddianı qəbul etmədiyini, iddia ərizəsində göstərilənlərin şər-böhtan olduğunu bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş; Cavabdehlər Cavabdeh8, Cavabdeh11 və Cavabdeh15 iddiaya dair münasibət bildirməmiş; Digər cavabdehlər Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12 və Cavabdeh13 isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş vaxtının itirilməsinin, mənəvi zərərin və çəkdikləri məhkəmə xərclərinin əvəzinin İddiaçı tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə ilkin iddia tələbinin “cavabdehlərin hər birindən 5000 (beş min) manat olmaqla, ümumilikdə 75000 (yetmiş beş min) manat mənəvi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlərin təqsirli hərəkəti nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, bu faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehlərin təqsirli hərəkəti dedikdə iddiaçı cavabdehlər tərəfindən imzalanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktları, eyni zamanda, sınaq müddəti ərzində işçi dəyərləndirmə formasını nəzərdə tutaraq, həmin aktlarda və dəyərləndirmə formasında göstərilən məlumatların onun şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirdiyini, aktların və formanın onun işdən çıxarılması üçün əsas olduğunu, bu məlumatların yayılması səbəbindən başqa işəgötürənlərin onu işə götürmədiyini və bütün bunların nəticəsində mənəvi zərərə məruz qaldığını iddia edir. Məhkəmə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktları, sınaq müddəti ərzində işçi dəyərləndirmə formasını araşdıraraq hesab edir ki, həmin aktların və dəyərləndirmə formasının mətnində iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirən hər hansı ifadədən istifadə edilməmiş, onun “0” ilə qiymətləndirilməsi müəssisə rəhbərinin və şöbə rəhbərinin subyektiv yanaşması olmuş, iddiaçının işə bərpa edilməsi barədə çıxarılmış məhkəmə qərarları tədqiq edilərkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının işdən çıxarılmasının əsasını həmin aktlar və dəyərləndirmə forması təşkil etməmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən aktlar və dəyərləndirmə forması iddiaçı barəsində heç bir hüquqi nəticəyə səbəb olmamaqla, məhz faktı təsdiq edən sübut kimi tərtib edilərək şəxsi işə əlavə edilmişdir. Belə ki, adətən, hər kəsə bəlli olan faktları təsdiq etmək üçün hadisənin şahidi olmuş şəxslər akt tərtib edib, aktda göstərilənlərin doğruluğunu öz imzaları ilə təsdiq edirlər. İlkin iddia üzrə iddiaçı tərəf aktların onlarda adı göstərilən şəxslər tərəfindən imzalanmadığını güman etdiklərini bildirərək və aktları etibarsız hesab edərək, əslində öz iddialarına dair ziddiyyətli mövqe sərgiləyirlər. Belə ki, aktlar həmin şəxslər tərəfindən imzalanmamışsa, ilkin iddia üzrə cavabdeh qismində cəlb edilən şəxslərin əslində özlərinin imzalamadıqları akta görə məsuliyyət daşımaları, yəni cavabdeh qismində cəlb edilmələri düzgün deyildir. “İddiaçı tanımayan, həmin şirkətdə işləməyən şəxslərin akta imza etməsi” dəlilinə münasibətdə qeyd edilməlidir ki, akta imza edənlərin həmin müəssisədə işləməməsi hələ hadisənin şahidi olmamalarına dəlalət etmir. Belə ki, burada müxtəlif hallar, məsələn, başqa şirkətin işçisi olub eyni binada işləmək, vakant vəzifə üçün müsahibəyə gəlmək və digər mümkün ehtimallar nəzərə alınmalıdır. Aktların və formanın əvvəlki mübahisə üzrə iş materialı qismində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi İddiaçı barədə məlumatların yayılması kimi qiymətləndirilməməlidir. Belə ki, iş üzrə zəruri sübutları məhkəməyə təqdim etmək "xxxx" MMC-nin hüququ olmuş və MMC öz hüququndan istifadə etmişdir. Bu məsələnin hazırki iş üzrə cavabdehlərə isə aidiyyəti yoxdur, çünki aktlar onlar tərəfindən işəgötürənə təqdim edilmək üçün tərtib edilmiş, qiymətləndirmə forması isə müəssisənin rəhbəri Cavabdeh14 və İnsan resursları şöbəsinin müdiri X7 tərəfindən tərtib edilərək şəxsi işə əlavə edilmiş və hər hansı vasitə ilə ictimailəşdirilməsi, yayılması sübuta yetirilməmişdir. Göstərilənləri ümumiləşdirərək, məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi “cavabdehlərin hər birindən 5000 (beş min) manat olmaqla, ümumilikdə 75000 (yetmiş beş min) manat mənəvi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi” hissəsində əsassız olduğundan və tələbin dəlilləri müvafiq qaydada sübuta yetirilmədiyindən, tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “iş vaxtının itirilməsinə görə 700 manat və mənəvi zərər üzrə 1000 manat məbləğlərində vəsaitin qarşılıqlı iddia üzrə hər bir iddiaçının xeyrinə qarşılıqlı iddia üzrə cavabdehdən tutulması” hissəsinə münasibətdə bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçılar ilkin iddia üzrə iddiaçının iddiası səbəbindən iş vaxtlarını itirdiklərini və buna görə onların hər birinə 700 manat məbləğində maddi ziyan və eyni zamanda, əlavə olaraq, mənəvi zərər dəydiyini bildirsələr də, onlar bu iddialarını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdirlər. İlkin iddia üzrə iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə edərək məhkəmədə müvafiq qaydada iddia qaldırmış, iddiasının əsaslı olub-olmamasını müəyyən etmək isə məhkəmə araşdırmasının predmeti olmuşdur. İlkin iddia üzrə cavabdeh qismində cəlb edilmiş şəxslər isə məhkəmənin çağırışlarına gəlməyə borclu olmuş, buna baxmayaraq, hazırda qarşılıqlı iddia qaldırıb iş vaxtının itirilməsinə görə zərərin ödənilməsini tələb edən 9 nəfər ilkin iddia üzrə cavabdehlərin heç biri məhkəmə iclaslarına gəlməmiş, öz seçimlərinə görə məhkəmədə vəkil-nümayəndə vasitəsilə təmsil olunmuş və həm iş vaxtının itirilməsinə, həm də qarşılıqlı iddia qaldırmaq üçün çəkdikləri vəkilnümayəndə xərcinə görə pul tələb etmişlər. Məkhəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar iş vaxtının itirilməsini və mənəvi zərər çəkmələrini sübuta yetirə və əsaslandıra bilməmişlər. Göstərilənlərə əsasən, onlara maddi (əldən çıxmış fayda) və mənəvi zərər dəyməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə müvafiq olaraq, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999cu il tarixli 4 №-li Qərarında qeyd edilmişdir ki: Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülkiprosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəçisi kimi baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki: Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Həmin maddənin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında vurğulanmışdır ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə ilkin iddia tələbinin “hüquqi xidmət və dövlət rüsumu üçün çəkilmiş xərclərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” və qarşılıqlı iddia tələbinin “hüquqi xidmət və dövlət rüsumu (notarius və məhkəmə) üçün çəkilmiş xərclərin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi” hissələrinə münasibətdə qeyd edir ki, tələblərin bu hissələrində göstərilənlər məhkəmə xərcləridir və ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən, məhkəmə xərcləri onları çəkən şəxslərin özlərinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0, 115.0.5-115.0.6-cı maddələrinə görə, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ilkin iddia üzrə iddiaçının “xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında onun ünvanına şər, böhtan və təhqiredici ifadələr səsləndirməsinə, onu təhqir etməsinə görə cavabdeh qismində çıxış edən Cavabdeh1 barəsində məsuliyyətə cəlb edilməsi barədə qərardad qəbul edilməsi” barədə vəsatətinə münasibətdə qeyd edir ki, xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12 və Cavabdeh13 “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. Azərbaycan Respublikas Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikas Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Elzamin oğluna, X3, Cavabdeh3 oğuna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. İlkin iddia ərizəsi üzrə məhkəmə xərcləri ilkin iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12 və Cavabdeh13 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar